Dağlar
Dağlar, qayalı dağlar!Dağlar, meşəli dağlar!Nə doydum, nə yoruldum,Baxdıqca heyran oldum.Bu səfalı yerlərəYolum düşəli dağlar!Anamın ayağınadüşüb öpdüyüm kimi,öpdüm ətəyinizdən,şehli çəmən, yaş torpaqisindirdi qəlbimi,sizə nə deyim sizdən.Dərdli sərhəd dağları,
Sinəsi dağlı dağlar!Cığırları tikanlı,Yolları bağlı dağlar!İnciməyin bir azcaVarsa gileyim sizdən.Bu gözəl yerlər gərəkKədərli olmayaydı.Güneydəki bənövşəQüzeydəki laləninHəsrətini çəkərəkSaralıb-solmayaydı.O yanda ürəyiminYaralı parçası var.«Necədir o yan, dağlar!»Güclə ayrı salınanQardaşımın halınaalış dağlar, yan dağlar!Görürəm vüqarlıdır,Sənin hər qayan, dağlar!Sənin hər qalan, dağlar!Əzab olarmı bunca?Vətəni ayırıncaOdlara qalan, dağlar!Silkələn, uçul, dağıl,Zalımların başına!Sənmi həsrət qoymusanQardaşı qardaşına?Dərdli sərhəd dağları,Sinəsi dağlı dağlar!Cığırları tikanlı,Yolları bağlı dağlar!
Astara, 1961
Kitabxana.az · https://kitabxana.az/works/fikret-sadiq-daglar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ey ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
AğlaramÇərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
EləsinBir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.