Zümreyi-ərbabi-bəla və firqeyi-əshabi-ənanın biri Yə’qub Nəbi, biri həzrəti-Yusufu-siddiqdir. Həzrəti-İmam Rüknəddin əleyhirrəhmə tərcümeyi-"Sureyi-Yusif"də böylə təhrir etmiş ki, bir gün şəmseyieyvani- risalət və dibaçeyi-divaninübüvvətmütəməkkini-məsnədirahət olub, dəryayi-iltifatın bir kənarindəgövhəri-mə’dəni-vəfa Həsəni-Müctəba və bir kənarində sərvi-cuybari-səxaHüseyn bin Əliyyi-Murtəza qərar dutub, gah ol gövhər nəzzarəsindən didəyə nurverürdi və gah bu sərvin müşahidəsində sinəyə sürur yetirürdi. Bu halə müqarinCəbrail, Məliki-Cəlildən gəlüb səlam yetirüb Həsən və Hüseynə işarət qılubayıtdı: "Ya Rəsulullah, ətuhibbuhuma?" Həzrətbuyurdu ki: "Nə’əm əvladuna və əkbaduna". Cəbrail ayıtdı: "Ya Nəbi,məhəbbətləri mütəsavimidir, ya mütəfavitmi?" Həzrəti-Rəsul ayıtdı: "La-fərqəbeynəhuma, bir bəhri-mə’arif gövhərləridür və bir fələki-məkarim əxtərləridür".Cəbrail ayıtdı: "Ya Rəsulullah, bu şəhzadənin birin zəhri-cəfa ilə həlak qılub,birinün tiği-bidiriğ ilə bağrın çak edələr". Həzrəti-Rəsul ayıtdı: "Ya əxi mənyəf’əlu haza beynəhuma". Cəbrail ayıtdı: "Ya Rəsulullah, ümməti-bivəfalərin".Həzrəti-Rəsul ayıtdı: "Aya, nə cürmlə məqtul olalar və nə xəyanətlə bu cəfayəistehqaq bulalar?" Cəbrail ayıtdı: "Xəyanətdən müərra və cinayətdən mübərra".Həzrəti-Rəsul kəndusin bu bəlaya məxsus təsəvvür qılub bu cəfadən mütəəllimolduqda, Cəbrail ol həzrətün təsəlliyi-xatiri üçün Yusuf surəsin nazil etdi ki(nəhnu nəqussu əleykə əhsənəl-qisəsi). Şe’r:

Müsibəti-Həsənü möhnəti-Hüseyni-şəhidDəmi ki, oldu qəməfzayi-təb’i-paki-Rəsul,Təsəlliyi-dili-paki-Rəsul üçün HəqdənBəyani-qisseyi-Yə’qubü Yusif etdi nüzul.

Və mənşəi-ibtilayi-Yə’qub oldur ki, ol Həzrətə Həqdən on iki övladi-zükurkəramət olunub cümləsindən sirətdə və surətdə Yusuf əkməl və əcməl vaqe’oldu.Netəki, Sərihi-Tənzil andan xəbər verir ki, haşəlillah mahaza bəşərən in haza illamələkun kərim. Şe’r:

Cəmali-bibədəlü fitneyi-xəvasü əvam,Güli-həmişəbəharü məhi-həmişətəmam.

Eşqü məhəbbət mülazimi-hüsnü məlahət olmaq adəti-mə’hud olmağındideyi-bəsirəti-Yə’qub Yusufun kəmali-cəmalinə bir qayətdə valeh oldu ki, baqiövladın fəramuş qıldı. Övladi-Yə’qub bu haləti müşahidə qıldıqda atəşi-rəşkmürüvvətlərin yaxub və seylihəsəd binayi-məvəddətlərin yıxub Yusufun dəf’inəvə rəf’inə himmət dutdular və qaideyi-müra’ati-übüvvətü üxüvvəti unutdular.Şe’r:

Həva tündbadi binalər yıxar,Həsəd atəşi xanimanlər yaxar.

Həmişə müqəddəmati-məkr tərtib edüb intizari-fürsət çəkərlərdi olzəmanədək ki, Yusuf vaqi’əsində mehrü mahü sitarəyi kəndusinə sacid gördü vəYə’qubdan anın tə’birin sordu. Və anın bu mübahatindən həsədi-ixvan ziyadəolub bir mövsim ki, Yusufu-gül Misri-gülzarın sultanı olmuşdi və dəşneyi-seylabkəfi-məxzubixəvatini-Misr kibi ə’zayi-laləzarı parə-parə qılmışdı, övlad ittifaqlə,Yə’qubun xidmətinə gəlüb ayıtdılar: "Ey asimani-nücumi-səadət və eymə’dəni-cəvahiri-fütüvvət, əbkari-rəyahin pərdeyi-xəfadən çıxub aləməfruz olduvə məşşateyi-növbəhar cəmileyi-cümleyi-cəhanı hilyeyi-əzharlə müzəyyən qıldı;səriri-sədayi-seylab "Unzur ila-asari rəhmətüllah" – deyüb sükkani-Beytüləhzanəsəlayi-seyri-səhra verür və zəbani-səbzeyi-növxiz "İnnəməl-həyatuddünyaləhvün və lə’bun" – deyüb müjdəyi-təmaşayi-biyaban yetirür. Şe’r:

Çıxdı yaşıl pərdədən, ərz eylədi rüxsar gül,Sildi mirati-zəmiri-pakdən zəngar gül.San Züleyxa xəlvətidir qönçeyi-dərbəstə kim,Çıxdı andan daməni-çakilə Yusufvar gül.

Nola ki, bu mövsimdə Yusufa rüxsət verəsən ki, bir neçə dəm laləzarseyrindən gül kibi könlü açıla və səbzə nəzzarəsi nərgisişəhlasın münəvvər vəbənövşə ətri dimaği-lətifin müəttər qıla. Yə’qub ayıtdı: "Ey əzizlər, Yusufnazpərvərdi-məsnədi-rahətdir, tərəddüd cəfasinə təhəmmül etməz və tiflinaziktəb’dir,siba’ü ziyabə müqabil olsa müqavimətə qüdrəti yetməz". Övladıayıtdılar: "Ey pedəri-büzürgvar, Yusuf bizüm hirzi-hərasətimizdə olsa gərək,həmleyi-sibaə nə məcal ya əsəri-hiyleyi-zibayə nə ehtima?" Əlqissə ənva’iilhahləYə’qub Yusufun fəraqinə riza verüb, əndami-lətifin müləvvən camələr iləmüzəyyən qılub, övladinə həmrah edüb sifariş etdi ki, xarici-dərvazeyi Kən’andəŞəcərətül-vida’ altında bən gəlincə təvəqqüf edün, andan gedün. Anlar şəhrdənçıxub Şəcərətülvidayə yetdikdən sonra Yə’qub dəxi mütəaqib gəlüb, Yusufuixtiyarsız bağrına basub, yüzün yüzünə sürüb ayıtdı: "Ey övladiəmcad, bəniYusuf məhəbbətində məzur dutun ki, ixtiyar ilə degil". Şe’r:

Ləzzəti-zövqi-cəmalı dəmbədən əfzun olur,Arizin gördükcə göz, könlüm betər məftun olur.

Yusufa ayıtdı: "Ey cigərguşə, hətta ki, əgər qüdrətim oleydi, səndənayrılmazdım, əmma nedim zəifhaləm. Ey fərzəndi-dilbənd, cəhd qıl ki, bu gecəmüavidət qılasan. "Ya binəyyə ləv-bəqəytül-leylə lə-uhriqqu". Pəs, Yusufəağazi-nəsihət etdi ki: "Ey qürrətül-eyn, əlləylətül hublə, mə’lum degil ki, yarınayineyi-ruzigar nə surət göstərər və bustani-aləmdə nihali-hikmət nə səmərverər". Şe’r:

Bu bəhri-nilgun bin mövc hər saət əyan eylər,Ülüləbsarə bir-bir kəşfi-əsrari-nihan eylər.

"Hala sana dörd nəsihətim var: "Ya bunəyyə, la tənsiyəllahə, yə’nimə’budunu unutma və iza vəqə’tə fi-bəliyyətin fəstə’in billahi", yə’ni əgər birbəlaya düşsən, mə’budundan müavinət istə və əksir min qəvli həsbiyəllahü vəna’vəl vəkil, yə’ni bu kəlməyi çox zikr et: "La-tənsani fə’innila-ənsakə", yə’nibəni fəramuş etmə ki, bən dəxi səni fəramüş etməzəm".

Rəvayətdir ki, Yusufun Bana nam bir həmşirəsi olub. Ol mütəvəccihi-səhraolduğu zəmandə uyğuda idi. Vaqisində gördü ki, Yusuf bir neçə gürgi-xunxarəgiriftar oldu. İztirablə bidar olub Yusufu təfəhhüs etdükdə dedilər ki,mütəvəccihi-səhra olub. Fəryadü fəğanla şəhrdən çıxdıqda gördü ki, YusufYə’qublə vida’ etməkdədir. Ayağına düşüb təzərrö’ qıldı ki: "Ey əziz, pərişanvaqiə görmüşəm, bu səfər əzimətin fəsx et; əgər təvəccöh lazım isə, banamülazimətində olmağa rüxsət ver ki, müfariqətə taqətim yoxdur". Şe’r:

Şəbi-vida’ səhərgahi-ruzi-hicrandır,Əsasi-bünyeyi-fəryadü ahü əfğandır.

Əqlissə, iqtizayi-hökmi-qəza fəsxi-əzimətə riza verməyüb, Yusuf validibüzürgvarvə həmşireyi-vəfadar ilə vida’ edüb ixvanicəfakarlə rəvan olduqdaYə’qub Rubilə ayıtdı: "Sən əkbəriövladımsan, Yusufu sana tapşırdum, səndənistərəm". Qaliba bu səhvdən ki, demədi Allaha tapşırdum, bunca fİraqə səzavaroldu və bunca bəlalara istehqaq buldu. Şe’r:

Hiç məqsudə dəstərəs bulmaz,Qeyri-Mə’budə e’timad qılan.Vasilə-mənzilə-murad olmaz,Unudub anı qeyri yad qılan.

Və bir məşrəbə şirü şəkər Rubilə təslim etdi ki: Yusufun təb’inazikində tabihərarətətaqət yoxdur, təşnə olduqda bu məşrəbdən hərarətinə təskin verəsüz vəziyadə təvəqqüf etməyüb Yusufu bana yetürəsüz ki, siz gələnədək bən mənziliməgetməzəm. Əqlissə, anlar rəvan olub və Yə’qub əsərlərinə nigaran qalub hərləhzə bin ahicigərsuz çəkərdi və hər dəm bin qətrə sirişki-laləgun tökərdi. Şe’r:

Getdi ol sərv ki, kami-dili-divanə idi,Mürği-can nuri-ruxi-şəm’inə pərvanə idi.Qaldı hicrində könül müztəribü sərgərdan,Ey xoş ol dəm ki, ana həmdəmü həmxanə idi.

Yə’qubun ərsəyi-müşahidəsində olduqca Yusufu qardaşları mükərrəm vəmöhtərəm dutub, gah kökslərinə alub və gah başlarına götürüb yürürlərdi. Şe’r:

Kimi köksündə eylərdi məqamın,Kimi başda məqami-ehtiramın.Kimi eylərdi gərdi-damənin pak,Yolunda rəf’edərdi xarü xaşak.Kimi təkrar edüb göftari-şirin,Verürdi nazənin təb’inə təskin.Güruhi-hiyləəngizü cəfacuKəmali-məkr ilə Yə’qubə qarşuQılub izhari-asari-tələttüf,Qılurlardı qamu tə’zimi-Yusuf.

Çun imtidadi-bü’di-məsafət Yə’qubla övlad arasında hail oldu və rişteyi-məddi-şüai-bəsəri-Yə’qub tiği-seyli-əşklə inqita’ buldu, ol bivəfalar qüvvətdəolan kinlərin fe’lə gətürdilər və pərdeyi-müvasa və müdarayı aradan götürdülərvə Yusufu ki, əfsəri-fərqi-rif’ət və gövhəri-taci-səadətləri idi, əmmameyi-matəmkibi başlarindən xakiməzəllətə buraxdılar ki: "Ey sahibi-rö’yay-kazibə,məscudləri olduğun mehrü mahə istiğasə qıl sana ia’nət etsünlər və vaqiədəgördügün sitarələrdən təvəqqə’ et [ki, hubuti]-əxtəri-iqbalinə müsaid olsunlar".Əlqissə, Yusuf övci-tə’zimdən həzizi-təxfifə düşüb hər kimə təvəccöh etdi,təərüz eşitdi və hər canibə ki, mail oldu azar buldu. Zülm əlilə əmaməsinbaşından alub və nə’leynin ayağından salub sünbüli-geysusin pərişan etdilər vəxarü xara üzrə anı pabürəhnə yürütdülər. Şe’r:

Kəfi-payın cərahət qıldı pürxun,Səmən bərgini xunab etdi mülgun,Qubaraludə oldu mah ruyi,Pərişan cə’di-muyi-müşkbuyi.Kimə kim, eylədi dərdini izhar,Ana əlbəttə andan yetdi azar.Kimin kim, damənini dutdu ol pak,Giribanını qıldı gül kibi çak.Kimin kim, ayağına düşdü ol nur.Başından qıldı rə’fət sayəsin dur.

Ol vəqtədək ki, dərəceyi-aftab irtifa’ buldu və həva sineyi-suzani- Yə’qub kibialəmsuz oldu, atəşi-ətəş cigər və sinəyə hiddətihərarət buraxdı və ləhibi-şiddətitəəttüşxirməni-səbrü qərarın yaxdı. Şe’r:

Pəjmürdə qıldı sərvi-xuramanı qəhti-ab,Gülbərgə düşdü tabi-hərarətdən iztirab.

Yusuf qayəti-iztirabdən Rubilə ayıtdı: "Ey bəradər, bən sənün xiteyihimayətindəvə hövzeyi-hərasətindəyəm, bənim siğəri-sinnimərəhm et və fəryadimə yet". Andan iltifat bulmayub Şəm’unə ayıtdı: "Ey bəradər,tiği-tüğyani-ətəş rişteyi-həyatım qət’indədür, nola bir qətrə su ilə naireyiiztirabimətəskin verəsən və validi-büzürgvarım həmrah edən məşrəbədən canisuzanimərahət yetürərsən". Şəm’unibimürrüvvət ol məşrəbəyi toprağə töküb anavermədi və ol şirü şəkkəri tirə toprağə rəva gördü, ana layiq görmədi. Netə ki,dəşti Kərbəlada bə’zi bədbəxtlər zülali-Fəratı ki, cəmi’i-məxluqə mübah ikənAli-Mustəfadən qət’ etdilər və təriqi-hidayət zahir ikən rahizəlalət dutdular. Şe’r:

Ruzi-rəzmi-Kərbəla rahi-xəta dutmuş Fərat,Qılmamış Ali-Məhəmməd dərdinin dərmanini.O səbəbdəndir bu kim, üzr ilə dutmuş müttəsil,Eyləyib fəryad xaki-Kərbəla damanini.

[Əlqissə], Şəm’un ayıtdı: "Ey Yusuf, qarındaşlarından təvəqqö’ etdigünqətreyi-ab dəşneyi-tiği-abdardür və təmə’ eylədigün iltifat növki-xəncəri-xunxardur". Yusuf ki, və’idi-həlak eşitdi, məxafətiqətlindən əklü şürbi fəramuşetdi. Şe’r:

Çü növmid oldu əfğan etdi Yusuf,Düri-əşkini qəltan etdi Yusuf,Cigər qanilə müjganun qılub nəm,Nəmi-müjgan ilə derdi dəmadəmKi, ey seyli-sirişki-tündrəftar,Çü mane’ yox sana, lütf eylə zinhar.Yürü Yə’qubə halimdən xəbər ver,Qəmi-bie’tidalimdən xəbər ver.Xəbər ver söylə, ey piri-bəlakeş,Qılıbdur Yusufu gərdun müşəvvəş.Olubdur xaki-zillət xaksarı,Nə həmrazı, nə qəmxarı, nə yarı.

Aya, əgər Yə’qubi-pərişanruzigar Yusufu-xücəstəxisalı ol zillətlə görsəydi,nolurdu halı və gər Həzrəti-Mustəfa Kərbəlada Hüseynin əhvalinə müşahidəqılsaydı, nə qayətə yetərdi möhnətü məlalı. Şe’r:

Təhqiqi-möhnətü qəmi-Ali-Əba üçün,Səhrayi-Kərbəlaya güzar eylə, ya Nəbi.Hali-Hüseynə xaki-məzəllətdə qıl nəzər,Əndişeyi-qəribi-diyar eylə, ya Nəbi.

Əlqissə, Yusuf cümlədən növmid olub, ruyi-təzərrö’ qibleyimünacata dutubayıtdı: "İlahi, netə ki, nari-Nəmruddən Xəlilə nəcat verdün və tufani-iztirabındaNuha mədəd yetirdün, bana dəxi bu hadisədən aman ver". Yusufun nəsimimünacatıYəhudanın rövzeyizəmirində güli-riqqət açub Yusufə ayıtdı: "Eybəradər, təvəhhüm etmə ki, bənim bəqayi-həyatimdən əsər olduqca sana əsərifənayetməz və sərsəri-afət hisari-himayətimdə gülşəni-əhvalinə güzar etməz".Sair ixvan Yəhudanın zilli-himayətin Yusufun üzərində məmdud görüb,qətlindən təcavüz edüb bir qeyr tədbir etdilər. "Və əcmə’u ən yəc’əluhu fiğiyabətil-cubb". İttifaqən Kən’andan üç mil miqdarı dur bir çahi-bə’idülğəvr varidi məhcur; Yusufu ol çah üzərinə ilətüb buraxmaq tədarükündə olduqda, Yusufol vaqiə hövlindən iztirabə düşüb, ixvani-bivəfanın əllərin öpüb, ayaqlarına yüzsürüb istiğasə qılurdı, əmma faidə qılmazdı və heç birinün dilisəxti onun müruriseyli-sirişkindən nərm olmazdı. Şe’r:

Dərda ki, dari-dəhrdə bir yar qalmadı,Şərhi-qəmi-dil etməgə qəmxar qalmadı.Tey qıldı cövr dövri-mürüvvət büsatını,Mütləq büsati-dəhrdə dəyyar qalmadı.

Yusuf gördü ki, ümidi-nəcat yox, təzərr ö’etdi ki: "Ey əzizlər, möhnət verünki, iki rik’ət nəmazə qiyam edim". Dedilər: "Sən [nə bilürsən] nəmaz nədir?"Yusuf ayıtdı: "Əgərçi tifləm, əmma pedəribüzürgvarimlə mehrabi-ibadətə çoxtəvəccöh edüb adət etməgin mə’lufum olmuşdur". Əlqissə, icazət alub nəmazəməşğul olduqda münacat etdi ki: "Ya Rəb, İmami-məhamım səninqəbzeyi-iqtidarindədir, səndən himayət istərəm" – deyüb münacatından fariğolduqda ol bivəfalar italeyi-dəsti-təğəllüb qılub bədənimübarəkindən pirahəninçıxarmaq istədikdə Yusuf ayıtdı: "Ey bimürüvvətlər, zindəyə setri-övrət vəmürdəyə kəfən ləvazimdəndir.

Nola gər pirahənimə mütəərriz olmayasız?!" Dedilər ki, xunalud edübYə’qubə göstərmək məsləhəti üçün pirahən bizə mətlubdur. Təzərrö’ faydəqılmayub, bədəni-lətifin qönçəvar pirahəndən müərra qıldılar və muyi-miyaninərişteyi-rəsən peyvənd edüb tirə çahə endirdilər. Şe’r:

Tənini pirahəndən qıldılar ur,Gülün bərgi-səməndən saldılar dur.Rəsənlər eyləyib ə’zasinə bənd,Dərunin yaxdılar qəndil manənd.Müqəyyəd olmayub fəryadü ahə,Anı endirdilər ol tirə çahə.Şüa’i-nuri-ruyü bərqi-ahıMünəvvər eylədi ol tirə çahı.

Əmma hənuz nisfi-rahi-qə’ri-çah qət’ olmadan ol rəsəni silsileyirabiteyiməhəbbətlərikibi qət’ etdilər və ol biçarəyi tənha buraxıb ol çahın üzərinə xarüxaşak yığub üzərindən getdilər.

Rəvayətdir ki, Yusuf qeyrdən qət’i-ümid edüb kəndüsin Vacibülvücudətəslim etdi və qayəti-dəhşətdən bihuş olduqda Həzrəti-Izzətdən Cəbrailə hökmoldu: "Ya Cəbrail, ədrik’əbdi.

Filhal Cəbrail Yusufu götürüb qə’ri-çahə yetürdi və hüləli-behiştdən setribədənverüb, pərübalin səhhət üçün cərahətlərinə sürüb və sərimübarəkin xakiməzəllətdəngötürüb surəti-əhvalinə heyran ikən nida gəldi ki: "Ey Cəbrail,Yusufun bir neçə gün müanəsətin ixtiyar et ki, qəribdir. Bidar olduqda ana bənimsəlamım yetür və müjdeyi-nəcat ver". Cəbrail ayıtdı: "İlahi, icazət ver ki,kəndümi ana Yə’qub sürətində göstərəm ki, qayətdə müştaqdır". Yusuf ol xabi-dəhşətdənbidar və ol sükri-möhnətdən huşyar olduqda Cəbraili Yə’qub sanubfəryadə gəldi ki: "Ya əbətah, gördünmü ixvani-bivəfa bana nə cəfalər qıldılar vənə üqubətlər ilə bəni bu zindani-bəlaya saldılar".Cəbrail ol iztirab taqət gətirməyüb ayıtdı: "Ey Yusuf, bən Yə’qub degiləm,Cəbraili-Əminəm, rəsuli-Rəbbül-aləmin". Həzrəti-Həqq sana səlamlar yetirür vəfəraqi-validin xüsusunda tə’ziyət verür və hökm edər ki, bəlaya təhəmmülqılasan və səbrlə nəcatə ümidvar olasan. Şe’r:

Səbr qıl, səbr ilə məqsudinə səbr əhli yetər,Səbr edən səbr ilə sərrişteyi-məqsud dutər.

Rəvayətdir ki, Yə’qub övladlə vida’ etdiyi mənzildən mütəhərrik olmayub, olmüsafirlərin müraciətinə intizar çəkərdi və ləhzə-ləhzə yadi-rüxsari-Yusuf edüb,ahi-həsrət çəküb, didədən əşki-nədamət tökərdi ol zəmanadək ki, Yusufu-xurşidrəsəni-şü’a ilə qə’ri-çahiməğribə nüzul etdi və qübari-küdurəti-zülmət dudi-dili-Yə’qub kibi səfheyi-ruzigarı dutdu. Qət’ən müsafirlərdən əsər peyda olmayub,Yə’qubun iztirabı ziyadə olub derdi. Şe’r:

Bir xəbər ver, ey səba, sərvi-rəvanım qandadır,Canımın aramı yox, arami-canım qandadır?Neylədin, netdin, fələk, xurşidi-aləmtabimi,Ol rüxi fərxündə, mahi-mehribanım qandadır?

Və dəmbədəm təxəyyül edərdi ki, aya, övci-əməldən əxtərimuradım tülu’inintə’xirinə nə səbəb vaqe’ oldu ola və asimaniduadən ayəti-rəhmət nüzulinə nəmane’ oldu ola? Şe’r:

Bəni dur etdin, ey dövri-fələk, bir mahsimadənKi, zövqi-vəsldir yegrək bana dünyavü üqbadən.Şəbi-tarikdən, ey gərdun, qiyas etgil onun halinKi, düşmüşdür cüda bir aftabi-aləmaradən

Yə’qub təmam gecə bu sürudlə mütərənnim idi, ol vəqtədək ki, Yə’qubi-səfidmuyi-sübhi-sadiq Yusufu-xurşid iştiyaqindən ahi-sərd çəkdi və piri-gərduni-xəmqamətə ol ahi-sərddən riqqət qılub sitareyi-sirişkin tökdü. Yə’qub ədayinəmazi-sübh edüb, ol gün dəxi mənzilinə müraciət qılmayub, Şəcərətül-vida’altında sayəvar yerdən yerə mütərəddil olub, ol şəm’i-şəbistani-səadətün intizariilə növhələr qıldı. Əmma ixvani-Yusuf ol əmri-qəbihə irtikab etdikdən sonra olgecə müraciətləri müyəssər olmayub, bir səhradə qalüb uyquya getdilər. NisfülleyldəYəhuda sair ixvanindən məxfi, çah üzərinə gəlüb nida qıldı ki: "Ya əxi,əhəyyün əntə əm məyyitün?" Yusuf ayıtdı: "Aya, sən kimsən ki, qəriblər halınistifsar edərsən?"Dedi: "Bən Yəhudayam, ey bəradər, nədir halın?" Yusuf ayıtdı: "Ey əziz, nolahalı anın kim, qeyrilərdən cəfa gördükdə müavinətin istədigi qövmdən cəfagörüb, atəşi-fəraqi-pedər və naireyi-cəfayibəradərdən xirməni-həyatinə hirqətifənayetə və xidmət üçün damənin dutan tayifə bidad üçün giribanın duta". Şe’r:

Qəribi-mülki-eşqəm, qeyri-əşkü ah, dərdü qəmNə bir müşfiq, nə bir munis, nə bir yarü nə bir həmdəm.

Yəhuda ayıtdı: "Ey bəradər, keyfiyyəti-halın mə’lumdur, vəsiyyətin var isəbəyan et". Yusuf ayıtdı: "Vəsiyyətim budur ki, validi-büzürgvarım hüzurindəməclisi-cəmiyyətünüz in’iqad bulduqda bənim pərişanlığımı fəramuş etməyəsüzvə cəhdiniz olduqca ol piriəzizin könlün yaxub xatirin incitməyəsüz". Allah,Allah! Nə münasibdir bu vəsiyyət ana ki, Həzrəti-Sultani-Kərbəla İmami-Zeynəlabdinə vəsiyyət qıldı ki: "Ey fərzəndi-dilbənd, səlamımı süləhayi-ümmətəyetür və iltimas et ki, hər qanda bir məzlum və bir qərib müşahidə qıldıqdabənim qəribliyim və məzlumluğum yad edələr". Şe’r:

Ey qılanlar arizuyi-abi-Kövsər dəmbədəm,Təşnə dünyadan gedən Ali-Rəsuli yad edin.Macərayi-Kərbəla zikrin qılın şamü səhər,Təb’iniz ol zikri-rə’fətbəxşlə mö’tad edin.

Rəvayətdir ki, Yəhuda hənuz müraciət qılmadan bəradərlər xəbərdar olubəqəbincə gəlüb giryan gördülər, dedilər: "Səbəbi-giryə nədir?" Dedi: "Bu qəribüçün ağlaram". Bəradərlər anı məlamət edüb səri-çahi möhkəm edübmütəvəccihi-Kən’an oldular və Yusufun pirahənin bərgi-gül kibi xunin edübsiba’ə aldırdıq deməyə ittifaq qıldılar. Şəcərətül-vida’ə qərib olduqda Yə’qubamülazim olan Dina nam düxtəri-büləndəxtər gördü ki, övladi-Yə’qub gəlürlər,əmma Yusuf aralarında yoxdur, ə’zasinə lərzə düşüb müztərib olduqda Yə’qubayıtdı: "Ey zəifə, bu nə rə’şədür?" Ol mə’sumə və ol məzlumə ayıtdı: "Eypedəri-büzürgvar, övladın göründü, əmma Yusuf görünməz, bilməzəm nəhikmətdir". Şe’r:

Güllər açıldı, görünməz ol güli-xəndan, nə sud!Çıxdılar səyyarələr, çıxmaz məhi-taban, nə sud!

Bu halə müqarin övladi-Yə’qub bildilər ki, hənuz Yə’qub Şəcərətul-vida’altındadır: hiylə ilə giribanların çak və məkrlə didələrin nəmnak edüb "Va-əxahuva-Yusufah", – deyüb növhəyə başladılar. Dina surəti-hallərində məzmunəmüttəle’ olub Yə’quba xəbər verdikdə Yə’qubi-biçarə bihuş olub düşdükdə Dinafəryad etdi ki: "Ey əzizlər, Yə’qub əldən gedüb, ayaqdan düşdü, mədəd qılun".Övladi-Yə’qub ol piri-məzlumun üzərinə cəm’ olub, Yəhuda ayıtdı: "Ey cahillər,bu nə fikri-xəta və əndişeyi-nasəvab idi ki, qıldınuz, həqqa ki, bu tədbirinnəticəsi dünyada məlalətdir və axirətdə xəcalət".

Əlqissə, Yə’qubi-namuradi bihuş ikən ol xaki-məzəllətdən götürdülər vəkəndü möhnətxanəsinə yetürdilər. Bir müddətdən sonra Yə’qub dideyi-nəmnakaçub Yusufu istifsar etdikdə ol cəfaculər rişteyi-təzvirə tab verüb Yusufunpirahəni-xunaludun araya gətürdilər və siba’ü ziyabə töhmət buraxub, naləvüəfğanlərin əflaka yetürdilər. Yə’qub ol xəbərdən yenə bihuş olub, bir müddətdənsonra özünə gəldikdə ayıtdı: "Ənə-əynə". Dedilər: "Kəndü mənzili-kəramətindəvə məqərri-səadətindəsən". Yə’qub ayıtdı: "Haşa, çün Yusufum yoxdur,mənzilim mənzili-tə’ziyətdir və məqamım məqaminədamət". Şe’r:

Nedərəm canü cəhanı, bana dildar gərək,Nədürür canü cəhan, aşiqə didar gərək.

Əlqissə, Yə’qubi-həzin libasi-matəm geyüb və binayi-beytüləhzan qılub,naləvü əfğanı bir qayətə yetürdi ki, məlaikeyi-asiman mütəsədde’ olub münacatetdilər ki: "Ya Rəb, Yusufu Yə’quba vasil et, ya bizə rüxsət ver ki, yer yüzünəenib ana mürafiqət qılalum". Cəbrail ayıtdı: "Ya Yə’qub, əbkəytə bibukaikəl-məlaikətətə"Yə’qub ayıtdı: "Ey Cəbrail". Şe’r:

Bəsteyi-dami-qəmi-hicrani-yarəm, neyləyim,Eyb qılman giryəmi, biixtiyarəm, neyləyim.

Yə’qubun abi-çeşmi-əşkbarı bir mərtəbədə rüxsəti cərəyan buldu ki, səvadimərdümi-çeşmin bəyazi-didədən məhv qıldı, netəkim,"Səhihi-Tənzil" andan xəbər verür: "Və’bəyəzzət əynahu min-əlhuzni" .Nəqldirki, Həzrəti-İmam Zeynəlabdin vaqieyi-Kərbəladan sonra həmişə giryan idi,iltimas etdilər ki: "Ya İmami-zəman, kəsrəti-büka ilə iqdam etmə, səbr et". OlHəzrət buyurdu ki: "Ey əzizlər, bəni mə’zur dutun". Şe’r:

Bir oğlundan cüda düşmüşdü Yə’qub,Hücumi-giryə qılmışdı gözün kur.Əcəbmi giryə qılsam bən ki, düşdümNeçə Yusuf kibi mə’sumdən dur.

Həzrəti-Yə’qub peyğəmbəri-mürsəldi, on iki oğlundan biri qayib olduqda vəqayibin dəxi vüsalinə rica hasil ikən ol qədər ağladı ki, nöqteyi-səvadi-didəsintiği-seyli-sirişk hək qıldı: "Bən ki, validibüzürgvarım və ə’mami-alimiqdarım vəixvani-büləndiqtidarım hüzurumda şəhadət buldular və biümidi-müraciət aləmibəqayətəvəccöd qıldılar, giryə qılsam əcəbmidir?" Şe’r:

Bənim halım nə bilsin olmayan möhnət giriftarı,Bəla azürdəsi, qürbət pərişanı, qəm əfgarı.

Rəvayətdir ki, övladi-Yə’qub Yusufu buraxıb getdikdən sonra hər zəmanmüavidət qılub əhvalın təcəssüs və təfəhhüs edərlərdi. Bir gün Malik nam birtacirin güzarı ol çah üzrə düşüb Yusufu çıxardıqda övladi Yə’qub xəbərdar olubüzərinə varub, "bu bizim qulumuzdur" – deyüb anı Malikə satdılar və sifarişqıldılar ki: "Bu bəndə gürizpadır, bəndü zəncirsiz qoyman və əbdi-asidir,istifayi-əklü şürblə tüğyan vermən".

Yusufu-siddiq anların kələmatın istima’ etdikcə təsdiq verüb səbr edərdi.Əmma bəndü zəncirə gəldikdə təvəqqüfsüz fəğanə gəldi. Malik ayıtdı: "Eyqulam, bəndeyi-gürizpayə bəndü zəncir lazımdır, nə fəğan edərsən?" Yusufayıtdı: "Ey Malik, bən bəndü zəncirdən ağlamazam, əmma ol gün yadimə gəldiki, Həzrəti-Sultani-BargahiKibriya, Maliki-duzəxə hökm edə ki, ta’atimdənmütəmərrid olanları səlasilü əğlalə çək. Aya, bana bu cəfaləri rəva görənlərinhalı ol gün nolur, — deyüb ağlaram". Malik bu xəbərdən mütəəsir olub ayıtdı: "Eyqulam, kələmatində əsəri-dərd var, bu bəndü bəlaya müstəhəqq degilsən, əmmaxacələrün xatiri üçün bir dəm müqəyyəd olduğundan sonra səni itlaq edərəm".Çün övladi-Yə’qub Yusufu müqəyyəd etdirüb Malikə təslim etdilər vəgetdilər, Yusuf Malikə təzərrö’ etdi ki: "Ey Malik, lütf et, bəni bir dəxi xacələrimdidarinə müşərrəf qıl". Malik ayıtdı: "Ey fəqir, bunca cəfadən sonra bu nəməhəbbətdir ki, səni anlara müştaq edər?" Yusuf ayıtdı: "Ey Malik, bunlar bənimməxdumlarİmdir, bunlardan cəfa gördükcə ülfətim ziyadə olur". Malik təəccübedüb avaz yetürdi ki: "Ey əşrafi-Kən’an, tə’cil etmən ki, bu bəndə bir dəxididarınıza müşərrəf olmaq istər".Övladi-Yə’qub təvəqqüf edüb, Yusuf zəncirin sürüyüb anlara mülhəq oldu,ayıtdı: "Ey əzizlər, hər cəfa ki, qıldınız sizə həlal edərəm, bu şərtlə ki, pedəribüzürgvarriayətində ehmal etməyəsüz".Yəhuda giryan olub ayıtdı: "Ey Yusuf, hala bir müsibətdir vaqe’ oldu,mərdanə olub cəhd et ki, xanədani-nübüvvətə seylabi-cəzə’dən xələlyetürməyəsən". Şe’r:

Mərdanə gərək bəladə aşiq,Üşşaqə cəzə’ degil müvafiq.Bisəbr degil müradə qabil,Səbrilə olur murad hasil.

Əlqissə, Yusufu bir naqəyə bindirüb bir qulami-ziştruyi-tündxuy anamüvəkkil etdilər və mütəvəccihi-darülmülki-Misr olub məhmiliəzimətyürütdülər. Yusufu-biçarə hər mərhələdə cərəsvar fəğan qılub və hər mənzildəmütəhəyyir və bizəban qalub, ənva’i-küdurətlə gedərkən yolda məqabiri-Ali-Ishaqə güzarı düşüb, validəsi məzarın görüb, ixtiyarsız naqədən kəndusinburaxub, ol qəbri qucaqluyub fəryad etdi: "Ya ümmah, mülahizə qıl ki, bəndələrkibi bey’ə girüb, sariqlər kibi zəncirə çəkilüb nə üqubətlərə giriftar olmuşam".Qəbrdən avaz gəldi ki: "Ya vələdah ya qürrətə əynah fəsbir innəllahə mə’əssabirin"Sübh olduqda Yusufa müvəkkil olan qulam Yusufu naqə üzərində görməyübtəcəssüs edərkən gördü ki, bir qəbr üzərində oturub növhəedər. Bimühaba bir neçə təpança ilə rüxsari-lətifin məcruh edüb ayıtdı: "Eybəndeyi-asi, xacələrün sənin xüsusində sadiq olduqları mə’lum oldu". Yusuf heçcavab vermədi, əmma dərdlə bir ahi-sərd çəkdi ki, mülkü mələkuta qülqülədüşüb filhal, əbri-bəhar və rə’dü bərq peyda olub, bir tufan qopdu ki, əhli-qafiləmütəvəhhim olub dedilər: "Bu əlaməti-Qiyamətdir". Yusufun müvəkkili olanqualm ayıtdı: "Ey əzizlər, mən bu qulama bir neçə təpança urdum, bu qualm birtəzərrö’ etdi, bu əlamət zahir oldu". Malik ayıtdı: "Ey qulam, səbəbi-təpança nəidi". Qulam ayıtdı: "Naqədən düşüb fərar etmək tədarükündə idi". Malik ayıtdı:"Zəncirlə fərar etmək olmaz". Yusufu hazır edüb ayıtdı: "Nişə naqədən düşdün?"Yusuf ayıtdı: "Valideyimüşfiqəm qəbrin görüb ziyarətinə təvəccöh etdüm, buzalım bəni bigünah incitdi, bən həm bir ah çəkdim ki, cəhanı tarik etdi". Şe’r:

Dudi-dildən çehreyi-xurşidə gər çəksəm niqab,Ta Qiyamət əhli-dünyaya görünməz afitab.

Əhli-qafilə Yusufa nəzəri-e’tibar ilə baxub iltimas etdilər ki: "Ey cəvani-əhlişə’n,bu küdurəti ayineyi-ruzigardən götür". Filhal, Yusuf göyə baxub ləbigövhərfəşanunduaya mütəhərrik etdikdə həvadan küdurət gedüb, səfayamübəddəl oldu. Malik Yusufun bəndü zəncirin götürüb, faxir libasla müləbbəsedüb, mükərrəm və möhtərəm qıldı.Ey əziz, Yusuf məzari-madər görüb fəğan etdikdə böylə müəssir oldu.Mə’lumdur ki, müxəddərati-hücreyi-risalət və xəvatinisərapərdeyi- nübüvvət vəəytami-əslabi-vilayət dəşti-Kərbəlada bədənsiz başları və başsız bədənləri görübnövhə qıldıqda nə əsər verüb.

Rəvayətdir ki, əzizi-Misr, Yusufu Malikdən alub, Züleyxanun xidmətin anamüqərrər qıldıqda və Züleyxa anın dami-məhəbbətinə giriftar olduqda, çün eşqi-Züleyxa aludeyi-məcaz idi, tabi-məlamət gətürməyüb, kəndusinə rahət vəmə’şuqinə möhnət rəva gördü və daməni-pakinə çaki-töhmət buraxub, bəndüzindanla ona azarlar yetürdi. Şe’r:

Aləmi-eşq içrə oldur adəti-mə’hud kim,Aşiq əhli-dərd olub, mə’şuq olan bidərd ola.Hiç aşiq xatiri-mə’şuqə azar istəməz,Mərd olan mə’şuqə cövr etməz məgər namərd ola.

Bir gün Züleyxa hökm etdi ki, Yusufu zəncirlə bir naqəyə bindirüb Misrinməhəllələrində gəzdirüb nida edələr ki: "Vəliyyi-ne’mət hərəmsarayində xəyanətqılanlarun cəzası budur". Bu xəbər şaye’ olduqda Misrin dərü divarı nəzzarəəhlindən səhayifi-təsvir oldu. Zira müşahideyi-cəmali-Yusuf əhli-Misri qayətiheyrətdənsurəti-divar qıldı. Bu təriqlə seyr edərkən Züleyxa kisvəti-məchullaYusufun güzərgahinə gəldi ki, halın görüb xələmatın istima’ edə. Və bu halətdəYusuf münacat edərdi ki: "İlahi, bigünahəm, sən vəqaye’i-əhvalimə vaqifsən,rəhm et". Şe’r:

Büzürgvar Xudaya, əsirü heyranəm,Şikəstəhalü dilazürdəvü pərişanəm,Müqimi-guşeyi-qəm, mübtəlayi-dami-ələm,Əsiri-dərdü giriftari-bəndü zindanəm.

Cəbrail Həzrəti-Cəlildən gəlüb ayıtdı: "Ey Yusuf, bəndü zindandan ələmçəkmə ki, səngirizə həbsi-mə’adində müzayiqə çəkməsə, lə’li-abdar olub zivəriəfsəri-səlatin olmaz və qətreyi-ab təngnayi-sədəfdə məhbus olmasa, dürri-şahvarolub məhbublar vüsalinə dəstrəs bulmaz. Ey Yusuf, Züleyxa güzərgahində durubmütərəssidi-istima’i-kəlamındır, hökmdür ki, cəzə’ qılmayasan və kəsrətiələmdənmütəşəkki olmayasan ki, Züleyxa əməlindən xoşnud olmaya və səninməlalindən sürur bulmaya". Rəvayətdir ki, Yusuf Züleyxaya yetdikdə münadilisanında bu cari oldu ki: "Haza qulamun min-Kən’an vəl-əzizü əleyhi ğəzban".Cəbrail ayıtdı: "Ey Yusuf, münadiyə cəvab ver ki: "Haza xəyrun minğəzbanir-rəhman və mə’siyətil-rəbban və duxulinniran və sərabilil-qətran".Yusuf bu əda ilə mütəkəllim olduqda Cəbrail ol sədayi Züleyxaya irişdürdivə Züleyxa münfə’il olub, kəndü mənzilinə müraciət qılub, cariyəsilə harisizindanairsali-pəyam qıldı ki: "Minbə’d bu qulama cəfa rəva görməyüb, bəndüzəncirin götürüb hüsni-riayətində təqsir etməyə".

Əlqissə, Yusuf yeddi il müqimi-guşeyi-zindan idi, əmma ol mərtəbədə əfğanedərdi ki, əhli-zindan derlərdi: "Ey əziz, gündüz nalə eylərsən, barı gecətəhəmmül et ki, bizə rahət müyəssər ola". Züleyxa bu hala müttəle’ olduqdabuyurdu ki: "Zindandan şari’iammə bir dəriçə açalar, ola ki, sadirü varidnəzzarəsindən Yusufun dili-biqərarinə bir qərar gələ". İttifaqən ol dəriçə canibi-Kən’ana açıldı. Hər gecə ki, səlabəti-hinduyi-zülməti-şəb ol güzərgahdan xəlqintərəddüdün qət’ edərdi, tənha Yusuf ol dəriçəyi məftuh edüb, canibi-Kən’andanmütəhərrik olan nəsimi müxatəb edüb, Yə’qubun əhvalın istifsar edüb, anapeyğamlar irsal edərdi. Şe’r:

Bir xəbər ver, ey səba, ol mahi-tabandan banaKim, qəmi-eşqində yüz qəm yetdi dövrandan bana.Olma qafil, Tanrıçün, daim tərəddüd eyləyüb,Gəh yetür bəndən ona peyğam, gəh ondan bana.

Bir gün bir ə’rabiyi-şütürsəvar şəhərdən mütəvəccihi-səhra ikən, naqə anıburaxıb biixtiyar Yusufun zindaninə müqabil gəlüb lisani-hal ilə Yusufə səlamverüb ayıtdı: "Ey pəsəndideyi-Məliki-Cəlil və ey şükufeyi-Bəni-Israil,Kən’andan Misrə gəldim və hala Misrdən Kən’ana gedirəm; Yə’quba peyğamınvarmı?" Yusuf ki, Yə’qub adın və Kən’an zikrin istima’ etdi, fəryadü fəğanıasimana yetdi. Şe’r:

Səba, lütf etdin, əhli-dərdə dərmandan xəbər verdün,Təni-bicanə candan, canə canandan xəbər verdün.

Bu halətə müqarin ə’rabi iztirab ilə gəlüb naqəyə taziyanə urmaq sədədindəikən zəminə hökm oldu ki, ə’rabiyi həbs edə. Ə’rabi müqəyyəd olduqda Yusufnida yetürdi ki: "Ya əxəl-ərəb, nə canibdən gəlürsən?" Ə’rabi ayıtdı: "Kən’andangəlürəm". Yusuf ayıtdı: "Kən’anın qansı nahiyəsindən olurdun?" Ə’rabi ayıtdı:"Mənzilgahım çeşməsari-Bəni-İsrail və mərğzari-Ali-Yə’qubdur". Yusuf ayıtdı:"Ey bəradər, ol badiyədə heç bir dirəxti-barvər gördünmü ki, on iki budağı olub,birin sərsəri-afət qoparub bir müddətdir ki, əsli-dirəxt arizuyi-fər’ ilə pəjmürdəvə bixi-dirəxt iştiyaqi-şaxsarlə əfsürdədir?" Ə’rabi ayıtdı: "Bu nüktə əhvali-Yə’qubdan kinayətdir ki, on iki oğlundan birin itirüb, hala bir müddətdir ki,yollar üzərində birmöhnətxanə bina qılub, ismin Beytül-Əhzan qoyub, anda sakin olub, sadirüvariddən xəbər sorar, əmma əsər bulmaz". Şe’r:

Hiç kim, ya Rəb əsiri-dərdi-hicran olmasun,Mənzili Yə’qub nisbət Beytül-Əhzan olmasun.Aşiqin bir dəm muradınca mədar etməz fələk,Necə hər dəm gəlməsün fəryadə, giryan olmasun.

Yusufun dərdi bu xəbərdən ziyadə olub ayıtdı: "Ey ə’rabi, hala əzimətün nəcanibədür?" Ə’rabi ayıtdı: "Badiyeyi-Hicaza əzm etişəm ki, anda məta’imünasibalub Kən’ana müraciət qılam". Yusuf ayıtdı: "Bu ticarətdə nə miqdarfayidə mütəsəvvirdür?" Ə’rabi ayıtdı: "Yüz dirəm". Yusuf ayıtdı: "Sana biryaqut verəyim ki, qiyməti igirmi bin dirəmdən ziyadə ola, bu şərtlə ki bumənzildən Kən’ana müraciət qılub, Beytül-Əhzanə gedüb ol pirə səlamımyetürəsən və xakipayinə niyazım ərz edəsən ki: "Ey Rəsuli-sahib-qəbul, zikrindəolan qəribləri və fərağın çəkən binəsibləri həngami-dua fəramuş etməyəsən vəsəni unutmayanları unutmayasan".Ə’rabi ayıtdı: "Ey əziz, ismin nədür?" Yusuf ayıtdı. Şe’r:

Səfheyi-çehrəmdə şərhi-möhnətim mərqumdur,Zahirimdən batinim keyfiyyəti mə’lumdur.

İzhari-ism nə hacət?! Səhifeyi-surəti-halimdən keyfiyyətiməalım mə’lumetmək olur, bu asarü əlamətimdən ol pirə xəbər verdikdə kim olduğum bilür".Şe’r:

Gör rüxi-zərdimdə, ey həmdəm, sirişki-alimi,Ol güli-rə’naya bu rəng ilə bildir halimi.

Ey ə’rabi, əgər anın mərdümi-çeşmi rəhgüzari-seylabi-sirişkə məhv oldusa,bənim xali-rüxsarım xuni-cigər girdabında nayab oldu və əgər anın məqamıBeytül-Əhzan isə, bənim mənzilim bəndü zindandır. Ey ə’rabi, bu yaqutu alublə’li-sirişkimdən ol mə’dənimürüvvətə xəbər yetür ki, anı fərəhnak edüb duasınalasan, zira müstəcabüd-də’vətdir". Ə’rabi ayıtdı: "Bən giriftari-zəminəm,hərəkətə qüdrətim yoxdur". Yusuf ayıtdı: "Ey ə’rabi, bu naqə mübarəkdir,səndən müqəddəm badiyeyi-qürbət giriftarlarına sükkaniBeytül-Əhzan peyamın gətürdi və talibə mətlüb müjdəsin yetürdi; müstəhəqqiüqubətdegil, təərrüzündən təcavüz et".Ə’rabi tövbə qılub ol müzayiqədən nəcat buldu və ol yaqutu alub canibi-Kən’ana rəvan oldu. Yusuf ol ə’rabi ardınca sirişk seylabın töküb deyərdi: "Yaləytə Rahilə ləm təlidni". Şe’r:

Çün dəmi şad olmazam dövri-cəfa-əncamdan,Kaş hərgiz doğmayaydım madəri-əyyamdan.

Əlqissə, ə’rabi Kən’ana yetüb, nisfül-leyldə Beytül-Əhzana gəlüb, Yə’qubasəlam verüb ayıtdı: "Əssəlamu əleykə ya nəbiyullah, əs-səlamu əleykə əyyuhəlməhmum,əssəlamu əleykə əyyuhəlməğmum".Yə’qub ol sədadan bir fərəh ehsas edüb, hücrədən çıxıb ayıtdı: "Əleykəssəlam,ey bəndeyi-Xuda, nə canibdən gəlürsən?" Ə’rabi ayıtdı: "Peyğamım varMisr canibindən: Və təmamiyi-hekayəti təfsil ilə şərh etdi. Yə’qub ol peyğamdansüruri-tam və nişati-təmam bulub muradına yetdi. Şe’r:

Əfakəllah, ey qasidi-xoşxüram,Yetirdün bana dilbərimdən pəyam.Rümuzi-nihan aşikar eylədün,Bəni vəslə ümmidvar eylədün.

Ey ə’rabi, bu müjdə ilə cani-həzinimə kələmati-behcətasarla təmkin yetürdünvə naireyi-hicranıma zülali-nöqteyi-göhərbarla təskin verdün, nə şükranəistərsən?" Ə’rabi ayıtdı: "Ya Nəbiyullah, dünya muradın Yusufdan hasiletmişəm, səndən nəcati-axirət üçün istid’ayi-dua qıluram".Yə’qub ayıtdı: "İlahi, bu bəndeyi-məğbuli səkərati-mövtdən fariğ edüb,müstə’iddi-düxuli-behişt qıl".Bu hala müqarin naqə zəbani-hal ilə fəryad etdi ki: "Ya Nəbiyullah, vasiteyi-pəyambən idim, bən dəxi duaya möhtacam".Yə’qub ayıtdı: "İlahi, bu naqəyi behişt naqələrindən edüb, ana səbzəzaricənnətməzrate’in nəsib et".Ə’rabi ayıtdı: "Ya Nəbiyullah, bu zəman zəmani-icabəti-duadır, ol əsirizindanüçün dəxi bir dua qıl".Yə’qub ayıtdı: "İlahi, anı mətlubinə vasil edüb cəmi’i-muradın hasil et".Allah, Allah, nə xoş münasibdür Yusufun cəfalar görüb və bəndü zindanadüşüb, Yə’quba irsali-peyğam etdügi şəhidi-Kərbəlanın cəfayi-qövmdən tə’ərrüzbulub dəşti-Kərbəlada möhnətlərə giriftar olduqda rövzeyi-Rəsulullaha ərzihaletdiginə. Zəhi təhəmmül ki, ixvanü əqarib bir-bir müqabilində şərbəti-şəhadətiçüb, kəndü tənha qaldıqda mütəzəlzil olmadı və təğəyyür bulmadı. Şe’r:

Dərda ki, əhli-danişü idrak getdilər,Məcruhü dilşikəstəvü qəmnak getdilər.Alayişi-zəxarifə aludə olmayub,Dünyaya pak gəldilərü pak getdülər.

Rəvayətdir ki, Hüseyni-məzlum ixvanü əqaribdən sonra tənha qalub münacatetdi ki: Ya Rəb! Misra’:Zarü tənha qalmışam yarü diyarımdan cüda.Əhli-Beyti-risalət şahzadənin bikəsligin görüb, fəğana gəlüb, bir tərəfdənbənati-mütəhərrat giriban çak edüb və bir tərəfdən üxüvvatisalihat xuni-cigərbirlə nəmnak edüb və bir tərəfdən Həzrəti-İmamZeynəlabdin sədayi-fəğanınmütəvəccihi-əflak edüb, qülqüleyimüsibət bir qayətə yetmişdi ki, fələki-birəhminol halətə rəhmi gəlüb, şiddəti-möhnət dövri-zalimi ol məzlumların halınamütəhəyyir etmişdi. Şe’r:

Bənzəməz Yusufun əhvalına əhvali-Hüseyn,Nişə kim Yusuf olub bəsteyi-zənciri-mihən.Düşdü zəncirə, vəli qılmadı zəncirsifət,Tiri-bidadi-ədu cismini rövzən-rövzən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri