Bu, Məcnunun qəzal ilə məqalatıdır və eşq babında onunla olan halatıdır
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
Gördü ki, bir ovçu dam qurmuş,Daminə qəzallər üz urmuş.
Ol damə cəfayi-çərxi-qəddarBir ahunu eyləmiş giriftar.
Boynu burulu, ayağı bağlı,Şəhla gözü nəmli, canı dağlı.
Əhvalına rəhm qıldı Məcnun,Baxdı ona, tökdü əşki-gülgun,
Könlünə qatı gəlib bu bidad,Yumşaq-yumşaq dedi ki: "Səyyad!
Rəhm eylə bu mişkbu qəzalə!Rəhm etməzmi kişi bu halə?
Səyyad, bu natəvanə qıyma!Qıl canına rəhm, canə qıyma!
Səyyad, saqın, cəfayamandır!Bilməzsənmi ki, qana qandır?
Səyyad, mənə bağışla qanın!Yandırma cəfa oduna canın!"
Səyyad dedi: "Budur məaşım,Açman əyağın, gedərsə başım.
Qətlində bu seydin etsəm ehmal,Ətfalü əyalıma nolur hal?"
Məcnun ona verdi cümlə rəxtin,Pak eylədi bərgdən dirəxtin.
Ol türfə qəzalın açdı bəndin,Şad eylədi cani-dərdməndin.
Üz urdu üzünə, qıldı əfgan,Göz sürdü gözünə, oldu giryan:
"K'ey badiyəgərdü badnavərd!Nazik bədənilə nazpərvərd!
Sən zinəti-hər gili-zəminsən,Gül kimi lətifü nazəninsən
Ey, səbzeyi-cuybari-vəhşət'Rə'na səməni-bəhari-vəhşət!
Tənha qoyma məni-zəbuni,Olğıl mənə dəşt rəhnümuni!
Gəz bir neçə gün mənimlə həmrah,İnsan deyib etmə məndən ikrah!
Yaşım kimi getmə çeşmi-tərdan,Kəsmə əyağın bu rəhgüzərdən!
Sərçeşmeyi-çeşmim eylə mənzil,Sərmənzilimizdən olma qafil!
Olsun bəbəgim qərargahın,Əşkü müjə ab ilə giyahın.
Ey çeşmi-nigar yadigari'Səhl eylə mənə qəmi-nigari!
Qıldıqda xəyali-çeşmi-Leyli,Sən ver məni-xəstəyə təsəlli".
Çün ol, bəşəriyyətin unutdu,Ahu həm onunla üns tutdu,
Onun səbəbilə həm çox ahu,Səhradə onunla tutdular xu.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-leyli-ve-mecnun-29
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Həsud surəti-əhvalimə nəzər qılmaz,Cəfa qılır məni-biçarəyə, həzər qılmaz,
Xoşam ki, xameyi-təqdiri-eyzədi-mütəalXoşam ki, xameyi-təqdiri-eyzədi-mütəal,Vücud lövhinə təsvir edəndə surəti-hal,
Əzizi-həq həsədi-düşmən ilə olmaz xarƏzizi-həq həsədi-düşmən ilə olmaz xar,Həsud hiyləsi iqbali eyləməz idbar.
Əgərçi bir neçə gün iqtizayi-aləmi-dunƏgərçi bir neçə gün iqtizayi-aləmi-dun,Cahanda eylədi iqbal ra’yətini nigun.
Başqa şairlərin şeirləri
Mən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.