Padşahi-mülk
Padişahi-mülk, dinarü-dirhəm rüşvət verib,Fəthi-kişvər qılmağa eylər mühəyya ləşkəri.
Yüz fəsadü fitnə təhrikilə bir kişvər alır,Ol dəxi asari-əmnü istiqamətdən bəri.
Göstərən saətdə dövrani-fələk bir inqilab,Həm özü fani olur, həm ləşkəri, həm kişvəri
Gör nə sultanəm məni-dərviş kim, feyzi-süxənEyləmiş iqbalimi asari-nüsrət məzhəri.
Hər sözüm bir pəhlivandır kim, bulub təyidi-həq,Əzm qıldıqda tutar tədric ilə bəhrü bəri.
Qanda kim, əzm etsə, mərsumü-məvacib istəməz,Qansı mülkü tutsa, dəgməz kimsəyə şurü-şəri.
Payimal etməz onu asibi-dövri-ruzigar,Eyləməz təsir ona dövrani-çərxi-çənbəri.
Qılmasın dünyadə sultanlar mənə təklifi-cud,Bəs dürür başımda tövfiqi-qənaət əfsəri.
Hər cəhətdən fariğəm, aləmdə haşa kim, olaRizq üçün əhli-bəqa, əhli-fənanın çakəri.
Падишах золотой земли подкупает людей серебром,Он готовит полки для захвата другой страны,Сотней козней и хитростей он побеждает ее,Но и в этой стране нету радости и тишины.И в тот гибельный час, когда рок совершил поворот,Гибнет сам падишах, и страна, и мильоны людей.Посмотри: это я властелин, дервиш, сильный войсками слов,Громоносное слово — источник победы моей.Видишь, каждое слово мое — великан, что из истины силу берет;Если слово захочет, будут море и суша покорны ему.И куда бы его ни послал, слову чужды почет и казна;Слово, взявши страну, никого не заточит в тюрьму.Все стихии вселенной слово мое не сотрут,Не раздавит его колесо вероломной судьбы.Пусть властители мира мне не даруют благ:У меня в голове есть корона скромной моей резьбы.Я свободен во всем! Кто б ты ни был, слушатель мой,Ты не должен за корку хлеба преходящему быть слугой.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-padisahi-mulk
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İnsaf ver, ey həsud, insaf,Tə'n etmə ki, cövhərin degil saf!
Müəmmalar1. İmam ismində.İstədi məndən nisari-müjdeyi-təşrif yar,
Hədisi-ərbəinMüqəddiməNasixi-əqavili-mənqulə və ətəmmi-əhadisi-məqbulə ki, əshabi-fəsahət nəqşi-səhifeyi-e'tibar edib, ərbabi-bəlağət tərzi-cərideyi-ixtiyar edərlər ol münşiyi-ərqarai-hikmət və mümliyi-əhkami-qüdrət həmdidir ki, kəlimati-nəsayeh məzmun və nükati-məaniyi-məknun möcizbəyani-rəsulinə cari edib dəsturül-əməli-sükkani-səradiq tə'yin və nəsbül-eyni-ümmali-məsalihiddin etmiş. Səlləllahi əleyhi ve alihi və əshabihi əyyidnən mim həmləti ə'lami ulumihi və nəqlət ehkami adabihi.
Qazi Əlaəddinə məktubƏlminnətü-lillah ki, şəcəreyi-elmü irfan gün-gündən mütənəvve' olub, səməreyi-asarı fəvaid saçmaqdadır, Və nihali-fəzlü ehsan saət-bəsaət təravət alıb dimaği-əhli-imanı müəttər qılmağa tazə-tazə şükufələr açmaqdadır. Hər ayinə nəqşbəndi-nigarxaneyi-vücud kargahi-qüdrətdə bir surəti-mücəddəd çəkməkdən xali olmaz. Və bağbani-hədiqeyi-cud riyazi-hikmətdən hər saət bir nihali-tazə dikməkdən məlamət bulmaz.Əgər bu təriqeyi-mərziyyə nəhci-istimrar bulmasaydı və bu adəti-mə'hudə müstəmir olmasaydı, bəqayi-süvəri-növiyyə və əfradi-şəxsiyyə zərurət ehtimalı bulmaz idi. Və silsileyi-nizama istehkam müyəssər olmaz idi.
Başqa şairlərin şeirləri · Fələk və tale
Gülğülə saldım genə nöhfələki-əxzərə,Etdi mədəd taleim, yetdi əlim sağərə.
روزگار آسوده دارد، مردم آزاده رازحمتِ سِندان نمیآید درِ بگشاده را
Gözəlim bilmədi necəyəm bir azGözəlim bilmədi necəyəm bir az,Kim ona aşiqsə bəxtiyar olmaz.
Sən düzə çıxandaElim başdan-başa yazdır.Əlimdə üç telli sazıdr,