Qəm diyarında əcəl peyki güzar etməz mana
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Qəm diyarında əcəl peyki güzar etməz mana,
Yox sanıb varım məgər kim, e’tibar etməz mana.
Yar cövr etməz mana, əğyar tə’lim etmədən,
Billah, əğyar eyləyən ehsanı yar etməz mana.
Dağıdır hər ləhzə rəxti-eyşimi ahim yeli,
Qansı nahəq zülmdür kim, ruzigar etməz mana.
Eşq zövqilə xoşam, tərki-nəsihət qıl, rəfiq,
Mən ki, tiryakimizacəm, zəhr kar etməz mana.
Çərxdən aşurmadan yadinlə ahi-atəşin,
Qədr edib gərdun şərərdən zər nisar etməz mana.
Nəqdi-can taraci-qəmdən saxlamaq düşvardır,
Eşq ta səngi-məlamətdən həsar etməz mana.
Yadi-lə’linlə Füzuli gözləyib rahi-ədəm,
Var bir tədbiri, əmma aşikar etməz mana.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qem-diyarinda-ecel-peyki-guzar-etmez-mana
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hiç sünbül sünbüli-zülfün kimi mişkin degil,Nafeyi-Çini saçın tək derlər, əmma çin degil.
Hər hübabi-əşkimə bir əks salmış peykərimHər hübabi-əşkimə bir əks salmış peykərim,Şahi-mülki-möhnətəm, tutmuş cahani ləşkərim.
Həzər qıl ah odundan, cövrünü üşşaqə az eyləHəzər qıl ah odundan, cövrünü üşşaqə az eylə,Xəsü xaşaki yaqma, şö’ləsindən ehtiraz eylə!
Hübabi-əşki-xunin cismimi eldən nihan etmişHübabi-əşki-xunin cismimi eldən nihan etmiş,Qəmi-eşqin məni-rüsvayi binamü nişan etmiş.
Başqa şairlərin şeirləri · Eşq
Yarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
Dərya kənarıBir gün qəmi-dövrandan usandı dili-zarım,Bir sahili-dəryayə tərəf düşdü güzarım.
TələsməRamiz Mirişli bəstələmişdir*Dedim mən, sevirəm, dedi sevginən,
Nəqa nə mindiİbtida xəlq oldu külli-kainat,İnsan nəqa mindi, nəqa nə mindi?