نوبهارست جهان رونق دیگر دارد
Qəsidə nədir?
Qəsidə: təntənəli, uzun lirik şeir; mədh və ya öyüd üçün yazılır.
نوبهارست جهان رونق دیگر داردباغ را شمع رخ لاله منور دارد
ز گل و سبزه چمن راست صفایی هر دمچون ننازد نعم غیر مکرر دارد
شاخ را برده سر از ذوق شکوفه به فلکچون تفاخر نکند این همه زیور دارد
می زند خنده گل و باد برو طعنه زنانکه چرا خنده بعالم نزند زر دارد
شده مقبول طبیعت حرکات گلبنشاهدان خلعت سبزست که در بر دارد
می کند دعوی دارایی گلشن نرگسورنه آن افسر زر چیست که بر سر دارد
یافته سر بسر اموات ریاحین احیاصفحه صحن چمن صورت محشر دارد
سبب سبزه همین است که هنگام صفاچرخ را آینه باغ برابر دارد
باز از سبزه و شبنم ورق روی زمینصورت انجم و افلاک مصور دارد
شده ظاهر ز خس خشک و گل تازه و ترسر حق را نظری کن که چه مظهر دارد
وه چه فیض است که باز از اثر لطف هواباغ لطف نسق شرع مطهر دارد
خاص در عهد نسق بخشی آن والی شرعکه دلش پرتوی از نور پیمبر دارد
قاضی غاضی فرخنده رخ و دریا دلکه جهان را بهمه روی منور دارد
هرچه باید ز نکوکاری و خیراندیشیدارد و از همه صد مرتبه بهتر دارد
نعمة الله ولی طبع که در ملک قضابحر علمیست که هر مسئله از بر دارد
گهر علم یقین را علمای سابقهمه انداخته بر خاک که او بر دارد
ای قضا قدر که بر چرخ نهد پای شرفهر که از سده درگاه تو بستر دارد
علم از دولت درک تو پی جمعیتبی تکلف همه اسباب میسر دارد
آسمان شرف و اوج سعادت در تستای خوش آن کس که سر صدق بران در دارد
تا در اجزای شریفت قلمت گشته رواندهر را رایحه عدل معطر دارد
در چنین عهد که عدل تو شده شهره دهرچند ما را غم و اندوه مکدر دارد
روش چرخ تردد ننماید بادبمتصل عافیت از ما برود درد آرد
سرورا سوی فضولی نگر از عین کرمکه بسی حال سراسیمه و مضطر دارد
هست امید که در کارگه فیض وجودصفحه سطح فلک تا خط اختر دارد
چرخ بر سر خط حکم تو نهد بر همه حالبخت حکم ابدی بر تو مقرر دارد
Nobahar oldu, cahanın yenə xoş dəmləri var,Bağın al hüsnü gözəl, lalə kimi dilbəri var.
Göy çəmənlərdə çiçəklər verir insanə fərəh,Belə ne’mətlər ilə fəxr eləsən, çox yeri var.
Gülün eşqilə budaqlar ucalır əflakə,Öyünür, qürrələnir, çünki belə ziyvəri var.
Gül gülür, tə’nə vurur bax ona sübhün küləyiKi, nədən aləmə tə’n etməyə gül kim, zəri var.
Bu təbiətlə nə xoş saziş edir gül ağacı,Ona xəl’ət verilib, başda yaşıl məcməri var.
Nərgis istər ola baş güllərə gülşəndə bu gün,Bu məram ilə onun başda qızıl əfsəri var.
Yenə cansız ota can verdi təbiət təzədən,Səfheyi-səhni-çəmən aləminin məhşəri var.
Səbəb ol səbzəyə gülşəndə bu olmuşdur kim,Çərxin ayineyi-bağ içrə yaşıl peykəri var.
Yenə şəbnəmlə yaşıl ot bəzəmiş yer üzünü,Sanki yerdə fələyin əncəmü əxtərləri var.
Quru çör-çöplər içində təzə gül zahir olur,Xilqətin sirrinə bax, gör nə əcəb məzhəri var.
Hələ bəh-bəh, nə ətirlər saçır ətrafa hava,Lütf bağında onun şər’ilə barü bəri var.
Yaşarıq valiyi-şər’in belə xoş dövründəKi, onun pak zəmirində nəbi gohəri var.
Gülər üz, qəlbi geniş, qazilərin qazisi,Aləmə nur verən surəti-xoşmənzəri var.O sifətlər ki, bu gün xeyrxah insanda olar,Yüz qat artıq əməli, xeyri, kəramətləri var.
Ne’mətullah ki, olur elmə pənah aləmdə,Elm dəryası olub, sinədə min dəftəri var.
Gövhəri-elmi gömübdür yerə sabiq üləma,O tapa qaldıra yerdən ki, onun gövhəri var.
Qoyacaq övci-fələk başına əlbəttə qədəm,Qapının torpağı üstündə kimin bəstəri var.
Ta ki, fəhm eyləyə idrak sənin varlığını,Elm tək əldə onun vasitəsi, rəhbəri var.
Səndədir elmi-şərəf, övci-səadət, bilirəm,Ey xoş ol kimsə ki, sidqilə qapında yeri var.
Nə qədr ki, qələmin şər’ə verir izzü rəvac,Ətri-ədli yaya ətrafə, onun ziyvəri var.
Belə bir dövrdə ki, ədlin olubdur məşhur,Nə üçün qəlbdə bəs dövri-zaman qəmləri var?
Gərdişi-çərx ədəbin səmtinə heç meyl etməz,Yaxşılıq eyləməz, amma bizə dərdi-səri var.
Sərvərim, lütf edərək bax da Füzuli tərəfə,Axı çox hali-pərişani, dili-müztəri var.
Var ümidim ki, bu varlıq nə qədr mövcuddur,Nə qədər ki, fələyin nur saçan əxtəri var.
Çərx əysin başını hökmünə hər bir anda,Bəxtin olsun əbədi, ta ki, onun məzhəri var.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qeside-16
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Bu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,
QayıtdıBir nazənin huri mələk simalıGəldi, məni gördü, güldü, qayıtdı
Ta cəmalın rütbəsin, ey şux, idrak eylədiTa cəmalın rütbəsin, ey şux, idrak eylədi,Rəşkdən gülşəndə gül pirahənin çak eylədi.
İnciməsinDedim, könül, nə düşübsən həvəsdən,Şamama dərərəm, tağ inciməsin.