السلام ای ساکن محنت سرای کربلا
Qəsidə nədir?
Qəsidə: təntənəli, uzun lirik şeir; mədh və ya öyüd üçün yazılır.
السلام ای ساکن محنت سرای کربلاالسلام ای مستمند و مبتلای کربلا
السلام ای هربلای کربلا را کرده صبرالسلام ای مبتلای هر بلای کربلا
السلام ای بر تو خار کربلا تیغ جفاالسلام ای کشته تیغ جفای کربلا
السلام ای متصل با آب چشم و آه دلالسلام ای خسته آب و هوای کربلا
السلام ای غنچه نشگفته گلزار غممانده از غم تنگدل در تنگنای کربلا
السلام ای کرده جا در کربلا وز فیض خوددر دل اهل محبت کرده جای کربلا
السلام ای رشک برده زندهای هر دیاردر جوار مرقدت بر مردهای کربلا
یا شهید کربلا کردم بگرد طوف تورغبت سیر فضای غم فزای کربلا
یاد اندوه و غمت کردم شد از اندوه و غماز دل من تنگ تر بر من فضای کربلا
ریخت خون در کربلا از مردم چشم قضااز ازل این است گویا مقتضای کربلا
هر که اندر کربلا از دیده خون دل نریختغالبا آگه نشد از ماجرای کربلا
چرخ خاک کربلا را ساخت از خون تو گلکرد تدبیر نیاز آن گل برای کربلا
جای آن باشد که گر بویند آید بوی خونتا بنای دهر باشد از بنای کربلا
سرورا با یاد لبهای بخون آلوده اتخوردن خونست کارم چون گیای کربلا
اجر من این بس که گر میرم شود سر منزلمخاک پای جانفزای دلگشای کربلا
کربلا خوان عطای تست گردون دم بدممی رساند بر همه عالم صلای کربلا
هر که می اید بقدر سعی و استعداد خودبهره می گیرد از بحر عطای کربلا
نیست سبحه این که بر دستست ما را بلکه هستدانه چندی ز در بی بهای کربلا
یا شهید کربلا از من عنایت کم مکنچون تو شاه کربلایی من گدای کربلا
در دلم دردیست استیلای بیم معصیتشربتی می خواهم از دارالشفای کربلا
روزگاری شد که مأوای فضولی کربلاستنیست او را میل مأوایی ورای کربلا
هست امیدم که هرگز برنگردد تا ابدروی ما از کعبه حاجت روای کربلا
هم چو سعی مروه لطف حق نبخشد اجرهاسعی ما را در زمین پر صفای کربلا
Ey Kərbəla möhnətsərası sakini, səlam!Ey Kərbəla möhtacı və giriftarı, səlam!
Ey Kərbəlanın hər bəlasına dözən, səlam!Ey Kərbəlanın hər bəlasına düçar olan, səlam!
Ey Kərbəlanın tikanı sənə cəfa qılıncı olan, səlam!Ey Kərbəlanın cəfa tiği ilə öldürülmüş, səlam!
Ey daimi göz yaşı və ürək ahına düçar olan, səlam!Ey Kərbəlanın abü havasının xəstəsi, səlam!
Ey qəm gülzarının açılmayan qönçəsi, səlam!Qəmdən Kərbəla zindanında ürəyi sıxıntıda qalmış,
Səlam, ey Kərbəlada yer edib, öz feyzi ilə Məhəbbət əhlinin könlündə Kərbəlaya yer etmiş.Səlam, ey hər diyarın dirilərinin türbən yanındakı Ölülərin halına həsəd apardıqları Kərbəla!
Ey Kərbəla şəhidi, sənin türbəni təvaf etmək üçün,Kərbəlanın qəm artıran fəzasını seyr etməyə rəğbət etdim.
Sənin qəm-qüssəni yad etdim, qəm-qüssədən,Kərbəlanın fəzası ürəyimdə dar göründü.
Kərbəlada qəza gözümün bəbəyindən qan axıtdı,Deyəsən əzəldən Kərbəlanın istəyi belədir.
Kərbəlada hər kəs gözündən ürək qanı axıtmasa,Kərbəla macərasından, deməli, agah olmamışdır.
Fələk Kərbəla torpağını sənin qanınla yoğurdu,O palçıqdan Kərbəla üçün niyaz istənildi.
Yeri vardır ki, əgər iyləsələr qan iyi gəlsin,Dünya durduqca Kərbəla binasından.
Sərvərim, qana bulaşmış dodaqlarını yad etməklə,İşim, Kərbəla göyərtisi kim qan udmaqdır.
Mənə bu yetər ki, ölsəm, son mənzilim,Kərbəlanın ruh verən, könül açan pak torpağı olsun.
Kərbəla sənin ehsan süfrəndir, fələk hər an,Bütün aləmə Kərbəla sədasını yetirir.
Gələn hər bir kəs öz səyi və istedadına görə,Kərbəla ehsanı dənizindən pay alır.
Əlimizdə olan təsbeh deyil, bəlkə,Kərbəlanın dəyəri bəlli olmayan incilərindən neçə danədir.
Ey Kərbəla şəhidi, inayətini məndən azaltma,Çünki sən Kərbəla şahısan, mən isə Kərbəla dilənçisi,
Ürəyimdə bir dərdim var, günaha batmaq qorxusundan,Kərbəla şəfa ocağından bir şərbət istəyirəm.
Müddətdir ki, Füzulinin məkanı Kərbəladır,Kərbəladan başqa onun başqa yerə meyli yoxdur.
Ümid edirəm əbədi olaraq heç vaxt Arzular Kəbəsi olan Kərbəladan üz döndərməyəm,Səyi-Mərvə kimi Allahın lütfü əcrlər verər,
Bizim səfalı Kərbəla torpağındakı səyimizə.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qeside-4
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nurini mah mehri-rüxündən alır müdam,İnkar edərsə, şəhr güvahımdurur tamam.
Ol ki, hər saət gülərdi çeşmi-giryanım görübOl ki, hər saət gülərdi çeşmi-giryanım görüb,Ağlar oldu halıma birəhm cananım görüb.
Ol pərivəş kim, məlahət mülkünün sultanıdırOl pərivəş kim, məlamət mülkünün sultanıdır,Hökm onun hökmüdürür, fərman onun fərmanıdır.
Olsaydı məndəki qəm Fərhadi-mübtəladəOlsaydı məndəki qəm Fərhadi-mübtəladə,Bir ah ilə verərdi min Bisütuni badə.
Başqa şairlərin şeirləri · Mədhiyyə
والعید قد تجلی من غرة النهار
Atılmayan toplarDaş barılar, qalalar,Bürclər durur yan-yana.
Şikayətin sonuZalım kəfsin min başı var, min rəngi var dunyada,Hər an başqa cilvə ilə uz gostərir bir əda.
Başına dolandıXəbər gəldi, şah qoruğu talandı,Xəstə cismim yar başına dolandı.