پیش تو گل از شرم سرانداخته در پیش
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
پیش تو گل از شرم سرانداخته در پیشگویا که پشیمان شده از آمدن خویش
Gördükdə səni çəkdi xəcalət güli-xəndan,Guya ki, öz gəlməyinə oldu peşiman.
گل جای بسر دارد اگر بگسلد از خارای گل منشین پیش رقیبان بداندیش
Ayrılsa tikandan gül, edər sinədə məskən,Əğyarə yaxın düşmə, gülüm, qıl həzər ondan.
در باغ چرا پیرهن گل شده خونینای گل تو مگر بر رگ بلبل زده نیش
Gülşəndə gülün köynəyi qanə niyə batsın,Ey xar, məgər bülbülə nəştərmi vurursan?
چون غنچه خندان که شود گل ز دم بادناصح ز دم سرد تو شد آتش دل بیش
Qönçə açılar badi-səbanın nəfəsindən,Naseh, nəfəsin etdi yanan qəlbimi suzan.
گر سینه شکافم دل صد پاره نمایدچون غنچه چرا فاش کنم حال دل ریش
Sədparə könül zahir olar sinəmi yarsam,Hali-dilim olsun niyə çün qönçə nümayan.
چون رخ بنمودی بده از لعل لبت کامدر دور گل آن به که کند کس طرب و عیش
Göstərdin o gül çöhrəni, ver kam ləbindən,Gül dövrü gərək işrətə məşğul ola insan.
Məqtə — şairin təxəllüsü olan son beyt. بربود دل و دین من آن غمزه فضولیفریاد ز بی باکی آن کافر بدکیش
Məqtə — şairin təxəllüsü olan son beyt. Qarət edib ol qəmdə Füzuli dilü dini,Əfğan, yenə ol kafəri birəhmdən, əfğan!
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qezel-217
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Arizin bədrə dönüb, var iki yanında hilal.
Kirpiyindən qanlı bir köynək geyinmişdir tənimGöz yaşımla çak-çak olmuşdur ol pirahənim.
Muradə yetmədən kuyindən, ey siminbədən, getdimÜrəkdə dağ, qıldım lalə tək tərki-çəmən, getdim.
Lalə üzlü o gözəlsiz yerim olmuş külxənEşq odunda yanıb axırda külə döndüm mən.