هر لحظه صد جفا ز بلای تو میکشم
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
هر لحظه صد جفا ز بلای تو میکشمعمریست جان من که جفای تو میکشم
Cövründən hər dəqiqə yetər yüz bəla mənə,Xoşdur bəla, görürsən əgər sən rəva mənə.
جور فلک نمیکشم از بهر کام خودگر میکشم برای رضای تو میکشم
Bildim cahanda rəsmü vəfa qalmamış, yenəBihudə gözlərəm ki, edərsən vəfa mənə.
دانستهام که رسم وفا نیست در بتانبیهوده انتظار وفای تو میکشم
Mən cövrə dözmürəm ki, yetim öz muradıma,Kamıncadır cəfa deyə, gəldi səfa mənə.
هردم هزار ساغر خونابه از جگربر یاد لعل روحفزای تو میکشم
Ləli-ləbini yad qılıb, nuş edim deyə,Min kasə qan ciyərdən edibdir əta mənə.
فرهاد و کوه کندن او را چه اعتبارعاشق منم که بار بلای تو میکشم
Fərhad çapdı dağ, bu hünərdirmi aşiqə,Aşiq mənəm ki, dağca çatılmış cəfa mənə.
هرشب به ماه میکشم از آه صد علمبنگر چهها ز شوق لقای تو میکشم
Hicrindən hər gecə çəkirəm ah sübhədək,Yetdi nələr yolunda, gör, ey məhliqa, mənə.
Məqtə — şairin təxəllüsü olan son beyt. در عاشقی همین نه فضولی یگانه استمن هم جفای زلف دوتای تو میکشم
Məqtə — şairin təxəllüsü olan son beyt. Aşiq deyə, Füzuli, düşünmə, yeganədir,Yüz başqa aşiqin var, olub rəhnüma mənə.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qezel-280
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Parlayıb bir gün kimi, aşubi-dövran olmusan.
Ya rəbb, o dərdsiz dərdimə dərman edər, ya yox?Bir dərdə düçarəm, ona çarə edər, ya yox?
Nə xəta çıxmış əlimdən, salmısan gözdən məniMehrini əğyarə saldın, böylə bilməzdim səni.
Səndən özgə bizlərin yoxdur pənahı, ya nəbi!Dərgəhindir bizlərin ümmidgahı, ya nəbi!