Seyr qıl, gör kim, gülüstanın nə abtü tabı var
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Seyr qıl, gör kim, gülüstanın nə abü tabı var,
Hər tərəf min sərvi-sərsəbzü güli-sirabı var.
Pənceyi-bərgi-çinar etmiş mühəyya şanələr,
Anlamış guya ki, sünbül kakilinin tabı var.
Rahət içün fərş salmış səbzeyi-tər gülşəni,
Nərgisin görmüş gözün məxmur, sanmış xabı var.
Bulunur hər dərdə istərsən, gülüstanda dəva,
Həqqəsində qönçənin guya şəfa cüllabı var.
Güldü gül, açıldı nərgis, lalə doldu jalədən,
Ey xoş ol kim, işrətü eyş etməyə əsbabı var.
Qalib olmuş xəlqə zövqi-seyri-gülşən, qaliba,
Çəkməyə xəlqi bənəfşə zülfünün qüllabı var.
Gər Füzuli meyli-gülzar etsə fəsli-gül, nola,
Eyş üçün xunabeyi-dildən şərabi-nabı var.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-seyr-qil-gor-kim-gulustanin-ne-abu-tabi-var
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Saqınmaz tiri-ahimdən ki, qarşımda süpər tutmaz.
Ey sayə, mən tək gəzmədin səhraları avarə sənYox taqətin tənhalığa, möhtacsan bir yarə sən.
Zülmət gecədə bizlərə rəhm eyləmədin, yarMəhşər gününə etməmisən sən məgər iqrar?
Hər gecə-gündüz könüldə, aylar, illər dildəsənSən mənim qəlbimdəsən, olsan əgər qafil də sən.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Əvvəla şərti-gözəllikdə kamal olmalıdır,Saniyən qaideyi-hüsnü camal olmalıdır.
GörümBu yağışa dayanırmı dəmir, daş, görüm,Qalaydı xeyrin, ilahi, qapında kaş görüm!
QərənfilNə tez oyanmısan qış yuxusundan,Hələ təzə gəlir bahar, qərənfil?
QızlarınFəsli bahar, yaz ayları gələndə,Açılar qoynunda gülü qızlarm.