Gətir, saqi, qədəh, bil kim, təəllül fövti-fürsətdir,

Bu firsət var ikən fövt etmə kim, fürsət qənimətdir.

Zəminə: “keyfə yuhyil-ərz” yazmış xameyi-səbzə,

Nəzər qıl kim, bu həm asari-rəhmətdən bir ayətdir.

Deyirlər cənnət içrə atəş olmaz, bu əcəbdir kim,

Gülüstan atəşin gül birlə rəşki-baği-cənnətdir.

Cahani rəşki-gülzari-Xəlil etkən bahar iməs,

Bu feyzi-ədli-İbrahim xani-paksirətdir.

Onun yanında kim, gülbərg gülzari-məanidir,

Onun bəzmində kim, sərvi-rəvani baği-behcətdir.

Açıldı qönçə tumarı və mə’lum oldu məzmuni,

Budur kim: fövt qılman mövsimi-gül, cami-gülguni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana