Sevərəm ol nigari-simbəri

Ki, cəfapişəvü sitəmgərdir.

Nişə kim, ona eşqbazlığım

Mə’siyət olduğu müqərrərdir.

Cövr ilə ol müdam mən’im edib,

Rəhi-zöhdü səlahə rəhbərdir.

Qalibi-əcr olursa cövrü, nola,

Əmri-mə’rufü nəhyi-münkərdir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq