Tutuşdu qəm oduna şad gördüyün könlüm
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Tutuşdu qəm oduna şad gördügün könlüm,
Müqəyyəd oldu ol azad gördügün könlüm.
Diyari-hicrdə seyli-sitəmdən oldu xərab,
Fəzayi-eşqdə abad gördügün könlüm.
Nə gördü badədə bilmən ki, oldu badəpərəst,
Mürid məşrəbü zöhhad gördügün könlüm.
Fəraqın odunu gördükcə mum tək əridi,
Səbatü səbrdə fulad gördügün könlüm.
Gətirdi əciz, görüb eşq müşkül olduğunu,
Qamu hünərlərə ustad gördügün könlüm.
Degildi böylə, dəmində bir əhli-işrət idi,
Bu qanlar içməgə möhtad gördügün könlüm.
Füzuli, eylədi ahəngi-eyşxaneyi-Rum,
Əsiri-möhnəti-Bəğdad gördügün könlüm.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-tutusdu-qem-oduna-sad-gorduyun-konlum
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Işi daim bu yazıq qəlbə cəzadır, bilirəm.
Var nə təqsirim yenə mən çeşmi-yardan düşmüşəm?Mötəbərdim, heyf, indi etibardan düşmüşəm.
Səndən ürək qəmin, gözəlim, pünhan etmərəmBu eşqi gizli, ey gözəlim, bir an etmərəm.
Mən ona naləylə izhari-qəmi-dil etmişəmAğlaram, çün nalədən mən kam hasil etmişəm.
Başqa şairlərin şeirləri · Eşq
Huri-hürriyyətə*Dil istər ibtisamını, gül, ey nigar, gül!
Ey qaşi kaman, kirpiyi ox, ləbləri mərcanEy qaşi kaman, kirpiyi ox, ləbləri mərcan,Şəhd-i ləb-i ləlin mən-i biçarəyə dərman,
Bilmir niyə könlüm necə dildar oldumKönlüm nə çəkir, gör necə ağlar oldum.
FüzuliEy Füzuli, eşq dolu bir badəyəm,Mən sənin söz mülkünə səccadəyəm.