Xəlqə xublardan vüsali-rahətəfzadır qərəz,Aşiqə ancaq təsərrüfsüz təmaşadır qərəz.

Zahida, tərk etmə şahidlər vüsali-rahətin,Gər ibadətdən həmin qilmanü huradır qərəz.

Hurü kövsərdən ki, derlər rövzeyi-rizvanda var,Saqiyi-gülçöhrəvü cami-müsəffadır qərəz.

Zövqsüz lazım çıxar dünyadan ol dünyapərəstKim, ona dünyadan ancaq zövqi-dünyadır qərəz.

Rahət olsaydı qərəz, dünyadə fəqr istərdi xəlq,Qaliba kim, xəlqə bir bihudə qovğadır qərəz.

Arif ol, sövdayi-eşq inkarın etmə, ey həkimKim, vücudi-xəlqdən ancaq bu sevdadır qərəz.

Məqtə — şairin təxəllüsü olan son beyt. Qıl Füzuli, tərk ibrami-təkəllüm kim, yetər,Surəti-halın, gər izhari-təmənnadır qərəz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq