Səhifə 2 / 2 · 50%

Zatən provokatoru və caniləri məhkəmə əlilə tənbih və tovbix etmək bizim bu sülh və səlah komisyonlarının vəzifələrindəndir; lakin nə etməli ki, bu komisyonlar öz təqsirlərinə görə bu işdə gücsüz və qüdrətsizdirlər... Halbuki indi yalnız bu gunə tədbirlərilə ölkənin sükunət və rahətliyini – əhali əqlə və huşə gəlincə, – saxlamaq mümkündür. Məlum olduğu üzrə hökumət də bu tədbirləri heç bir vaxt layiqincə ittixaz və tətbiq etməz; hər halda bu tədbirlər camaatın öz əlilə işə qoyulmalıdır və bu tədbirlərin əncamə yetməsinə camaat özü göz yetirməlidir, çünki provokatorun da və caninin də kim olduqlarını camaat özü yaxşı bilib tanıyır və bunlara tənbih və cəza olunması cana doymuş camaatın şiddətli arzusudur. Söz yoxdur ki, camaatın bu işə müdaxiləsi ancaq öz vəkillərinin vasitəsilə ola bilər; binaənəleyh camaat bu işdə olsun deyibən, yenə komisyon və komitə qurmaq lazımdır. Əlbəttə, bu komisyon və komitələrin indiki sülh və səlah komisyonları ilə çox az müşabihəti olmalıdır. Əvvəla, bu indiki komisyonların vəkilləri camaat tərəfindən baqajda seçilmiş həqiqi vəkil deyildirlər, bunlar Tiflisdə əl altında olan adamlardırlar ki, tutub hökumətin səlahidilə vəkil təyin edibdirlər. Sair məhəllə komisyonlarının vəkilləri isə, həmçinin, “Xudsər” vəkildirlər və saniyən, bu “vəkillərin qərəz və tərəfgirlikdən bəri və uzaq olmalarına heç bir kəs göz yetirməyir, onların tərəfgirləri isə indi hamıya məlumdur və saniyən bu “vəkil”lər iş görməkdə bir o qədər ixtiyar sahibi deyildirlər. Odur ki, hər nə səlah bilib, təklif ediblərsə də hökumət tərəfindən əməl olunmayıbdır. Bundan aşkardır ki, həqiqi və işə yarar komisyon təyin etmək üçün lazımdır ki: əvvəla, baş komisyonun vəkilləri bilavasitə camaat tərəfindən seçilsinlər. Camaat özü öz dərdbilənlərini və yaratanıyanlarını özü yaxşıca bilib də tanıyır, hökumət vəkil seçmək işinə müdaxilə etməsin.

Saniyən, baş komisyonda hər iki tərəfin camaatı vəkillərindən savayı tərəfi-camaatdan da vəkillər olsun. Bu bitərəf vəkillərin hüzuru vacibdir ki, bunların diqqət və nəzəribitərəfanə və biğərəzanəsi sayəsində haman komisyonda (indiki komisyonda aşikar olunan), tərəfgirlik və qərəziliyin iyi və tozu da olmasın, bitərəf vəkillər məlumdur ki, gürcü camaatından olmalıdır, çünki bu vacib taifə bu qardaş qanı tökən iğtişaşa qarşı həqiqi ələm və kədərini izhar edib, həmişə səy edərdi ki, adilanə və münsifanə təriqilə bu biməni iğtişaşa və şurişə bir intiha çəksin və ya çəkilsin, adil və münsif gürcülərin gözündən heç bir provokator, heç bir cani yayınmaz, gürcü vəkilləri gürcü camaatı özü seçsin.

Salisən, bu gunə təşkil olunmuş komisyona, provokator və caniləri tutub sud və məhkəmə ilə cəzasına yetirməkdə külli-ixtiyar verilsin və onların hər bir qərardadları bilatəxir təsdiq və icra olunsun.

Rabiən, komisyonun əzaları hökumət ianə və maaşı ilə dolansınlar ki, onsuz da malı-mülkü dağılıb tükənmiş camaata zərər dəyməsin.

Məhəlli komisyonlar isə həmin seçki qərarı ilə qurulmalıdır; lakin bitərəf vəkillərin hüzuru artıqdır. Bu komisyonlar isə baş komisyona tabe olmalıdırlar. Bu komisyonların əməl və rəftarından baş komisyona şikayət etməyə camaat muxtardır.

Məlumdur ki, baş komisyon ilə məhəlli komisyonlar ümdə diqqətini provokatorların və canilərin əza və tovbixinə cəlb edib də bu iki tayfanın yenə ülfət və üns tutmalarına da vasitələri ilə səy və qeyrət etməlidirlər.

Belə bir həqiqi sülh və müsalimət komisyonlarının vücudilə bərabər erməni sosial-demokratları və müsəlman ictimaiyyun-amiyyunları ittifaq və ittihad edib iki camaatı fələn dərrakə və qanacaq məqamına gətirməyi himmət etsələr ümid olunur ki, həqiqi sülh bir tez zamanda bərqərar və paydar olub, ətrafdan soxulmuş düşmənçilik bilmərrə puç və məhv olar və bu qədim dostlar əl-ələ verib, ümumvətən üçün xidmətə şüru edərlər və dəxi, ermənilər görərlər ki, elmsiz qonşuları indi iri-iri qədəmlər ilə irəliyə hərəkət etməkdədirlər. Kəsbi-hürriyyət və azadi işində onlara məmaniə deyil, müavin olarlar.

Bədəttəhrir, ümidvarız ki, bu məsələyə dair sairlər dəxi öz təsəvvüratlarını izhar etməklə, ölkənin sülh və müsaliməti xatirəsi üçün ciddi tədbirlərin bir tez zamanda tətbiq və icrasına yardım edərlər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ordan-burdan 7

Hilal ilə Şiri-XurşidŞ i r i - X u r ş i d (Hilalə) – Bəs sən batmışdın, nə üçün birdən çıxdın?

1 dəq
Tazə lüğətdən

Məşrutə – (osmanlıca) şərt sözündən çıxıb. Yəni şərt qoysunlar ki, hər kəs xəzinədən nə oğurlayıbsa, dinməz-söyləməz gətirsin qoysun yerinə.Məşrutə – (iranca) şərit sözündən çıxır. Yəni adamları tutub bir-bir şəritdən assınlar.

1 dəq
Vəzirlər proqramı

Osmanlıdan gələn xəbərlər bir-birindən şayani məsərrətdir. İndiyə qədər bir xəbər gəlməmişdir ki, bizim nikbinanə hal və hissiyyatımızı xələldar və pərişan etsin. Lakin bainhəmə Osmanlıda olan həvadisat nə qədər şayani məsərrət olsa da, yenə də indiyə qədər qeyri-müəyyən bir halda olub, bizi qəti bir nəticəyə müntəzir qoymaqda idi. Dünənki teleqrafda oxuduğumuz vəzirlər proqramı isə, iştə bu nəticənin müqəddəməsi olub, Osmanlı dövlətinin qanuni əsaslı dövlətlər cərgəsinə girib də nə gunə süfət və simada olacağını bildirir.Vəzirlər proqramı, ümumi bir nəzərlə baxdıqda, hüsn təsir bəxş edəcək dərəcə gözəl tərtib olunmuşdur. Osmanlının yaralarını sağaldacaq daru və dərmanların haman hamısı burada peyda və təzkar olunmuşdur. Qərar və qəbul edilmiş bir qanuna məqayir olub da məmləkətə qanunsuzluq salan əmrlərin və düsturül-əməllərin hamısı məhv və ləğv ediləcəyini vəzirlər proqramı vəd edib də idareyi müstəbidəyə məxsus bürokratiyalıq havavü həvəsinə son qoyulacağını bildirir. Köhnə “qanun”ların həyat və məişətin şəraiti-hazirəsinə müvafiq olmadığı üçün məclisi-ümumi, yəni parlaman açılıncaya qədər dövlət üçün yeni qanunlar lüzumu aşkardır.

3 dəq
Ordan-burdan 8

“İran xəzinəsində pul yoxdur” – qəzetələrdənƏmir Bahadır Cəng qapıları bir-birinə vurub çıxdı və başladı söyləməyə:

2 dəq

Başqa şairlərin şeirləri · Satira