Ordan-burdan 8
“İran xəzinəsində pul yoxdur” – qəzetələrdən
Əmir Bahadır Cəng qapıları bir-birinə vurub çıxdı və başladı söyləməyə:
– Bəli, gedək pul dilənək!.. Qəribə işdir bu, vallah, İranın rəiyyəti də dilənsin, vəziri də!.. Amma... zərər yoxdur, mənə də “Süpəhsalarikülli-qoşuni İran, vəziri-hərb Əmiri Bahadırı Cəng” deyərlər ki, bu saat mənim adım dünyanın hər tərəfində söylənir!
Özünə bu cürə təsəlli verib, Əmir Bahadır bir qapını döydü. Səs gəldi ki, kimsən? Cavab verdi ki, “Süpəhsalari-külli-qoşuni İran, vəziri hərb Əmiri Bahadırı Cəngəm!”.
Qapı açılıb daxil oldu...
– Barı, heç olmasa, yarımca milyon versəniz, bizim işimizi düzəldərsiniz. Haman pul ilə biz İranı sakit edərik və siz də gəlib əvvəlki kimi İranda alış-veriş edib, onqat mənfəət qazanarsınız.
– Bəs girov nə qoymaq istəyirsiniz?
– Girov?.. Nə girov?..
– Haman o girov ki, şah rus bankına qoyub bir az pul götürdü.
– Çox gözəl!.. Papağımı girov qoyaram!
– Xan, sizin papağınızın qiyməti, ha özünü öldürə, 15 manatdan yuxarı olmaz, halbuki yarım milyon pul istəyirsiniz!
– Xeyr!.. Siz məni başa düşmədiniz. Papaqdan məqsud mənim bu başımdakı papaq deyil, bəlkə mən “Süpəhsalari-külli-qoşuni İran, vəziri-hərb Əmiri-Bahadırı Cəngin” namusudur. Yəni əgər sizin pulunuz geri verilməsə, onda mən gərək binamus olam və bu papaq ki, bu saat başımdadır, çıxardam və başı açıq gəzəm. Hərçəndi sizdə başı açıq gəzmək ayıb deyil, amma böyük binamusluqdur.
– Yox xan, biz o sövdaya girişə bilmərik!
– Yaxşı, “Süpəhsalari-külli-qoşuni İran, vəziri-hərb Əmiri bahadırı Cəng” sizdən pul istəyir, siz də vermirsiniz?
– Yox, verə bilmərik.
– Yaxşı İran padşahı ki, ona Zillillah və Şahənşah Məmaliki Məhruseyi İran deyirlər, o, “Süpəhsalari-külli-qoşuni İran, vəziri-hərb Əmiri Bahadırı Cəngini” göndərib sizdən yarımca milyon pul istəyir, vermirsiniz?!
– Yox, vermirik.
– Di bunda bari bir qədər cib xərcliyi verin... Məsələn, 300 min!
– Olmaz xan!
– İki yüz min!
– Olmaz!
– Yüz min!
– Olmaz!
– Əşi, zərafət eləmə!
– Yox, bizərafət, olmaz!
– Bir əlini cibinə sal, gör nəyin var?
– Cibim yanımda deyil...
–!!?...
– Verdilərmi?
– Bəli verdilər... Bir qəpik də vermədilər.
– Bəs nə tövr olsun?
– Nə tövr olacaq? Sən də, mən də yığaq görək qızıldan-mızıldan nəyimiz var aparaq tökək bu kafirlərin qabağına, soxsunlar gözlərinə, pul versinlər! Ayrı əlac yoxdur.
Müxtəlif fikirlər
– Görəsən bu sərbazın əlində tüfəng qapının ağzında durub bizi gözləməkdən məqsədi nədir? Yoxsa bizi pişiklərdən qorumaq istəyir?
İran xəzinəsində sakin olan siçanlar
– Əşi, əvvəllər hardan olsa, yenə İran qərib-qürəbasının ciblərini
iyləyib bir şey tapırdıq, amma indi... həpçixi! Yəni bir az səbr elə.
Əmir Bahadır Cəngin burnu.
– Gəldim İrana,
Qoydum virana.
Lyaxovun gordası
– Dedilər ki, bu gecə Səttarxan hücum edəcəkdir. Sabahadək subaşına getməkdən yoruldum.
Mir Haşımın aftafası
– Bir zaman var idi ki, istəyirdim tac alam, amma qorxurdum ki, başımı əzib beynimi çıxarda.
Zillisultanın palazı
– O qədər həram yedik ki, axırda ishal azarına düşdük.
Osmanlı sabiq vəzirlərinin cibləri
Kitabxana.az · https://kitabxana.az/works/hacibeyov-ordan-burdan-8
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dünyada ən alçaq sifətlərin birisi, zənnimcə, cürətsizlikdir. Bu sifət çox vaxt insanın bədbəxtliyinə belə, səbəb olur. Cürətsiz adamdan yaxşı iş baş verməz. Sairlərin müsibətinə dəxi bais olar. Cürətsiz yoldaşdan uzaq olmaq yaxşıdır. Cürətsiz adam heç bir təşəbbüsə müvəffəq olmaz. İşini xərab edər, heç bir səmərə görməyib, əldən buraxar. Halbuki hər bir işdə cürət lazımdır.Cürət insana qanad verər və müvəffəqiyyətini təmin etmiş kimi olar. Bu gün ticarət, sənət, elm kəsb etmək, fənn öyrənmək kimi böyük işlərə iqdam edən kəs cürətlik sifətinə haiz olmasa, layiqincə faydamənd olamaz. Cürətsiz həmişə cürətlinin ayaqaltısı olar. Bir ailə ərkanından tutmuş dövlətlərə kimi cürətli ilə cürətsizin arasında böyük bir fərq müşahidə olunur. Cürətli səadət və xoşbəxtlik sayəsində dolanarkən, cürətsiz məzəllət altında mütəzəyyiq fəna bir ovza ilə ömür keçirər. Cürətli oğul, yox mənziləsində olan ata evini abad edər, cürətsiz isə atasının abad evini xərabəzara döndərər.
Ordan-burdan 51Rus qəzetələri bir o qədər Vitte – Durnovo – deyə bağırıb, bu iki dövlətçiləri bir hökmdar yerində qoydular ki, axırda Vitte ilə Durnovo arasında birdən-birə pozğunluq peyda oldu. Vitte rəfiqi (bəlkə də rəqibi) Durnovodan küsübdür. Lakin bu küsməni bir vəchlə örtüb, özünü sındırmamaqdan ötrü (böyük adamlara küsmək yaraşmaz) daha qocalmışam – deyə məmuriyyətini tərk etmək istəyir. Durnovo isə – o da sədr əzəm Vittedən küsübdür. Amma bu, küsməyini gizlətmək deyil, aşkar etmək üçün vəzirlər məclisinə gəlməyib, at minib Peterburqun küçələrində ora-bura çapırmış... Deməli, bu da vəzirlərə məxsus bir zabastovka (tətildir) ki, sairlərə qadağandır.Zabastovka dedim xatirimə bir fəqərə düşdü. Birisi realni məktəbi şagirdlərindən sorurdu:
Ordan-burdan 52– Kim deyir ki, Bakı şəhər idarəsinin pulu yoxdur?– Bakı rus-müsəlman məktəbinin sabiq müəllimi cənab M.A.Axundov deyir, çünki şəhər idarəsi ona pul borcludur, lakin vermək istəmir.
Ordan-burdan 53Rus məmləkətində, yaxud Osmanlıdan başqa, qeyri-məmləkətlərdə nəşr olunan qəzetələri adam oxuduqda, qəlbi hüzn, kədər, ələm, yəslə dolub, əhvalı pərişan olur. Qanı xarab olur, canı sıxılır, başı ağrıyır, bir kəlmə, adamın ovqatı təlx olur. Hətta, ürəyi papiros kağızı kimi nazik olan damalardan bəziləri bitab olub, ürəyi getməsin deyə özünü sərin havaya verir. O biri “nervinni” deyilən əsəbi bir mərəzə mübtəla olmaqdan həzər edərək, qəzetə oxumağı tövbə edir və sairə. Amma, Osmanlı qəzetələrində bu nəhusət yoxdur. Odur ki, adam onları oxuduqda ovqatı filanı təlx olmur. Çünki bu qəzetələr vasitəsilə baxıb görür ki, dünya tamam bir sükunət içindədir ki, nə “revolyusiya” var, nə “reaksiya” var, nə “ictimaiyyuni-amiyyun”, nə “inqilabiyyuniamiyyun”, nə “məşrutəyi-amiyyə”, nə “hürriyyəti-milliyə”, nə Rusiya, nə Qafqaz heç zad yoxdur. Aləm digər bir aləmdir. Hər kəs öz işində gücündə... Adam oxuduqca qəlbi “fərəhlənir” bununla da belə “naşükür” yeni türklər Osmanlı senzorlarından şakirdirlər, halbuki onlar, görünür ki, “çox mürüvvətli və insaniyyətpərvər adamlardır”.Fars şairlərindən birisi taleyin müsəlmanlardan üz döndərib, əyyarlara yardımı olduğunu nəzərə alıb, bədbinalərə mənsub acı bir istehza ilə ruzgardan şikayətə başlayır. Deyir, deyir, axırda taleyə belə bir suval verir:
Başqa şairlərin şeirləri · Satira
Al gəldi**Bir para axmaq-uxmaq çünkü qahblar bikar,
OlmağaAy Baba, mən bu sözü yardım əyan olmağa,Bakılılar and içib şiri-jəyan olmağa.
GörəndəSöylə mənə, ey şapka, nədir səndə əlamət,Baş yendiririk doğrudu bir xanı görəndə,
Gözləyən kimsə gözüm, həqqi deməz ay sənəGözləyən kimsə, gözüm, həqqi deməz ay sənə,Neçidir ay vəcahətdə ola tay sənə!