Ordan-burdan 76
Biz gözləyirdik ki, bugün-sabah vəzirlərin istefa verməyi xəbərini eşidəcəyik. Amma onun əvəzində (işə bax!) dumanın buraxıldığı xəbəri gəldi...
Yazıq Duma! Qovulandan bəri hər dəfə vəzirlərə üz tutub o qədər atstavka təklif etdi ki, axırda özü atstavka verməyə məcbur oldu. Duma buraxıldı...
İndi kim sevinir, kim dəmlənir, kim gülür, kim ağlayır? Kim məraminə çatdı, kim ümidindən məhrum oldu? Kim kimi təhqir edir? Kim kimi masqaraya qoyubdur. Kim deyir ki, uxxay! Kim deyir ki vay? Kim qorxur, kimin qəzəbi tutubdur? Kimin ürəyi fərəhləndi, kimin könlü bulandı və başı gicəlləndi?..
Duma buraxıldı... Amma, Allah bizim vəkillərə insaf versin. Bizi xuliqan bilib buraxdılar... İşin həqiqəti – açılmağına fürsət qalmadı. İndi 8 ay gözləyək ki, tazə Dumada tazə müsəlman vəkilləri tazə əhvalat danışıb, tazə iş görəcəklər.
Əslinə baxsan, indi, bu saat hamı tazə iş görmək həvəsindədir. Amma heyif ki, tazə bir şey çıxarda bilməyib, ancaq köhnə şeyi tazələndirirlər. Bilirsiniz bu nəyə oxşayır? Bu ona oxşayır ki, görürsən birisinin tazə çuxası köhnəlir, nimdaş olur, bu isə çuxa sahibinə xoş gəlmir, çünki köhnə çuxa onu gözdən salıb, etibar və etimadını azaldıb.
Bəs necə olsun?..
Pul yoxdur ki, tazə çuxa alsın... Çuxa sahibi fikir edir və çuxasının tazələnməsi üçün tədbir axtarır və axırda da bu tədbiri tapır. Çünki əbəs yerə deyilməyibdir ki, “axtaran tapar!”
Nə qayırır?
Heç nə, çuxasını götürüb, o biri üzünə çevirir...
Doğrudan da baxırsan ki, çuxa tazə görünür, amma səd heyf! Bir az keçmir ki, çuxanın o biri üzü əsil əsassız olduğuna görə, tez saralıb, əvvəlki üzündən də pis görünür və didilib axırda çuxalıqdan da düşür. O surətdə sahibi çuxa naəlaclıqdan çuxasına rəng vurur, əlvan rənglərə boyuyur, amma yenə də fayda vermir.
Yazıq çuxa, mərəzi-bidəvayə giriftar olmuş naxoş kimi getdikcə əldən düşüb, axırda adam arasına çıxartmalı olmur.
O surətdə bilirsinizmi çuxa sahibi nə qayırır?
Çuxalıqdan düşmüş “çuxasını” çıxardıb qab dəsmalı qayırır.
Kitabxana.az · https://kitabxana.az/works/hacibeyov-ordan-burdan-76
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Məişətimizdən– Kərbəlayı Məmmədcəfər salaməleyküm!
Muğamat və xalq mahnılarının ifası haqqındaYoldaşlar, mənim bu məruzəm bir qədər tənqidi ruhda olacaq. Bu gün cəbhə üçün, vətənimizi müdafiə üçün görülən işlərə tənqidi bir nəzərlə baxmaq lazımdır; bu bizim borcumuzdur. Bu gün hər işimiz vətənimizin müdafiəsi, cəbhəyə qüvvət vermək və düşməni məhv etmək niyyətindədir. Bəziləri elə güman edirlər ki, müharibə zamanı musiqi yersiz bir şeydir; deyirlər ki, müharibə vaxtı ancaq top, tüfəng səsi eşidilməlidir. Bu, tamamilə yanlış fikirdir. Keçmişlərdə də müharibə zamanı musiqi xalqa kömək edibdir. Özünüz bilirsiniz ki, nəfəsli orkestr qoşun üçün nə qədər lazım olan vasitədir. Musiqi çalınan zaman əsgərlər nə qədər həvəslə, nizam-intizama tabe olaraq irəliləyirlər. Hərgah Azərbaycan tarixini nəzərdən keçirsəniz görərsiniz ki, vaxtilə qara zurna müharibə musiqi alətlərindən biri olmuşdur.Musiqinin müharibə edən əsgərlərə olduqca böyük təsiri vardır. İstər onun iradəsini qaldırmaqda, istərsə ona ürək verməkdə musiqinin təsiri çoxdur. Odur ki, hazırda da bizim musiqimiz cəbhəyə və müharibədən qalib çıxmağa kömək etməlidir və edir.
Səhnənin tərbiyəvi əhəmiyyəti haqqındaPublisistlərimizin bir çoxu teatr tamaşalarının tərbiyəvi əhəmiyyətindən danışarkən ancaq dramları, yəni mahnısız və musiqisiz səhnə əsərlərini nəzərdə tuturlar; gənc publisist Əsəd Məmmədov-Əhliyev Müsəlman Artistləri Peşəkar İttifaqının yaradılmasını (“Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinin Xəbərləri”nin 241-ci nömrəsinin səhifələrində) alqışlayaraq, ittifaqa “ancaq Melpomena məbədini ucaltmağı”, yəni ancaq dram əsərlərini tamaşaya qoymağı məsləhət görür, çünki musiqi əsərləri, vətəndaş Əhliyevin dediyinə görə, “səhnə sənətinin tərbiyəvi əhəmiyyəti ola biləcək ikinci, hətta üçüncü dərəcəli məhsuludur”.Opera, operetta, musiqili dram kimi əsərlərin tərbiyəvi əhəmiyyətinin sübutsuz-dəlilsiz qətiyyətlə inkar edilməsi bir tərəfdən teatr və ümumiyyətlə, teatr sənəti haqqında ictimaiyyətin şüurunda məhdud təsəvvür, habelə sənətin musiqi sahəsinə mənfi münasibət yaradır, digər tərəfdən, özlərini musiqi sənətinə həsr etmək qərarına gəlmiş gənc müsəlmanları həvəsdən salır; beləliklə, milli musiqinin inkişafı ləngidilir, biz müsəlmanların musiqi təhsili almaq arzusunun, milad tarixindən bəri ancaq XX əsrdə oyanan bu təbii arzunun qarşısına sədd çəkilir.
Vəzifəyi-musiqiyyəmizə aid məsələlərAzərbaycanda vəzifəyi-musiqi icrasını boyunlarına almış olan adamlar və idarələr qarşısında bir neçə məsələlər vardır ki, onun həlli üçün ən müsaid bir zaman varsa, o da yaşadığımız bu zamandır.O müsaidət nədən ibarətdir?
Başqa şairlərin şeirləri · Satira
Təng etmə bizə bu yekə dünyanı, a Müznib!Əl çək, mən ölüm, at bu təmənnanı, a Müznib!
Körpə nişanlıQundaqda ikən bir qızı ad eyləmişəm mən,Nazlı bəbədən könlümü şad eyləmişəm mən.
Deyim, deməyim?!Yenə dərdim təzələndi, “Kəlniyət!”Gözlərimə kül ələndi, “Kəlniyət!”
Zəmanənin tənqidiEy xudavəndi-cəhan, aləmi əsrari-xəfi,Bu nə kavuşü, nə qovğavü, nə cəngü, nə cədəl?