Publisistlərimizin bir çoxu teatr tamaşalarının tərbiyəvi əhəmiyyətindən danışarkən ancaq dramları, yəni mahnısız və musiqisiz səhnə əsərlərini nəzərdə tuturlar; gənc publisist Əsəd Məmmədov-Əhliyev Müsəlman Artistləri Peşəkar İttifaqının yaradılmasını (“Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinin Xəbərləri”nin 241-ci nömrəsinin səhifələrində) alqışlayaraq, ittifaqa “ancaq Melpomena məbədini ucaltmağı”, yəni ancaq dram əsərlərini tamaşaya qoymağı məsləhət görür, çünki musiqi əsərləri, vətəndaş Əhliyevin dediyinə görə, “səhnə sənətinin tərbiyəvi əhəmiyyəti ola biləcək ikinci, hətta üçüncü dərəcəli məhsuludur”.

Opera, operetta, musiqili dram kimi əsərlərin tərbiyəvi əhəmiyyətinin sübutsuz-dəlilsiz qətiyyətlə inkar edilməsi bir tərəfdən teatr və ümumiyyətlə, teatr sənəti haqqında ictimaiyyətin şüurunda məhdud təsəvvür, habelə sənətin musiqi sahəsinə mənfi münasibət yaradır, digər tərəfdən, özlərini musiqi sənətinə həsr etmək qərarına gəlmiş gənc müsəlmanları həvəsdən salır; beləliklə, milli musiqinin inkişafı ləngidilir, biz müsəlmanların musiqi təhsili almaq arzusunun, milad tarixindən bəri ancaq XX əsrdə oyanan bu təbii arzunun qarşısına sədd çəkilir.

Mən heç də elə düşünmürəm ki, milli musiqimizin məhz musiqili dram əsərləri bəstələmək təşəbbüsündən başlanan inkişafına publisistlərimiz qəsdən maneçilik törədir, habelə musiqi sənəti sahəsinə müsəlmanların yolunu şüurlu surətdə kəsir; mən musiqili əsərlərin zərəri və öz tərbiyəvi roluna görə drama nisbətən üçüncü dərəcəli əhəmiyyətə malik olması haqqındakı söhbətləri sadəcə olaraq musiqi sənətinə qeyri-ciddi münasibət kimi izah edirəm; buna görə də, mənə elə gəlir ki, həm dram, həm də musiqili dram əsərlərinə ciddi və diqqətlə yanaşaraq bu barədə söhbət açmaq faydalı olardı.

Belə bir ciddi söhbətə başlamaq üçün vətəndaş Əhliyevdən aşağıdakı suallarıma cavab verməsini xahiş etmək istərdim:

Ümumiyyətlə, musiqili əsərlərin tərbiyəvi əhəmiyyətini nəyə əsasən inkar edir və ya azaldırsınız?

“Otello”, “Faust”, “Boris Qodunov” kimi operaların tərbiyəvi əhəmiyyəti etibarilə eyni müəlliflərin eyni məzmunlu dram əsərlərindən nəyi əskikdir?

Bu suallara cavablar səhnə sənətinin bu və ya başqa növünün faydası və zərəri haqqında real təsəvvür yaratmalıdır; bu, yeni yaradılmış müsəlman artistləri ittifaqı üçün xüsusilə zəruridir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ordan-burdan 70

Deyirlər ki, Dövlət duması iyun ayının 16-da bağlanacaqdır. Əcəba, Dövlət duması nə qayırdı ki, bu tezliklə bağlanır? Hansı bir qanunu qayırdı? Hansı qanunu dəyişdi? Hansı ministri podsuda verdi? Bəs aministiya, filan deyirdilər, necə oldu?..Siz mənə cavab verərsiz ki, qoy bağlansın, zərər yoxdur. Allah qoysa, payızda yenə açılar.

3 dəq
Ordan-burdan 71

Ha fikir edirəm, başa düşmürəm!Bu saat mənim adıma bir kağız gəlmişdi. Kağızı açıb oxudum, amma ha fikir elədim və yenə eləyirəm, heç zad başa düşə bilmədim və yenə başa düşə bilmədim. Lap “Molla Nəsrəddin”in gününə düşmüşəm. Bu kağızda çox sərt sözlər yazılıbdır. Belə ki, mənim yerimə bir dəymə-düşər adam olsa idi, acığı tutub haman dəm götürüb ona bir cavab yazardı. Amma iş buradadır ki, bu kağızın məzmunu məni elə kərdəngir edibdir ki, heç cavab zad da yadımdan çıxıbdır. Elə bir onu fikir edirəm ki, ay Allah, bu kağızı mənə yazan nə demək istəyirmiş, bu kağızı yazmaqda onun məqsədi və “ideya”sı nə imiş, çünki bu saat heç bir kəs “ideyasız”, məqsədsiz bir kağız yazmayır. Dükançılar köhnə qəzetənin içinə darçın, istiot, mixək bükən kimi, hər yazı yazan da görürsən yazdığı sözlərin içinə bir “ideya” bükür. Lakin heç başa düşə bilmirəm ki, mənim adıma göndərilmiş bu kağızın içinə nə cür “ideya” bükülübdür. Qəribə budur ki, kağızı yazan məni söyüb də bir də yalandan yazır ki, guya mən onu görmüşəm və onunla bizim şeir xüsusda danışmışam, o da mənə cavab verirmiş; qərəz, nə baş ağrısı verim, kağızın məzmunu budur:

3 dəq
Kəndçilərimizə dair

Neçə vaxtdır ki, Dövlət dumasında aqrarnıy vopros deyilən kəndçi və yer məsələsi müzakirə olunmaqdadır. Sair vəkillər, kənd əhlinin özündən seçilmiş vəkillər ilə bərabər, bu məsələ üstündə danışıb rus dəhat əhlinin ağır olan dirilik və məişətini yüngüllətmək üçün buna müvafiq qanunlar və qaydalar qoyulmasını tələb edirlər. Daha doğrusu rus dəhat əhlinin ikinci və həqiqi xilas və nəcatını hasil etmək istəyirlər. Rus dəhat əhlinin birinci “nəcatı” imperator Aleksandr saninin əsrində fevralın 19-da 1861-ci sənədə vaqe olmuşdu. Lakin bu nə “Nəcat” idi?! Hökumət kənd əhalisini zalım mülkədarların əlindən xilas edib öz istibdad cəngalına salmışdı və kəndçilərə zərərdən səva heç bir nəf gətirməmişdi. Böylə ki, əgər kəndçilər Sədinin sözlərini yad edib desə idilər:Ke əz çəngale-korgəm dər rebudi,

4 dəq
Bir tədbir lazımdır ya yox?

Zaqafqaziyada işlər xarabdır. İrəvan və Gəncə quberniyalarından bir-birindən həyəcanlı, bir-birindən qorxulu xəbərlər gəlməkdədir. Quldurluq, qatillik, bu zavallı quberniyalarda adi hadisələr halını çoxdan bəridir ki, kəsb edibdir. Bir tərəfdə öldürürlər, bir tərəfdə soyurlar, bir tərəfdə heç bir təqsiri olmayanları əsir edib, min cürə əziyyət və əzaba giriftar edirlər! Qəzetələr böylə hadisələri öz sütunlarında xəbər verib, onu dəxi qeyd edirlər ki, filan yerə qoşun göndərilib, filan yerə top aparıldı. Lakin bu qoşun, bu top məzkur hadisələrin günü-gündən şiddətlənməsinəmi kömək edir, yaxud əksilməsinəmi? Biz desək bu hadisələrin əksilməsini görməyib hər gün yeni hadisələr vüquunu xəbər verirlər. Şübhəsizdir ki, əgər işlər bu tərz ilə davam etsə, yəni vaqe olan hadisələrə qarşı yalnız bir qoşun və top göndərməklə tədbirlər görülsə, bu ölüm-itim, quldurluq, basqınlığa bir intəha olmaz, bəlkə bunlar hamısı o qədər şiddətlənər ki, axırda ümumi bir qırğına mübəddəl olub, ölkəni ağzına alar. Ondan sonra... “əsaslı” tədbirlər görülməsinə mübaşirət edilər, tədbirləri işə buraxmağa, tətbiq etməyə başlarlar. Lakin üç gün keçməz ki, genə sahib tədbirlər boşalar, tədbirlərin əsəri, nüfuzu azalar, yenə ölüm, itim, hücum öz qaydasına girər, top və qoşun göndərilər, heç bir faydası olmaz, işin axırı qırğın və iğtişaşa müncər olar və habelə... Bunlar hamısı təkər kimi fırlanmağa başlar və bunların hər bir fırlanmasına ölkənin hər dəfə bir qismi qurban olub gedər...Lakin bir fikir edəlim, məgər, doğrudan da bu qanlı hadisələrə qarşı əsaslı tədbirlər görmək lazım deyilmi? Məgər, doğrudan da qət edilibdir ki, hər nə olur olsun? Məgər, keçən erməni-müsəlman şurasından nəticələr çıxara bilmədiyi rəislərimizi, başbilənlərimizi daha həvəsdən saldı? Lakin bu erməni-müsəlman şurasından arzu edilən nəticələr çıxa bilmədiyinə səbəb nə oldu?

10 dəq

Başqa şairlərin şeirləri