Cahanda əql misli varmı rəhbər?Bəşər danişlə oldu kampərvər.

Edək dərpiş ənvari-hüdayi,Bu mişkati-bəvariqintimayi.

Bəni-adəm bu feyzə oldu malik,Odur ki, oldu məscudi-mələik.

Təcəlla eylədi adəmdə fərhəng,Odur ki, oldu zinətbəxşi-övrəng.

Nədir bu nur, nə bu feyzi-səmavi –Ki, həstigahi olmuş cümlə havi?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri