Əndişeyi-həyat
Vardırmı bir insan bu şünzari-aləmdə –Pabəndi-bəla olmaya sərpənceyi-qəmdə?!Buldunmu bir adəm ola azadeyi-mütləq?Olmaz, olamaz kimsə bu tövfiqə müvəffəq.Alami-məişət ediyor aləmi imla,Sərbəstliyi umma bu zəncirdən əsla.Qat-qat vurulubdur sənə zənciri-məişət,Azadəsər olmaqmı dilərsən? Buna heyrət!Aldıqca nəzərgahinə fərdayi-həyati,Dəhşət veriyor adəmə əndişeyi-ati.Hər ləmhədə bir tazə əməl olmada tale,Əfkari-bəşər ləm'eyi-amala mətalə.Hər dəmdə doğar fikrə min ümmid səbahi,Amal da ə'sar kimi layətənahi.Bir silsileyi-zilli-əməldir bütün aləm,Bu silsilələrlə sərinib fitrəti-adəm.Bir sayeyi-ziruh kimi müttəsil insan –Ümmidini tutmaqlığa ümmid ilə puyan.İstər tuta bilsin onu, ətrafa şitaban,Eyvah ki, ümmid isə bir zilli-girizan!Tutdu tutalım ki, o girizəndə zilali,Fərda yenə tə'qib edəcək başqa xəyali.Eylərmi bəşər bulduğuna kəsbi-qənaət?Bürhanı əyandır, bunu isbatə nə hacət?Məhsuli-əməldir bu tərəqqi, bu təali,Dünyalə bərabər yaşar amali-məali.Nə aləmi-əkbərsən, əya adəmi-mövcud!Nə layətənahisən, əya heykəli-məhdud!Bir zərrəsən! Afaqi-xəyalında həzaran –
Xurşidi-həqiqət oluyor şə'şə'əəfşan.Əndişən olur aləmi-ülviyyəti sair,Təslim olunur fikrinə miftahi-sərair.Zülmətdə qalan babi-künuzu açıyorsan.Süfliyyətə ən ülvi füyuzu saçıyorsan.Sən də düşünən vəqtdə fərdayi-həyati,Tədhiş ediyor halını əndişeyi-ati.Ta qədrə gedincə bu qüyudati-aləmzaPabəndi-qəm eylər səni, əndişeyi-fərda.Ey silsiləcünbani-məişət olan insan,Olduqca həyatın sana zindandır imkan.Ol gün ki, sönər şə'şə'eyi-sübhi-həyatın, –Azad edəcək onda səni şami-məmatın.
Kitabxana.az · https://kitabxana.az/works/hadi-endiseyi-heyat
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir gözələ*Şəbrəng saçların nə pərişandır, ey pəri,
Oxu, bil, öyrən!Övladi-vətənə*Ey cavan, öyrən: cəhalət ən böyük bir ardır,
Fəxamətli əfəndim, pardon!Hörmətli əfəndim Molla Nəsrəddinə*Son nüsxəni aldıq, oxuyub, bildik, a Molla,
Gərəkməz!Nazəndə nəvazişlərin eylər dili lərzan.Möhriq baxışın etmədədir ruhumu suzan.
Başqa şairlərin şeirləri
Yarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
ƏlimdəÜç gündür çıxmışam o Tikmədaşdan,Qapına gəlmişəm canım əlimdə.
ƏzizimƏzəl səni sevdim, sonra ayrıldımOldu mənə müşkül hallar əzizim
VerirBir gün bir heyvanat gördüm, zənbur kimi şan verir,Xörəyi yük ilə gəlir, nəfəsi duman verir.