Dəhrdə, bilməm nədir, qanla içənlər şanlıdır?Caniyə imdad edən sərvətlidir, samanlıdır!Şan-şərəf vicdanı azlarda, həqiqət böylədir!Hümmət ərbabi şu insandır ki, çox vicdanlıdır!Parlayan evlərdə can bəslər səadətpərvərən,Atəşi-fəqrə yanan da, ey xuda, bir canlıdır.Ağlayır, sızlar biri, min dərd, min aləm iləBaşqa bir şəxsin dodağı, üzləri xəndanlıdır.İştə qanuni-təbiət: həq zəbuni qüvvətin,Ovçu haqsızkən belə şəmşiri, tiri qanlıdır.Haqqını talib olanlar bir takım biçarələr,Həqqi inkar eyləyənlər oxludur, qalxanlıdır!Həqq deyən, həqq söyləyən, həqq istəyənlər həqsiz,Qüvvətə malik olanlar hər zaman yaranlıdır!..

Daima məğlub olan həqdir əlində qüvvətin,Sanki "qüvvət" ingilisli, "həq" də bir iranlıdır."Həq qəvinin"dir– demək, yə'ni şəririndir –demək,Söyləyən bu hikməti qiymətli bir osmanlıdır.Anladınmı xilqəti? Aləm zəbunküşdür, əvət,İştə qanuni-təbiət böyləcə divanlıdır...

15 iyun

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri