Şairlərə ithaf

Qəlp pula döndü həp ilhamımız,
Qaldı kitab, qalmadı bir müştəri!
Hər kəsə versək də, deyir al geri!
Qaldı zavallı şüəra sərsəri.
Satılmayır zadeyi-ilhamımız,
"Çox yazıq olduq" deyirəm hamımız!


Boynu buruq, kisəsi boş, könlü qan,
Bir sürü əshabi-qələm hər zaman –
Kitab satanın üzünə baxmada,
Kitabçı söylər: "şe'rə yox baxan!"
Satılmayır zadeyi-ilhamımız,
"Çox yazıq olduq" deyirəm hamımız.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri

Mah Olan Yerdə

Doğarmı ay u gün göydəYüzün tək mah olan yerdə

İlahi1 dəq
Tilli

Bənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.

Xıyaxlı Əbdi1 dəq
Şeyxin bir mö’cizəsinə ithaf

Baxdıqca könül qan olur əhvalına şeyxin,Yandı ürəyim tərcümeyi-halına şeyxin.

Məmməd Səid Ordubadi2 dəq
Fəsli-ibtilayi-Xəlilullah

Diyari-bəla müsafirləri və əqari-əna mücavirlərinün cümləsindən biri məhbubi-Maliki-Cəlil Həzrəti-İbrahim Xəlildür ki, ta xəl’ətixilqətlə sərəfraz olduvə xəlvəti-xüllətdə şərəfi-məhrəmiyyət buldu, hərgiz hücumi-bəladan əman bulmadı və süduri-hadisədən fariğ olmadı. Cümlə bəladan biri oldur ki, Nəmrudi-mərdudun atəşi-istilası zəbanə çəküb və səhabi-təsəllüti barani-bəla töküb istid’a qıldı ki, ol təlayi-təmam-əyarə atəşi-suzanla tab verə və ol şəm’i-şəbistani yaxud, zülmətsərayi-küfrinə nuri-sürur yetürə. Əlqissə, Həzrəti İbrahim məncəniqə girdikdə və məlaikə anı atəşə mütəvəccih gördükdə münacat etdilər ki: "Ya Rəb, cəmi’i-bəni-Adəmdən bir kimsənədir ki, sənün əhədiyyətinə mö’tərifdür və ibadətünlə müttəsifdür, anı yandırmaq istərlər. Rüxsət ver ki, müavinət qılub anı bu təhlükədən xilas edəlim". Həzrəti-İzzətdən xitab gəldi ki: "Mülazimətinə gedün, əgər müavinət istərsə, mələd edün". Bu işarətlə Mələküssəhab hazır olub ayıtdı: "Ey Xəlil, rüsxət versən seylabi-siyasətlə ə’danın naireyi-fəsadın müntəfi qılub, binayiinadın fənayə verməyə hazır olmuşam". Və mələkül-ərz ayıtdı: "Əgər işarət olsa qövmi-Nəmrudi Qarun kibi təhtüs-sərayə çəkməyə əzimət qılmışam". Həzrəti-Xəlil ayıtdı: "Ey ümmali-karxaneyidünya və ey hüffazi-qəvanini-nizami-əşya! Səlahi-behbudimdə bənim ixtiyarım və dostdan gələn dərdin dərmaninə bənim iqtidarım yoxdur". Şe’r:

Məhəmməd Füzuli15 dəq