Baxmasanz yaxşı cigərparələrə,Yazıq olmazmı bu biçarələrə?Tifl bir ayinədir əksnüma,İncə baxsan, olacaq çöhrənüma.Biədəb bəsləməyək tiflanı,Mə'rifətpərvər edək sibyanı.Nə zaman kəsbi-ülum etsə nisa,Cismi-millət tapacaq onda şəfa.Elm ilə ruh müdavat olunur,Elm ilə kəsbi-kəmalat olunur.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri