Birinci pərdə
Səhifə 1 / 2
Cahangir ağanın evinin qabağında bir bağça. Neçə nəfər fəhlə işləyir. Arvadlar,
qızlar alaq edirlər.
Gülnisə (Balaqıza). A Balaqız, daha mən sabahdan buraya işləməyə
gəlməyəcəyəm.
Balaqız. Niyə gəlməyəcəksən? Gündə dörd abbası pul alırsan, az ki deyil.
Gülnisə. Dörd abbasını mənə harada işləsəm verərlər.
Balaqız. İmdi ki elədir, daha niyə gedib qapılarda işləyəsən? Öz evinin içində öz ağamıza işlə.
Gülnisə. Yox, iş onda deyil.
Balaqız. Bəs nədədir?
Gülnisə. Doğrusu, mən ağadan qorxuram.
Balaqız. Niyə qorxursan? Ağa ki, səni tutub yeməyəcək.
Gülnisə. Danışanda adamın gözünün içinə bir tövrlə baxır ki, az qalır adamın bağrı yarılsın. Hərdənbir ondan elə sözlər eşidirəm ki, heç anadan olandan eşitməmişəm, lap qulaqlarım taqqıldayır.
Balaqız. Özgə ağalar da bunun kimi. Ağalar, bəylər hamısı bir cürdür. Bir düzgün qız sifəti görəndə ağızlarının suyu axır.
Gülnisə. Məndə düzgün sifət nə gəzir, ağaların xoşuna gələ?
Balaqız. Nahaq yerə özünü mazata qoyma. Bu kənddə səndən gözəl kim var ki? Kəndin oğlanları hamısı səndən ötrü divanədirlər. Bax, o qıraqda işləyən Sadığı görürsən? Budur, iki ildir sənin dalınca sürünür. Elə bilirsən heç kəsin xəbəri yoxdur? Səfi oğlu İskəndər gecələr səhərədək sizin doqqazda bayatı çağırır. Heç nahaq yerə ağzını yorma. Bilirəm, sənin də onda könlün var. Nə olar? Yaxşı oğlandır. Çox mübarək olsun. Atayın deyəsən ondan xoşu var.
Gülnisə. Atamın çox da xoşu olsun, mənim onda (barmağının ucunu göstərir) heç bircə belə də könlüm yoxdur. Qoy boğazı yırtılınca bayatı çağırsın.
Balaqız. Bilirəm, bilirəm! Özünü faqqılığa vurma. O günü qızlar nağıl eləyirdilər ki, sən bulaqda su dolduran vaxt İskəndər səni gendən alma ilə vurub. Sən də dönüb baxıb gülübsən. Sonradan o yan-bu yana göz gəzdirib, görübsən ki, baxan yoxdur, almanı yavaşcadan götürüb cibinə qoyubsan.
Gülnisə. Yalandır, atamın canı üçün yalandır. Üstümə nahaqdan şər atırlar. Qadam onun almasına da, özünə də.
Balaqız. Yalan deyil. Nahaq yerə and içmə. Doğrudur, bir də üstündən. Gözləri ilə görənlər deyiblər.
Gülnisə. İmdi ki belədir, yaxşı eləyirəm. Əlimin içindən gəlir. Əvvəlaxır bir qız bir oğlanındır. Atam evində qalıb un çuvalına tay olmayacağam ki?!
Cahangir ağa içəridən çıxır. Qızlar danışığı kəsirlər.
Cahangirağa. Namaz! Namaz! (Çağırır.)
Namaz (kənardan). Bəli, ağa.
Cahangirağa. Bu axşam uşaqlardan bir-iki nəfər göndər, gedib suyun başını pambığa sarı çevirsinlər. Pambıq yanır, heç kəsin xəbəri yoxdur.
Namaz. Çox yaxşı xəbərim var, ağa. Ancaq iki gün Cəbrayıl kişiyə axacaq, ondan sonra növbət bizim pambığa düşəcək.
Cahangirağa. Cəbrayıl kişi qələt eləyir. Onun yarım desyatin pambığı yanacaq deyə mən özümə otuz min ziyan vura bilmərəm ki. Nə tövr deyirəm, elə də elə.
Namaz. Baş üstə, ağa.
Cahangirağa. Uzaqdan niyə danışırsan? Yavuğa gəl görüm. (Namaz yavuğa gəlir.) Gədələrin çörəkləri qurtarıb. Dəyirmana yarım çuval darı, yarım çuval arpa göndər, üyüdüb gətirsinlər. Yoxsa axşam uşaqlar ac qalarlar.
Namaz. Baş üstə.
Cahangirağa. Arvadına da tapşır, yağ çalxayandan sonra ayranını çürüdüb şor qayırsan a... Səhər uşaqlar çörəklərinə yavanlıq eləsinlər.
Namaz. Baş üstə, ağa.
Cahangirağa. Ova gedən uşaqlar bir şey vura biliblərmi?
Namaz. Bəli, ağa, iki qırqovul, bir turac, bir dənə də dovşan vurublar.
Cahangirağa. Xub, dovşanı ver özləri bişirib yesinlər. Turacı ver kabab eləyib axşam plovun yanına qoysunlar. Qırqovulları da bir adamnan pristava göndərərsən.
Namaz. Ağa, pristav səhər buradan Xocabəhmənliyə adlayıb və deyibdir ki, qayıdan baş Cahangir ağa ilə görüşəcəyəm. Qırqovulları da qayıdanda yasavuluna verərəm.
Cahangirağa. Xocabəhmənlidə görəsən nə ittifaq olub? Qanzad düşməmiş ola. Olsaydı, biz bilərdik. Gərək ki, camaat zorla bəyin yerini əkib. Pristav da bəyin harayına gedib. Qayıdanda özündən soruşaram, nağıl elər.
Camaat getdikcə xarablaşır. Gədə-güdəni dİndirmək də olmur. Namaz, bir buraya gəl. (Çəkir səhnənin qabağına.) Heç görürsən bu Həsən kişinin qızı
Gülnisə nə maldır?! Dünyanın xəracına dəyər.
Namaz. Nə çarə eləməli, ay ağa? Armudun yaxşısını meşədə ayı yeyər. Səfi oğlu İskəndər bu qıza bənddir. Həsən kişinin də yedəyini əldən qoymur.
Həsən kişinin də deyəsən qızı ona verməyə könlü var. Odur, yenə ikisi bir yerdə gəlirlər.
Həsən və İskəndər, əllərində şana, gəlib salam verib keçmək istəyirlər.
Cahangirağa. A Həsən, axır deyəsən bu İskəndərlə çox dostsan?
Həsən. Neyləyim, ay ağa? Oğulsuz gərək özünə oğul axtarsın. İskəndər də mənim oğlum olub. Cüt əkirəm, öküzlərin qabağınca gedir, xırman döyəndə, yenə kömək eləyir. Taxılı putqa qayırır, sovurur... Yaxşı oğlandı, ömrü uzun olsun.
Cahangirağa. Deməli, İskəndəri özünə oğul eləmək istəyirsən? Çox mübarəkdir! Toyunu da özüm eləyəcəyəm.
Həsən. Şəfaətin artıq olsun. Kölgən bizim üstümüzdən əskik olmasın. Eləsən də sağ ol, eləməsən də.
Cahangirağa. Yox, yox!.. İskəndər yaxşı oğlandır, qulluqdar oğlandır.
Həsən. Öz nökərindir. Mürəxxəs olaq qulluğundan.
Cahangirağa. Xoş gəldiniz. (Həsən və İskəndər gedirlər. Namaza.) Heç insafdır ki, belə məlaikə kimi qızı əldən buraxım? Keçmiş zamanlar olsaydı, asandı, çəkib aparardım evə, heç kəsin də ağzını açıb danışmağa həddi olmazdı. İmdi zəmanə başqadır, zakon başqadır. Eləmək olmaz. Kəndlilərin gözəl qızları hamısı mənim babalarımın malları idi. Amma biz gendən baxıb ağzımızın suyunu uduruq.
Namaz. Ağa, istəsən H ə s ə n kişinin qızı yenə sənin ola bilər, birçətin iş deyil.
Cahangirağa. Necə ola bilər? Mən gedim rəiyyətimin nişanlısını əlindən alım? Bu yaramaz. Bir özgə yol da bilmirəm.
Namaz. Ayrı yol, bir təhərlə İskəndəri aradan çıxartmaq. Sonra iş asandır.
Cahangirağa. Onu mən də fikir eləyirəm. Ancaq necə eləməli ki, üstü açılmasın?
NamazO mənim əlimdə.
Cahangirağa. Yəqin?
Namaz. Yəqin.
Cahangirağa. Bəşərti, mənim adıma ləkə toxunmaya.
Namaz. Dərə işi mənim əlimdə, divan işi sənin. Pristavla dostsan, silistçi ilə dostsan. Onlar səni heç kəsin ayağına verməzlər. Heç sənin adını da çəkən olmaz. Sən yayın get evə, işin axırını gözlə. Mən Namaz deyiləm, əgər
Gülnisə sənin olmasa.
Cahangirağa. Mən getdim, xələtin də gözümün üstündə. (Gedir.)
Namaz (kənarda işləyən kəndlini çağırır). Sadıq! Sadıq!
Sadıq. Nə deyirsən, Namaz əmi?
Namaz. Gəl, dəyirmana bir az arpa ilə darı apar, üyüt gətir. Axşam yemək istəyəcəksiniz.
Sadıq (yavuğa gəlir). Dəni dəyirmana nədə aparacağam?
Namaz. Həmişə nədə aparıbsan, yenə onda. Öküzləri qoş arabaya, dəni at arabanın üstünə, sür apar... Bir yavuğa gəl, bir söz də deyəcəyəm sənə.
Sadıq (gəlir onun yanına). Nə söz deyəcəksən?
Namaz. H ə s ə nlə İskəndərin buradan keçdiklərini gördün?
Sadıq. Gördüm.
Namaz. Gördün necə mehriban gedirdilər? Həsən Gülnisəni ona vermək istəyir. Payız düşən kimi də toyunu eləyəcək.
Sadıq. Elə iş ola bilməz, Namaz əmi! Mən dünyanı dağıdıram. Özümü öldürərəm ki, o qızı qoymaram başqa adam aparsın.
Namaz. Sənin namuslu oğlan olduğunu bütün aləm bilir. Hamıya da məlumdur ki, budur, iki ildir sən Gülnisəni istəyirsən. Əgər mən səni oğlumdan artıq istəmirəmsə, Yezidə gələn lənət mənim canıma gəlsin. Doğrusu, bu işi mənim də namusum götürmür.
Sadıq. Qızın anası mənim anama söz veribdir. İmdi necə qızı özgə adama verə bilərlər? Yoxsa mənim dəli cinimdən xəbərləri yoxdur?
Namaz. Anası çox da söz verib. Həsən kişi arvadın ağzına baxacaq? İmdi gül kimi qızı götürüb verəcək İskəndər kimi itin birinə. O da papağını qiyğac qoyub sənin qabağında gəzəcək. Sən də ondan sonra adını kişi qoyub, tay-tuş arasında gəzəcəksən.
Sadıq. Onda mən atamın oğlu olmaram, ona bir elə güllə vurmayam ki, toyuq kimi partlamasın!
Namaz. Qız əldən çıxandan sonra İskəndərə otuz güllə vur, nə faydası? Bu saat Həsən özü ağaya dedi ki, İskəndəri oğulluğa götürmüşəm. Yəni ki, qızımı ona verəcəyəm. Doğrusu, mən yenə deyirəm, bu işləri mənim namusum götürmür. Nə deyim?! Sənin yerinə mən olaydım... Bu saat o kafir oğlu İskəndərin qabırğasına bir şax güllə çaxardım. İskəndər qızı alandan sonra gərək daha sən kəndin arasında görünməyib, başını alıb gedəsən.
Kitabxana.az · https://kitabxana.az/works/haqverdiyev-baba-yurdunda-birinci-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Məlumdur ki, islam və xüsusən şiəyi-Əmirəlmöminin vilayətlərinin cəmi ehtiyacatını: istər xeyirdə, istər şərdə, rəf edən İrandır.Əgər Iran olmasa idi, bilmirəm, bu yazıq camaat haraya gedərdi. Şad günümüzdə Iran bizə mütrüblər, hoqqabazlar, kəndirbazlar, meymun oynadanlar, ayı oynadanlar göndərir.
QəndilBütün dağlar arasında İskəndər bəyin adı söylənirdi. İgidlikdə, at çapmaqda, düşmən bağrı yarmaqda tayı-bərabəri yox idi. Atı, qaramalı saysız idi.Qubernatordan tutmuş axırıncı pristavadək onun evinə gələrkən “hər barədə” razı gedərdi. Kimin Iskəndər bəyin əlindən hökumətə şikayət eləməyə cürəti vardı?
ÇeşməkŞəhərimizdə məşhur advokat Mahmud bəy əhli-kef və əhli-damaq bir vücud idi. Əhalidən, hər ürəyi darıxan, istəyəndə ki, bir qədər kefi açılsın, gedərdi Mahmud bəyin söhbətinə və həqiqət onun yanında əyləşənlər iki, üç saat dünya qeydini yadından çıxarardı. Mahmud bəyin mənzilində lətifələr danışıb gülməkdən sivay bir iş olmazdı. Şəhərin cəmi zəriflərinin yığıncağı Mahmud bəyin mənzili idi. Bunu da qeyd etməliyəm ki, iş vaxtında hər bir kənar söhbəti atıb ciddi işə məşğul olardı. Şəhərin ən qabil advokatlarından sayılardı.Mahmud bəy kitaba və qəzetə aşiq bir adam idi. Çox gözəl bir kitabxanası var idi və Rusiyada çıxan qəzetlərin zübdələrinə həmişəlik abunəçi idi.
Haqq MövcudQara saçları çiyninə tökülmüş, başında qara kəndirlə sarınmış teyləsan, qara, uzun, qurşağınadək saqqal, qara, böyük sürməyi gözləri, boynunda bir pud gələn zəncir, arxasında bir ceyran dərisi... Bu idi onun qiyafəsi...Yol gedəndə heç kəslə danışmazdı... Heç kəsin sualına cavab verməzdi. Dilindən ancaq bu sözlər eşidilərdi:
Başqa şairlərin şeirləri
با دولت غم تو ز فکر جهان چه باک؟
İrvanən və şərurəBir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,
Ha mayıl olduYatmışdım, üstümə gəldi bir pəri,Yenə yar sevdası ha mayıl oldu.
SöküldüAğzın bal dilin şəkər Mahtab,Yenə ciyərimin başı söküldü