Dördüncü məclis
Şəhər küçəsi, axşam tərəfi, yağış havası. Şəhər əhalisindən iki nəfər: Əbdül İran
libasında və Ismayıl. Hər biri bir daş üstündə əyləşib, söhbət edirlər.
Əbdül. Bəli, ağa İsmayıl, doğru buyurursunuz, o şey ki insan özü özünə elər, aləm yığılsa ona eləyə bilməz. Budur, mən səkkiz ildən artıqdır ki, getmişəm İrana. İndi qayıdıb, nələr görürəm? Heç keçən ovzalar yoxdur. Mən burada neçə adamlar tanıyırdım ki, pulu kürəklə yığırdılar, amma İndi bir tümənə möhtacdırlar. Və yenə adamlar tanıyıram ki, bəylər qapısında qab-qaşıq yalayırdılar, İndi sövdəgəri məşhur olublar. Çox namərddir bu dünya, heç ona etibar eləmək olmaz. Cavadı ki, tanıyırsınız, mən buradan gedəndə onu nökər qoyub getmişəm, İndi gəlib sövdəgər görürəm.
İsmayıl. Bir sağ tərəfinə bax, bu uçuq evi görürsən?
Əbdül. Görürəm, necə?
İsmayıl. Bu, Nəcəf bəyin evidir, haman kimsənənin evidir ki, Cavad onun qapısında qab-qaşıq yalayırdı. İndi Nəcəf bəy...
Əbdül. Ölübdür, yoxsa?
İsmayıl. Yox, ölməyibdir, amma bir günə düşübdür ki, görsən qan ağlarsan. Amma onun nökəri Cavad İndi olub ağa Cavad, sövdəgəri-məşhur. Bu evi ki görürsən, top dəysəydi dağılmazdı, onu qumar dağıtdı.
Əbdül. Düz buyurursunuz, Ağa İsmayıl. Allah heç kəsi qumara mübtəla eləməsin. Xudavəndi-aləm hətta öz Qurani-şərifində qumarı şeytan əməli buyurubdur. Əlbəttə, şeytan əməlinə qurşanan gərək axırda belə olsun. Xub, məgər kənd-kəsək hamısı əldən getdi?
İsmayıl. Qumar qabağında kəndmi durar, kəsəkmi durar? Əlbəttə, hamısı getdi. Bir də iki kəndi qalmışdı, onu da sövdəgər Məşədi Cəfər satdırıb, borc əvəzinə götürdü. İndi budur, gözünü dikib bu dörd divara, istəyir satsın, alan yoxdur, çünki taxtapuş uçub, yağış, qar, hər nə yağırsa evin içinə yağır. Ola bilsin, günlərin bir günündə uçub tökülsün.
Əbdül. Kərəminə şükür, pərvərdigara. Özün öz bəndəni dərdübəladan saxla. Bəndənə yaman gün verincə, ölüm ver. Yaxşı, Nəcəf bəyin bir yaxşı oğlu vardı, o necə oldu?
İsmayıl. Oğlunu qız üstündə dəllək İmamverdinin oğlu Kərim öldürdü.
Əbdül. Allah rəhmət eləsin, yaxşı oğlan idi. Bəs o Kərimə nə üçün tənbeh olmadı?
İsmayıl. Necə tənbeh olmadı? Kərimə yeddi il Sibir kəsdilər, göndərdilər getdi.
Əbdül. Nə buyurursan?! Mən ki Kərimi beş ay bundan əqdəm Təbrizdə gördüm.
İsmayıl. Xeyr, səhvsən, yəqin ona oxşar başqa bir şəxs görübsən.
Əbdül. Nə danışırsınız, kişi? Mənim gözüm kor deyil, mən Kərimin dabbaqda gönünü tanıyıram. Mən Kərimi çayxanada gördüm. Yorulmuşdum, döndüm çayxanaya ki bir-iki fincan qəhvə içim. Gördüm Kərim əyləşib qəlyan çəkir. Əhvalpürsanlıqdan sonra dedi ki, bəs çay almağa gəlib.
İsmayıl. Məəttəlləm, baba! Budur, iki ildir ki, onu Sibirə göndəriblər.
Əbdül. Iki ildir ki, ya iki yüz ildir, bilmirəm. Xülasə, mən Kərimi Təbrizdə gördüm.
İsmayıl. Ay qardaş, Sibirdən qaçmaq ki, qeyri-mümkündür.
Əbdül. Necə qeyri-mümkündür? Bu saat İranda bəlkə neçə yüz Sibirdən qaçmış Dustaq var.
İsmayıl. Axır bunlar necə qaçırlar?
Əbdül. Mən nə bilim, Allah bilsin.
İsmayıl. Qəribə işdir. Amma Allah Süleyman bəyin qanını yerdə qoymaz. Kərim insan divanından qaçıb, Allah divanından qaçmaz.
Əbdül. Xub, Ağa İsmayıl, siz mənə bir bunu söyləyin görüm, Nəcəf bəyin yaxşı dost-aşnaları var idi, dövlətli şəxslər. Məgər heç onlardan binəvaya bir kömək çatmır?
İsmayıl. Rəhmətliyin oğlu, elə söz danışırsan ki, üç yaşında uşaq danışmaz. Əzizim, bu dünyada dost nə gəzir, aşna nə gəzir? Məgər taifeyibəniinsan dostluq eləyə bilir? Hamı yemək dostudur, hamı içmək dostudur. Əgər evində, cibində bir şey var, aləm sənə dostdur. Elə ki yoxundur, düşmənin də sənə düşməndir, dostun da düşmən olur, ey əmioğlu.
Dust məşmar on ki, dər nemət zənəd
Lafi yariyyü bəradər xandəgi.
Dust on başəd ki, kirəd dəsti dust
Dər pərişan haliyü dərmandəgi.
Türkü məsəldir deyərlər: bağda ərik var idi, salamməleyk var idi, bağdan ərik qurtardı, salamməleyk qurtardı. Hərçənd arvad məsəlidir, amma çox göyçək məsəldir. Nəcəf bəy olub, Sədi demişkən, giriftarü
Nemət vaxtında yoldaşlıq və qardaşlıqdan dəm vuranı dost sayma. Dost o adamdır ki,
pis və dar gündə dostun əlindən tutma.
paybəndiəyal. İki balaca uşağı qalıb, amma Allah işini uvantsın. Onun qədim nökəri Cavad bir az onun qolundan tutur.
Əbdül. Bəli, görünür nəməkbəhəram adam deyil.
İsmayıl. Qadam, necə ola bilir? Cavad deyəndə, kənddəngəlmə bir ac gədənin birisi idi. Nəcəf bəy onu adam elədi. Cavad oldu Ağa Cavad. On min manata yaxın əhvalı var. Qaçaq mal alış-verişi eləyir, sövdəgərlər arasında sahibi-etibardır. İndi haman Cavad gündə ətdən, düyüdən, yağdan alıb öz nökərlərindən göndərir Nəcəf bəyin evinə.
Əbdül. Bəli, bivəfa dünyanın işi belədir...Yavaş, Ağa İsmayıl, o quş səsini eşidirsənmi? Deyəsən bayquş səsidir.
İsmayıl. Eşidirəm, eşidirəm. Allah, amandır, axşam tərəfi, yağış havası, bayquş da ulayır. Görəsən fəqirin başına yenə nə bəla gələcək. (Göy guruldayır.) Yağış yağır, dur gedək. Pərvərdigara, yaman günündən bəndəni mühafizə elə.
Əbdül. Ilahi, amin. Gedirlər. Göy tez-tez guruldayır, ildırım şaxıyır, hava bərk tutulur. Bu halda Nəcəf bəy köhnə libasda, saqqalı, bığı ağarmış, beli əyilmiş, əlində içinə şey bükülmüş dəsmal gəlib dayanır.
Nəcəfbəy. Tamaşa elə, dünya, gülün mənə camaat, görün nə gündə sizin aranızda Nəcəf gəzir. Mənim axırım gərək belə olaydı. O adamlar ki, mənəm-mənəm dedilər, hamısının axırı belə oldu. Pərvərdigara, məsləhət sənİndir. Evlər yıxmışam, yetim uşaqların gözlərinin yaşlarını tökdürmüşəm. Övrətlər başıaçıq, ayaqyalın müsəlləyə çıxıb, haqq-hü çəkib, üstümə nalə töküblər. Heç birinə qulaq verməmişəm, demişəm mənim kefim kök olsun, istər aləm tufana getsin. Bizim hamımız beləyik. Cəmi insan tayfası belədir. İstərik həmişə öz qardaşımızdan uca olaq. Ondan ötrü öz qardaşımızın ayağının üstünə çıxıb, başından basırıq. Amma demirik ki, qardaş başından basanın Allah da başından basar. Allahın divanını yada salmırıq, qiyaməti yada salmırıq... Vay!.. Odur, yenə gəlir... Nə istəyirsən məndən? Nə düşübsən dalıma?.. Elə Allah divanı yadıma düşəndə, gəlib gözümün qabağında durursan? (Sona xanımın heykəli ağ çadirşəbə bürünmüş, saçları döşünə tökülmüş, əllərini qabağa uzadıb, Nəcəf bəyə tərəf yeriyir, Nəcəf bəy dalın-dalın qaçır.) Nə istəyirsən məndən? Niyə əl çəkmirsən? Görürsən Allah məni nə günə salıb, sən yenə məni rahat qoymursan? (İkisi də itirlər. Bir azdan sonra Nəcəf bəy qayıdır dizi üstə çökür. Peydərpey ildırım şaxıyır və göy guruldayır.) Xudaya, pərvərdigara!
Dərgahında günahdan savayı bir iş tutmamışam, amma İndi sidqlə əl götürmüşəm dərgahına, ümid əlimi naümid qaytarma. Xudaya! Bəsdir çəkdiyim əziyyət. Bilirəm, o dünyada mənim yerim cəhənnəmdir. Amma ikinci cəhənnəmi bu dünyada mənə çəkdirmə. Dağılın, qara buludlar! Kəsilin gurultular! Sakit olun, ildırımlar! Bəlkə mənim duam gedə xudavəndi-aləmə yetişə! Pərvərdigara, ucuz ölümünü məndən əsirgəmə. Xudaya, bilirəm qiyamət günü dərgahına üzüqara gələcəyəm, amma məni insan yanında üzüqara eləmə. Qiyamətdə hər nə tənbeh eləsən, hamısına layiqəm. (İldırım bərk şaxıyır, göy bərk guruldayır, Sona xanımın heykəli yenə Nəcəf bəyin gözünün qabağında durur.) Budur, yenə gəldi! Axır nə istəyirsən məndən, səni and verirəm səni yaradan Allaha! istədiyin nədir, de məndən əl çək?!
Sonaxanımınheykəli. Ver mənim imarətlərimi! (Qeyb olur, Nəcəf bəy bihuş yıxılır, bir azdan sonra ayrılır.)
Nəcəfbəy. Bildim nə istəyirmiş məndən. İndi ölmək istəmirəm. Sakit ol, döyünmə, ürəyim! Mən əziyyətə layiq adamam. Gərək Allah dünyada mənə çoxlu ömür versin və çoxlu əzab...Bildim nə istəyirmiş... Bildim... (İstəyir getsin, ildırım vurur, yıxılıb ölür.)
Kitabxana.az · https://kitabxana.az/works/haqverdiyev-dagilan-tifaq-dorduncu-meclis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Həmin otaqdır. Hacı Mehdinin evində. Həmin qayda ilə döşənmiş, necə ki, əvvəlinci*məclisdə. Hacı Mehdi oturub öz-özünə danışır.*
Üçüncü məclisVaqe olur həmin evdə, ancaq döşənib çox sadə. Hacı Mehdinin ikinci arvadı Güllü*oturub tikiş tikir, öz-özünə danışır.*
Yoldaş KoroğluƏsər doqquz şəkildəƏşxas
Birinci şəkilKor İsrafilin evinin qabağında Şərəf və oğlu İmran əyləşmişlər. Gün batmağa meyl edir.*İmran**. Ana, axı mən acam, səhərdən ağzıma bir tikə çörək almamışam.
Başqa şairlərin şeirləri
(Əli Əkbər) xidmətinəSalam olsun rəvan məndən
Gəraylı: Ləvhəş-Allah, xaliqi-canLəvhəş-Allah, xaliqi-can,Nə gözəl insan yaradıb,
Mürəbbe: Bülbülə gülşəndə rəngü-ruxsarınBülbülə gülşəndə rəngü-ruxsarın,Göstər gələn münca olmasın həris,
TilliBənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.