Məzmun
  1. Birinci şəkil
  2. İkinci şəkil
  3. Üçüncü şəkil

Səhifə 3 / 3 · 67%

Üçüncü şəkil

Fatmanisənin evi.

Fatmanisə (hirsli, qapıdan daxil olur). Evin yıxılsın mənim evimi yıxan! Balaların yetim qalsın, mənim bircə balamı yetim qoyan! Yazıq kişinin beynini yedilər, apardılar başına daş saldılar. Nə qədər dedim: a kişi, getmə, dedi: olmaz! Bu da canyandırmanın axırı.

Daxil olurlar: Sərəncam, Güləndam, Qızyetər, Mahpəri.

Sərəncam. A Fatmanisə, bu nə bəladır sənin başına gəldi? Deyirlər

Tarıqulu əlli-ayaqlı itibdir.

Fatmanisə. Nə bilim, ay Sərəncam, ağlım başımdan çıxıb, heç zad anlamıram.

Güləndam. Ay qız, mənim kişim də onunla bir yerdə getmişdi. And içir ki, sağ-salamat, bir havı qurtardıqdan sonra, özü-öz əli ilə kişiciyi bir ayrı hava göndərdi. Yerin adın da dedi, yadımdan çıxıbdır.

Fatmanisə. Qasım İsmayılov dairəsinə?

Güləndam. Hə, hə. İman yiyəsi olasan.

Fatmanisə. Öz əli ilə göndərdiyini mən də bilirəm. O sözü Qurban da deyirdi. Ondan sonra başına nə gəldiyini get molladan xəbər al. Səhər sağsağan quyruğunu qapıya döndərib, qır-qır qırıldayanda bildim evim yıxılıb. Getdim, molla Qurana baxdı. Orada da yazılıbdır ki, cibini kəsiblər, özünü də iflim-iflim eləyiblər. Hətta Tarıqulunun Quranda adı da var.

Qızyetər. Nə danışırsan, ay balam? Quranda imam, peyğəmbər adı olar, Tarıqulunun adının Quranda nə işi var?

Fatmanisə. Gülpəri qarı Allah şahididir. (Gülpəri daxil olur.) Budur, özü də gəldi.

Gülpəri. Nə var? Nə xəbərdir?

Fatmanisə. Ay Gülpəri, mən danışıram, inanmırlar. Gəl bunları sən inandır.

Gülpəri. İmansız olum ki, özcə qulaqlarımla eşitdim. Quranda yazılmışdı ki, cibini kəsiblər, özünü də iflim-iflim eləyiblər.

Qızyetər. Tarıqulunun adı da Quranda var idi?

Gülpəri. İmansız olum ki, var idi. Molla beləcə oxudu. İflim-iflim

Tarıqulu.

Fatmanisə. İndi inandınız, ya yox? Sağsağana nə deyirsiniz ki, gözümlə gördüm?

Güləndam. Sağsağan sınanmış bir şeydir. Mənim kişim ayda bir ya Bakıya, ya Gəncəyə, ya Tiflisə gedir. Kişi hər gələndən qabaq sağsağan gəlib qapıda qırıldayır.

Qızyetər. Ay Fatmanisə, yüyürən yıxılmağına baxmaz. Get, bir həmşəri Cahanı da çağır gəlsin. O yaxşı noxud falı açır. Görək o nə deyəcək.

Gülpəri. Həmşəri Cahan Qurandan çox bilir?

Qızyetər. Kim deyir çox bilir? Yenə arxayınlıqdır.

Fatmanisə. Mən ki kişidən əlimi üzmüşəm. Siz ki deyirsiniz, nə sözüm var, gedib həmşəri Cahanı da çağıraram.

Mahpəri. Get, sən gəlincə biz də burada oturub, səni gözləyirik. (Fatmanisə gedir.) Ay canım, yanında danışmaq olmur. Bulaqdan dalımda su gətirirdim, iki kişi danışırdı. Biri deyirdi ki, lüt soyundurub, kolun dibinə atmışdılar. Yaxın kənddən gəlib, aparıb basdırdılar. Kar olum, əgər eşitmədimsə.

Sərəncam. Danışanları tanımadın?

Mahpəri. Bizim kəndin adamlarından deyildilər.

Güləndam. Balam ölsün ki, onu mən də eşitdim. Amma bilmirəm, kim danışırdı. Öldürən olmayıb. Yolda avtomobil aşıb, başı təkərin altında qalıb əzilibdir, aparıb basdırıblar. Bu gün-sabah paltarını gətirəcəklər.

Gülpəri. Molla oxudu ki, cibini kəsiblər.

Güləndam. Ölənin cibini də kəsərlər, lüt də edərlər.

Sərəncam. Bunların heç birisi deyil. Mən yaxşısını bilirəm. Bulağa su gətirməyə getmişdim, gördüm arvadlardan biri deyir: ay qızlar, Fatmanisənin ərinin başına gələn oyunu eşitmisinizmi? Hamı dedi, yox. Sonra arvad yenə söylədi. Bilmirəm, hansı kolxozamı hava getmişmiş, orada ora nə qədər çit, çay, qənd, iki cüt çəkmə verirlər. Cibində də pulu varmış. Qayıdıb evinə gələndə, yolda üstünə quldur düşür. Kişini soyurlar, ondan sonra da öldürüb, gətirib Qaraqurşaqlının yavuqluğunda atıb gedirlər. Qaraqurşaqlının ispolkomu onu oradaca basdırıb və tapşırıbdır ki, evinə mayın birindən sonra xəbər versinlər. Sabah mayın biridir. O birisi gün xəbərini gətirəcəklər. Deyirdi ki, bədəninə altmış-yetmiş yara vurublar. Özünü lüt soyub çılpaq qoyublar.

Gülpəri. Elə molla da belə deyirdi: cibini kəsiblər, özünü də iflim-iflim eləyiblər.

Sərəncam. Onu bilirəm ki, biçarə Fatmanisənin başına daş düşdü. Ölən öldü, yazıq yerdə qaldı. Yanında yeddi-səkkiz yaşında uşaq kimin qapısına gedəcək?

Güləndam. Qapılara niyə gedir? Qızıl kimi əlləri var, əlindən hər bir iş gəlir, işləyib özünü də dolandırar, uşağını da.

Sərəncam. Cavan gəlİndir, o tək dolanamı bilər? Adına əlli min söz qoşarlar.

Gülpəri. Gülməmməd kişinin oğlu Mədəd onu bir vaxt istəyirdi. Fatmanisəni atası ona verməyib, Tarıquluya verdi. O gündən indiyədək Mədəd evlənməyir. Deyir, Fatmanisənin əri ölüncə subay oturacağam. Elə ki

Tarıqulu öldü, gedib Fatmanisəni alacağam. İndi Mədəd muradına çatdı.

Sərəncam. İşlər düzələcək, ortalıqda başı qapazlı qalan yetim olacaq.

Fatmanisə, dalınca həmşəri Cahan daxil olurlar.

Fatmanisə. Mən başıma düşən daşı yaxşı bilirəm. İndi doqqazla gedirdim, görürəm arvadlar, qıraqdan baxıb, başlarını bulayırlar. Sonra da mənə deyirlər ki, özünü toxtaq saxla. Ərinə heç zad olmaz, sağsalamat gəlib çıxacaq. Sağsağan yalan deyir? Mən min dəfə sınamışam. Deyək, sağsağan yalançıdır, mollanın Quranı da yalan deyir? Orada aydın yazıblar: cibini kəsiblər, özünü də iflim-iflim eləyiblər. Qurana inanmayanın Allah başına daş salar. Amma yenə sizin deməyinizə görə, getdim həmşəri Cahanı gətirdim, bu da fala baxsın görək.

Həmşəri Cahan. Quranın qarşısında bizim falımızın adı yoxdur. Ancaq mən bircə şey soruşacağam. Molla Qurana baxmaqdan qabaq dəstəmaz aldı, ya yox?

Fatmanisavə Gülpəri. Yox, almadı.

Həmşəri Cahan. Onda onun istixarəsinin düzlüyünə şəkk gətirmək olar.

Güləndam. Di sən fal aç, görək.

Həmşəri Cahan (cibindən bir ovuc noxud çıxarır). Bismillahi rəhmanir rəhim! Falımız faldır, falmanımız Allah! Hürü qarının əli ilə, Pəri qarının əli ilə, cin padşahının tacı xatirinə, Seyid Şəbinin cəddi xatirinə, on iki imam, yüz iyirmi dörd min peyğəmbər xatirinə, noxudlarım, sizdən doğru xəbər istəyirəm. (Noxudları əlində oynadıb yerə atır.) Biri tək düşdü, dördü də onun qarşısında hamısı burun-buruna. Birini buradan götürdüm, birini də buradan, yenə birisini buradan götürdüm, birini burdan, ikisini buradan, ikisini oradan. Bu bircə dənə tək qaldı. Qalanları çıxıb getdilər. Falı yaxşı görmürəm.

Gülpəri. Daha nəyi yaxşı görəcəksən? Kişinin qabağına dörd nəfər çıxıb öldürüb, tək qoyub gedirlər. Yazıq, bədbəxt Tarıqulu.

Fatmanisə. Bu da noxud falı. Buna da bir söz deyəcəksiniz? Daha nə deyirsiniz, onu da eləyim.

Qızyetər. Ay qız, yenə ümidini Allahdan kəsmə. Bəlkə deyilənlər yalandır. Seyid Şəbinin ocağına bir nəzir də de.

Fatmanisə. Nəziri nəyə deyəcəyəm? Seyid Şəbi mənim kişimi dirildib gətirib mənə verəcəkdir? Başıma daş düşüb, qurtarıb gedib.

Qədim məyus daxil olur.

Fatmanisə. Ay bala, gəldiniz? Yoldaşların da gəldilərmi?

Qədim. Yox, ana. Getdik bənövşə yığmağa, uşaqlar başladılar mənə nəsihət eləməyə. Deyirlər, sənin anan avamdır, sən də avamsan, adam da, deyirlər, sağsağana inanarmı? Mən dedim ki, anam çox sınayıb, sağsağan həmişə doğru danışır. Bunun əvəzində hamısı ağız-ağıza verib, oxudular: səlli əla sağsağan, isti fətir, göy soğan. Mən də ağladım, küsdüm gəldim evə.

Fatmanisə. Yaxşı elədin, bala, qayıtdın gəldin. Onların ataanaları da dinsizdir. Uşaqları da onlara baxıb dindən, məzhəbdən çıxıblar.

Gülpəri. İndiki uşaqları demə. Heç birisi Allaha, peyğəmbərə inanmır. Tamam dünya dinsiz olubdur.

Qızyetər. A Fatmanisə, nə olar, gedib bir ispolkoma xəbər verib, onlardan bir səhih əhval alasan.

Fatmanisə. İspolkom mayın biri keçməsə, mənə xəbər verməz. Nə olubdur? Sağsağan yalan, noxud falı yalan, ispolkom doğru? Dinməz oturub evdə dərdimi ağlayacağam. (Qədimə) Bala, gəl yanıma. Acmısanmı?

Qəd i m. Hə, ana, acam.

Fat ma n i sə (durub taxçadan bir az pendir, çörək alıb verir). Al ye, axşama bozbaşımız var.

Gülpəri. Ay arvadlar, durun gedək. Axşama az qalıbdır, inəklər naxırdan qayıdacaqlar.

Sərən cam. (Fatmanisəyə). Ümidini kəsmə.

G ü lən dam. Neyləməli, səbrdən başqa əlac yoxdur.

Qızyetər. Bu işlər hamısı keçəndən sonra, bir səhih xəbər gəlincə özünə əziyyət vermə.

Həmş ər iCa ha n. Mən də durum gedim, a Fatmanisə, axşamdır.

Fa tmanisə (pul verir). Xoş gəldin.

Hamı gedir.

Fat ma n i sə (oğlunu qucaqlayır). Yazıq balam, atasız yetim balam!

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

“Pəri cadu” haqqında qeydlər

Doxsanıncı illərin ortasında simvolizm deyilən bir ədəbiyyat üsulu teatro səhnəsinə atıldı. Alman ədibi Hauptmanın “Qərq olmuş çan” sərlövhəli faciəsi mədəniyyət aləminə bir şəşəə saldı. Bu üsulun Şərq ruhuna xeyli uyğun olması məni artıq həvəsə gətirdi. Və mən Şərq həyatından götürülmüş simvolik bir əsər teatromuz üçün yazmaq fikrinə düşdüm. Nəhayət 1901-ci sənədə “Pəri cadu” nam əsərimi yazdım. Bu neçə ilin müddətində “Pəri cadu”nun səhnədə müvəffəqiyyət qazanmasına səbəb, haman mən dediyim simvolizmin bizim ruhumuza uyğun olmasıdır. “Pəri cadu”ya mövhumat adı qoyurlar... “Pəri cadu”nun ideyası: hər kəsin öz əlinin əməli onun müqəddəratını təmin edər. İnsan, taleyini kənarda axtarmayıb öz-özündə axtarmalıdır. Nəfs-əmmarə dalına düşüb gedərsə bəlalərə uğrayıb fot olar. Nəvsilə mübarizə edib əlinin əməyinə bağlanarsa, axtardığı məqsədə nail ola bilər. İnsanın təbiətində iki əsas qüvvə həmişə bir-biri ilə vuruşmadadır. Bu iki əsas – nəfsi-əmmarə ilə əql və fikirdir. Ən qədimdə bu iki əsası insan özündən xaricdə bilib, onlara təbiət məqam verib, allahlıq libasına geyindirirdilər: Hürmüzd, Əhrimən; Çində xeyir, şər allahları. Axırda şeytan və Allah. Pərinin ürəyində həmçinin iki əsas vuruşur. Nəvsi iblis şəklində mübarizə tərəfə çəkir, əqli səlim şeyx sifətində səbr etməyi məsləhət görür. Bu iki şəxs onun ürəyində vuruşan iki əsasın mücəssəmələridir. Xırda şəyatin onun dəğdəğələridir.İnsanı həmişə nəhs yollara iğva edən nəfsi-əmmarə Şamama cadu sifətində ortalığa çıxıb. Bu qarı həm Qurbanın, həm Hafizə xanımın, həm Pərinin təbiətində olub, onları asan vəchlə səadətə nail olmaq yoluna çəkib, hamısını məhv edir və Qurban öləndən qabaq öz səhvini anlayıb, Səliməsi tərəfə qaçmaq istəyirsə də daha iş işdən keçdiyindən, nəfsinin çəngəlində fot olur.

2 dəq
Artistlik sənəti haqqında

1.Artist Ruhulla bəradərimə. Bəradərim, dünyada insaniyyətə, millətə və mədəniyyətə ən böyük xidmətlərdən biri artistlikdir. Artist üzünü unluyub acı həqiqətləri sənətin şəkəri ilə şirinlədib camaata yedirdir. Bu cəhətdən artistliyin yolları nə qədər ağır, tikanlı olsa da, qiymətlidir. Çünki nəticəsi parlaqdır. Bu sözləri həmişə xəyalında saxla.

1 dəq
Abbas Mirzə Şərifzadə haqqında

1Dursunəli – Hamlet! Nə böyük məsafə! Nə ağır yollar! Nə parlaq nailiyyət!

1 dəq
Mirzə Fətəlinin faciəsi

Mart ayının 12-də Mirzə Fətəlinin vəfatından tamam 50 il keçir. Mirzə Fətəlinin ömrü ictimai sahəyə qədəm qoyandan axır nəfəsinə qədər böyük bir faciə içərisində keçmişdir. Epoletlər, imtiyazlar, xaç və medallarla bəzənmiş paltarın altında od tutub alışmaqda olan bir ürək döyünməkdə idi. Ətraf zülmət və cəhalət, bir nəfər də olsa dil bilən yox, camaatı qoyun kimi istədikləri yerə sürən ruhanilər – başlarında şeyxül-islam Molla Əhməd olmaq üzrə Zaqafqaziyada təkcə yanmaqda olan bu çırağın işığının qabağına qalın bir pərdə çəkirdilər. Mirzə Fətəlinin faciəsini tamamilə anlamaq istəyənlər “Kimyagər” komediyasında onun Molla Nuru şairin dili ilə söylədiyi sözlərə diqqət yetirməlidirlər. Molla Nuru üzünü mülklərini, evlərini girov qoyub, Molla İbrahim Xəlilin yanına gümüş almağa gedənlərə tutub deyir: “Hər kişinin öz peşəsi özü üçün bir iksirdir”.Bunun cavabında ondan soruşurlar: “Sən ki şairsən və şairlik də sənin peşəndir, bəs nə səbəbə bu sənətin sayəsində sənin dövlətin yoxdur?”

3 dəq

Başqa şairlərin şeirləri