45 il, elə bil, göz qırpımındaÖtüb keçdi desəm, olacaq yalan.Bir an ayrılmadım Vətən yolundaAzadlıq uğrunda vuruşmalardan.

Əgər yetmiş ilsə bir insan ömrü,Tufanlı gəncliyim yüz ömrə dəyər.Qocalıq başlayır, kim bilir, bəlkə,Olacaq alova, közə bərabər.

Ulduzlar çıxacaq saysız-hesabsız,Onların hüsnünə dalacağammı?Dağlarda, daşlarda, düzlərdə bir dəSəhər açanadək qalacağammı.?

Gecələr ay çıxıb, dalğın, pərişan,Mənimlə yenəmi söhbət edəcək?Üfüqdən üzülüb axan ulduzuGörəsən haraya yozacaq ürək?

Günəşin ruh verən hərarətiniBir də nəfəsimdə duyacağammı?Həyatın sönməyən səadətiniYenə öz səsimdə duyacağammı?

Səssiz gecələrdə tənha qayıqtəkDənizə üz qoyub üzəydim bir az.Zərrin dalğaları mirvari kimi,Sinəmə, boynuma düzəydim bir az.

Bəli, sevəcəyəm əvvəlki kimi,Coşqun təbiəti, igid insanı.Onlara əbədi verdim qəlbimi,Sevdim bu dövranı, sevdim cahanı.

Razıyam hər şeyə, sənsizliyə yox,Nə qədər mən sağam sən yanımda qal!Gözəl uşaqlığı, coşqun gəncliyi –Ötən günlərimi sən yadıma sal!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri