Sığındım istəkli bir bala kimiİsti qucağına Ağstafanın.Dolandım səhərdən axşama kimiSoluna, sağına Ağstafanın.

Ağrı nə gəzirdi ürəkdə, candaAğacdan atılıb, dikdən aşanda

Gərərdim sinəmi çən qarışandaOdun, ocağına Ağstafanın.

Xəbərim yox idi başqa xəbərdənPendirdən, çörəkdən, çaydan, şəkərdən,Balıq ovlamağa qaçardıq hərdənO çay qırağına Ağstafanın.

Burda keçirmişəm odlu çağımı,Tikanlar dalayıb əl-ayağımı,Nə qədər vermişəm tər yanağımıQılınc sazağına Ağstafanın.

Cicimin üzünə toxundu üzümHər zaman dilində söhbətim, sözüm,Günəş yayılanda dikildi gözümO Gülül dağına Ağstafanın.

Bəzən yuyunmuşam yağış gölündəBildirçin qovmuşam Ceyran çölündəSəfərə çıxmışam camış belindəCeyran yatağına Ağstafanın.

Qələmələr vardı, çinarlar vardıSağ-solu su bolu qatar-qatardı,Nəsə dəstə-dəstə pıçıldayırdıQuşlar qulağına Ağstafanın.

Sübhün yayılanda ilıq nəfəsiCoşardı hər kəsin eşqi, həvəsi,Enərdi şamların sərin nəfəsiYaşıl ayağına Ağstafanın.

Yazda gül açardı ərik bağlarıYayda səsləyərdi buz bulaqlarıPayız sarılardı qarpız bağlarıAraba çağına Ağstafanın.

Əsədin, Mizənin gurlayan vaxtıZurnaçı Nikolun tərifi qalxdıKişilər yeridi, qadınlar axdıŞadlıq yığnağına Ağstafanın.

Əziz müəllimlər Əmirxan, AslanMəmməd, Əmənullah, həlim, mehribanDəmiryol məktəbi döndü bir zamanKamal ocağına Ağstafanın.

Fikrimdə həm yası, həm də bayramı,Gah sevinc ilhamı, gah qəm ilhamı,Əlimlə tapşırdım Arif balamıAna torpağına Ağstafanın.

Qəlbimdə əbədi bu dağ, bu düyünGörünür beləymiş vəfası ömrünHüseyn Arifi axtaran bir günDüşər sorağına Ağstafanın...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri