Başının üstündə günəşin nuru,Ayağı altında düzlərin şalı.Durna gözü kimi durudan duru,Şair könlü kimi kövrək Durnalı.

Arabir yolunu çən-çisək kəsər,Obadan ayrılıb, oymaqdan küsər.Külək toxunanda titrəyib əsər,Maral balası tək ürkək Durnalı.

Göylərin gözündən düşən yaş kimi,Silkinib qalxanda yaşılbaş kimi,Uzaqdan baxanda yanan qaş kimi,Yerin sinəsinə bəzək Durnalı.

Açılır yaxası dan söküləndə,Qızarır yanağı üfüq güləndə,Bizim dədə-baba Ceyran çölündəHər güldən, çiçəkdən göyçək Durnalı.

Ey ana təbiət, ey ilk həmdəmimMənim səndən yaxın kimim var, kimim?Seyrinə dalanda azalır qəmim,Hüseyn Arifə dirək Durnalı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri