Başımda bir şıdırğı var,Toydu-mağardı, bilmirəm.Gözümdə yer-göy qarışırBorandı-qardı bilmirəm.

Bir xanıma qonub quşumSinə uyardı? bilmirəm.Bir yol da gəlsin arxa suCadar-cadardı. bilmirəm?!

Kim nədə istəyir, çalırTardı-dütardı, bilmirəm.

Lap xalqımın da rüzgarıNə rüzgardı, bilmirəm.

Qoyun qanı su yerinəAx ki axardı. bilmirəm.

Hansı ulduzum parlayıb?Rəmmal tapardı. bilmirəm!

Satqınlar verdi saranı?Sellər apardı? bilmirəm!

Sözüm-sovum çoxdu hələÖmür qurtardı? bilmirəm!

Taleyim ağlar-güləyənQışdı-bahardı, bilmirəm.

Uşaq-muşaq şüar deyir

Bu nə şüardı? bilmirəm.Bu gün hamı bəydi, soyduTürkdü, tatardı - bilmirəm!Yamanın enlidir yoluYaxşının dardı?! bilmirəm!Heç kim eşitmir haqq sözüCümləsi kardı?! bilmirəm.Dərməyə çatmırsa əlimHeyvadı-nardı, bilmirəm.Paytaxtımızdırmı bakıYoxsa bazardı?! bilmirəm.Vağzalımız - vay halımız...Rusca - kaşmardı? bilmirəm.Fikir doğur qafiyədənYa boş axardı? bilmirəm.

Qabil hey-hey yazıb-tökdüBir şey başardı?! bilmirəm.

14 iyun 1999

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri