Əzəl ovçuluğa saldım meylimi,Tikanı tapdayıb, budağı əydim.Aşırıb boynumdan qoşalüləni,Meşələr qoynunda özünə bəydim.

Dolu da başlayıb, külək də əsib,Dovşan da atılıb, qurd da tələsib.Ağacda turacın üstünü kəsib,Qayada kəkliyin xətrinə dəydim.

Azmı peşimanam öz əməlimdən,Əbəs ələnməyib saçlarıma dən.Xəlvəti açılan bir gülləylə mənMəğrur dağ kəlinin qəddini əydim.

Sevinci yarıda verməzdim bada,Ağrını, acını salmazdım yada,Alagöz ceyranın bir dar məqamdaÖmrünü yarıda bitirməsəydim.

Hüseyn Arifəm, közə dözərdim,Enişə, yoxuşa, düzə dözərdim,Səksənə, doxsana, yüzə dözərdim,Əllidə Arifi itirməsəydim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri