İnciyərəm mən
Yaz fəsli çəməndə üzün gülməsəHər güldən, çiçəkdən inciyərəm mən.Azca yanağının rəngi dəyişsə,Bu çəndən, çisəkdən inciyərəm mən.
Dolan, gəz elləri cavan yaşında,Yanında cəm olsun yar-yoldaşın da.Dağılsa tellərin bulaq başındaDağlarda küləkdən inciyərəm mən.
Həm sevinc görmüşəm yolunda, həm qəm,Yüz dəfə hökmünü dəyişib aləm.Arabir yanılıb xətrinə dəysəmSinəmdə ürəkdən inciyərəm mən.
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-arif-inciyerem-men
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Nədir bu nazü istiğna, gecə oldu səhər axir,Könül şad eylə bir tək busə ilə ey gözəl, axir!
Əvvəldə gərək sevgili yarım sən olaydınƏvvəldə gərək sevgili yarım sən olaydın,Sərvim, çəmənim, bağü-baharım sən olaydın.
Qəzəl: Bəh, baharın yenə gəldi yelin həmhəməsiBəh, baharın yenə gəldi yelin həmhəməsiQış keçib getdi o qar və külək və dəmdəməsi
Novbahar əyyamıdır, mən zar qaldım yarsızNovbahar əyyamıdır, mən zar qaldım yarsız,Hiç bülbül olmasın bu fəsldə gülzarsız.