Əvvəldə gərək sevgili yarım sən olaydın
Əvvəldə gərək sevgili yarım sən olaydın,Sərvim, çəmənim, bağü-baharım sən olaydın.
Bülbül kimi ətrafına hər gün dolanaydım,Öz gülşənim, öz laləüzarım sən olaydın.
Bir başqa nigar eşqinə düşməzdim əzəldən,Hərgah, gözəlim, nazlı nigarım sən olaydın.
Gülzarı gəzib, nərgisə baxmazdım ölüncə,Ömrüm boyu gər çeşmi-xumarım sən olaydın.
Qəlbimdə səni gül kimi bəslərdim həmişə,Dövrəmdə gəzən bülbüli-zarım sən olaydın.
Xoşdur mənə, öz Vahidinəm, eşqinə yansam,Peyvəstə gərək dildə şüarım sən olaydın.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-evvelde-gerek-sevgili-yarim-sen-olaydin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nədən yaraşmadım, ey yari-mahiparə, sənəKi, bəlkə, xəlvəti əğyar edib işarə sənə?
Canan, nə etmişəm, belə biganəyəm sənə?Canan, nə etmişəm, belə biganəyəm sənə?Məcnun olan da mən evi viranəyəm sənə!
Ürəyimdə o qədər sevgi varımdır VətənəÜrəyimdə o qədər sevgi varımdır Vətənə,Necə ki, bülbüli-şeyda olur aşiq çəmənə.
Aldı mey camini ol yari-güləndam əlinəAldı mey camini ol yari-güləndam əlinə,Can fəda saqiyə! Verdi o gülün cam əlinə.
Başqa şairlərin şeirləri · Eşq
Deyirlər: uçsa ürək, qopsa candan,ölər insan.
Muxəmməs (Nəsimiyə nəzirə)Sənə ey sərvi-səmənbər dedilər gerçəkmişLəbinə qəndi-mükərrər dedilər gerçəkmiş
Dəli könül nə düşübsən çöllərəDəli könül nə düşübsən çöllərə,Məgər usanmazsan yar aşiqidi,
Ey xoş ol günlər ki, bəzmimdə nigarım var idiEy xoş ol günlər ki, bəzmimdə nigarım var idi,Zövqi-didarilə könlümdə qərarım var idi,