Saqiya, bir bu deyil nəşəsi peymanəmizin,Hələ bundan soradır ləzzəti meyxanəmizin.

Biz gərək badeyi-gülgunü həkimanə içək,Pozmayaq rövnəqini məclisi-məstanəmizin.

Ayağın öpməliyik xadimi-meyxanələrin,Bəlkə, cam içrə görək əksini cananəmizin.

Zülf şövqiylə olaq məst, bütün aqillərQalsın idrakinə heyran dili-divanəmizin.

Biz haman rindi-xərabatiyi-bibaklərik,Söhbəti indi də dillərdədir əfsanəmizin.

Dərd əlindən bu qədər çəkdiyimiz nalələrəNə gəlir yarımızın rəhmi, nə biganəmizin.

Eşq zəncirinə Vahid də giriftar oldu,Azdı guya, biri də artdı bu divanəmizin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq