Tapdım-itirdim
Ayrıldım, ayrılmaq istəməsəm də,Bir həyat neməti tapdım-itirdim.Məni qınamayın acı desəm də –Şəkəri, şərbəti tapdım, itirdim.
Varmı mənim kimi dərd çəkən aşiq,Dönüb zülmət oldu gözümdə işıq,Hanı o şirin dil, o xoş danışıq,Hər sözü-söhbəti tapdım-itirdim.
Üstümə gülməsin yaxınım, yadım,Şair çağrılsa da həyata adım,Necə indən belə yazım, yaradım,Şeri, şeriyyəti tapdım-itirdim.
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-arif-tapdim-itirdim
← → düymələri ilə keçid, R — təsadüfi şeir