Düşüncələr, düşüncələr...
Səhifə 3 / 3 · 67%
Amma bu gün hava mülayim idi. Azacıq yağış çiləmişdi. Günəş günorta yerindən məğribə təzəcə əyilmişdi. Əcəmi darvazaya ayağını qoymamış içəridən bir səs axıb qulaqlarına dolmuşdu: “Bura haradır?” Və ayaq saxlayıb içərisindən eşidilən sual dolu səsə cavablar axtarıb tapmışdı: “Dünyanın bir parçası...”
Özü ilə mükaliməsi bitəndən sonra əlindəki səndəl ağacı ilə yanağını qaşıya-qaşıya qəbirlərin arasından keçib məşriq tərəfdəki balaca türbəyə yaxınlaşdı. Burada anası Badisəba uyuyurdu. Türbəni özü tikmişdi. Nədənsə ülya-mələkə Möminə xatunla buradakı söhbətləri yadına düşdü. Ona verdiyi cavabı da xatırladı: “Anamın ruhu başımın üstünü çətir kimi tutduğu halda mən nədən xoflanmalıyam, ülya-mələkə?.. Elə bu söhbəti xatırlayan kimi özü də bilmədən onu çəkib buraya gətirən ürəyindən razı qaldı. Mərhuməyə dönə-dönə rəhmət oxudu. Başdaşının üstünə qoyduğu balaca boz çaylaq daşını götürdü və başdaşını bir neçə dəfə döydü. Bu, o demək idi ki, mənəm, Əcəmiyəm... yenə görüşünə gəlmişəm, ana... hər dəfə səni yad eləmək, sənə rəhmət oxumaq üçün gəlirdim. Bu dəfə gəlmişəm xeyir-dua verəsən mənə. Bilirəm deyəcəksən ki, xeyir-duanı dirilərdən alarlar, ölülər xeyir-dua vermirlər. İndicə özün fikirləşmirdin ki, burada hamı laldı, kardır, kordur?.. “Bilirəm, ölülər xeyir-dua vermirlər... Bu sözləri inan ki, sən deyəndən sonra mən təkrar edirəm. Ürəyim demir bu sözləri... Bilirsən niyə?.. Bilmirsənsə, qoy deyim... Bura hər dəfə gələndə, başdaşını döyməyimə, sənə rəhmət oxumağıma baxma, mənim üçün sən həmişə dirisən, ölməmisən, sadəcə olaraq torpağın üstündən altına köçmüsən... Mən səni burada uyuyanların heç birinə bənzədə bilmirəm. Bunların heç biri də mənim üçün sən ola bilməz... Axı mənim damarlarımda axan qan sənindir. Gözümə işığı, ürəyimə hərarəti, qollarıma gücü sən vermisən. İndi o işığa, o hərarətə, o gücə daha çox ehtiyacım var, ana... Xeyir-duanı alan kimi gedirəm işə bşlayam: Həm hökmdar hökmünü icra edəm, həm də ana tapşırığını yerinə yetirəm. Bir neçə vaxt bundan əvvəl səni yuxuda görəndə dediklərin yadımdan çıxmır. Onda sən dedin: “Sən elə hesab elə ki, təkcə şahın anasına yox, bütün analara abidə ucaldırsan...” “Ver xeyir-duanı, ana!..”
Keçib anasının türbəsinin aşağısındakı sal daşın üstündə oturdu və başını sinəsinə endirib başdaşına baxdı, baxdı. Ona elə gəlirdi ki, indicə başdaşı yoxa çıxacaq, onun yerində ağ saçlı anasının nurani sifəti peyda olacaq, sonra da, gülə-gülə oğluna xeyir-dua verəcək... Gözlədi, gözlədi, nə başdaşı yoxa çıxdı, nə anasının nurani sifəti peyda oldu...
Amma birdən uzaqdan müxtəlif səslər eşitdi. Səslər bir-birinə qarışa-qarışa yaxınlaşdı və qəbiristanlıqda sükutu pozdu. Əcəmiyə elə gəldi ki, təkcə anası yox, əbədiyyət evinə köçən bütün analar birləşib ona xeyir-dua verirlər: “İşin avand olsun oğul!..”
Əlindəki səndəl ağacını qurşağına keçirib anasının türbəsindən uzaqlaşdı.
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-ibrahimov-esrin-onda-biri-dusunceler-dusunceler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Baş şeyx Məsud ibn Əbutahir heç vədə belə soyuq qarşılamamışdı. Onun bivec işlərini ara-sıra qaxınc edib başına vursa da, pis üz göstərməmişdi. Tanıdığı illər ərzində özü dediyi kimi, belə qanmışdı ki, bu ərəc¹ bənnanın əlindən hər cür namərdlik də gələr, çünki nə qeyrəti var, nə də kişiliyi; arı yeyib namusu da atıb dalına ...“Ortada vəcihə² gəlinbacısı olmasa onu itbaxandan da qoymaram baxa. Hələ qala evimə ayaq döyməsinə, üzünə salıb yuxarı başa keçməsinə...
TövbəNəsrin xatundan söz düşəndə qaravaşlar da, cariyələr də, “aman, aman!” deyə az qala sinələrin yırtıb tökürdülər. Nəsrin xatunun işi-peşəsi yatıb-durandan, yeyib-içəndən, bəzənib-düzənəndən sonra gah bir cariyənin, gah da o kənizin qarasınca deyinmək, gah bu tacirin, gah o tacirin arvadının qeybətini qırmaq, gah bu məlikin, gah o məlikin övrətinə loqaz qoşmaq və imanı ərşə çəkiləndə də onun – bunun babalını yumaq idi...Qəribə də xasiyyəti var idi rəis övrətinin. Özündən çirkin qızgəlinə qarşı insaflı, mülayim idi, özündən gözəl övrətlərə qarşı isə insafsız, qəddar. Camalca göyçək, yarlı-yaraşıqlı, mütonasib əndamlı bir gəlin görəndə elə bil qəfəsdə ilan görürdü Nəsrin xatun. Bircə Zahidə xatuna “dişi bata” bilmirdi... Bir də hardan bata bilərdi? O, hökmdar övrəti, bu rəis övrəti. Özü də get-gedə xanədanda nüfuzunu itirən bu rəisin övrəti... Mələkə barədə təkcə öz-özünə deyinməklə, qarasına qarğımaqla, onun yaşadığı otağa saata hərdənbir boğma basmaqla özünü ovundurardı... Son vaxtlarda isə min bir fənd işlədib Zahidə xatunun yanına ayaq açması ilə təskinlik tapırdı...
Qan puluKarmasın vuruşundakı qələbədən sonra Cahan Pəhləvan döyüşdə igidlik göstərdikləri üçün məlik Nurəddin Qaraya, Cəmaləldin Ayəbəya, Cəmaləddin Özəbaya özünün xas naxırından seçmə atlar bağışladı, onların xanədan qarşısındakı xidmətlərini xüsusi fərmanla qeyd etdi və Sədəddin Əsədə tapşırdı ki, həmin fərmanın surətini məlumat üçün bütün məliklərə göndərsin.– O ki qaldı, mənnən sənə-deyə vəzirə ürək-dirək verib könlünü aldı. – biz Eldəgəzlər dövlətinə nə muzdu, nə də ənam almaq üçün xidmət etmirik... Daha dürüst desək, ikimizin də buna heç vaxt ehtiyacımız olmayıb və olmayacaq da...
Saray ehsanıAtabəylər meydanında qələbəlik başlamışdı. Şəhər əhli və yaxın kəndlərin adamları dəstə-dəstə axışıb gəlmişdi. Qoşun dəstələrinin əsgərlərindən xüsusi mühafizlər olmasaydı şəhristanın darvazalarında qarışqa kimi qaynaşan camaatın qarşısını saxlamaq olmazdı.Xüsusi atlı qulamlar küçələrdə car çəkirdilər ki, asayişi pozmayın belə əziz gündə. Möminə xatun abidəsinin açılış günündə, Eldəgəzlər xanədanının ünvanına xüsusi xütbələr oxunacaq gündə, sarayın verəcəyi ümumşəhər ehsanı günündə şuluqluq salmayın, məscidlər də gedib dua oxuyun, allaha ibadət edin, günorta namazından sonra ehsana təşrif gətirib təam alın... Onu da bilin ki, Möminə xatun abidəsinin açılışına başqa yerlərdən də qonaqlar dəvət olunublar: Qaraxitaydan, Şirvandan, Xarəzmdən... gələnlər var. Atabəy Cahan Pəhləvanla səmimi dostluq edən Xarəzmşah Təkiş də gəlmişdir... Hətta xilafətin nümayəndəsi də bugünkü mərasimdə iştirak etmək üçün Bağdaddan Həmədana, Həmədandan da hökmdara, Qızıl Arslanla vəliəhdlərlə birlikdə Naxçıvana təşrif gətirmişdir...
Başqa şairlərin şeirləri
Eylə müştaqi-cəmaləm, bilmənəm dünya nədir?Talibi-bəzmi-vüsaləm, bilmənəm dünya nədir?
Samur kanalıSamur çayı, yadındamı,Şırıldayıb axardın sən?
Qəzəl: Sevmişəm ta səni, ey muğbəçeyi-xəndan, deyiləmSevmişəm ta səni, ey muğbəçeyi-xəndan, deyiləm,Maili-sərv ü gül ü bağ-gülüstan deyiləm
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,