On beşinci şəkil
İbrahim xanın iqamətgahı. Hiss olunur ki, İbrahim xan həyəcan içindədir. Tubu xanım dərin kədər içində əllərilə üzünü qapamışdır.
İbrahim xan (qəzəblə)
Təqsir Cavad xanın özündə oldu. Mən dəfələrlə ona dedim ki, rus padşahına tabe olmaq lazımdır. Biz onun top-tüfənglə mükəmməl silahlanmış böyük qoşununa cavab verə bilmərik. Mənim qızım Səltənət bəyim də onun səhvinin qurbanı oldu.
Tubu xanım (əllərini üzündən götürərək qışqırır)
Yox, mənim qızım bütün o igidlərlə birlikdə sənin qurbanın oldu. Cavad xan əsil türk oğlu idi. O, min verstlərlə uzaqdan qoşun çəkib arvad-uşağımızı qırmağa – namusumuzu hərrac eləməyə, torpağımıza sahib olmağa gələn çar cəlladlarına təslim ola bilməzdi.
İbrahim xan
Xanlar mənim şah olacağımdan qorxurdular... Mən dəfələrlə onları inandırmağa çalışırdım ki, mən şah olmaq fikrindən uzağam. Mən Azərbaycanın müstəqil, azad dövlət olmasını istəyirəm.
Tubu xanım
Allah-təala haqqın tərəfdarı olduğu üçün, Qurani-şərif bizi haqqa, ədalətə çağırdığı üçün, mən də həqiqəti sənə deməyə borcluyam. Cavad xan da, bizim qızımız da, Gəncə qalasındakı şəhidlər də siz xanların arasındakı təfriqəçiliyin qurbanı oldular.
İbrahim xan
Mən Cavad xana dedim ki, səbir eləsin, mən əvvəlcə Sisyanovla görüşmək istəyirəm...
İşıq sönür.
Kitabxana.az · https://kitabxana.az/works/ilyas-efendiyev-hokmdar-ve-qizi-on-besinci-sekil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bizim alt otaqlardan birində İman Kişi adlı suçumuz olurdu. O, həm bizə, həm də yaxın qonşulara kəhrizdən iri mis sənəkdə su daşıyırdı, bunun da əvəzində ona hər sənəyin suyu neçə qəpiyə isə, pul, ya da xörəkdən-zaddan verirdilər. İman kişi evdə də, çöldə də eyzən öz-özünə danışırdı. Evdə olanda cındır keçə parçasının üstündə əyləşib kürkünü, ya şalvarını yamaya-yamaya hey özü-özü ilə danışırdı, mən də qabağında çömbəlib ona qulaq asırdım. O isə mənə fikir vermədən deyirdi:– Yer oğlu bir qıy vurub qalxdı göyə.
Mən və ağaclarEvimizin qabağında atamın saldırdığı və indi hər gün, heç olmasa, bir-iki saat həvəslə qulluq elədiyi, öz əli ilə suvardığı cavan bağla mənim aramda gizli bir ünsiyyət yaranırdı. Buradakı alma, ərik, tut, gilənar, əncir, gavalı, qoz, armud, heyva ağaclarının hərəsinin öz görünüşü vardı və bunların hər biri mənə bir cür təsir eləyirdi. Ərik ağacının çəhrayıya çalan çiçəkləri mənə nə üçünsə əsrarəngiz təsir bağışlayırdı, gilənar, gavalı ağaclarının ağ çiçəkləri mənə zərif bir şadlıq gətirirdi. Ağ şahtutun günəş işığında zümrüd kimi parıldayan enli, ipək yarpaqları bu şənliyə bir cəsarət, daha qüvvətli bir şadyanalıq çaları verirdi. Qoz yarpağının soyuq ətri məni qüssələndirir və anamın tez-tez xəstələnməsini xatırladırdı. Bəlkə də bu ondan idi ki, bir dəfə anam malyariyadan bərk qızdıranda Zinyətə dedi ki, «get, bir qoz budağı qır gətir». Zinyət budağı gətirib verəndən sonra anam gözlərini yumub onu xeyli qoxladı... və anamı yuxu tutanda mən də balaca qoz budağını götürüb qoxladım və onun enli, tər yarpaqlarından qalxan ətir mənə soyuq və həsrətli göründü.Anamın xəstələnməsi həmişə mənim üçün son dərəcə qəmgin bir hadisə olurdu. Onun gözəl, şəffaf gözləri qızdırmadan alışıb-yananda mən özümü dünyanın ən bədbəxt adamı sayır və saatlarca yastığının böyründən uzaqlaşmırdım. Anam xəstəlikdən sağalıb ayağa qalxanda isə ürəyimdəki fərəhin həddi-hesabı olmurdu. Lakin kədərim kimi, fərəhim də həmişə ürəyimdə gizli qalırdı. Yəni mən onları izhar eləməkdən çəkinirdim. Ona görə çəkinirdim ki, mənim ortaboylu, enlikürək, qaraqaş, qaragöz, gözəl və çox qüvvətli bir oğlan olan atam başqa adamlarla zarafat eləməyi, deyib-gülməyi sevdiyi halda, biz uşaqlarla, xüsusən mənimlə çox sərt rəftar edirdi. Nə üçünsə, mənim zarafatım, deyib-gülməyim həmişə onu acıqlandırırdı. Ona görə də yavaş-yavaş məndə bir qapalılıq əmələ gəlirdi. Mən heç bir sirrimi, sevinc və kədərimi biruzə verməməyə çalışırdım və atamın yanında öz hərəkətlərim özümə yöndəmsiz görünürdü. Özümə, öz hərəkətlərimə inamım azalırdı, mən, bir növ, fağır, çəkingən olurdum, bu isə atamı acıqlandırırdı və onun mənə qarşı daha sərt rəftarına səbəb olurdu. Mən üsulsuz bir hərəkət eləyəndə, məsələn, nahar elədiyimiz zaman stəkana toxunub çayı süfrəyə dağıdanda, o, qəzəblənib, məni «maymaq», «filinti», «çolaq» adlandırıb danlayardı. Bu zaman:
QızılbaşoğluBir azdan Fatma nənəmi gətirən Qızılbaşoğlu Alı da gəldi. Bu, uzunboylu, xına rəngində saçları boynunun ardına tökülmüş, ayaqlarında uzunboğaz çəkmə, əynində sərdari çuxa, başında gümüşü papaq olan bir oğlan idi. Belində ağac qoburlu onatılan tapança var idi.– Necəsən, bacı? – deyə anamla hal-xoş eləyib Güllünün içəridən gətirdiyi stulda əyləşdi.
İmaş və GüllüHəmişə nənəm, ya anam məni müdafiə eləyəndə ürəyim kövrəlirdi. İndi də Fatma nənəm belə deyəndə gözlərim doldu və mən bağa qaçdım. Gördüm ki, İmaş su arxının qabağında oturub üst köynəyini yamayır, əldə toxunan kobud yun şaldan tikilmiş sərdarisini isə alt köynəyinin üstündən atıb çiyninə. Həmişə olduğu kimi, indi də məni görəndə gülümsədi. Onun arvad kimi köynək yamaması mənə qəribə göründü, mən ondan soruşdum:– Niyə köynəyini özün yamayırsan?
Başqa şairlərin şeirləri
Şiş ucları buludlarla döyüşənDağlarında buzları var ölkəmin.
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
ƏlindənVətənimdən cida düşdüm,Bəy əlindən, xan əlindən.
Ey xətin muyu mənə mülkü-Süleymandan ləzizEy xətin muyu mənə mülkü-Süleymandan ləziz!Vey üzün nuru mənə mehri-dirəxşandan ləziz!