İbrahim xan öz otağında təkdir, hiss olunur ki, fikri uzaqlardadır. Səltənət bəyim daxil olub, atasının qarşısında diz çökərək, əlindən öpür.

Səltənət bəyim

Dedilər, məni soruşmusan. Biz Cıdır düzündə oğlanlarla qaçmaqda ötüşürdük.

İbrahim xan

Oğlanlarla?

Səltənət bəyim

Bəli. Oğlanlarla ötüşməyə özün icazə vermisən...

İbrahim xan

Elədir.

Səltənət bəyim

Sabahdan oğlanlarla nişana atmaq yarışı da keçirəcəyik.

İbrahim xan (gülümsəyir)

Ohoo... Yoxsa siz düşmənlə vuruşmağa hazırlaşırsınız...

Səltənət bəyim

Nə olsun ki, hazırlaşırıq... Deyirlər ki, sən zəhləm gedən çar qoşunlarının Azərbaycana, Qarabağa... hətta basılmaz Şuşa qalasına daxil olmasına icazə vermisən?

İbrahim xan (ciddi)

Bilirsən, qızım, sənin siyasətlə məşğul olmaq vaxtına hələ çox var. Səni dövlət sirlərini müzakirə üçün çağırmamışam. Deyirlər, sən Cavad xanın oğlu Hüseynqulu xana qədərindən artıq hüsnü-təvəzzöh göstərirsən, elədirmi?

Səltənət bəyim (ötkəm)

Bəli... elədir.

İbrahim xan

Afərin. Sənin mərdanə cavabın həmişə mənə xoş gəlir. Bilirəm, sizin dostluğunuz o oğlanla dərs aldığınız zamandan başlayıb.

Səltənət bəyim

Elədir, bəli...

İbrahim xan

İndi istəyirəm biləsən ki, sizin münasibətiniz, sadəcə, bu dostluqdan o yana gedə bilməz.

Səltənət bəyim

Mən bunu necə başa düşüm, ata?

İbrahim xan

Yəni, biz Cavad xanla qohum ola bilmərik.

Səltənət bəyim

Nə üçün, ata?

İbrahim xan

İcazə ver, «nə üçünlüyünü» mən özüm bilim.

Səltənət bəyim (həyacanla)

Ata, Cavad xanın igidliyi, vətənpərvərliyi dillərdə deyilir. Onun general Sisyanova verdiyi cavab hamını, biz Qarabağ camaatını da heyran etmişdir.

İbrahim xan (qəzəblə)

Bəsdir. Sən onun oğlu ilə izdivac etməyəcəksən! Qurtardıq! Gedə bilərsən!

Səltənət bəyim çıxır. İbrahim xan tək qalır.

İşıq sönür.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Söyüdlü arx

Mən Güney qışlaqdan çıxandan bəri həyatımın bu kədərli sərgüzəşti haqqında kimsəyə bir söz deməmişəm. Onu yüz dəfə gözümün qabağına gətirmişəm, yüz dəfə xatırlamışam, lakin heç kəsə heç nə söyləməmişəm. İndi o günlər bütün təfsilatı ilə xəyalımdan gəlib-keçir, hər şeyi o qədər aydın görüb hiss edirəm ki, elə bil, bunlar hamısı dünən, srağagün baş vermişdir.Mən teatr institutuna girəndən əvvəl də həmişə aktrisa olmaq xəyalı ilə yaşayırdım. İnstituta girəndən sonra isə bu arzu məni büsbütün öz hökmü altına aldı. Biz hər dəfə dram teatrının tamaşalarına gedib, hamının tanıdığı, sevdiyi məşhur aktrisanın oyununa baxanda, o gecə səhərə qədər özümü onun yerinə qoyaraq, min cür həyəcan keçirər, bəzən xəyalən ifa etdiyim rolun iztirabları ilə göz yaşı tökərdim.

19584 saat 10 dəq
Xurşidbanu Natəvan

İştirak edirlərXurşidbanu Natəvan*

19781 dəq
Birinci pərdə

Birinci şəkilQafqaz canişininin malikanəsi. Pərdə açılanda geniş otaqda Xurşidbanu ilə Mirzə Ruhullah sükut içində dayanıb zala baxırlar. Knyaz Xasay iti addımlarla gəlib Xurşidbanunun qarşısında dayanır.*

197847 dəq
İkinci pərdə

Doqquzuncu şəkilXurşidbanunun malikanəsi. Xurşidbanu divanda əyləşmiş halda əlində açıq bir məktub yuxulamışdır. Açıq pəncərədən Şuşa qalasının duman içində olduğu görünür və bayırda bu duman içindən Knyaz Xasay çıxaraq ətrafa diqqətli nəzər salıb pəncərəyə yaxınlaşır və cəld hərəkətlə pəncərədən sıçrayıb içəri keçir. Xurşidbanuya tamaşa edir. Əlini uzadıb ona toxunmaq istəyir, lakin toxunmur.*

197827 dəq

Başqa şairlərin şeirləri