Tufandan sonra
Səhifə 2 / 5 · 20%
– Göy gölə tökülən çay çox yerlərdən keçir... Özü də xeyli uzundur... – deyə oğlan bayaqdan bəri ilk dəfə xəfifcə gülümsədi, sədəf kimi ağ və yaraşıqlı dişlərini göstərdi...
– O da düzdür... – deyə qız qəribə bir qayğısızlıqla təsdiq etdi.
Sonra həvəslə soruşdu:
– Siz ancaq quş vurursunuz?
– Hər nə düşdü...
– Bu yerlərdə pələng, şir olmur?..
– Yox, olmur...
– Ayı necə?
– Ayı olur.
– Heç vurmusunuz?
– Yox.
– Yəqin rast gəlməmisiniz?
– Çox rast gəlmişəm... ancaq vurmamışam.
– Nə üçün axı?
– Çünki mənə hücum eləməyib...
– Yalnız buna görə?
– Ümumiyyətlə, ayıya güllə atmağı xoşlamıram.
Bu zaman göy şiddətlə guruldadığı üçün qız lap bərkdən soruşdu:
– Vəhşi qaban necə?
– Qaban vurmuşam, – deyə oğlan hövsələdən çıxaraq, cavab verdi və qızın qayğısızlığına təəccüb edərək, ciddi ifadə ilə əlavə etdi:
– Tufan bərkiyəcək. Siz düşərgəyə tez çatmalısınız.
– Bəs siz? – deyə qız öcəşirmiş kimi gülümsəyərək soruşdu.
– Mənimlə işiniz yoxdur, – deyə oğlan sərt ifadə ilə cavab verdi.
– Deyin görüm, sizin düşərgəniz Taya daşa yaxındır?
– Taya daş... Taya daş nədir?
Oğlan büsbütün əsəbiləşərək:
– Yaxşı, – dedi, – gəlin gedək...
– Hayana gedək?
– Bilmirəm. Hər halda, meşədə qalası deyilik ki...
... Və onlar yenidən şiddətlənən yağış altında yollarına davam etdilər.
... Oğlan plaşını çıxarıb qıza uzadaraq:
– Alın, geyinin, – dedi, – çimdiyiniz bəsdir.
– Yox... yox... lazım deyil. Mən, onsuz da, islanmışam. Özüm də soyuğa öyrənciyəm... Uşaqlıqdan üzgüçülüyə getmişəm.
– Siz üzgüçüsünüz?
– Bəli...
Və qız gülümsəyərək əlavə etdi:
– Hələ, desəniz, üzgüçülük üzrə Bakı çempionu da olmuşam. Leyla Cəfərzadə. Eşitməmisiniz?
– Yox... eşitməmişəm...
– Nahaq yerə.
Oğlan özünü saxlaya bilməyib, bərkdən güldü:
– Vallah, qəribə qızsınız...
– Siz də qəribə oğlansınız... Özünüz ovçu olduğunuz halda, ölkənin məşhur idmançılarından xəbəriniz yoxdur. Qəzet-zad oxumursunuz?
– Yox, oxumuram.
– Nə üçün? – Qız təəccüb etdi.
– Çünki bütün qəzetlər tutuquşu kimi eyni şeyi təkrar edirlər, – deyə oğlan yarızarafat cavab verdi.
– Bəs, dünyadan necə xəbər tutursunuz?
– Radio... Televiziya... Maraqlı jurnallar... kitablar...
... Onlar meşənin qurtaracağında sıldırım qayalardan ibarət bir təpəyə çatıb dayandılar.
Qayaların arası ilə üzüaşağı gurultulu sellər axırdı...
– Biz bu dağın o biri tərəfinə keçməliyik, – deyə oğlan irəlini nəzərdən keçirərək bərkdən səsləndi...
İliklərinə qədər islanmış Laçın çiynində dolu heybə, sel-suyun içi ilə yıxıla-qalxa irəliləyirdi...
... Və nəhayət, o bir qədər aralıdakı ağ çadırları görərək şən bir səslə oxudu:
Mənim adım – Sarı Laçın...
Gəl, səni götürüm qaçım,
Üçtelli... dördtelli,
Beştelli durna.
... Lakin Leyla qapıda görünmədi...
... Laçın çadırlarına çatıb, içəri daxil oldu. Leyla yox idi...
... Laçın tələsik heybəni və çiçəyi yerə ataraq, qapının ağzına gəlib çığırdı:
– Leyla!
[Mənbənin skanında burada mətn itib.]
... Saçlarından su axan Leyla bu mənzərəni heyran-heyran seyr edərək:
– Necə gözəldir, – deyə həyəcanla səsləndi.
Oğlan əli ilə aşağıları göstərərək:
– Təxminən də olsa, düşərgənizin hansı tərəfdə olduğunu təyin eləyə bilmirsiz? – deyə soruşdu.
Qız şad və biganə ifadə ilə:
– Yox, – dedi.
Oğlan bilaixtiyar gülümsəyib başını buladı.
– Nə olub? – deyə qız maraqla soruşdu.
– Heç...
Qısa pauzadan sonra zarafatla əlavə etdi:
– Heç bilmirəm mənə rast gəlməsəydiniz, sizin halınız necə olardı...
– Yəqin ki, yorulub əldən düşəndən sonra bir yerdə yıxılacaqdım... Canavar da buyurub arxayın-arxayın məni yeyəcəkdi... Daha bu barədə baş sındırmağa dəyməz. Bir də siz hələ məni bir yana çıxarın, sonra öyünün...
– Bu da düz sözdür, – deyə oğlan gülümsədi. – Getdik...
– Getdik! – deyə qız təkrar etdi və üzüaşağı götürüldü.
– Nə edirsiniz? – deyə oğlan qışqırdı. – Dayanın!
Qız addımlarını yavaşıtdı. Oğlan ona çatıb:
– Belə yerlərdə, – dedi, – zarafat olmaz...
... Mərdan, Laçın və Elxan meşə ilə irəliləyərək həyəcan və təlaş içində qızı axtarırdılar. Laçın tez-tez əlini ağzına qoyub çığırırdı:
– Leyla, hey!..
Elxan əlini ağzına qoyub çığırırdı:
– Leyla, hey.
Mərdan qaşqabaqlı bir sükutla budaqları aralayıb, kolların qaranlıq diblərini... mağaraları nəzərdən keçirdi...
Oğlan ilə Leyla sıldırımlı dağ aşırımını enirdilər.
Artıq qaranlıq düşmüşdü.
Oğlan qabaqda gedərək yolu əl fənəri ilə işıqlandırırdı...
– Buralar yaman sürüşkəndi, diqqətli ol, – deyə oğlan çiyni üzərindən geri qanrıldı...
Və sanki qız bir an nəzərlərini yerdən çəkib ona baxdığı üçün nəyə isə ilişib yıxıldı...
Oğlan hövlnak geri döndü və əyilib qızın əlindən tutaraq:
– Eybi yoxdur, – dedi, – qalxın.
Qız oğlanın əlindən yapışaraq qalxdı. Lakin həmin anda da:
Oy... – deyib, yerə oturdu.
– Nə oldu? – deyə oğlan təşvişlə işığı onun üzünə saldı.
Qız ağrının şiddətindən üz-gözünü turşudaraq:
– Deyəsən, ayağım burxuldu, – dedi.
... Meşədə üç balaca işıq sürətlə ora-bura hərəkət edirdi və ara-sıra, Leyla hey! – deyə gah Laçının, gah da Elxanın səsi eşidilirdi...
Oğlan qaranlıqda əlini qıza uzatdı:
– Gəl, bir də yoxlayaq, – dedi.
Leyla onun əlindən tutaraq, qalxmağa çalışdı. Lakin ağrının şiddətindən dodağını bərk-bərk dişləyərək, yerə oturub, bir neçə saniyə gözü yumulu qaldı, sonra oğlana müraciətlə və qəti şəkildə dedi:
– Bilirsinizmi, nə var? Siz gedin. Əgər, bir şenliyə rast gəlsəniz, atdan-eşşəkdən tapıb, gəlib məni də apararsınız.
– Elə şey olmaz. Mən sizi burda tək-tənha qoyub gedə bilmərəm. Qalxın, məndən yapışın, siz bir ayaqlı, mən də iki ayaqlı, yavaş-yavaş gedək.
... Və o qızın qollarından tutub qaldırdı.
– Ağrıyan ayağınızı yerə asta qoyun.
Qız əli ilə onun çiynindən yapışdı... Sonra onlar yoxuşu enməyə başladılar.
Qız ağrının şiddətindən dodağını bərk-bərk sıxmışdı. Oğlan bunu
[Mənbənin skanında burada mətn itib.]
– Gərək biləydi, – deyə Mərdan papiros çıxarıb yandırdı. – Mən sizə demişdim ki, bu yerlərin havası dəqiqədə bir rəngə düşür. Görürsünüzmü, on dəqiqə bundan qabaq göy zülmət idi... Amma indi ulduz ulduzu çağırır.
Və o, papirosundan dərin bir nəfəs alaraq:
– Ancaq indi bu barədə gileylənməyin vaxtı deyil, – dedi. – Leyla düşərgəyə qərb tərəfdən gəlməli idi. Ona görə, biz də şərqdən qərbə doğru, ta meşədən çıxana qədər axtarışı davam etdirməliyik. Bir-birimizdən on beş-iyirmi addımdan çox aralanmamalıyıq.
... Qız uzaq dağın döşündə zəif bir işıq görcək sevinclə səsləndi:
– İşıq!..
Oğlan gözlərini yoldan çəkib baxdı.
Qız dedi:
– Qoyun mən burda oturum, siz gedin o işıq gələn yerdən...
– Olmaz! – deyə oğlan onun sözünü kəsərək, papiros çıxarıb yandırdı və bir nəfəs çəkəndən sonra zarafatyana dedi:
– Bu saat canavarın cavan qadın ətinə yerikləyən vaxtıdır...
... Onlar böyük çətinliklə irəliləyirdilər. Oğlanın üzündən tər axırdı.
... Birdən qız yerə çökərək:
– Yox, – dedi, – daha gedə bilmirəm.
... O zaman oğlan tüfəngini belinə keçirib, ani bir çevikliklə qızı iki qolu arasına alaraq yoluna davam etdi.
– Nə edirsiniz? – deyə qız oğlanın qolları arasında çırpındı. – Axı, siz də taqətdən düşmüsünüz... Qoyun yerə.
– Sakit! – deyə oğlan qəzəblə səsləndi.
Və bir neçə saniyə sonra qəribə bir mehribanlıqla əlavə etdi:
– Siz o qədər də ağır deyilsiniz.
Qız ona baxdı. Oğlan bu baxışları hiss etsə də, gözünü yoldan çəkmədi...
... Oğlan çətinliklə nəfəs alırdı.
– Məni qoyun yerə, bir az dincəlin, – deyə qız, sanki ən yaxın adamına müraciət edirdi.
Oğlan cavab verməyərək, yoluna davam edirdi. Onun üzündən sel kimi tər axırdı.
– Ayağınız çox ağrıyır? – deyə oğlan eyni mehriban ifadə ilə soruşdu.
– Sizin əziyyətiniz məni ayağımdan çox incidir, – deyə qız üsyankar ifadə ilə cavab verdi.
... Oğlan cavab vermədən yoluna davam edirdi.
Qız sağ əlini qaldırıb, oğlanın çılpaq boynundan tutaraq, gözlərini yumdu və elə bu zaman işıq gələn tərəfdə itlər hürüşdü. Sonra:
– Əyə, kimsən hey, – deyə qaranlıqdan soruşdular...
İtlər daha bərkdən hürüşdü.
Oğlan bərkdən cavab vermək istədi. Lakin nəfəsi çatmadı.
Kitabxana.az · https://kitabxana.az/works/ilyas-efendiyev-tufandan-sonra
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yay isti gəldiyindən anam təkid edirdi ki, biz də Kürdoba yaylağına gedək. El çoxdan köçmüşdü yaylağa, demək, bizim ailə tək getməli idi. Fatma nənəm razı deyildi, «yollar doludur qaçaqla» deyirdi, anam da cavab verirdi ki, «bir ucu Kolqarabağı, bir ucu da Zəngəzur mahalı, hər yerdə kişini tanıyırlar, neyləyəcəklər bizə». Ancaq Fatma nənəm öz təşvişi barədə Nuru dayımın yanında bir kəlmə də danışmırdı, nənəm bilirdi ki, əgər danışsa, dayımın cini qalxacaq. Mən onu da hiss edirdim ki, nənəm yolların qorxulu olduğunu dedikdə, ən çox Nuru dayım sarıdan ehtiyat edir, bilir ki, əgər bir şey olsa, dayım dinc durmayacaq.Qarabulaqla Kürdoba yaylaqlarının arası üç yüz kilometrdən çox olardı. El köçü bu yolu qoyun-quzu, mal-qara otara-otara on-on iki günə gedib çıxırdı, ancaq biz üçatlı faytonla gedirdik. Atamla Nuru dayım isə faytonun yanınca atlı gedirdilər. Dayımın atı kürən, atamınkı isə boz idi. İkisi də cavan, qaçağan atlar idi. Dayım uzunboğaz çəkmə geyib, belinə üç patrondaş çəkərək zağlı, gödək beşaçılan, taxta beşaçılan, taxta qoburlu onatılan tapança götürmüşdü. Atam isə elə öz tacir paltarında idi, ancaq belində tapançası var idi. Atamın bu cür həşəri – boz ata minib tapança bağlaması mənə uyğunsuz görünürdü, çünki mən heç bir zaman onu Nuru dayım kimi at çapan, güllə atan görməmişdim.
QaracaMən Qaracanı görüb, onun yanına yüyürdüm, biz dərənin qırağına gedib sapandla daş atdıqda, mən ona dedim:– Gördün, Əhmədalı çılpaq-cilovsuz atı üzüaşağı çapanda heç yıxılmadı.
Qaçaq Xanmurad və Selbasarlıların obamıza basqınıYastı qayanın üstündə cavanlar dayımın öz qohumu Ağakişi haqqındakı məzəli söhbətinə qulaq asıb, qəhqəhə ilə gülürdülər. Bir də gördük dağın dalından bir dəstə atlı çıxıb obaya girdi. Qabaqda da Qaçaq Xanmurad. Dayımgil qalxıb onların qabağına yeridilər, Qaçaq Xanmuradın rəngi ağappaq idi, havanın isti olmasına baxmayaraq, çiynində yapıncı var idi. O, atdan düşən kimi dayım soruşdu:– Nə olub, Xanmurad, birtəhər görünürsən?
Bayram babamın obaya gəlməsi və Qızyetərin əhvalatıSəhəri gün heç gözlənilmədən Bayram babam Qızılbaşoğlu Alı ilə gəldi. Babam qaçarağı və nəcib cinsdən olmağı ilə məşhur kəhər atını minmişdi. Belində onatılan tapança, ayaqlarında zərif xromdan tikilmiş uzunboğaz çəkmə var idi. Babam həmişə yaxşı geyinərdi, uzun, təpəsi gen papağı ən bahalı dəridən olardı.O, atdan düşən kimi birinci mənim üzümdən öpdü və onun çallaşmış, qumral bığlarından gələn papiros iyi məndə sevincli bir hiss oyatdı. Babam bacım Mahtabı qucağına götürüb üzündən öpdü. Atamın, anamın kefini soruşdu. Ancaq nə Fatma nənəmlə salamlaşdı, nə də dayımla... Babamın gəlişi az qala bütün obada bayram şənliyi əmələ gətirdi, kişilər onun başına toplaşdılar.
Başqa şairlərin şeirləri
Hanı o yarə uyub, xəlvət etdiyim gecələr?Ənisü-munis, olub söhbət etdiyim gecələr?
TeymurləngəMəşriqü Məğrib müsəxxərdir sənə,Dövləti-nüsrət müqərrərdir sənə,
Milli marşVurulur meydanda sinci-dəf,Vurulur meydanda sinci-dəf,
Gəlsin, gəlməsinBir deyən yoxdur o məhcəmaləAşiqi-nalan gəlsin, gəlməsin?