Səhifə 18 / 23 · 74%

İlan, OdƏl OdƏs ikən “katalikos”lara dönənləriynən, BağOdƏr ƏrAğ ikən “Patriarx”lara dönənləriynən birlikdə, işini görüb qurtarıb, oğul. Ulu Bağ yoxdu! EySar Ün Ev yoxdu! EvƏrim yoxdu!

İşıq gəmilərində gəlib-getsələr də yoxdular!

Məzhəkəyə bax: körpə uşaq vaxtı oturduğu yeri isladıb “Avram” – “İbrahim” peyğəmbər, uşağın islatdığı yerdən su fəvvarə vurub – “ab zəm-zəm”! O “müqəddəs zəm-zəm suyunun üstündə “Məkkə” tikiblər, bütün şərq axışır, qızıllayır “İbrahimin” islatdığı yeri! Cəhalət?! Xeyr! EvƏrimin ƏsAğ adından azmış “oğlu” “İsak”dan törəyənlərnən EyAğ adından azmış oğlu “Yak”ov”dan törəyənlərnən qucaqlaşırlar orda. “İsak”ın başında çalma, döşündə “Quran”, “Yakovun” döşündə “xaç”, başında “Bibliya” kəlamı: “Avramın ekiz oğlu oldu. Anasının qarnında qardaşının ayağından çəkdiyinə görə kiçik qardaşın adını Ayaq qoydular” – Budu bax Din! Monaxlar bəşəriyyətimizi o qədər küt, axmaq sayıblar ki, türkcə “Ayaq” məzhəkəsini başqalaşdırmağı da lazım bilməyiblər!

İnanmırsan?! Belədi İlan kəlamı “Bibliya”. “Yəhudi” və eyni zamanda “müsəlman” “İsak”nan “Yəhudi” və eyni zamanda xristian “Yakov” bir atanın iki oğludu; “Ayaq”ın nəyinə gərəkdi EyAğlığı?! “İsak”ın nəyinə gərəkdi ƏsAğlığı?!. Qılınca sarılıb öz milləti Türkü qırsın, İlan da qızıl yığsın, başında EvƏrEy fəsi, əynində EvƏrEy xirqəsi “kəpənək” EvƏrEy qanı içə-içə “qlavnıy Yevrey” adlansın!..

“Bağbil” “Bibl” adıynan yayılanda anlaşılmaz söz və ifadələrin sayıhesabı yoxuymuş: Yetmiş nəfər “müdrik” “pop” təyin olunub ki, söz və ifadələr ətrafında “tolkovaniye” aparıb məna çıxarsınlar. “Semdesyat tolkovateley”⁶⁷ adlandırırlar EyAğı “Ayağ”ı, ƏsAğı “İsak”a döndərən “müdrikləri”!

İki yüz illik müharibə dövründə Skandinaviyaya, “Ukrayna”ya, “Rusiya”ya, “Bolqariya”ya minlərnən yox, yüz minlərnən elə “pop” hazırlayıb göndəribmişlər Vizantiyadan. Heyrətlənmə! Tarixi faktdı! Doqquzuncu, onuncu əsrlərdə Skandinaviyada “Slavyan” dili öyrənib, Ər Üz ikən “Rus” adlananlar məhz “Bibliya”ya görə belə yad, yağı olublar bizə! Əmilərin yazmışdılar ki, səkkiz yüz ikinci ildə OdEvdə “Kiyev”də bağlanmış təslim müqaviləsi əsasında ƏlAğ OdÜnƏs OdEv “Oleq Knyaz Kiev”skiy adlandırılıb. “Knyaz”ın təxt-tacını özünə qaytarıb, dilindən iltizam alıblar ki, ölkəsində “slavyan” dilində “xristian”lığın tədrisinə şəxsən özü, vəliəhdi və bütün əyanları kömək eləyəcəklər. Aradan min yüz əlli il keçib. Get-gör, “Ben der” adlandırılan MənOdƏrlərdən başqa bilən varmı ki, əsilləri Tərik – Türkdü!

Dərk eləyirsənmi nədi “Bibliya”?!

Get gəz o guya qapıları bağlı kilsələri, kilsəətrafı monastrları, xutorları, gör qrek Stalin nə qədər “pop”, “monax”, “svyatoy otes” saxlayıb xəlvətdə, hamısı da Qrek, Latın! Bəli, əzizim. “Vo imya Otsa, Sına i Svyatoqo duxa” oxuyan o qara keşişlərin arasında bir nəfər də “Rus” tapmazsan. Latındı, Qrekdi hamısı! Casusdu! Bəli!

“Pravoslav” kilsəsi Qrek əsgərinə sitayiş edir Rusiyada! Ukraynada! Polşada! Bütün Balkan ölkələrində! Kommunist partiyalarının rəhbərliyində olan “Yevrey”lərin hamısı yüz faiz inanır ki, Vatikanda, başda “Papa” olmaqnan, hamısı “Yevrey”di. “Papa” isə “qlavnıy Yevrey”di! Və planetin bütün “Yevrey”ləri “Papa”nın gizlin hakimiyyətinə əsirdirlər! Min illərnən bəşəriyyəti soyan Quldar İlan, “otun arasından başını qaldırıb deyir: “Yeş, vkusno!” İnsan pozulub Rusiyada, Avropada! Əxlaqlı insan tək-tək taparsan, onlar da pozulurlar. İşdən çıxar-çıxmaz, ər, cibində arağı, bir yana gedir, arvadı o biri yana! Mən demirəm bunu, Moskva özü deyir! OdAğÜz BağOdƏr planeti necə üz döndərməsin belə vəhşidən?! EySar ÜnEvin çarmıxa çəkilməsini, sonra da ƏlAğ EySarın çarmıxa çəkilməsini “İudey”in adına yazan Quldarın “Bibliya”sı gör necə fateh hiylələrindən ibarətdi, oğul!

⁶⁷ “Tolkovatel” – təfsirçi, şərhçi, izahçı

“Bibliya”ynan “Quran”dakı dəhşətlər bir çox hallarda səsləşir.

“Quran”da OdÜn – “kain”ə – “Kainat”a çevrilib, EvƏl “Habil” adında “insan”a, OdEvƏl “Qabil” adında insana çevrilib.

“Bibliya”da OdÜn “Kain” adında insana, EvƏl “Avel” adında insana çevrilib. “Kain ubil Avelya”. Ölüm guya insanın dəyişməsindən yox, “Kain”in “Avel”i öldürməyiynən başlanıb! Burda da hırıltı var: “OdÜn EvƏli öldürdü!”

“Bibliya”da EyEv “Yeva”ya, “Quran”da “Həvva”ya çevrilib. Yenə deyirəm, OdMən EyEv “Adam i Yeva”ya – “Adəm və Həvva”ya dönüb. EyEv ƏlAğ – “yablok”aya, BağOd – “buğda”ya çevrilib. Bağdayın Olamdan sonrakı ilk GurOdu – “Yurdu” (vilayəti) ƏrEy – “Ray”a, ƏrEyin OdÜnü “cənn”ə, “Cənnət”ə döndərilib. Od – “ad”a (Cəhənnəmə), OdÜn həm də “cəhənn”ə, “Cəhənnəm”ə döndərilib!

“Mif”in əsli – ÖdƏrcəsi BağEvdi. İndi gör, təhrif dil, təhrif şüur BağEv ƏlAğı necə “mifologiyaya” çevirib. ƏlAğ – “Allah” hara, guya elm mənasında olan “loq”, “logiya” hara?!

“Mif” qəhrəmanları ölümdən sonra “əbədi kölgəyə” dönüb “yerin altında yaşayırlar”. Nədi bu?! Hardan yaranıb?! Necə deyərlər, qulaqlarını aç, yaxşı-yaxşı eşit: Cahil insan SafAğ İşıqdan, ikinci doğuluşdan məhrum olub torpağa qarışır. EySarın dilindən deyilən “ne ubiy” – ÜnEvEydəndi. Bağ qatilləri OdƏrlərin də qisas hissinə qapıldıqlarını görüb qorxu altında, özlərini müdafiə niyyətiynən “ne ubiy” yazıblar. Əmma bu ifadənin təsir gücü də var; sadəlövh dindar “xristian” çəkinir qan tökməkdən. Belələri nə qədər günah işləmiş olsalar da, ikinci dəfə doğulurlar. “Din”indən, dilindən asılı olmayaraq, az-çox işıqlı adamların “Ruh”u – ƏrAğı uçur, əmma birbaş OdAğÜzə yox, “mifologiya”dakı həmən “yer altına” gedir.

Yəni haraya?

“Vərəsə”mizdə bu barədə geniş yazılmışdı. Mifologiyadakı “Yer altı” həqiqətdə “Ay” adlandırdığımız “Ağ” planetinin içidi, idrak acı balam.

Heyrətlənmə!

İndi izah eliyəcəm, biləcəksən ki, “Ay”- Ağ planetinin quruluşu “Yer” – EyƏrin quruluşunun əksinədi.

Biz “kürrə”nin, “şar”ın, eşiyində yaşayırıq, OdÜnEyƏsin – “Günəş”in “doğduğunu”, “batdığını” eşikdən görürük. “Öl”əndən, ikinci doğuluşdan sonra “Ay”ın – Ağın içinə gedənlər isə, “Günəş”in “doğduğunu”, “batdığını” planetin içindən görürlər. “Vərəsə”mizi oxuyanlardan, bir də şagirdlərimizdən başqa hələ heç kəsin xəbəri yoxdu ki, “Yer” “alim”lərinin “ay ləkəsi”, “okean” adlandırdıqları sahə boşluqdu. “Günəş” o “boşluğun” bu başında “doğur”, o başında “batır”. “Yer”in atmosferi, səthi – relyefi, dağı, düzü, meşəsi, çayı, gölü, dənizi necədisə, “Ay” – Ağın daxili də elədi. Biz, “Yer” sakinləri planetimizin yuvarlaqlığını hiss eləmədiyimiz kimi, “Ay”- Ağın daxilinə gedənlər də nə planetin eşiyindəki yuvarlaqlığı hiss eləyirlər, nə də içəridəki tərs yuvarlaqlığı. Həyatımızın oxşar cəhəti bundadır ki, biz gözümüzü açanda özümüzü ailə, dost-tanış mühitində gördüyümüz kimi, “Ay”ın içinə gedənlər də gözlərini açanda, yəni şüura gələndə özlərindən bir qədər əvvəl “ölüb axirətə gedənlərin” mühitində, çox vaxt ailə, qohum-əqrəba, dost-tanış arasında görürlər, başlarına gələn hadisələr, “ölüm”, “doğuluş”, “Axirət” – AğƏr, “Kain”at – OdÜn, OdƏr bəşəriyyəti, Bağlar, Sarlar haqqında ilkin məlumatdan və çox az müddətli xoşbəxtlikdən sonra olduqca işgəncəli dərs dövrü başlanır. İkinci dəfə doğulan insan, necə deyərlər, yarandığına peşman olur. Çünki günün müəyyən saatlarında beyni tutulur. EySarın adından deyilən OdÜn – həqiqət Ünündən başqa heç nə eşitmir, Ər – İşıq içində göstərilənlərdən başqa heç nə görmür; “Yer” – də, necə deyəllər, nə qələt qarışdırıbsa, nə oyunlardan çıxıbsa, hamısını bütün çılpaqlığı, bütün murdarlığıynan görüb, iyrəncliyini dərk eləyir. Günlərnən, aylarnan, bəzən, hətta illərnən əzab-işgəncədən qıvrılan, özünə ölüm diləyən adamlar olur orda – “Ay”da. Ağa – SafAğ insana dönəndən sonra isə Saflığın, Ucalığın, əsil mənada gözəlliyin gur hissiyatıynan, biliyinin hüdudsuzluğuynan, əbədi həyata qovuşmağıynan xoşbəxt olur. Həmin bu vaxt – SafAğ dövrü başlananda ətrafındakı əzizlərinə yenidən qovuşur, yəni hər birinin Saflığını, Ucalığını, Əbədiliyini dərk eləyir və günlərin birində İşıq gəmisinə doluşub OdAğÜzə, əcdadlarının planetinə gedirlər. Budu “cəhənn”ə, “cənn”ə döndərilən OdÜn – Həqiqət Ünü dünyası – “o dünya!”, AğƏr – SafAğ İşıq – “Axir” – “Axirət”. Bəşəriyyətimiz o qədər murdarlanıb ki, hətta qatillikdən çox uzaq olan adamların əksəriyyəti də, öz murdarlığıynan öz mənəviyyatını – özünü öldürdüyünə görə SafAğ İşıqdan məhrum olur.

“Ay”a – Ağa gedənlərin sayı çox azdı. Ün eşidə-eşidə dərsini “Yer”də alıb, saflaşıb, kamilləşib bir baş OdAğÜzə gedənlərimiz isə o qədər azdı ki, barmaqnan saymaq olar.

Bədbəxtliyimizin çoxu EyƏr ƏsƏlim adı dilə gətirilməyən “Yerusəlim”nən bağlıdı. “Qüds”ə, bilirsən, “Beytül-müqəddəs” də deyirlər. “Pravoslav” kilsələrində, “Vatikan”ın özündə olduğu kimi, “Yerusəlim”dəki BağOd – “Beyt”də də, bütün ƏsƏrƏl – “İsrail”dəki ƏsÜnAğ – SinAğ – “sinaqoq”larda da özlərini “Yəhud”i – “İudey” qələmə verən qədim “qara Muğ”lar dindar Qreklər “Yer altında həyat” mifini hələ də saxlayırlar.

“Beytül-müqəddəs”in yanında “Ölüm dərəsi”⁶⁸ adlanan bir yer var. Keçmişdə “Beyt”ə ziyarətə gedən xəstələr həmin “Ölüm dərəsi”ndə açıq havada yurd salıb qalırmışlar ki, öləndə “yerin altına” getsinlər və “ölülər diriləndə” müqəddəs “Qüds”ün yanında dirilsinlər. İnan ki, indinin özündə də inanırlar bu dəhşətli mifə!

Qırx səkkizinci – əlli birinci illərin hadisələrindən sonra yaman üzülmüşdüm. Məhərrəm on iki günlük putyovka düzəltdi “MK”-nın Moskva civarında sanatoriyasına. Getdim, üçcə gün qaldım, qaçdım. Təsəvvür eliyəmməzsən ki, həmin “Ölüm dərəsi” barədə həqiqəti dilimə gətirdiyimə görə bir “Yevrey” öldürmək istəyirdi məni. “MK”-nın işçisi ey! Cibində KPSS bileti, “marksist”, “materialist”, “atvetrabotnik MK!” Dedi: “Zapomni moyu familiyu: Kiknadze! Koqda nibud Kiknadze nakajet tebya!” Bayaq o sürməli prokuror “sui-qəsd” deyəndə o dəqiqə Kiknadzenin sifəti gəldi durdu qabağımda: qarayanız, qartalburun “Gürcü”. Hardan biləydim ki, “Gürcü”nün içərisi “Ölüm dərəsi”ni Qüdsün bir parçası sayan dəhşətli fanatik “İudey”di, elə ordan – sanatoriyadan birbaş Mirqəzəbə zəng vuracaq, süfrə üstə o beş-on kəlməlik söhbətimə görə mənim taleyimdə həlledici rol oynayacaq! Sanatoriyadan qayıdan kimi Persin qəbuluna çağırıldım. Səhər saat ondan axşam səkkizə qədər ac-susuz gözlədi məni qəbul otağında. Geyincəkli, silahlı, “oxranalı” – filanlı, çıxıb gedəndə də üzümə baxmadı. Bircə kəlmə “Kiknadze!” – dedi. Burdadı indi Kiknadze. Məhkəmə zalında. Qienaynan yanaşı oturur. Tənəffüsə çıxanda, tənəffüsdən qayı-

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Xəzinə üstündə yatan ilan 4

Pambıq sahələrinin ortasında, durğun havanın çimiltisi – ilğımı içində topa bir ot tayası kimi qaralan palıd ağacının dövrəsinə yığışmış döşləri önlüklü qadınlara, qızlara, məktəb uşaqlarına və heç kəsə, heç nəyə əhəmiyyət vermədən, Abının qabağında, sağ-solunda dayanıb işlərini görən dörd nəfər yoğun boyunlu, yoğun ortalı, zorba məhlə milisionerlərinə çatıb maşından yerə atılana qədər danışmadılar. Arada tək bir dəfə Təftiş öz-özünə:– Qulağım almışdı, – dedi.

13 dəq
Xəzinə üstündə yatan ilan 5

– Təkrar eləyirəm: məni dinləyə bilərsən indi. Məhz bu gün çox-çox həqiqətlər deməliyəm sənə, qadası.Səməd fikrini toplamağa çalışdı.

29 dəq
Xəzinə üstündə yatan ilan 6

İblis zənən palıdın kölgəsindən, atasından xeyli geridə dayanmışdı: Səssiz-səmirsiz, addım-addım yeriməyə başlayanda qatı kölgədə lap əvvəlki durnaboğaz gözəl, həməncə şirin-şıtıq elqızı kimi görünürdü: gülgün badamı gözlərini süzdürüb, əsməri yanaqlarında zənəxdanları çökələ-çökələ gülümsəyib, indicə başlayacaqdı ki, “Sən bir yaxşı-yaxşı bax mənə, fikirləş, gör Gülgəzi alacaqsan, yoxsa məni?” Müsibət içində Səməd beləcə xəyallandı. Əmma xəyal tez keçdi. Gülbəniz kölgədən günə çıxar-çıxmaz, hədsiz kök, vulqar qadının yırğalanan döşləri də Səmədə dedi ki, bu zənən öz sözünü də vulqar açıqlıqla deyəcək.Belə oldu.

11 dəq
Xəzinə üstündə yatan ilan 7

...Atın tükündən tər damırdı. Elə damırdı ki, yerdə ot islanırdı. Meşin şapka da, meşin pencək də, hətta tüfəng də tərli kimi parıldayırdı, Qurban əminin özünün üzündə isə ancaq nəmçik var idi. Hansı möcüzə iləsə, pencəyin cibindən çıxıb gedib Qurban əminin toqqasının dalına sancılmış qurğuşunlu nalın qurğuşunu necə soyuqdusa, Qurban əminin üzündə nəmçiyi də, asta-asta, bircə-bircə dediyi sözlər də elə soyuqdu:– “Qardaş qatili”nin yox... bu nal həqiqi qatilin qabağınaca qoyulacaq... “Qardaşını öz əliynən güdaza verən”dən yox, bu nalı kötüyün üstündən götürüb, maşına minib sədr Mədədi öz əliynən öldürən nal sahibindən xəbər alınacaq ki, de görək Mədəd kişmişi dağıdanda cəmaatın arasında kənar adam varmışsa, niyə heç olmasa bircə nəfərin gözünə dəyməyib o adam?! General Pers əyninə kürk geyib, başına motalpapaq basıb, keçəbörk¹⁸ olub, camaata qarışıb, aralıqlarda səmə itə də göz qoyan Qonaqlı cəmaatı də heç fikir verməyib ki, bu keçəbörk nəçidi, hardan gəlib çıxıb bu kəndə?! Bu nə nağıldı danışırsan, maşennik köpəyoğlu?! Tutaq ki, heç fikir verən olmayıb. Niyə kəndə gəlib Pers, meşədə xəlvət bənd-bərələrdə öldürəmməzdimi Mədədi?! Niyə məhz sənin həyətində gözləyib?! Qanadınamı baxmışdı ki, idarədən çıxıb rayona maşın sürəndə Mədəd mütləq yoldan burulub kişmişi dağıdacaq, qarışıqlıq düşəcək, o da o qarışıqlıqdı əl-qol açacaq?! İxtiyarında sən kimi yüzlərnən nökəri ola-ola, Pers niyə şəxsən özü, üstəlik də Mirqəzəbin mühafizəçisiynən gəlsin qəsd işinə?!

46 dəq

Başqa şairlərin şeirləri