Səhifə 5 / 23 · 17%

Uzun əhvalatdı bu. Uzun, qorxunc... “Əhvalat” yox, fəlakətdi. Dinlə!

⁴¹ “Subasqınından sonra”.


Nəcəfoğlunun bağı Mərdəkanın lap ucqarındaydı. Yaşıllıq-zad yoxdu orda. Çünki xəzri tutan yerdi. Bağların hamısını hasarlayıblar ki, qum tənəyi basmasın. Xəzri vuranda hasarların arasından dikinə tozanaq qalxır, göz açmaq olmur. İt də dama dürtülür o tozanaqda. Biz də qəsdən elə şiddətli xəzri vaxtı, gecə getmişdik.

Nəcəfoğlunun Kişvər adında bağbanı vardı. Qara, gödək kişiydi. Bağlarda tənək əkirdi, xəndək qazırdı, taxtadan məhəccərsayağı arakəsmə düzəldirdi ki, toz xəndəyi doldurmasın, tənəyi boğmasın. Çox ağır işdi bu. Yazıq nakam dostumuz qəmli-qəmli gülürdü: “Xəndəkləri saysan, Kişvər bir gündə üç-dörd qəbir qazır!” – Sataşırdı bağbanına. Əmma həm də nəyəsə eyham vururdu.

Mərdəkanda hamı fağır, zəhmətkeş, qərib adam kimi tanıyırdı onu. Şeyx əmiləriyin hambalı Fağırı-Yağırı xatırladırdı mənə həmişə. “Bağırovun yerlisidi” deyirdilər. Xeyir işlərdə Kişvəri xüsusi hörmətnən yedirdib-içirirdilər. Ölü düşəndə qəbirqazanlar onu da çağırırdılar ki, “Kişinin yerlisinin xətrinə” ölü yiyələri yaxşı pul versinlər.

Nəcəfoğlu kimi, Məhərrəm də şübhələndi bağbandan. Dedi: “Lapatkaynan işləyənin boynu tir kimi olar. Bunun boyun-boğazında əzələ deyilən şey yoxdu. Tükdən keçirmək lazımdı bu lapatka adamını”.

Saçından tük qopardıb Nəcəfoğlunun əlyazmasının üstünə qoydu, siyirməni ehtiyatnan itələyib bağladı, açarı götürdü. Çıxdıq dənizə getdik. Qayıdanda Məhərrəm siyirməni açdı, ehtiyatnan çəkdi, dedi: “Gəlin baxın”. Baxdıq, tük yoxdu. O vaxtdan bildik ki, Nəcəfoğlu nə yazırdısa, hamısının üzü götürülürdü. Bizim əsas işimiz bu olmalıydı ki, Mirqəzəbi fakt qarşısında qoymaqdan ötrü kitabın tamamlandığını bildirmiyək, əlyazmasını həmişə yarımçıq saxlayıb, kənarda maşınka yazısını hazırlayaq, aparanda da elə aparaq ki, “lapatka adamı” xəbər tutmasın. Buna görə də o gecə mən əvvəlcə sanatoriyaya getdim – Mərdəkana. Putyovkamı verdim, yer aldım. Məhərrəm də məni yoluxmaq adıynan əvvəlcə sanatoriyaya getdi. Həkimlərdən kim vardı, hamısını qonaq çağırdıq, gecəyarıya qədər yedik-içdik, şahmat oynadıq. Məhərrəm dedi: “Sultanın yanında qalacam bu gecə”. Nə başını ağrıdım, konspirasiya üçün nə lazımdısa elədik. Maşınların ikisini də sanatoriyanın qabağında qoyub, gecə saat on birdən sonra sanatoriyanın dal qapısından çıxdıq, dostumuzun evinə də maksimum ehtiyatnan getdik. İşığı yandırmadıq. Papiros çəkmədik. Divar peçinin işığında danışdıq. Dediyim kimi, qərara gəldik ki, dostumuz əvvəlcə kitabını aparsın. Nəcəfoğlu heç cür razılaşmırdı. Əsəbiləşirdi. Deyirdi: “Vərəsə”siz bu kitab heç nədi! Yeddi yüz əlli cildi bir kitaba yerləşdirmək mümkün deyil. Bağday tarixi SafAğ Elminin tarixidi. SafAğ elmi isə Kainatın özü qədər genişdi, geniş izahat tələb eləyir”. Axırda razılaşanda Məhərrəm kimi ağır adam bir yandan hoppandı qucaqladı, mən də bir yandan. Uşaq kimi sevinirdik. Tək “Şeyx Xorasan” məqbərəsinin yox, bütün Naxçıvanın, indi “Asəf kəf” deyilən dağ içinə – mağaraya gedən adamların hamısının nəzarətdə olduğunu bilə-bilə sevinirdik. Nəinki Mirqəzəbə, Beriyaya, hətta Stalinə də çatdırılmışdı ki, “kər” deyil o yer, “KiEv” – OdEvdi, bütün Cənubdan gələn Ağ Türklərin “səfa” – SafAğların görüş yeridi... Belə miqyasda nəzarəti bilə-bilə sevinirdik, qardaşoğlu. Ömrü faciəynən keçən adam sevinc hissindən ya tamam məhrum olur, ya da lap iynə ulduzu qədər ümiddən də sevinir. İynə ulduzu qədər yox, böyük ümid bəsləyirdik ki, Məhərrəmnən mən bağdan aralanandan sonra Nəcəfoğlu əlyazmasını siyirmədə qoyub, çamadansız, portfelsiz-filansız, maşinka yazısını bir şeyə büküb götürüb çıxacaq, Müslümnən gedib gecə reysiynən uçacaq, oxutduracaq, dərhal da qayıdıb, əlyazmasını qabağına qoyub oturacaq. Ya da Moskvadan sonra birbaş “Asəf kəf”ə gedib, orda “şiəlik əlaməti” kimi tanınan ağ sümük Əl yanına, ocaq başına yığışan batinlərlə şiəlik haqqında hədissayağı şeylər danışacaq ki, Mirqəzəbin nəzarətçilərini çaşdıracaq. “Lapatka adamı” öz işində olacaq. Sultan Əmirli isə, xəstə ürəyinin kardiaqrammasıynan, “predpolojitelnıy diaqnoz”nan yola düşüb, “Vərəsə”ni Akademik Marra çatdırandan sonra Krem xəstəxanasında yatacaq. Beləliklə, Nəcəfoğluynan Məhərrəmin Moskvaya sərbəst gedib-gəlməyinə şərait yaranacaq, Mirqəzəb bir də o vaxt ayılacan ki, Moskvada “Posle potopa” adında kitab çıxıb, Avropa dillərinə tərcümə olunub yayılıb.

Ümidimiz beləydi, qardaşoğlu. Belə ümidnən qucaqladıq dostumuzu.

Qalxdıq ki gedək.

Qapını açanda gördüm Pers dim-dik dayanıb qabağımda. “Lapatka adamı” bir tərəfində, Çax-çux o biri tərəfində, “Fars qohumlarım” adlandırdığı köməkçiləri də arxasında.

Çax-çuxun o dəhşətli kobra gözləri açıqca deyirdi: “Oyun qurtarıb”. “Lapatka adamı” hələ roldaydı: “Bu qardaşlar Nəcəfoğlu qardaşı soruşurlar”.

Döndüm Nəcəfoğluna baxdım. “Vərəsə”nin birinci cildinin axırından bir vərəq qopardıb, dostumuza yadigar vermişdim. İngilislərin nə vaxtsa Orta Asiyadan apardıqları gil yazısının şəkliydi o vərəq, bir cümlədən ibarətdi: “Biz Şumərlər⁴² Qalamda qalası olduq”. Şeyx Xorasan məqbərəsinə gedib-gəldiyimiz vaxtlar Nəcəfoğlu məni məcbur eləmişdi ki, haman vərəqi qopardım, ayrıca saxlayım. Çünki o cümlə İngiltərədə, Avropada çap olunmuşdu, bütün alimlər yekdilliknən təsdiq eləmişdilər ki, “miladdan min il əvvəl də Qalamda, yəni Orta Asiyada əhali türkdilli imiş”. Daha doğrusu, təhrif dillərdə “Şumer” adlandırılan Şum Ərlərinin Orta Asiyaya ƏrAğdan (İraqdan) indi “Azərbaycan”, “İran”, “Türkiyə” adlanan Bağdaydan gedib, Bağdaya Qrek, Suriya basqınları dövrlərinə düşdüklərinə görə Qalamda məskunlaşdığına heç bir şübhə qalmırdı. Çünki dil, ləhcə bizimkinin eynidi: “Biz ŞumƏrlər Qalamda qalası olduq”. Şəklin qiyməti bir də bunda idi.

Bir də İsrayıla işıq saçırdı... “Bibliya” da məlumat var ki, hələ yeni tarixdən əvvəl bizimkilərdən ƏsƏrƏl adlanan icmalar, Qreklərin ardıcıl təziqinə dözməyib əvvəlcə Qalama gediblər. O zamanlar ƏsƏrƏllər də OdƏrcə danışırmışlar, Qalamdakı əhali ilə eyni irsdən olduqlarını bilirmişlər. Buna görə də bir müddət orda – Qalamda qalıblar, sonra təhlükəsiz məkan sayılan “Beytül müqəddəs”ə, “Səfa” – SafAğ dağı ətraflarına köçüblər. Məhz o vaxtlar ƏsƏrƏl kəlməsi dəyişib, o səmtdəki ƏrEv – “Ərəb”lərin dilində “İsrayıl” şəklinə düşüb... O bir vərəqi – şəklin arxasında Nəcəfoğlu belə bir məlumat qeyd eləmişdi ki, sonralar “Bibliyada bir cümlənin həqiqəti” adında kitabça yazıb İsrayılı əfsanələr röyasından ayıltsın... Nəcəfoğlu hər dəfə ürəyinin üstünə sıxırdı o şəkli, qəhərlənirdi. Üzünü çıxartdırmışdı, ramkaya salmışdı. Stolun üstünə qoymuşdu... Persi kandarda görəndən sonra mən dönüb geri baxanda Nəcəfoğlu barmağını Qalam yazısında iki sözün üstünə tutdu: “qalası olduq”.

Gözaltı Məhərrəmə baxdım. Professoruyun sifəti dümağ şama dönmüşdü. Ən dar gündə də təmkinli, toxtaqlı Məhərrəmim özünü itirmişdi o gecə.

Pers dedi: “Evə keçin. Gözləyin”.

Kimi gözləməliydik? Məlum məsələydi: Cəllad özü təşrif gətirməliydi!.. Nə Nəcəfoğlu özü dəvət elədi, nə də Pers özü içəri keçdi. Biz

⁴² “ŞumƏr” – “şumlamaq”, əkin, səpin üçün yararlı hala salmaq. “Ər” – burada insan mənasındadır. Şum Ərləri planeti gəzib “şum”a yararlı yerləri qeydə alanlar. evdə, onlar kandarda, ikicə saat susduq, qardaşoğlu. Kinin dərəcəsini gör: iki saat sükut!..

Toz basdı otaqları. Avadanlıq, xalı-xalça batdı, ağzımız-burnumuz doldu, əmma əlimizi də tərpətmədik o iki saatda. Məhərrəmnən mən divanda keçinmişdik, Nəcəfoğlu stolun dalında. Kitab qabağında, əlinin altındaydı. Böyründə divar peçinin alovu eşiyə təpirdi. Peçin qapağını açıb kitabı ora tullamaqdan ötrü bircə saniyə də bəsdi. Əmma nə Məhərrəm tərpənirdi, nə də mən. Aydındı ki, doğrudan da “oyun qurtarıb”, belə tozanaqda Pers dəstəsiynən kandarı kəsdiribsə, demək, dilimizdən nə çıxıb, qərarımıznan bir yerdə, Mirqəzəbin ovcundadı, “Posle potopa” adında kitab işıq üzü görmüyəcək, “Vərəsə”miz necə yatır, kitabımız da elə yatıb qalacaq, istintaqdan istintaqa ortalığa qoyulacaq ki, “İttihadi-İslam”ın kitabxanası sizdə deyilsə, bu kitab hansı məxəz əsasında yazılıb?! Başqa məxəz yoxdusa, kitab “Vərəsə”nin əsasında yazılıbsa, Cənubda siyasi təxribat üstündə edam olunmuş Şeyxlərin kitabxanasını belə cidd-cəhdlə gizlədirsinizsə, onda necə boyun qaçıra bilərsiniz ki, siz də burda – Sovet Azərbaycanında təxribat məqsədi güdmürsünüz?!. Təxminən bu məzmunda istintaq görürdüm mən. Bilirdim ki, Məhərrəm də görürdü. Çünki bu mövzuda söhbətimiz çox olmuşdu. “Vərəsə”nin ətrafındakı hadisələri yada sala-sala, kitabın ətrafında gözlənilən təhlükənin variantlarını düşünüb, əvvəlcədən müəyyənləşdirmişdik. Ən qorxunc variant elə o idi ki, kitab Moskvaya çatdırılmamış ələ keçsin, istintaq başlansın. Elə bir istintaq materialını öz məqsədinə uyğun şəkildə tərtib elətdirib “şef”inə – Beriyaya göndərəndən sonra Mirqəzəb hərtərəfli qalib olurdu, qardaşoğlu. Yeganə çıxış yolu buydu ki, kitab yandırılsın. Əmma bu variant daha pis nəticə verə bilərdi. Beş il “Şeyx Xorasan” məqbərəsinə gedib-gəlib, dördcə il də gecə-gündüz oturub, maşinka yazısıynan min səhifə yazandan sonra Nəcəfoğlu qupquru qurumuşdu. Məndən kiçikdi. Cəmi qırx iki yaşı vardı. Saçına təzə-təzə dən düşürdü. Əmma sifətinin, sinəsinin, əllərinin dərisi qansızlıqdan göyərmişdi. Burnunun altında dırnaq sədəfi biçimində bığı vardı. Yorulanda stola dirsəklənib, şəhadət barmağının ucunu bığına sürtərdi. Bu o deməkdi ki, taqətdən kəsilib, yuxudan yaxasını qurtarammır. Elə o cür, barmağının ucunu bığına sürtə-sürtə gözlərini yumub, stolun dalında daş kimi düşərdi. On-on beş dəqiqə, ən çoxu yarım saat yatandan sonra birdən dik atılardı, tövşüyərdi. Deyirdim: “Çox təntiyəndə uzan divanda rahat yat”. Deyirdi: “İxtiyarım yoxdu”. Bir dəfə soruşdum ki, “Niyə elə atılırsan? Vayğa⁴³ görürsən, nədi?” Dedi: “OdƏrləri görürəm. Yupiterdən dalğa göndərirlər, tavanı tıqqıldadırlar, oyanım işləyim”. Bilirsən nə deməkdi bu? Əgər Nəcəfoğlu sağ qalsaydı, o tıqqıltılardan sonra Ün eşitməliydi. Elmimizin qanunudu bu. Hər kəs SafAğ Elmiynən bir müddət gecə-gündüz, ardıcıl məşğul olursa, beynində SafAğ İşıq artır və hökmən Bağlarnan danışır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Xəzinə üstündə yatan ilan 4

Pambıq sahələrinin ortasında, durğun havanın çimiltisi – ilğımı içində topa bir ot tayası kimi qaralan palıd ağacının dövrəsinə yığışmış döşləri önlüklü qadınlara, qızlara, məktəb uşaqlarına və heç kəsə, heç nəyə əhəmiyyət vermədən, Abının qabağında, sağ-solunda dayanıb işlərini görən dörd nəfər yoğun boyunlu, yoğun ortalı, zorba məhlə milisionerlərinə çatıb maşından yerə atılana qədər danışmadılar. Arada tək bir dəfə Təftiş öz-özünə:– Qulağım almışdı, – dedi.

13 dəq
Xəzinə üstündə yatan ilan 5

– Təkrar eləyirəm: məni dinləyə bilərsən indi. Məhz bu gün çox-çox həqiqətlər deməliyəm sənə, qadası.Səməd fikrini toplamağa çalışdı.

29 dəq
Xəzinə üstündə yatan ilan 6

İblis zənən palıdın kölgəsindən, atasından xeyli geridə dayanmışdı: Səssiz-səmirsiz, addım-addım yeriməyə başlayanda qatı kölgədə lap əvvəlki durnaboğaz gözəl, həməncə şirin-şıtıq elqızı kimi görünürdü: gülgün badamı gözlərini süzdürüb, əsməri yanaqlarında zənəxdanları çökələ-çökələ gülümsəyib, indicə başlayacaqdı ki, “Sən bir yaxşı-yaxşı bax mənə, fikirləş, gör Gülgəzi alacaqsan, yoxsa məni?” Müsibət içində Səməd beləcə xəyallandı. Əmma xəyal tez keçdi. Gülbəniz kölgədən günə çıxar-çıxmaz, hədsiz kök, vulqar qadının yırğalanan döşləri də Səmədə dedi ki, bu zənən öz sözünü də vulqar açıqlıqla deyəcək.Belə oldu.

11 dəq
Xəzinə üstündə yatan ilan 7

...Atın tükündən tər damırdı. Elə damırdı ki, yerdə ot islanırdı. Meşin şapka da, meşin pencək də, hətta tüfəng də tərli kimi parıldayırdı, Qurban əminin özünün üzündə isə ancaq nəmçik var idi. Hansı möcüzə iləsə, pencəyin cibindən çıxıb gedib Qurban əminin toqqasının dalına sancılmış qurğuşunlu nalın qurğuşunu necə soyuqdusa, Qurban əminin üzündə nəmçiyi də, asta-asta, bircə-bircə dediyi sözlər də elə soyuqdu:– “Qardaş qatili”nin yox... bu nal həqiqi qatilin qabağınaca qoyulacaq... “Qardaşını öz əliynən güdaza verən”dən yox, bu nalı kötüyün üstündən götürüb, maşına minib sədr Mədədi öz əliynən öldürən nal sahibindən xəbər alınacaq ki, de görək Mədəd kişmişi dağıdanda cəmaatın arasında kənar adam varmışsa, niyə heç olmasa bircə nəfərin gözünə dəyməyib o adam?! General Pers əyninə kürk geyib, başına motalpapaq basıb, keçəbörk¹⁸ olub, camaata qarışıb, aralıqlarda səmə itə də göz qoyan Qonaqlı cəmaatı də heç fikir verməyib ki, bu keçəbörk nəçidi, hardan gəlib çıxıb bu kəndə?! Bu nə nağıldı danışırsan, maşennik köpəyoğlu?! Tutaq ki, heç fikir verən olmayıb. Niyə kəndə gəlib Pers, meşədə xəlvət bənd-bərələrdə öldürəmməzdimi Mədədi?! Niyə məhz sənin həyətində gözləyib?! Qanadınamı baxmışdı ki, idarədən çıxıb rayona maşın sürəndə Mədəd mütləq yoldan burulub kişmişi dağıdacaq, qarışıqlıq düşəcək, o da o qarışıqlıqdı əl-qol açacaq?! İxtiyarında sən kimi yüzlərnən nökəri ola-ola, Pers niyə şəxsən özü, üstəlik də Mirqəzəbin mühafizəçisiynən gəlsin qəsd işinə?!

46 dəq

Başqa şairlərin şeirləri