Ölüm-dirim
Səhifə 21 / 22 · 91%
Məna budu ki, adı ƏrOdƏl olan “Osmanlı” qardaşım özünə “Ərdal” deyəndə bu Alim SimOd boğula-boğula qışqırıb: “Necə yəni “Ərdal”, ey ÜnÖnü¹⁰⁷ qardaşım?! Necə dözürsən bu təhrifə – təhqirə?! Adını – Odunu – Həqiqətini itirən Tərikdən nə qalır?!
¹⁰⁵ SimÜn BağOdƏr “ikona”larda “Pyotr” adlandırılıb.
¹⁰⁶ Qreklərin təziqi altında Ulu Bağ ƏsƏlMənin məclisinin hökmü ilə OdƏl (“Atilla”) Bağdayın sonuncu – beşinci vilayətini tərk edib öz ƏrSarları (“rıtsar”ları) və OdƏrlərin böyük bir qismi ilə birlikdə ilk dəfə “Sibir”də məskunlaşmışdı.
¹⁰⁷ Türkiyənin məşhur dövlət xadimi.
Bayaq Möcüz mənim miskin dostum Şövkət Tahirin şerini dedi, “Koroğlu” dəstanı haqqında həqiqət öldü.
Sənin üzündə rişxəndli təbəssüm vardı onda, farsistlərin, ərəbistlərin də için-için hırıldaşırdılar.
Mədəd – BağOd o hırıltını qulaqardına verəmmir. Qulaq asın!
EySarımız “Türk”ün öz Od – həqiqət kökünə qayıtmasını tələb edir. Odur ki, “Yer”ə vaxtaşırı yeni-yeni “dəstan”lar – OdƏs OdÜnlər göndərir. Yaradan Həqiqətin Həqiqət Ünü – OdƏs OdÜn deyir: “Yer”də Od yoxdu, “at” saxlayan, “Alı” var. BağOdƏr yoxdu, “mehtər” var. OdƏr yoxdu, “Kiər” – “Kor” var. OdƏr AğƏli yoxdu, “Kor oğlu” var. ÜnOdƏr AğÜn yoxdu, “Nigar xanım” var. EyEvƏs yoxdu, “Eyvaz” var. ƏsAğ OdÜn yoxdu, “Aşıq Cünun” var. Aşıq Cünun sazını çalsın, qoşmalarımı oxusun, kor oğullarıma şərh eləsin ki, “Yer”də Gur Od yoxdu, “Qır at” var, OdƏr Odu yoxdu, “Dür at” var. OdƏl yoxdu, “Dəli” var. OdƏsƏl yoxdu, “KiƏsƏl” – “Keçəl” var. HəmƏs yoxdu, “Həmzə” var. AğƏl ÜnƏs yoxdu, “qılınc” var. “Allah”ımın – ƏlAğımın – EySarımın Ünü eşidilmir. “Cünun”um – OdÜn Əli – “Alı” “dəstan” deyir, dərk edən yoxdu.
“Dəstanımın elə məqamı çatıb ki, indi daha diqqətli olmağa çağırıram bu “Badamlı” məclisini.
Vaxtı çatıb, hamı bilməlidi ki, Ermənilərin çuğulluğu nəticəsində Peterburqdan “Türk”, “Fars”, “Ərəb” dillərini, “Quran”ı, SafAğ rəmzlərini bilən xüsusi adamlar göndərirmişlər ki, “Naxçıvan” – “İrəvan”, Göyçə, “Qazax-Borçalı”, AğBabalı aralarında gizlin tədrislə məşğul olan Şeyx Əlini tapıb öldürsünlər. Ün eşidən SafAğ Alimi Şeyx Əli isə təhlükəni əvvəlcədən bildiyinə görə, gecənin birində evi tərk eləyib, öz tədris sahələrində axırıncı dəfə gəzə-gəzə “Koroğlu” dəstanının bütün qollarını son dəfə öz şagirdlərinə qələmə aldırıb BağOdƏr Əlini “Mehtər Alı” OdEyÜnƏs Odu (Günəş Həqiqəti) əvəzində “dəniz atı” deyib. Altı qitəli “Yer”in sahibi Ulu Bağ ƏsƏlMənin – “Süleyman padşah”ın Odunu – adını “altı ayaqlı dəniz atı” rəmzində gizlədib. “Dəniz atı” “dəniz”dən çıxıb, “mehtər Alı”nın otardığı ilxıda bir madyanı sürüb. O madyandan iki qulun olub və sairə. “Koroğlu” “dəstanı”nın başlanğıcı, dediyim rəmzlər “Aşıq Alı”nın ömrünün son aylarından yadigardı. O yadigarları mən öz ömrümün son günündən yadigar kimi danışacam indi...
Əmimə baxma, Rəhim kişi.
Mənə bax: “Koroğlu bayatısı” oxuyuram:
Koroğlunun çən qalası,
Ərşə dayanıb naləsi,
Düşmənimnən qəvisi,
Heç o da yalqız olmasın.
“Koroğlunun bərk qalası” deməyib “Aşıq Alı” – ƏsAğ Əli, “çən qalası” deyib. Çünki şəhərləri, kəndləri tərk etməyə məcbur olan xalqımız dağlarda çəndə-dumanda gizlənirdi. “Aşıq Alı”nın öz taleyi də “Koroğlu” – OdƏr AğƏl taleyi idi.
“Düşmənimin ən qəvisi, heç o da yalqız olmasın” deyib, sizin Farspərəst, ruspərəst “folklorçu”larınız gör necə dəyişdiriblər o mələk İnsanın sözlərini: “Ördək ilən qaz balası, heç o da yalqız olmasın”. Nədir bu?! Niyə belə gülünc hala salıblar o ali sözləri?! Səbəbi kindir, Rəhim kişi! Əsrlərlə aşılanmış kindir ki, indi səni mənə “düşmənimin ən qəvisi” eləyib. Əmma mən sən qəviyə də yalqızlıq diləmərəm, “Koroğlu” dəstanın ən savaysı, ən loru “aşıq” dilindən yazıb, vicdansızcasına təhrif eləyib çapa verən Mirqəzəb kadrına – “folklorçu professor” Təhmasiblə onun adını təmiz saxlamağa çalışan “folklorçu” yetirmələrinə də yalqızlıq diləmərəm! Yalqızlıq xiffətdi, fərəhsizlik, ruhsuzluq, ümidsizlikdi!
Diqqətli ol. Tanı Koroğlunu!
Tarixçilərimiz Koroğlunu on yeddinci əsr Cəlalilər üsyanının başçısı eləyiblər. Deyirlər Cənubi Azərbaycanlıdı Koroğlu. Şəkil çəkiblər, başına keçə papaq qoyublar, ayağına çarıq geyindiriblər Koroğlunun. Yəni xalqın rəmzini – özünü “Alı kişinin oğlu” təki zırpı, kobud bir insana çeviriblər: “Plov yeyəndən sonra bığını silkələyəndə bığından tökülən düyüdən toyuq-cücə yeyib doyarmış!..” Guya xalqa xoş gəlmək üçündü bu. Bəs əslində nədi? Od Ərliyindən uzaq, avam Türkü kökündən uzaqlaşdırıb, “korun oğlu”na çevirmək cəhdidir. İkinci qism kinlilər deyirlər Kürddü Koroğlu. “Əslin kürddü, haramzadə!” – oxuya-oxuya GurOd OdƏrlərilə “Tərik” – “Türk” dillilərin arasında nifaq salırlar. Guya məhz “Kürd”lüyünə görə Koroğlu Paşaları, Xanları qırıb çatır. Üçüncülər deyirlər “təkə türkmən”di. Yəni qoyun sürüsünün qabağınca gedən keçidi, Osmanlılar isə bir dağ aşırımını Çənli bel adlandırıblar. Deyirlər Koroğlu bütün “Türk xalqlarının qılınc qəhrəmanıdı!”
Tanımırlar özlərini Tərik OdƏrlər: “Beş qurddan yaranmışıq biz”, “Türk” güclü deməkdi; “Türk” qılıncı ilə tanınır”, “Türk fatehdi”. Məsəl var: “Öz adımı qoyum sənə, qalasan yana-yana!..”
Sestranın bu dəfəki qışqırtısını Xəlvət öz dilində təkrar etdi:
– Ölür!.. Ölür, ay qatil!
Mədəd isə, birdən-birə ağır-ağır çalmağa, oxumağa başladı:
Titrəyir əllərim, tor görür gözüm,¹⁰⁸
Mənmi qocalmışam, ya zəmanəmi?!.
¹⁰⁸ “Görmür gözlərim” olmalıdır. “Aşıq Alı”nın Ündən aldığı qoşmada Koroğlu məhz “kor”dur: dəyişmiş zəmanəni görmür.
Cürə elə gözlənilmədən də susdu və sükut içində bu dəfə Mədədin heybətli qışqırtısı şüşələri cingildətdi:
– Çiyinləri Kalaşnikovlu “qılınc qəhrəmanları”sınız hamınız. Elminizi, zəmanənizi, özünüzü görməyən, korlar millətisiniz! Əsil mənada Təriksiniz, mənası olmayan “Türk”sünüz! Öldünüzmü?! Bir şey qana bildiniz – dirildinizmi?! Təkrar edirəm: “Türk” fateh olmayıb heç zaman. Böyük əksəriyyəti öz vətənindən kənarda təhrif olan bədbəxtdir! “Atilla” fəth etməyib “Avropa”nı – EvƏrEy Bağını, Qrek-Latın ordularından, qan tökməkdən, əbədiyyətini itirmək təhlükəsindən qaça-qaça gedib məskunlaşıb öz qədim Təriklərinin məskunlaşdıqları torpaqlarda. Bəli! Təkrar, təkrar, təkrar edirəm: Koroğlu qılınc qəhrəmanı deyil, ey Təriklər! Şerlərini oxuduğun o yanan Pünhanımız xüsusi ƏsƏr yazıb, tarixi faktlarla sübut eləyib ki, hətta o qaniçən Teymurləngimiz də qarşısıalınmaz hadisələr nəticəsində yürüşlər eləyib öz torpaqlarımıza! Hətta İldırım Bəyazid də fateh deyil, əksinə, Xaç yürüşlərinin qarşısını alan müdafiəçidir! Hətta “Konstantinopol”u fəth edən məşhur Fatehimiz də fateh deyil, əksinə, qədim Bağdayının torpaqlarını Qrek-Latınlardan azad edən xilaskardır!
“Çin səddi”nin “Türk”lərə müqavimət üçün çəkilməyi fatehlərin uydurmasıdır! Əslində Qreklərə qarşıdır o sədd!
Qayıdıram “Koroğluya”.
Min dəfə demişəm, min birinci dəfə deyirəm: SafAğ Elminin bütün “dəstan”ları – OdƏs OdÜnlərin başdan-ayağa rəmzdi.
Koroğlu qocalıb, əldən-ayaqdan düşüb. Dəlilərindən, Nigarından ayrılıb. Yolun ağına düşüb gedir. Haraya, niyə getdiyini özü də bilmir. Bir kişiyə rast gəlir, xəbər alır ki, o çiynindəki nədi? Məlum olur ki, “tüfəng”di, təzə çıxıb, qılıncsız-filansız, uzaqdan-uzağa öldürür adamı. Koroğlu inanmır buna, deyir vur o öküzü öldür qıraqdan. Kişi öldürür öküzü. Koroğlu başa düşür ki, zəmanəsi qurtarıb. Sazını köynəkdən çıxarıb başlayır haray təpməyə ki, “tüfəng çıxdı, mərdlik getdi, ay haray”.
Nədi bu?
Adi, sadə hekayə?
Bəs bu adi, sadə hekayənin altında nə var?
Dəhşətli bəşəri facia var, Rəhim kişi.
“Yer”də zamanın, mühitin zorakılığı, cahilliyi əbədi insan OdƏr AğƏli qocaldıb ölümlü insana çevirib. “Kor”oğlu “kor”un “Öküz”ü – “KiƏsi” – OdƏsi – Yaradan həqiqəti öldürən “zəmanə”dən – ƏsMəndən başı çıxmır. Qanmır ki, ƏsMən – Yaradan Bağ yox, “kor”oğludu qocalan, ölümə məhkum olan!
EySar öz “Dəlilər”ini – OdƏllərini yenidən “Çənli bel”ə – gözə görünməyə – batinliyə, “Koroğlu”nu – OdƏr AğƏlin SafAğ həqiqətinə çağırır. Yəni OdƏr OdƏrliyində qalır.
Budur “dəstan”ın mənası.
Bədbəxtliyimizin bircə səbəbi var, ey Qonaqlılar, Tahirlilər, Qurbanlılar: OdAğÜzdən ayrılmısınız! Odur ki, özünüzü OdƏrliyinizi görməyən kor oğullarsınız! “Aşıq Alı” EySarın Ününü eşidə-eşidə yazıb, “Koroğlu”nu “aşıq”larımıza ƏsAğlarımıza verib ki, danışsınlar, şərh eləsinlər, savadsız qalan xalq içində elmimiz bərpa olunub insanı “Heydər”ə – EyOdƏr babamızla övladlarına bağlasın, siz isə şəkk-şübhə ilə baxırsınız üzümə ki, “Alı hara, Ün hara?!” Təkrar edirəm, əbədi Ulu Bağ ƏsƏlMənin, “Comərd”, “Süleyman”, “Musa ağa” adları altında gizlənməyə vadar edilmiş BağSarımızın bu taydakı Oğludu Şeyx Əli – “Aşıq Alı”. Bağ Oğlu Bağdı. Sizdən fərqi nə idi? Gizlin beyni – Bağ Ünü vardı. “Səməd” – SimOdun yazdığı həqiqəti tamam sərfnəzər eləyənlər, Nəiminin, Nəsiminin haqqında uydurmaların müəllifləri deyirlər:
“Hürufilər insanı Allah səviyyəsinə qaldırırdılar”.
“Nəim”(i) – Ünüm ikən, “Nəsim”(i) – ÜnƏsim ikən, yəni hər ikisi insan və Bağ ikən, hər ikisinin şagirdləri – OdƏrlər də insan və ƏlAğ ikən “bir olan “Allah” – mif səviyyəsinəmi qalxırdılar, ey “şərqşünaslar?!” ƏlAğı, öz irsini dərk edə bilmiyən alimi-biəməllər “Aşıq Alı”nın Elmini də dərk edəmmirlər!
Kitabxana.az · https://kitabxana.az/works/isa-huseynov-olum-dirim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xirdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələkötür barmaqlarla Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə firlatmağı bir oldu.– Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik²⁹ qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura hökuməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan³⁰ oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!
Süleyman padşahın xəzinəsi 5Qapını Hənifə arvad açdı.Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın ortasından sallanan yeddilik lampanın³³ alovu qapının yelindən uzanıb-yaymalanıb, hisli şüşəni daha da hisləndirdi, arvad saçları dağılıb gözlərinin üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.
Süleyman padşahın xəzinəsi 6Bircə balanın kəndə getdiyini, orada Əlləzoğlunun başını yarıb şəhərə qayıtdığını eşidəndə Sultan bu xəbəri zahirən sakit qarşıladı. Səhərin alatoranında, papaq əvəzinə başında bir topa çit bozara-bozara özünü yataq otağına salıb, göyünü-kürəkənini dümsüyləyib oyadıb: – Qardaşoğlun dəli-divanədi! Çarə, dərdin alım! – deyəndən sonra Əlləzoğlu pırpız qaşların altında durğun gözlərə baxa-baxa qalıb, bu sakitlikdən heç nə anlamadı.Kürəkəninin çox qapalı adam olduğunu və qayınatasının yüz sözünə bir cavab verdiyini yaxşı bilsə də Əlləzoğlu çarpayının böyrünü kəsdirib tərpənmədi ki, əhvalatın üstündən dörd ay keçəndən sonra, nəhayət, hökmən ətraflı danışsınlar. Əmma Sultan nə orada-çarpayıda bir söz dedi, nə də yuyunub tut ağacının altında, dəyirmi stolun yanında, qarğı kresloda oturandan sonra. Niyə dillənmirdi? Nə fikirləşirdi?
Süleyman padşahın xəzinəsi 7Nə Sultanla Səməd, nə Xızr Abı ilə Çürük Aşıq, nə Məhərrəm, nə də “mühacirlər” və bütün “Pünhan”lar – hələ heç kəs bilmirdi ki, “çesuyçalılar” adlananlardan, əvvəllər olduğu kimi, hər beş nəfərdən biri yox, indi hər iki nəfərdən biri birbaşa Moskva KeQeBesinin işçisi idi. Hətta Azərbaycan KP MK-dan və respublika KQB-sinin özündən də gizlində, hər cür dünya nemətləri ilə təmin olunan, xalqdan tamam ayrılıb, bu xalqın keçmişi, gələcəyi ilə məşğul olan Muğannaları nəinki addım-addım izləyirdilər, hətta, imkan olanda – şərait yarananda öz şəxsi təşəbbüsləri ilə öldürürdülər. Bu təhlükəni tək bir nəfər, bütün Dövlət Təhlükəsizliyi işçilərinin sadəcə “Saşa” adlandırdıqları bir nəfər polkovnik bilirdi. Bu bəstəboy, son dərəcə məlahətli oğlanı Muğannalardan demək olar ki, hamısı oğul, qardaş, yaxın-əziz qohum kimi sevirdi. “Saşanın üzündə şeytan tükü var” – deyəndə məhəbbətlə gülümsəyirdilər. Bu məhəbbətin, əlbəttə, ciddi səbəbi də vardı: Gürcüstanın ən ucqar guşələrində yaşayan “Muğ” – Bağlardan başlamış, Şimali Azərbaycanın ən ucqar rayonlarından Lerikə qədər, Muğannalardan kim həbs olunurdusa, Saşa, yalnız özünə məlum möcüzə ilə xəbər tutub, cinayət işi-filan yazmamış, istintaq başlanmamış, təkbaşına, türməyə – həbsxanaya gedib, lazım gələndə hətta əlini yarımavtomat naqanın üstünə qoyub, qısaca “Azad edin” və ya “mənim şəxsi işçimdir” deyib buraxdırırdı. Sultan nə qədər kədərli, sarsıntılı olsa da, hətta gecələrin birində o qalın bağın dərinliyindən bəriyə güllə açılacağına heç bir şübhəsi olmasa da, əmin idi ki, Saşanın kor görünməz əli həmişə haralardasa – ətraflarda dolana-dolana onun özünü və Bircə balanı qoruyurdu və sədr Mədədin ölümündən sonra bu iki nəfərin – əmi ilə qardaşoğlunun sağ qalmağının səbəbi də məhz o “əl” idi. Çox təhlükəli hallarda isə o “əl” Saşanın özü idi. Başında Əlləzoğlunun “motal” papağı, çiynində Əlləzoğlunun əlli ildən qalma əprimiş arxalığı, zalın qapısında bir an görünüb, əlindəki uzun kabab şişini dişinə çəkə-çəkə geri qanrılıb yox olan o oğlanı nə aşağıda – həyətdə olan Sultan gördü, nə də Səməd: polkovnik Saşa məlahətlə qımışıb, dabanı üstə dönüb yoxa çıxdı. Səməd onu Sultanın həyət-bacasında qulluq eləyən Seyid kişi kimi adamlardan biri sayıb, heç diqqət də yetirmədi...Hələ heç kəs, o cümlədən Saşa özü də bilmirdi ki, bu ağ daş evin yaxınlığında, bağın çalkeçid budaqları altında daha bir nəfər naməlum adam, kababın ətrini dəf etmək üçün cibindəki balıq konservini bıçaqla açıb, yeyə-yeyə Saşanı daimi “pod kolpakom”⁴⁷ saxlayırdı ki, lap tezliklə qanını axıtsın və beləliklə, qorunduğuna əmin olan Sultanla birlikdə Səmədin həyatını da tükdən asılı qoysun. Hər gecə Moskva vaxtı ilə səhər saat dörddə bağın dal hasarının dibindən o yana keçən, sement döşəməli, dərin, susuz arxdan sürünüb keçib, orada vaxtı ilə Rəhim Qudalının işlədiyi “Rayon yun idarəsi, Alınma, satılma məntəqəsinin künc otağında “priyomnik”in “nauşniklərini” başına keçirəndə o adamın eşitdiyi ilk sözlə “Ya Saşa! Ya Saşa...” olurdu. Yəni, Moskvadan danışan adamın “kliçkası” da “Saşa” idi... Bu gecə o Moskvalı səs, vaxtından xeyli əvvəl, yəni Sultanla Səmədin evə qalxdıqları dəqiqələrdə əmr etdi: “Ya Saşa... Ya Saşa... pora vzyat moyeqo tyozku... pora vzyat moyu tyozku”⁴⁸ çox keçmədi ki, arxadan içəriyə daha iki qaraltı girdi. Saşanın başının dövrəsində, qaranlıqda üç lülə ağzı ağardı...
Başqa şairlərin şeirləri
شاهد خرگهنشین زلف ز رخ کرد بازنور حقیقت پدید از ظلمات مجاز
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.