Səhifə 22 / 22 · 95%

Məşhur “Ustadnamə”sindən bircə sətrə qulaq asın:

“A”, “B” dedim, “iki” saydım, “B” oxudum.

“A” – “Əlif” – ƏlEvdi. “B” – Bağdı (“A”, “B” dedim, yəni ƏlEv, Bağ Atanın Evinin Əli Bağdı dedim). “İki” – “EyKi” (saydım), yəni EyOd – Uca Həqiqət dedim, B – Bağ oxudum”.

Aydın deyilmi ki, “Aşıq Alı” adı ilə tanıdığınız o “adi” “aşıq” da “hürufi”di, SafAğdı! Firdovsinin, Nizaminin, Nəiminin, Nəsiminin davamçısıdı! Yəni SafAğ Silsiləsi Alimlərinin ən batinlərindəndi!

Alının yetirməsi Ələskərin – AdıPünhan ƏsAğ ƏlƏsOdƏrin sətrinə qulaq asın:

“ƏlƏsTü”dən “B” “Əli” dedim, nə xoş kəlamdı yüküm”.

ƏlƏs – Yaradan Əldi. Bağ Atanın yaradan Əli – EySar. “T” – Oddu. ƏlƏsOd – Yaradan Əlin həqiqətidi. “B” – Bağdı. “B Əli” – Bağ Əlidi, yəni EySar. Ələskər deyir: “ƏlƏsTüdən – Yaradan Əlin həqiqətindən danışıb “Bağ Əli” dedim, yəni “EySar” dedim, görün “yüküm” – Elmim necə xoş kəlamdı”.

Bildinizmi ki, “Aşıq Ələskər” adı ilə tanıdığınız o “adi” “aşıq” da “hürufi”di – SafAğ Alimidi?! Firdovsinin, Nizaminin, Nəiminin, Nəsiminin davamçısıdı! Yəni “Ələskər” – ƏlƏsOdƏr də Silsilə Alimidi!

Görürsünüzmü, İlan “Din”, “Religiya”, döşü “xaç”lı “patriarx”, başı əmmaməli “imam” zülməti əsrlərində Elm necə “podpolya”ya gedir, necə “çekist” olur! “Mandatam poşadı net”, cənab Sestra! Qeyribərabərlik, zülm düşməni Mayakovskiy Nizaminin “Xəmsə”sindən dərs almışdı, ey Rus məhləsi: Rus dili imkan vermədi ki, o bədbəxt də “Dəli” – OdƏl – Dil həqiqəti ucalığına qalxsın, bu bədbəxt “Səməd” – SimOd kimi, o da üsyan istədi və məhv oldu!

Sizin bu “Birliy”inizin, sabahkı açıq “Boz qurd” canavarlarının dilində Bağday – “Az ər bay¹⁰⁹ (vay) can” ərazisinə dəhşətli bir bəla gəlir. Adını hamınız eşitdiyiniz, “şərqşünaslıq”da büs-bütün təhrif edilmiş “Şeyx Səfi”ni, “Heydər”i, “Şah İsmayıl”ı yada salın. Əzabkeş ƏsAğ “Səfa” – SafAğ ikən “Şeyx Səfi”nin şair nəvəsi “İsmayıl”ı kim “Qızılbaşa” – “Şiə”yə döndərdi?! “Türk” adlandırılan qardaşlarının üstünə müharibəyə kim qaldırdı onu?! Həmincə İlanın Kərbəlayı, Hacı rütbələri altında gizlənmiş Vatikan casusları on beş yaşlı beyni qan “İsmayıl”ın ƏsEvƏlliyini gizlədib hər gün, hər gün “Sən Şiəsən! Sən Şiəsən!”, “Sən Türk deyilsən, “müsəlman Türk” sənin düşmənindi” deyə-deyə törətmədilərmi Çaldıran müharibəsi qırğınını, ey kar-kor “şərqşünas”lar?! Aranızda bircə nəfər düşünən varmı ki, SafAğ “Divan”ı müəllifi “Şah İsmayıl” ismi Pünhan ƏsAğ ƏsEvƏl ikən niyə “Səfi” – “Səfəvi” adlanan təhrif dövlət yaratdı və o “Səfəvi” adlananlar nə səbəbdən o tay-bu tay “Muğan”a – Bağlara hücum çəkib dörd yüz min “Muğ” – Bağ qırdılar?!

¹⁰⁹ “Vay” və “Bay” sözləri xalq içində eyni mənada işlənir.

Xəlvət Astaradan bir bizburun molla gətirib. Bu ötən dörd ayda gecələr burda mənlə, Şöşüylə qabaq-qənşər oturub araq vura-vura azı beş min dəfə deyib: “Sultan Səlim əlli min Şiə qırıb!” Şöşü gülür: “Ninninisən, a Ninnini!” Mən susurdum. Çünki o bizburunun bu təbliğatının nəticəsini görürdüm. Tək bir dəfə dedim: “Bəs o dördcə yüz min Muğu niyə demirsən, ey casus belə-filan?!” Bir dəfə də özümü saxlıyammayıb stuldan itələdim, başı taxtaya çırpıldı, çoxlu qan axdı. Qanını görəndə özünü itirdi, tir-tir əsdi bizburun: “Dəymə mənə!” – dedi, yalvardı. “Şah İsmayılın özünü də elə o Kərbəlayı, Həci casuslar öldürüblər, özlərinə Səfəvi deyiblər”, – dedi.

Budur sizin sifətiniz! Bağdayın ən qədim dövrlərdən bu son əsrlərə qədər nə qədər şan-şöhrətli, müdrik şahları, sultanları olub! Bizburun mollanın niyə məhz o bədbəxt təhrif İsmayılı, məhz o casuslar hakimiyyətini təbliğ eləyirsə və siz bunu sabah-birisigün dilinizin əzbərinə çevirib, bütün tariximizi danacaqsınızsa, axırımız nə olacaq, ey Təhriflər?!.

Mədəd nəfəsini dərib, ağır təmkinlə “hürufani”¹¹⁰ çalmağa başladı.

– İndi vidalaşaq, ey Təhriflər.

Gözləri əmisinin ağsümük üzündə göyümtül çalan gözlərinin dərinliyindəki yaşıllığa dirəndi. Cürənin qara sinəsinə iri-iri damlalar töküldü.

Xəlvət kresloda titrəyib ayağa qalxdı:

– Ölüb axı!.. Çalma daha!.. Sən nə təhər əmioğlusan əşi!..

Mədəd gözlərini sildi.

– Kəs səsini! Bircə saat bundan əvvəl “oynaş” oğlu idim! Dilini dəyişdirdim, Rəhim kişi. Hələlik bununla kifayətlənək... Dəstanım qurtardı.

Dal otağın qapısı açıldı. Qara geyimli, boz sifətli, çiyni “Kalaşnikov” avtomatlı, ucaboy, zəhmli bir oğlan yaxınlaşıb “pomost”da ayaq saxladı. Səmi idi: Səmədin Torksindən olan yeganə oğlu.

Səminin səsi də zəhmli, qorxunc idi:

– Qalxın, rədd olun burdan!

Mədəddən də heybətli qışqırtı qopdu:

– Qırılmalısınız! Əmma Xəlvətin səsində insan səsi eşitdim. Sükutunuzda peşimançılığa oxşar bir şey görünür. Səmi, əlini çək tətikdən. Sən yaşamalısan, Kalaşnikovla yox, sözlə öldürüb, sözlə diriltməlisən cəhaləti!

“Pomost”dan endi, stollardakı “Badamlı”ları bircə-bircə götürüb divarlara çırpa-çırpa, pavilyonun bütün şüşələrini sındırıb tökdü. Sonra

¹¹⁰ El arasında “rufani”, “ruhani” adlanır. “Aşıq” – ƏsAğ Kamandar “həqiqət” deyirdi. qayıdıb, əmisini qucağına götürdü, ağsümük üzünü meyidin ağsümük üzünə sıxıb, şüşə parçalarını xınca-xınca çıxıb, kəndə doğru uzaqlaşdı.

Şüşəlinin dəmir skeletinin ətrafında, çinarın çılpaq budaqlarının altında heç kəs tərpənmirdi, heç kəs dillənmirdi. Heç kəsin xəbəri yoxdu ki, ağsümük üzünü meyidin ağsümük üzünə sıxıb, səhərin alatoranında yol-iz seçmədən səndələyə-səndələyə gedən Mədəd özü də indi meyid kimi, ağlını, hissini, duyğusunu itirmiş ölü kimi bir şeydi. Bərkiyib daşa dönmüş beynində yalnız bir fikrə, hissə bənzəyər bir qığılcım göz açıb, Sultan Əmirlinin, Mədəd Əmirlinin, Sura, Torksin Əmirlilərin qəbirlərinin sırasında, təzə qəbirdə özünü – əmisinin Bircə balasını, Varisini, Tədqiqatçısını da əmisi ilə yanaşı görürdü; üç para kəndin cəmaatından hələ heç kəsin xəbəri yoxdu ki, qucağında meyid aparanın özü də meyid idi. Üç para kəndin cəmaati ilə birlikdə, bütün “Yer”də hələ heç kəsin xəbəri yoxdu ki, həmin bu vaxt, sazaqlı dekabr səhərinin alatoranında EyƏrin BağOddan azmış “Baki”, “Bakı”, “Baku” adlanan “kor” millət şəhərində, “Hüsü Hacıyev” küçəsi ilə “Həzi Aslanov” küçəsinin kəsişdiyi yerdəki binanın mənzillərindən birində heç kəsin anlamadığı bir bədbəxt OdƏl oturmuşdu, gecələr saat on ikidən səhər saat yeddiyə qədər OdAğÜz BağOdƏr planetindən ən əziz, ən doğma insanın – EySarının səsini dinləyə-dinləyə yazdığı bu ƏsƏri ilə “Yer” bəşəriyyətinə lənət oxuya-oxuya deyirdi: “İsa”, “İisus” adlandırdığın EySarla, BağSar AğEyin – “Musa ağa”nın nəslindən “Muğanna” arasında rabitə yaranıb, ey ÜnƏs – “ins”an”! Oxu bu Əsəri, dəhşətə gəl, ay qatil! Ayıl və anla ki, “Əbədiyyət” əfsanə deyil, EvOd EyOddur – Həqiqət Evinin Uca həqiqətidir, ey EvOda “Əbəd”, EyOda “iyyət” deyən bədbəxt! Oxu bu ƏsƏri – Yaradan İşığı, Odu dərk et, təhrif “beynin”lə, çürük bədəninlə döyüş, saflaş, əbədi ol. Öz EvOdÜnündə – öz “bədən”ində, EyƏrində əbədi! Sənin ana dilində “na bojyem yazıke” deyirəm: insan əbədi yaşaya bilər. Odu dərk etsən, əbədi yaşayacaqsan, ey cahil, “SimƏrAğ”, “GurOd” adlarında Kainat gəmilərini, Ulu Bağ ƏsƏlMəni, EySar ÜnEvi, EvƏrimi, EySarı, Bağlarını, Bağ Atanı görəcəksən. Uca Odlarınla – əcdadlarınla birgə OdAğÜz BağOdƏrə OdAğÜzdən EyƏrə uçacaqsan. Bütün Kainatın əbədi sakini olacaqsan. Bundan böyük xoşbəxtlik olarmı, ey Odsuz – həqiqətsiz bədbəxt “kor” – OdƏr?!

Əlavə xəbər:

İşıq gəmilərinin “Yer”ə enməyinə lap az qalıb.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Süleyman padşahın xəzinəsi 4

Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xirdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələkötür barmaqlarla Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə firlatmağı bir oldu.– Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik²⁹ qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura hökuməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan³⁰ oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!

24 dəq
Süleyman padşahın xəzinəsi 5

Qapını Hənifə arvad açdı.Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın ortasından sallanan yeddilik lampanın³³ alovu qapının yelindən uzanıb-yaymalanıb, hisli şüşəni daha da hisləndirdi, arvad saçları dağılıb gözlərinin üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.

28 dəq
Süleyman padşahın xəzinəsi 6

Bircə balanın kəndə getdiyini, orada Əlləzoğlunun başını yarıb şəhərə qayıtdığını eşidəndə Sultan bu xəbəri zahirən sakit qarşıladı. Səhərin alatoranında, papaq əvəzinə başında bir topa çit bozara-bozara özünü yataq otağına salıb, göyünü-kürəkənini dümsüyləyib oyadıb: – Qardaşoğlun dəli-divanədi! Çarə, dərdin alım! – deyəndən sonra Əlləzoğlu pırpız qaşların altında durğun gözlərə baxa-baxa qalıb, bu sakitlikdən heç nə anlamadı.Kürəkəninin çox qapalı adam olduğunu və qayınatasının yüz sözünə bir cavab verdiyini yaxşı bilsə də Əlləzoğlu çarpayının böyrünü kəsdirib tərpənmədi ki, əhvalatın üstündən dörd ay keçəndən sonra, nəhayət, hökmən ətraflı danışsınlar. Əmma Sultan nə orada-çarpayıda bir söz dedi, nə də yuyunub tut ağacının altında, dəyirmi stolun yanında, qarğı kresloda oturandan sonra. Niyə dillənmirdi? Nə fikirləşirdi?

31 dəq
Süleyman padşahın xəzinəsi 7

Nə Sultanla Səməd, nə Xızr Abı ilə Çürük Aşıq, nə Məhərrəm, nə də “mühacirlər” və bütün “Pünhan”lar – hələ heç kəs bilmirdi ki, “çesuyçalılar” adlananlardan, əvvəllər olduğu kimi, hər beş nəfərdən biri yox, indi hər iki nəfərdən biri birbaşa Moskva KeQeBesinin işçisi idi. Hətta Azərbaycan KP MK-dan və respublika KQB-sinin özündən də gizlində, hər cür dünya nemətləri ilə təmin olunan, xalqdan tamam ayrılıb, bu xalqın keçmişi, gələcəyi ilə məşğul olan Muğannaları nəinki addım-addım izləyirdilər, hətta, imkan olanda – şərait yarananda öz şəxsi təşəbbüsləri ilə öldürürdülər. Bu təhlükəni tək bir nəfər, bütün Dövlət Təhlükəsizliyi işçilərinin sadəcə “Saşa” adlandırdıqları bir nəfər polkovnik bilirdi. Bu bəstəboy, son dərəcə məlahətli oğlanı Muğannalardan demək olar ki, hamısı oğul, qardaş, yaxın-əziz qohum kimi sevirdi. “Saşanın üzündə şeytan tükü var” – deyəndə məhəbbətlə gülümsəyirdilər. Bu məhəbbətin, əlbəttə, ciddi səbəbi də vardı: Gürcüstanın ən ucqar guşələrində yaşayan “Muğ” – Bağlardan başlamış, Şimali Azərbaycanın ən ucqar rayonlarından Lerikə qədər, Muğannalardan kim həbs olunurdusa, Saşa, yalnız özünə məlum möcüzə ilə xəbər tutub, cinayət işi-filan yazmamış, istintaq başlanmamış, təkbaşına, türməyə – həbsxanaya gedib, lazım gələndə hətta əlini yarımavtomat naqanın üstünə qoyub, qısaca “Azad edin” və ya “mənim şəxsi işçimdir” deyib buraxdırırdı. Sultan nə qədər kədərli, sarsıntılı olsa da, hətta gecələrin birində o qalın bağın dərinliyindən bəriyə güllə açılacağına heç bir şübhəsi olmasa da, əmin idi ki, Saşanın kor görünməz əli həmişə haralardasa – ətraflarda dolana-dolana onun özünü və Bircə balanı qoruyurdu və sədr Mədədin ölümündən sonra bu iki nəfərin – əmi ilə qardaşoğlunun sağ qalmağının səbəbi də məhz o “əl” idi. Çox təhlükəli hallarda isə o “əl” Saşanın özü idi. Başında Əlləzoğlunun “motal” papağı, çiynində Əlləzoğlunun əlli ildən qalma əprimiş arxalığı, zalın qapısında bir an görünüb, əlindəki uzun kabab şişini dişinə çəkə-çəkə geri qanrılıb yox olan o oğlanı nə aşağıda – həyətdə olan Sultan gördü, nə də Səməd: polkovnik Saşa məlahətlə qımışıb, dabanı üstə dönüb yoxa çıxdı. Səməd onu Sultanın həyət-bacasında qulluq eləyən Seyid kişi kimi adamlardan biri sayıb, heç diqqət də yetirmədi...Hələ heç kəs, o cümlədən Saşa özü də bilmirdi ki, bu ağ daş evin yaxınlığında, bağın çalkeçid budaqları altında daha bir nəfər naməlum adam, kababın ətrini dəf etmək üçün cibindəki balıq konservini bıçaqla açıb, yeyə-yeyə Saşanı daimi “pod kolpakom”⁴⁷ saxlayırdı ki, lap tezliklə qanını axıtsın və beləliklə, qorunduğuna əmin olan Sultanla birlikdə Səmədin həyatını da tükdən asılı qoysun. Hər gecə Moskva vaxtı ilə səhər saat dörddə bağın dal hasarının dibindən o yana keçən, sement döşəməli, dərin, susuz arxdan sürünüb keçib, orada vaxtı ilə Rəhim Qudalının işlədiyi “Rayon yun idarəsi, Alınma, satılma məntəqəsinin künc otağında “priyomnik”in “nauşniklərini” başına keçirəndə o adamın eşitdiyi ilk sözlə “Ya Saşa! Ya Saşa...” olurdu. Yəni, Moskvadan danışan adamın “kliçkası” da “Saşa” idi... Bu gecə o Moskvalı səs, vaxtından xeyli əvvəl, yəni Sultanla Səmədin evə qalxdıqları dəqiqələrdə əmr etdi: “Ya Saşa... Ya Saşa... pora vzyat moyeqo tyozku... pora vzyat moyu tyozku”⁴⁸ çox keçmədi ki, arxadan içəriyə daha iki qaraltı girdi. Saşanın başının dövrəsində, qaranlıqda üç lülə ağzı ağardı...

3 dəq

Başqa şairlərin şeirləri