Süleyman padşahın xəzinəsi 11
Səhifə 3 / 7 · 29%
Pünhanlarımız arasında Şeyx Əlimiz vardı, “Aşıq Alı” adıynan çalıb oxuya-oxuya ellər gəzirdi, gecələr səhərə qədər Elm yayırdı. Folklorçu professor deyilən uzunhoqqar bir naçalnik gəldi Göyçəyə, şerlərini yığdı apardı, yoxa çıxartdı! Çürük yığır indi orda-burda yadda qalanları, yazır kopyalarını Qaraçöpə, Təhləyə göndərir ki, ordan da hər yerə yaysınlar. Şeyx Əlinin şan-şöhrəti AdıPünhan ƏlƏskərimiz vardı, “Aşıq Ələsgər” adıynan gəzirdi. AdıPünhan Hüseyn AğEyimiz vardı, “Hüseyn ağa” adıynan gəzirdi, cəmisi beş-altı Qaçaqnan Tiflisdə qubernatorun buxarısının bacasından odun içinə düşürdü ki, mauzerini dirəsin qubernatorun boğazına, xəlvəti müqavilə bağlasın: “Qazax mahalına qoşun gendərmiyəcəm. İmza qubernator köpəyoğlu!”
Hüseyn AğEyin oğlu Hacı Əlimiz vardı. Məkkəyə gedirdi hər il, guya zəvvarlara azuqə yığan taciriydi, əslində, ədalət Əliydi. Qubernator Tiflisdən qaçaq libasında qatil göndərib ki, Hüseyn AğEyimizi öldürsün, Hacı Əli ovcuynan tutub xançalı, qoymayıb atasının başı yarılsın. İşləmədi sağ əli, yumulu qaldı... Üçcə tağın adamlarının adlarını çəkdim mən sənə Comərd Süleyman nəslinin. Təbrizdəkiləri dedim, Göyçədəkiləri dedim. Qazaxdakıları dedim... Budumu?! İsa Əfəndimiz olub, bircə atryadnan Denikinin piyadasını pərən-pərən salıb Dərbənddə. Ordan gedib qoşulub Kamal Paşa Atatürkə, Trabzonda rusu pərən-pərən salıb, Gəncəyə bizimkilərə depeş göndərib ki, rusun on beş eşalonu gedir o tərəfə, qabağını kəsin, qoymayın gedib Bakıda oturuşmağa. Bax bu Qılınc əmin, əlində mauzer, at belində parovozun qabağına getdi... Nə Mədədin adı Mədəddi, nə Sultanın adı Sultandı. Mollalar açırlar Quranı: “Adın oldu Xızr!” “Xızr” nədi?!. “Kisr” nədi?! OdSardı, oğul! Pünhandı adlarımız, özümüz də ki, Alim!.. Vaxt keçdikcə daha nə adımız qalır, nə də biliyimiz!.. Əhməd, Məmməd, Səməd, Alı, Vəli – hamısı ərəbin yalan “Quran”ından. Gülüşürlər indi mollalar: “Ağ yalan!” Bilən varmı nədi bu?! Bu yaxınlardaca bilmişik ki, otuzuncu ildə Stalin, Leninin “dekret o zemle”sini ləğv eləyib torpağı kəndlidən alanda xəlvətcə Dini də azad eləyibmiş, odu ki, molla hər yerdə başda oturur, “Quran” əlində: “Bir salavat da çevirin hökumətimizə, Stalin yoldaşa, Varaşilov yoldaşa, Kaqanoviç yoldaşa!” Nədi bu, ay oğul? KQB-di, ay oğul! “Molla” adında! Sənə ərəb adı qoyub adınnan bərabər Elmini də məhv eliyən molla KQB!.. Nə yaxşı ki, Sultanın revkomuna düşdü yolum o vaxtlar. Gecələr, beşaçılan qucağımda, revkomun damında keşik çəkəndə mənim bu kəmsavad başıma Elm yeridən alim Sultanın nə qədər şagirdi var, bilirsənmi?! Hamı savadsız təki tanıyır bizi. Açıb-ağardammırıq ki, revkomda darülfünun qurtarmışıq biz! Universitet deyirlər indi. Oxuduqları da nədi? Yunanıstan mədəniyyəti belə gəldi, Roma Sezarı elə getdi. Güya ali təhsil verirlər bədbəxt cavanlarımıza. Bir köpəyoğlunun da xəbəri yoxdu ki, Bağdaydı yer üzündən silən Qrekin tarixini öyrədirlər balalarımıza... Abı! Səsin niyə batıb?! Niyə demirsən düzdü, Bağday tarixidi dünya tarixi! Bilmirsənmi beyni qatıdı “Dəli Səməd”in?! Başını götürüb getsə, kim sahib durar o “Xəzinə”yə?!
Xızr Abı dümağ, nəhəng yaylığı üz-gözündən çəkib irəliyə, Səmədin sol tərəfinə çıxdı.
– Sarsılıb, ay Qurban. Aman ver, özü danışsın, boşaltsın ürəyini. “Elm nədi!” – desin, “Varis nədi!” – desin, “Başınıza at təpib!” – desin. Batmayıb səsim, əksinə, o mülkün alovundan üstümə qurum yağa-yağa, üz-gözüm qarsalana-qarsalana axtardım, Çax-çuxu tapdım, dedim: “Şahid var, sən yandırtdırıbsan evi! Get yır-yığış elə, günü bu gün damlanacaqsan!..” Sən ləngitmə bu işi, ay Qurban. Gördüm orda, Rəhimə, Xalıqa sarı getmədin. Ehtiyatlanırsan, yoxsa, gizlin hazırlıq işi görürsən, nədi? Bilmirəm. Öz işini gör sən. Səmədi mənə tapşır daha.
– Sözümün əsası geridədi. Sən göstəriş vermə Qılınc Qurbana. Gün qalxır, yandıracaq. Çöldə saxlama Səmədi, evə apar. Ya da, pullu adamsan, apar Şüşəliyə. Çürük də yəqin orda olar. Casusların “sbor günü” deyil bu gün. Apar, yaxşı-yaxşı ətraflı danış bunnan, Xızrlığını göstər!
İndi hələ mənim ixtiyarımdasan, oğul.
Sözümə fikir ver.
O maktub – “Şəxsiyyətə pərəstiş” oxunandan bəri Əziz də ilana dönüb. O gördüyün mehriban Əzizimiz! Asta-asta sürünüb kabinetlərdə əmiyin kadrlarını udur bircə-bircə. Dünənnəri maarif müdiri Mirbağırı qaldırıb Sultanın üstə. Bu səhər müəllimlərin, uşaq-muşağın gözünün qabağında bar-bar bağırdı Mirbağır ki, “Tədris proqramlarını pozammarıq! Bir nəfər də şagird vermirəm pambıq yığımına!”
Elə bilirsən doğrudan qorxublar Mirqəzəbin tutulmağından?! Əksinə, Saşa elə bundan ötrü xüsusi gəlibmiş desin ki, “partiya daxili demokratiya” şüarı köhnə partiya kadrlarının başlarını yeməkdən ötrü şərait yaratmadan, yəni cəmaatı qızışdırmaq, kadrları tənqid atəşinə tutub başlarını yeməkdən ötrüdü. Budu bax həqiqət!
Mənə de görüm, məktəb uşaqlarını pambığa həməşə şüarnan, şərqiynən aparan Mirbağır deyilmi bu?! Nə olub, indi niyə bağırır birdənbirə?! Çünki Bezobraziye demokratiya alıb! Ağızları allahdadı ki, yığım kampaniyası mütəşəkkil keçməsin, plan dolmasın, Sultan Əmirlinin işi bu yandan da əyilsin!.. Axı əsas məsələdi yığım. Rayon pambıq rayonudu. Cəmaatın dirriyi də pambıqdandı, katibin üz ağlığı da.
Mən bilirəm necə qayıdacaq əmin o məhkəmədən. Keçən il Mirqəzəbin şəxsi tapşırığıynan Pers gəldi tutqu təşkil elədi rayonda. Silistsiz-filansız, təsərrüfat rəhbərlərini doldurdu eşalonun vaqonuna! Əgər əmini də o işə bulaşdırıb lap az-maz da olsa günahkar saysalar, Bezobraziye dərhal pıça-pıç salıb pozacaq yığım kompaniyasını. Tükdən asılıdı əmiyin taleyi, oğul. Sənə bel bağlayıb, təhkim eləyib bu zonaya. Gülənova, Rəhimə, Tahirlinin, Qurbanlının sədrlərinə ayrı-ayrı tapşırıb ki, Səmədin bir sözü iki olmamalıdı. Dünən qəstindən evə qayıdanda qolundan necə tutubsan, necə dirək durubsansa, bax bu çöllərdə, pambığın arasında da o cür dirək durmalısan! Düşmənin yaxdığı ləkəni səndən savayı kim silə bilər?! Mənim Qeybalıyı yalan danışmağımnan silinərmi o cür qara ləkə? Sənin bayaqkı o əyili qədd-qamətinə Qeybalının bircə kərə rişxəndnən baxıb “Məcnun” deməyi bəs deyilmi ki, dildən-dilə düşsün təzə adın, Sultanın ürəyinə yük olsun, Bezobraziyenin niyyəti “avariya”sız-zadsız keçsin həyata?!
İndi de görüm, kimdi qadın zorluyan? Sultandı, yoxsa Sultanı belə kökə salanlardı?!
Heç bilirsənmi nə qədər zir-zibil yaxıblar mənim üstümə?.. Gövdəm deşik-deşikdi düşmən gülləsindən, hər yaranın tarixinə bir dastan qoşmaq olar. Əmma gör düşmən nə deyir: paçamın arasını da güllə aparıb guya, onçun övladım yoxdu!.. Adam yanında hörmətimi gör necə bəzəyiblər: “Bacısını kabinetlərə ötürüb oğraşlıqnan qazanıb hər şeyi!..” Güllə qabağına çıxmağa nə vardı?! Oğul istəyirəm bu murdarlarnan döyüşsün!
“Fırtına quşu” oxuyardın mənə atımın tərkində. Çürük nəsihət eləyərdi ki, Aşıq Alıdan, Ələsgərdən oxu, Abbas Divarqanlıdan oxu, ay oğul. Çürüyün cavabında yenə “Fırtına quşu”nu deklomasiya eliyərdin. Səsin hələ də qulağımdadı. İndi niyə qaçırsan fırtınadan?! Bu cığırı əlinə alıb hara gedirdin belə?! Nə qədər vurnuxmaq olar bu aralıqlarda?! Üz-gözünə bax, əyninə-başına bax! Bircə o qalıb ki, quşlar yuva qursun başında! Belə eşqmi vəsiyyət eləmişdi sənə bizim qardaşımız?!
Başını qaldır, üzümə bax görüm. Mən sözümü qurtardım hələlik. Üzümə bax görüm, bir şey düşdümü içərinə. Heç nə demə. Eləcə üzümə bax, kifayətdi...
Səməd başını azca yana əyib necə baxdısa, bu baxışdan sonra yəqin ki, doğrudan da heç nə demək lazım deyildi. Əmma söz Səmədin ürəyini deşirdi:
– Daş deyiləm, insanam. Düşünürəm... Əlləzoğlunun nöyüdü necə tökdüyünü də gözümnən gördüm, kibriti necə çəkdiyini də. Qalxmadım yerimdən. Ev o vaxt evdi ki, insan olsun, mənalı həyat olsun içində... Nə ev-eşik lazımdı mənə, nə də var-dövlət. Heç nə lazım deyil mənə, insandan başqa!.. Yeddi il yanmışam, qovrulmuşam öz daxilimdə. Məncə, sən bilirsən bunun səbəbini. Abı da bilir. Əmim də bilir. Gecə bir şey oldu orda, evdə: süfrəyə çaxır dağıldı. Qırmızı çaxır... Mən qan ləkəsi gördüm o çaxıra baxanda, əmimin süfrəsində. Əmim özü də elə gördü! Əhvalı dəyişdi, çoxlu duz tökdü ləkənin üstünə. İndi məlum olur ki, sən də ordaymışsan. Sizin bir-birinizdən gizlin sözünüz yoxdu. Mənə hər şeyi demirsiniz. Əmma nahaq. O şeyi ki, sirr kimi saxlayırsınız, sirr deyil o mənim üçün.
Avariya günü gözüm tutuluydu mənim. Dünya zülmətə bürünmüşdü. Tabutnan tabutun qapağının künclərində mismarlardan başqa bir şey görmürdüm. Əmma qəribə zülmətiydi o zülmət. Qəti deyə bilərəm ki, məndən aralıydınız siz orda, dəfndə. Sonralar da yaxın gəlmədiniz heç biriniz. Niyə?! Yeddi ildə həmişə aralı gəzmisiniz. O qan sirrinə görədi hamısı!. Narahatlıq keçirməyin, əzab çəkməyin, tamam arxayın olun ki, atamın ölümü barədə bir kəlmə də soruşmuyacam sizdən.
Avariya deyil, öldürülüb və Gülənovun o “zaklyuçeniye”siynən hər şey ört-basdır olunub. Aydın məsələdi. Kimlər iştirak eləyiblər o ört-basdırda? O da aydındı! Təkrar eləyirəm ki, sirr yoxdu burda mənim üçün. Hətta nəynən və necə öldürüldüyünü də bilirəm. Bunu danışacam sizə.
Kitabxana.az · https://kitabxana.az/works/isa-huseynov-suleyman-padsahin-xezinesi-11
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ürəyinin çırpıntısı necə idisə, addımlarının sürəti də elə idi.Vağzal meydançasından küçəyə çıxıb, şəhərin dəmiryolla paralel uzanan bu yeganə geniş küçəsində kazarmasayağı alçaq, boz binaların – rayon idarələrinin səkilərində dəstə-dəstə dayanmış çesuyça²⁷ kostyumlu, “səbət” şlyapalı adamlardan birinin də üzünə baxmayıb, tutqun qaşqabaqla, ağızucu salam verə-verə keçdi.
Süleyman padşahın xəzinəsi 4Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xirdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələkötür barmaqlarla Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə firlatmağı bir oldu.– Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik²⁹ qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura hökuməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan³⁰ oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!
Süleyman padşahın xəzinəsi 5Qapını Hənifə arvad açdı.Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın ortasından sallanan yeddilik lampanın³³ alovu qapının yelindən uzanıb-yaymalanıb, hisli şüşəni daha da hisləndirdi, arvad saçları dağılıb gözlərinin üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.
Süleyman padşahın xəzinəsi 6Bircə balanın kəndə getdiyini, orada Əlləzoğlunun başını yarıb şəhərə qayıtdığını eşidəndə Sultan bu xəbəri zahirən sakit qarşıladı. Səhərin alatoranında, papaq əvəzinə başında bir topa çit bozara-bozara özünü yataq otağına salıb, göyünü-kürəkənini dümsüyləyib oyadıb: – Qardaşoğlun dəli-divanədi! Çarə, dərdin alım! – deyəndən sonra Əlləzoğlu pırpız qaşların altında durğun gözlərə baxa-baxa qalıb, bu sakitlikdən heç nə anlamadı.Kürəkəninin çox qapalı adam olduğunu və qayınatasının yüz sözünə bir cavab verdiyini yaxşı bilsə də Əlləzoğlu çarpayının böyrünü kəsdirib tərpənmədi ki, əhvalatın üstündən dörd ay keçəndən sonra, nəhayət, hökmən ətraflı danışsınlar. Əmma Sultan nə orada-çarpayıda bir söz dedi, nə də yuyunub tut ağacının altında, dəyirmi stolun yanında, qarğı kresloda oturandan sonra. Niyə dillənmirdi? Nə fikirləşirdi?
Başqa şairlərin şeirləri
Bəyan eylə bu, qaliblə kitabum həmçənin xəlqə**Bir şəbi-deysur ki, sərməstani-büqayi nur badeyi-nəvamisdin məxmur və əsbabi-vəqayeyi-həvasdin məhsur idi. Ol gesəbəni-zar bir neçəyar iləç ün mahü səyyar bidarü şəb zindədar, gah mühibbi-razəsəlis vəmətlubeyi-niyazə ənis vəzəmani xümxaneyi-həsrətdin badənuşvə əşki-heyrətdin gülfüruşolub vəsaəti tərkibi-mükəvvinatdəsayiqü lahiq vətərkibi-əşkaldin nətayisi-layiq düzüb, vəqti seyri-müluk ratibəsindən mütəfəkkir vəaşiqü məşuq taifəsindin mütəzəkkir yekan-yekan tedadi-müstəidani-ferəqi-hər zaman edərkən, nagah süruşi-huşim ərseyi-xatirəbu möhməl məzmun yeritdi ki, aya nəsəhətdin müxəddəreyi-nəğli-Vərqavü Gülşa bavüsudi-sihazi-eşqihəqiqət təraz iləsəramədi-səhan vəhüsni-səmalda nəvadiri-dövrandurlar, bəzmi-məhəbbətdəüşşaqi-əzmanəsabiq vərəzmi-xüsumətdəRüstəmidastanəfayiq, meydani-hisrdəsərbazlıqlarıməşhur və əvani-zəsrdə vəfadarlıqlarımənşur. Əselle fohul, bəlağətpişeyi-farsi zəbanan valeh, qəbulifəsahətəndişeyi-türki bəyanan ədəmi-etibariləo bəyanın izdivasından xatirihəzimət vərüxsareyi-əzimət döndərüb, leyaliyi-əfkar və əyyami-emardəol bakirəyəhəmağuşvəol sovdayəhəmduşvəsami-zülal nəqllərindin badənuş olməmişlər. Bu ehmal zahiri-hal ol iki ruhə şəsereyi-məhəbbətəmüəddayixələlü pecman vəmouresi-zələlü xüsran olmağı əsəldin mizani-etibardəol kamil əyarlərin əyari-kari nöqsan vəol sərvi-sənubər nihadlar bir təərrüzibidadəulaşub hədəfi-tiri-təvəhhümi-xəta olalar. Bu haləmüqarin təlieyiilhamü iradat qəlbi-münkəsiriməbu iradət buraxdıvəgərdəni-idraki-xatirimə qəlladeyi-feyzi-izaət taxdıki, ey qəriqi-bəhri-təhəyyürü qəmanü həriqi-atəşitəfəkkürü hirman, əni Məsihiyi-natəvan, guya qayəti-qeyrətü vəfa vənəhayətiisməti-səfa rəva görməmişkim, ol pərdənişini-iffət vəbəzmi-ayini-şəhadətlərinin pərçəmi-əlamlarıhəvagir vənami-namiləri ifşapəzir olub, məhafilü məsalisdəhər bidərdədərdi-zəban vəhər naməhrəmərətbül-lisan ola. Nişəkim bu əzmandəçehreyi-müsameəhelyeyi-vəfa bədəlinəarayişinifaq düzülmüşvəsilsileyi-vəsləti-həqiqət təlsiq vəiqdi-əqidəti-məvəddət tənsiq bilkülliyyəüzülmüş, meyi-məhəbbəti-həqiqi, badeyi-məvəddətiməsaziyəzirdəst vənəşeyi-üzubəti-sami-ələst mərarəti-xümari-küdurətdən pəst olmuş. Çün il iki sitəmrəsideyi-aləmşühud gövhərləri ziar vəsövhərləri vəfadar vəalimiqdar idi, fələki-kəsrəftar ki, lazal işi, dəvarişi qəddarlıq və
YarMən nəhani sizə qonaq gəlmişəm,Dur bağçada sallanıban dolan yar,
Sirri-eşqi demək olseydi, nihan etməz idimSirri-eşqi demək olseydi, nihan etməz idim,Dəxi gizlin bu qədər ahu fəğan etməz idim.
Gəraylı: Xalxalın göy çəmənindəXalxalın göy çəmənində,Bir qara tel pəri gördüm,