Süleyman padşahın xəzinəsi 11
Səhifə 5 / 7 · 57%
Yas qurub yasda yatan adamı isə başa düşmürəm!
Çürüknən Abını xüsusi gətirtmişdi. Ağlayıb daxilən yüngülləşmək istəyirdi. Bəs niyə daşa döndü?!
Duyursanmı mənim işgəncəmi, Qurban əmi?! – Səməd dartıb köynəyinin yaxasını açdı, Sudüşənin qurtaracağından, meşənin sağ səmtindən başlayıb, ulğunluqlar, pöhrəliklər, sirkanlıqlar arasında zolaq-zolaq uzanan pambıq sahələrinə tərəf boylandı. – Bura göndərib məni. Gecəni gündüzə qataram, pambığın arasında yataram, ta yığım qurtaranacan bu çöllərdən yığışmaram! Bircə bu əzab olmuyaydı, Qurban əmi! Güclü adam öz yerində! Mübarizlik, yenilməzlik, hamısı bir yana, mən insan görmək istəyirəm, Qurban əmi! Dünən o yatanda məhz insan itirmişəm mən! Necə qaytarım, necə dirildim o insanı?!
Qılınc Qurban dümdüz yerdəcə tövşüyürdü.
– İndi hər şeyi açıq deməliyik biz sənə. Deyirsən “böyük faciələr gözləyir bu bədbəxt xalqı”. Xəbərin varmı ki, İrəvanda, Dərə Ələyəzdə, Göyçədə, Başkeçiddə yurdumuza süpürgə çəkiləndə, yəni qırx səkkizinci ildən bu yana Borçalıya da süpürgə çəkildi, Təhləni də, Qaraçöpü də, Qarayazını da (hansını deyim), Tiflisin arxalarının, bərisinin camaatını da irdələyib lap az-maz şübhələndikləri adamları da sürdülər. Eşalonlarda çörəksiz, susuz saxlayıb qırdılar! Əmin “Emadin”də gedirdi, çalışırdı heç olmasa tək-tək adamlara, yəni şəxsən dərs dediyi, Elm öyrətdiyi təsərrüfat başçılarına tutarlı partiya sənədi-filan düzəltsin, saldırsın, saxlasın, sürgündən, üzü üstə ölü kimi qayıdırdı, dost, məsləkdaş yanında da rəmznən danışırdı: “Ağac qalmadı, qırdılar, ay Qurban, ay Abı, Bağlar bəhrə verməz daha!” Nər Sultanımız uşaq təki hönkürürdü: “Bağdayı əfsanəyə döndərdilər!..”
Bir gün var... Bir payız günü, yağışı-yağmırıynan, dolub canıma, ürəyimə, beynimə, çıxmır ki, çıxmır... Sultan o cür uşaq təki ağlıyandan sonra yuxum ərşə çəkildi. Bu cırtdan əmin elə sındı, arıqladı ki, lap, nə deyim, ərdova döndü, adamlıqdan çıxdı. Nədən ki, boğazımdan çörək də getmirdi... Necə oldusa, gecənin bir aləmində bir azacıq mürgüləyib, birdən dik atıldım, köhnə mauzeri belimə taxdım, tüfəngi çiynimə keçirdim. Dörd daraq patron sol çiynimdən, bir daraq sağ çiynimdən saldım, birini də belimə bağladım. Stansiyada gurhagur düşmüşdü, vaqonlar dartışırdı, arvad-uşaq qışqırışırdı, güllə səsi gəlirdi. O dəqiqə bildim iş nə yerdədi. Yazıq atı çala-çuxurlarda, selavarlarda nə hala saldımsa, Məhərin budkasına çatanda gördüm tir-tir əsir altımda. Qorxdum çatdıyar at, düşdüm, buraxdım, cumdum, gördüm nə?.. Boyunu yerə soxum ay Qılınc Qurban rayonun yarıcasını doldurublar on-on beş uzun eşalona, əmbə aparammırlar; parovozlar qırıq-qırıq qışqırışır, vaqonları açırlar kimlərsə, o biriləri kimlərsə güllə zoruna qoşurlar! Gülənovu görəndə qan beynimə vurdu bir güllə sol ağının dabanına çaxdım, dübarə çökdü köpəyoğlu, birini də sağ dabanına çaxdım, dəymədi, çökə-çökə döndü baxdı, gördü mənəm. Bağırdı ki, “Başına atmı təpib, görmürsənmi sürülür rayonun, sabah da sizin kəndləri bu hala salacaqlar”. Çəkildim, atıldım xəndəyə, alaqaranlıqda, heç bilirsən necə qıfıl sındırdım?! Şarak-şarak, vaqonun qıfılı daloy! Şarrak-şarrak – o birisi daloy. Cəmaat da ayıq tərpəndi, qapıları o yan-bu yan çəkib töküldülər düzə, kola-kosa... Məxlək bir də o vaxt ayıldım ki, tüfəngin qatarları bom-boşdu. Mauzerdə də üç-dörd güllə qalıb. O damda, relslərin dalında da rusun əskəri qarışıb Erməninin yekəpapaqlısına, üzü üstə döşənişib parta-part döşəyirlər. Öz-özümə dedim “işin bitib, a Qurban”. Bir də nə görsəm yaxşıdı: qız uşağı, arıqlığından yıxıldıqca sümükləri taqqıldayır. Baxdım – kim? – Lütün kiçiyi, o Diniş deyilən, özü ağırlığında xurcunun iki dolusu patron, sürüyür, yıxılır, qalxır. Xır-xırıldadı ki, dədəmgil daldan gəlirlər, qorxma. Məxləs, gün çırtanacan döyüşdük, camaat qaçdı, dağıldı dağadaşa, Rusnan Erməni də doluşdu vaqonlara, taraq-taraq dala sürdülər köpəyuşağı. Bilirsənmi niyə? Nə qədər açığıydısa sürgün, bir o qədər də xəlvətiydi, ay oğul! Əmin! Əmin də ordaymış, ey, kürəyimdə ağacın dalına gedib atırmış! Özü də nə? Pulemyot! Bəli!.. Hökumət heç üstünü vurmadı o işin. Demə Moskvadan qadasın aldığım o istinni bolşeviklərdən hansısa dədəsini yandırıb. Bağırovun ki, Mejdunarodnıy skandalmı istəyirsən, ayıb olmasın şalvarlarını çıxartdı Bağırovun sağ-solundakı ermənilərin. Getdi Kremli də bir-birinə vurdu. Görüm necə deyib? Hə: “Rano ili pozdno sarvyotsya etot antiturkskiy plan! Toqda ves mir poydet na nas! Yəni “Na vas!..”⁷⁰
Əmin insanlığını itirməyib, oğul!.. Otuz dörd ildə şəxsən yetirdiyi Bağ övladları getdi! Cəfər kimi pak mələk getdi! Göz yaşı qalarmı Sultanda?! Demə “bəs niyə daşa döndü?!” Deynən “nə yaxşı dözür?!.”
Səmədin fikri haçalanmışdı:
– ...Cəfər əmi də... tutulub?
– Hə də... Bədbəxt Lüt!.. Zahirən suyumsuz, daxilən Bağ övladı getdi əlimizdən. Danışardım. Qorxuram tamam-kamal bir şey çatdırammaram. Sultan özü dərs deməlidi sənə. Özü! Üz döndərmə qardaşımdan, oğul! Başqaları təki sən də mükəmməl dərs al. Bax, onda biləcəksən bu dünyanın tarixini. Yazıq Abı, “Adəm, Həvva” eşidəndə dəli olur: “Torpaqdan yaranmışıq, torpağa gedirik” deyən olanda, inanırsanmı ki, kəndin ortasında palçıq yığır ovcuna, yoğurur, başdı-ayaqlı kuklasayağı düzəldir, düşür o “torpaqdan yaranmışıq” deyənlərin üstünə: “Budu ha! Nəfəs verin, Adəm eləyin bunu, Həvva eləyin! Ər-arvad eləyin, doğsunlar, törəsinlər!..” – qan-tərə batır, daha Qudalılardan-zaddan da qorxmur, yığır cavanları, aparır dərs deməyə... Təftiş Abbasın oğlu Məmməd Xələf Zal sənnən oxuyurdu məktəbdə. Xızr Abıdan dərs alandan sonra getmədi ali məktəbə, bilirsən, şoferlik eləyir. Hünərin var get ona deynən “Bağ hara, insan hara?!”, göyə çıxar hirsindən ki, “Bağ olmuyan insan da var?!”
Səməd Mədəd oğlu Əmirli, üç qardaşın Bircə balası bu vaxta qədər bilmir ki, Bağlığından xəbərsiz insanların cəhaləti ucbatından zülm altındayıq biz!.. Sağ olsaydı, bədbəxt Lüt də belə deyərdi sənə.
Səməd duruxdu.
– Ölüb?!
Qılınc Qəhərləndi.
– Dalını Abı danışsın.
Abı da qəhərli idi. Astadan:
– Öldürüblər, – dedi. – Burda, sovetliyin üç para kəndində, bir də Qaraçöpdən, Təhlədən gələnlərimizin arasında öz rəmzlərimiz varıydı.
⁷⁰ KeQeBe-nin klubu. Elmi mənimsəyən adamlara “Varlı adam” deyirdik, mənimsəyə bilmiyənlərə, ümumiyyətlə, cahillərə “kasıb” deyirdik. Yazıblar KeQeBeyə. Məhərrəm Sultana xəbər çatdırıb ki, “Varlı”, “Kasıb” məsələsini şəxsən Mirqəzəbə çatdırıblar, Mirqəzəb də şəxsən Stalinə deyib. Təfsilatını Qurban yaxşı bilir.
Qılınc Toxtamışdı.
– Hə, bilirəm, – dedi. – Krımdan, Stalinnən görüşdən qayıdanda Mirqəzəb burda, Məhərin budkasında vaqonuna çağırıb Sultanı. İçəri girəndə yekə bir siyahı qoyub əmiyin qabağına: başda bizim bədbəxt Lüt, Qurbanlının sədri İsgəndər kişi, Tahirlinin sədri Cəbrayıl kişi... Qışqırıb ki, “Vot tvoyo istinnoye litso.⁷¹ Millionerı vse oni!” Əmin deyib: “Bunlar təsərrüfat başçılarıdı, hərəsi altmış əməkgünü alır, aylıq əmək haqları beş yüz-altı yüz manat olur”. Gözü kəlləsinə çıxıb ki, “Tı yeşşo zaşişayeş ıx? Moy rabotnik Xalıq xoroşo znayet ıx”.⁷²
Yazıq Sultan! Nələr çəkib başı!
Deyir: “Dərdimi heç kəsə açammadım, düz iki il gecə-gündüz dişimnən, dırnağımnan müdafiə elədim”... Bildirrəri elə bu vaxt, yığımqabağı, günortaüstü atın yəhərini alırdım həyətdə. Bir də gördüm əmin maşınını qoyub düzün ortasında, pay-piyada gəlir. Bir əli boğazında, o biri əli ürəyinin üstə. Dolçanı doldurdum daş suyuynan, yüyürdüm qabağına. Dolçanı aldı, başına, sinəsinə tökdü suyu. Dedi: “Sualıma cavab ver, a Qurban. De görüm, kolxoz sədrlərini müşavirə zalında sorğusuz-sualsız həbs eləyib, dustaq vaqonuna basdırsam, neylərsən mənə?” Dedim: “Gülləliyərəm səni”. Dedi: “Lüt Cəfəri də o cür basdırıb, Çax-çux Xalıqın arzusuynan, general Persin əmriynən Qudalı Rəhimi sədr təyin eləsəm, neylərsən?” Dedim: “Gülləliyərəm”. Dedi: “Yun planını yüz əlli faiz eləmək xatirinə cəmaatın evindən, körpələrin altından döşəkləri çəkib, cırıb yunu alsam, neylərsən?” Dedim: “Gülləliyərəm”. Dedi: “Onda üçqat güllələnmə düşür mənə”. Dedim: “Sən belə şey eləməzsən axı, ay Sultan!” Dedi: “Özüm elədim, ya general Persə mane olammadım, nə fərqi var?!”
Belə dərd sahibidi əmin, Bircə bala!
⁷¹ “Budu bax sənin həqiqi sifətin!”
⁷² “Sən hələ bir müdafiə də eləyirsən onları?! Mənim işçim Xalıq yaxşı tanıyır onları”.
Çox naziksən sən, mənim balam. Əmma dünyadan ayrılıbsan, yeddi ildə öz içərinnən əlləşibsən. Bakıdan gələli, bu iki gündə çəkdiyini bəlkə yeddi ildə də çəkməyibsən. Əzabını duyuram. Əzabına, işgəncənə qurban olsun Qurban əmin!.. Bağışla baş-ayaq danışıram, fikrim qarışdı bir az. Elə sözmü dedin ki, qarışmasın? “İnsan itirmişəm”... Qanan adamdan ötrü çox ağır sözdü bu. Əmindən ayırmıram mən özümü. Nə vaxt bilsəm, başa düşsəm ki, doğrudan da itirmişəm insanlığımı, o vaxt bu qoşalülənin lüləsini diriyərəm çənəmin altına, ayaq barmağımnan tətiyi basaram, məsələ qurtarar.
Kitabxana.az · https://kitabxana.az/works/isa-huseynov-suleyman-padsahin-xezinesi-11
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ürəyinin çırpıntısı necə idisə, addımlarının sürəti də elə idi.Vağzal meydançasından küçəyə çıxıb, şəhərin dəmiryolla paralel uzanan bu yeganə geniş küçəsində kazarmasayağı alçaq, boz binaların – rayon idarələrinin səkilərində dəstə-dəstə dayanmış çesuyça²⁷ kostyumlu, “səbət” şlyapalı adamlardan birinin də üzünə baxmayıb, tutqun qaşqabaqla, ağızucu salam verə-verə keçdi.
Süleyman padşahın xəzinəsi 4Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xirdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələkötür barmaqlarla Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə firlatmağı bir oldu.– Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik²⁹ qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura hökuməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan³⁰ oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!
Süleyman padşahın xəzinəsi 5Qapını Hənifə arvad açdı.Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın ortasından sallanan yeddilik lampanın³³ alovu qapının yelindən uzanıb-yaymalanıb, hisli şüşəni daha da hisləndirdi, arvad saçları dağılıb gözlərinin üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.
Süleyman padşahın xəzinəsi 6Bircə balanın kəndə getdiyini, orada Əlləzoğlunun başını yarıb şəhərə qayıtdığını eşidəndə Sultan bu xəbəri zahirən sakit qarşıladı. Səhərin alatoranında, papaq əvəzinə başında bir topa çit bozara-bozara özünü yataq otağına salıb, göyünü-kürəkənini dümsüyləyib oyadıb: – Qardaşoğlun dəli-divanədi! Çarə, dərdin alım! – deyəndən sonra Əlləzoğlu pırpız qaşların altında durğun gözlərə baxa-baxa qalıb, bu sakitlikdən heç nə anlamadı.Kürəkəninin çox qapalı adam olduğunu və qayınatasının yüz sözünə bir cavab verdiyini yaxşı bilsə də Əlləzoğlu çarpayının böyrünü kəsdirib tərpənmədi ki, əhvalatın üstündən dörd ay keçəndən sonra, nəhayət, hökmən ətraflı danışsınlar. Əmma Sultan nə orada-çarpayıda bir söz dedi, nə də yuyunub tut ağacının altında, dəyirmi stolun yanında, qarğı kresloda oturandan sonra. Niyə dillənmirdi? Nə fikirləşirdi?
Başqa şairlərin şeirləri
Bəyan eylə bu, qaliblə kitabum həmçənin xəlqə**Bir şəbi-deysur ki, sərməstani-büqayi nur badeyi-nəvamisdin məxmur və əsbabi-vəqayeyi-həvasdin məhsur idi. Ol gesəbəni-zar bir neçəyar iləç ün mahü səyyar bidarü şəb zindədar, gah mühibbi-razəsəlis vəmətlubeyi-niyazə ənis vəzəmani xümxaneyi-həsrətdin badənuşvə əşki-heyrətdin gülfüruşolub vəsaəti tərkibi-mükəvvinatdəsayiqü lahiq vətərkibi-əşkaldin nətayisi-layiq düzüb, vəqti seyri-müluk ratibəsindən mütəfəkkir vəaşiqü məşuq taifəsindin mütəzəkkir yekan-yekan tedadi-müstəidani-ferəqi-hər zaman edərkən, nagah süruşi-huşim ərseyi-xatirəbu möhməl məzmun yeritdi ki, aya nəsəhətdin müxəddəreyi-nəğli-Vərqavü Gülşa bavüsudi-sihazi-eşqihəqiqət təraz iləsəramədi-səhan vəhüsni-səmalda nəvadiri-dövrandurlar, bəzmi-məhəbbətdəüşşaqi-əzmanəsabiq vərəzmi-xüsumətdəRüstəmidastanəfayiq, meydani-hisrdəsərbazlıqlarıməşhur və əvani-zəsrdə vəfadarlıqlarımənşur. Əselle fohul, bəlağətpişeyi-farsi zəbanan valeh, qəbulifəsahətəndişeyi-türki bəyanan ədəmi-etibariləo bəyanın izdivasından xatirihəzimət vərüxsareyi-əzimət döndərüb, leyaliyi-əfkar və əyyami-emardəol bakirəyəhəmağuşvəol sovdayəhəmduşvəsami-zülal nəqllərindin badənuş olməmişlər. Bu ehmal zahiri-hal ol iki ruhə şəsereyi-məhəbbətəmüəddayixələlü pecman vəmouresi-zələlü xüsran olmağı əsəldin mizani-etibardəol kamil əyarlərin əyari-kari nöqsan vəol sərvi-sənubər nihadlar bir təərrüzibidadəulaşub hədəfi-tiri-təvəhhümi-xəta olalar. Bu haləmüqarin təlieyiilhamü iradat qəlbi-münkəsiriməbu iradət buraxdıvəgərdəni-idraki-xatirimə qəlladeyi-feyzi-izaət taxdıki, ey qəriqi-bəhri-təhəyyürü qəmanü həriqi-atəşitəfəkkürü hirman, əni Məsihiyi-natəvan, guya qayəti-qeyrətü vəfa vənəhayətiisməti-səfa rəva görməmişkim, ol pərdənişini-iffət vəbəzmi-ayini-şəhadətlərinin pərçəmi-əlamlarıhəvagir vənami-namiləri ifşapəzir olub, məhafilü məsalisdəhər bidərdədərdi-zəban vəhər naməhrəmərətbül-lisan ola. Nişəkim bu əzmandəçehreyi-müsameəhelyeyi-vəfa bədəlinəarayişinifaq düzülmüşvəsilsileyi-vəsləti-həqiqət təlsiq vəiqdi-əqidəti-məvəddət tənsiq bilkülliyyəüzülmüş, meyi-məhəbbəti-həqiqi, badeyi-məvəddətiməsaziyəzirdəst vənəşeyi-üzubəti-sami-ələst mərarəti-xümari-küdurətdən pəst olmuş. Çün il iki sitəmrəsideyi-aləmşühud gövhərləri ziar vəsövhərləri vəfadar vəalimiqdar idi, fələki-kəsrəftar ki, lazal işi, dəvarişi qəddarlıq və
YarMən nəhani sizə qonaq gəlmişəm,Dur bağçada sallanıban dolan yar,
Sirri-eşqi demək olseydi, nihan etməz idimSirri-eşqi demək olseydi, nihan etməz idim,Dəxi gizlin bu qədər ahu fəğan etməz idim.
Gəraylı: Xalxalın göy çəmənindəXalxalın göy çəmənində,Bir qara tel pəri gördüm,