Qonağıyam
Cəhridən yuxarı, dağdan aşağı,“Payızçay” bağların gümüş qurşağı,Tüstüdən çatılır göy qovuşağı,Ocaq qonağıyam, göz qonağıyam.
Nə deyim, nə deyim, mən oxucuma;Xoşdur ovçu ata, kola ov cuma.Kəhriz buz suyunu süzür ovcuma –Bilir ki, bu yerin söz qonağıyam.
Söyüdlər telini tökür üzümə,Çiçəklər boy atır, qalxır dizimə.Cəvizlər, əriklər baxır gözümə,Bir dünya baxımlı göz qonağıyam.
Qələmə deyiləm, yelsiz əyiləm,Gərək meyvə kimi şirin yeyiləm.Mən şair İslamam, özgə deyiləm,Payız meşəsinin öz qonağıyam.
Kitabxana.az · https://kitabxana.az/works/islam-seferli-qonagiyam
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Sevgilim əyninə yaşıl geyinmiş,Sallanışı sərvi-çəmən kimidir.
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm
DüşmüşəmEy Leyli, mən səni görəndən bəriMəcnun olub biyabanə düşmüşəm.
Ağ gül, qırmızı gül, illah sarı gülYarın bağçasında üç gül açılıb,Ağ gül, qırmızı gül, illah sarı gül.