2
Səhifə 3 / 3 · 67%
Xeyli keçdi. Hamının susduğunu görən Kazım irişərək Kosaoğluya yalmandı:
– Lap ürəyimdən tikan çıxartdın. Elə səndən qabaq da burda artıq-əskik danışırdı.
Kosaoğlu: "Hələ harasıdır! İclasda danışmağı mən ona öyrədərəm. Başına bir oyun açım ki, yarandığına peşman olsun" - deyə ürəyindən keçirdi, sonra da ucadan əlavə etdi:
– Ə kişi, demaqoqlar olmasa, dolanmağa nə var? Zalım oğlu çənəsini boş qoyub, ağzına gələni danışır.
O, məxmər köynəyinin döş cibindən zənciri sallanan gümüş saatını çıxarıb baxdı. Bir az sakitləşəndən sonra üzünü İmrana tutdu:
– A bala, sən belə şeylərə məhəl qoyma, evləri yıxılmışlar aman verirlər ki, adam bir düz-əməlli iş görsün? Qapıdan girən kinü zəli olub yapışırlar boğazımıza. Mən də ki, axır vaxtlar bir az komhövsələ olmuşam, hə... Söylə görək nə var, nə yox? Yəqin anana baş çəkməyə gəlibsən. Sözün düzü, iş-güc başımı o qədər qatıb ki, heç gedib arvadın halını-zadını da xəbər ala bilmirəm. Anan necədir?
– Çox sağ ol, yaxşıdır.
– Yaxşı olsun. Amma daha sən də onu tək qoyma. Qoca arvaddır.
Yanına apar, qoy ömrünün axırına yaxın beş-on gün dincəlsin.
– Mənim də fikrim elə idi. Ancaq deyəsən, tərsinə oldu. Mən anamın yanına gələsi oluram.
– Nə olar, lap yaxşı. Kənddə çoxmu qalacaqsan?
– Deyəsən, daha həmişəlik qalacam. Anam da ayrılığa dözmür.
Kosaoğlu gözlərini qıyıb fikirli-fikirli İmrana baxdı.
– Ə, yoxsa kənddə işləmək istəyirsən?
– Beli.
– Sənə çətin olmazmı, a bala? Oxumuş adamsan, kənddə-kəsəkdə dolana bilərsənmi?
– Niyə dolanmıram, kəndçi balası deyiləmmi'?
– Orası elədir... - Kosaoğlu səsini uzatdı.
Ortalığa sükut çökdü. Sədr İmranın nə üçün kəndə gəldiyini başa düşsə də, söhbətə əvvəlcə başlamaq istəmirdi, gözləyirdi ki, İmran özü söz açsın, kolxozda ona bir iş düzəltməyi xahiş etsin. Belə olsa, Kosaoğlunun dili onun üstündə uzun olardı. Əslinə baxsan, Kosaoğlu İmranın heç burada qalmasını istəmirdi. Onun, ümumiyyətlə, oxumuş adamlardan xoşu gəlmirdi. Onlarla bir az söhbət edəndə özünün çox şeyləri bilmədiyini hiss edirdi. Qəlbinin dərinliklərində bunu etiraf etsə də, üzdə özünü şax tutur, arabir də zarafata salıb "indiki oxumuşların yüzünü suya susuz aparıb, susuz da qaytararam" - deyirdi. İndi o, qarşısında oturan İmranı gözucu süzüb öz-özünə düşünürdü: "Nə olsun ki, diplomu var. Yenə də ki, işi məndən keçir. Boynunu büküb əlimin altında işləmək istəyir. İstəsəm heç kolxoza yaxın qoymaram, istəsəm birtəhər yola verib dolandıraram". Bu cür fikirlər içərisində sükut edən Kosaoğlu, nəhayət, dilləndi:
– Neylək, bala, gəlibsən, yaxşı eyləyibsən. Bir az dincəl, sonra fikirləşərik, hər halda səni işsiz qoymaram. Bir yerə düzəldərəm.
– Burada fikirləşəsi bir şey yoxdur, Qurban qağa, - İmran gülümsündü və əlini qoltuq cibinə salıb bir kağız çıxartdı, - buyurun.
– Bu nədir?
– Təyüınamədir.
– Hə... - deyə Kosaoğlu səsini uzatdı və dərhal ciddiləşib kağızı gözlərinin qabağına tutdu. Xeyli baxdıqdan sonra orada yazılanların və möhürün doğru olub-olmadığını yoxlayırmış kimi kağızı bir-iki dəfə o üz-bu üzə çevirdi. Sonra nəzərlərini kağızdan çəkib İmrana baxdı.
İmran meşin paltosunun yaxasını açıb oturmuşdu. Onun zil qara saçları dağılıb alnında qıvrım-qıvrım olmuşdu. Qaşları qalın və çatma idi. Sol qaşının qurtaracağında balaca çapıq vardı.
İmranın gözlənilmədən, Kosaoğlundan xəbərsiz təyinnamə alıb gəlməsi sədri qəzəbləndirdi. "Üz-gözündən də zəhər tökülür. Elə baxır ki, elə bil dədəsi Səmədi mən öldürmüşəm. Mənim elə o ildən bundan zəhləm gedir. Uşaq ola-ola məni iclasda biabır elədi, sonra da götürüb qəzetdə yazdı. Gərək elə ondaca dərsini verəydim. Yox, Kosaoğlu, onun uşaqlığına baxma, bu gün ağranom olan, sabah ayrı fikrə də düşər. Yaxşısı budur indidən gözünün odunu al. Qoy çıxıb getsin. Ancaq necə?.." - deyə xəyalından keçirdi.
İmran qaşlarını düyünləyib gözlərini sədrə zillədi. Onun iti və kəskin baxışları Kosaoğlunun nəzərlərilə qarşılaşdı. Onlar bir-birini sınayırmış kimi, xeyli beləcə dayandılar. İmran sanki onun qəlbindən astar keçdiyini gözlərindən oxumaq istəyirdi. Kosaoğlu onun kəskin baxışlarına tab gətirə bilməyəcəyini hiss etdisə də, özünü sındırmaq istəmədi. Kişiyə elə gəldi ki, İmranın baxışları onu nizə kimi deşib o üzə keçir. Hətta o, bir az özünü itirən kimi oldu. Kosaoğlu hələ bu cür kəskin və sərrast baxış görməmişdi: "Bundan yaxşı silistçi olarmış. Az qalır gözləri ilə adamı yesin", - deyə düşündü. Düşündüklərini büruzə verməmək üçün zorla da olsa gülümsündü:
– Demək belə, mənim kolxozumda işləmək istəyirsən.
– Bəli, öz kolxozumuzda...
– Çox yaxşı... Amma bir şeyi pis eləyibsən. Adam böyüyə gənəşmədən iş tutmaz. Gərək əvvəlcə mənim yanıma gələydin. Bəlkə mən səni heç işə götürmək istəmirəm.
– Niyə ki? - deyə İmran təəccübləndi.
– Bunun niyəsi yoxdur ki, - Kosaoğlu ciddiləşdi. Mənim kolxozum rayonda on böyük kolxozdur. İşimiz ağırdır. Belə bir kolxozda işləmək sənə asan gəlməsin, bala. Bu gün-sabah yaz gəlir. Bunun əkini var, səpini var. Belə işlərə saç-saqqal ağartmış adam lazımdır. Bir də, mənim öz ağranomum pis deyildi. Dünya görmüş adamdı.
Bərkdən-boşdan çıxmışdı. Amma sən...
– Qurban qağa, görürəm məni uşaq hesab edirsiniz. Ancaq...
Kosaoğlu onun sözünü yarımçıq kəsdi:
– Uşaq olmayanda nəsən, ə, dünənəcən buralarda baldırı açıq gəzmirdinmi? Yadındadırmı bir dəfə uşaqları da başına yığıb arxda çimişirdiniz? "Ayə pambığın suyunun qabağını niyə kəsibsiniz" – deyib üstünüzə cumanda hərəniz bir tərəfə dağıldınız. Sizi atın qabağına salıb kəndin arasında çılpaq qovduğum yadından çıxıbmı?
Kosaoğlu qəhqəhə çəkib güldü. İçəridəkilərdən də ona qoşulanlar oldu. İmran azacıq pərt olsa da, özünü itirmədi. Papiros çıxarıb yandırdı. Güldükcə qarnı qalxıb-enən Kosaoğlunun sakitləşməsini gözlədi.
– Elə bilirəm, hamının baldırıaçıq vaxtı olub.
Kosaoğlu gülməyinə güclə ara verdi. Cibindən iri bir dəsmal çıxarıb əvvəlcə gözlərini quruladı, sonra da burnunu bərkdən silib otağa səs saldı.
– Ona sözüm yoxdur, oğul, ancaq sən mənnən elə danışdın ki, gülməyim tutdu. Hə... nə isə, zarafat öz yerində, iş də öz yerində. Demək, kəndə işləməyə gəlibsən?
– Bəli, Qurban qağa, mən MTS-ə gedən kimi "İyirmi altılar" kolxozunu məsləhət gördülər. Mən də əmri alıb gəldim.
Kosaoğlu papağını çıxarıb qıraq başını övkələdi. Sonra da asta-asta sözə başladı.
– Daha keçib, nə deyirəm?! Ancaq, başına and olsun ki, düz sözümdür, başqası olsaydı, heç ayağını kəndə basmağa qoymazdiın. Ancaq sən öz uşağımsan. Ətini yesəm də, sümüyünü atmaram. Bir də ki, rəhmətlik dədən Səmədlə duz-çörək kəsmişik. O haqq-salama görə gərək sənə kömək edəm. Fikir eləmə, həmişə gözüm üstündə olacaq. İşimiz ağır olsa da qorxma. Qurban qağan ölməyib ha! Bilmədiyini də öyrədərəm, işləyərsən. Yaxşı, havaxt işə başlamaq istəyirsən?
– Elə günü sabahdan.
– Hm... Onda tapşıraram sənə bir at da verərlər. Atminə bilirsənmi? Ə, yoxsa şəhərli olub gedibsən?
– Nədeyim... Atı minməkasandır. Amma qorxuram dəli at ola, mən də sizin gününüzə düşəm. Yıxılıb qabaq dişimi sındıram.
Kosaoğlu üz-gözünü turşudub dilinin ucu ilə qabaq dişinin sınıq yerini yoxladı və dərhal müharibədən əvvəlki bir hadisəni yadına saldı. O zaman onu kolxoz sədrinə müavin seçmişdilər. Kosaoğlu sədrdən, özündən əvvəlki müavininin ayağı şəkil kəhərini istəmiş, elə idarənin qabağındaca sıçrayıb atın belinə qalxmışdı. Ancaq beş-on metr getməmiş at şahə qalxıb onu yerə çırpmışdı.
Bunları xatırlayan Kosaoğlu fikrə getdi: "Məni at yıxdığı necə də yadında qalıb! Üz-gözündən çoxbilmişə oxşayır. Elə düz başa düşmüşəm. Deyəsən farağat duran deyil. İndidən köhnə sandıq içi tökür". Birdən onun rəngi ağardı, ölü sifətinə düşdü. Elə bil ürəyinə buz bağladılar. Canına titrəmə düşdü. Kürkünü çiyninə salıb təlaşla İmrana baxdı. Sanki bu baxışları ilə onun qəlbinə girmək, "söylə, özgə nə bilirsvin? Məndən nə eşidibsənsə hamısını söylə ki, ürəyim dincəlsin" - demək istəyirdi. Elə bil köhnə bir yarasının qaysağını qopartdılar. Kosaoğlu acı alma kimi bürüşdü: "Bəlkə elə onu da bilir?" - deyə düşündü.
Nəhayət, Özünü toxtatdı. Gizlincə ətrafdakılara baxdı. İmranın sakitcə gülümsündüyünü görüb özünü danladı: "Mən də lap kölgəmdən ürkürəm, o nə uşaqdır ki?" Kosaoğlunun rəngi özünə gəlməyə, sifəti yavaş-yavaş qızarmağa başladı. O, dəsmal çıxarıb alnını sildi.
– Afərin! indi bildim ki, Səmədin oğlusan. Atan kimi dil altında qalan deyilsən. Nə deyirəm! Gəlibsən, lap yaxşı eləyibsən. Əl-ələ verib işləyərik. Ağranomun öz uşağımız olması daha yaxşıdır.
...İmran gedəndən sonra Kosaoğlu özünü xeyli ələ ala bilmədi. Dalbadal iki papiros eşib yandırdı.
Stolun siyirməsini çəkib kağızları eşələdi, qarşısındakı qəzetləri dəstələyib götürdü, sonra yenə kürkünü çiyninə salıb ayağa durdu. Qapının ağzında məktəb direktoru ilə qabaqlaşdı.
– De görüm, nə istəyirsən?
– Odun, - deyə müəllim qısaca cavab verdi, - məktəbin odunu azalıb, hava da ki, bir təhərdi.
– Odun yoxdur, az yandırın.
– Axı uşaqlar soyuqda dərs oxuya bilməz.
– Mən neyləyim?
– Heç nə, məktəbə borclu olduğunuz odunları verin. Sizdən başqa bütün kolxozlar odun verib. Bizim sovetlikdə bircə siz qalıbsınız.
– İndi bu qarda, boranda mən odunu hardan alım? Bir təhər dolanın, görək hava açılarmı.
– Axı bu işi gərək vaxtında görəydiniz.
– İndi bizi öldürməyəcəksiniz ki, ay direktor?
– Mən adam öldürən deyiləm.
– Yaxşı!.. Bir az möhlət verin, tapıb düzəldərik.
– Yoldaş sədr, bax axırıncı dəfə deyirəm. Əgər bir həftəyə odun gətirməsəniz, məndən inciməyin.
– Şikayət eləyəcəksən?
– Lazım gəlsə.
– Hm... Şikayətdən nə çıxacaq, balam? Rayona məlumat verəcəksən. Onlar da çağırıb işi yenə mənə tapşıracaqlar. Yaxşısı budur nə özünü, nə bizi dağa-daşa sal. Düzəldərik.
Müəllim daha bir söz deməyib getdi.
Kosaoğlu kürkünü geyib maşına oturdu. "Pobeda" qarı tozlayaraq kənd yoluna çıxdı. İdarənin eyvanında dayanan Kazım rayon mərkəzinə doğru irəliləyən maşının arxasınca baxıb, çiynini çəkdi. "Görəsən, belə tələsik haraya getdi?"
Kitabxana.az · https://kitabxana.az/works/ismayil-sixli-ayrilan-yollar-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Həsən ağa eyvanı Kürə baxan evlərinin həyətində odun yarırdı. Havanın sazaq, ətrafın qırov olmasına baxmayaraq enli kürəyinin ortası tərləmişdi. Ələddinin səsini eşidəndə baltanı kötüyə sancıb dikəldi. Gödəkcəsini çiyninə saldı, ağır-ağır doqqaza doğru addımladı.– Niyə orda durubsan?
I fəsil, 2Həsən ağa ətrafa səpələnmiş quru budaqlardan bir qucaq yığdı, gətirib meyitin yanında yerə tökdü. Əlləri əsə-əsə ciblərini axtardı. Kibrit çıxardıb ocaq qaladı. Meşəyə qızıl dilli alovun işığı yayıldı. Sonra iri bir kötüyü sürüyüb ocağa qoydu. Bir xeyli çartıltıyla yanan odunlara baxdı.Alan yerə yatdı. Qabaq ayaqlarının üstündə, xəzəli xışıldada-xişıldada, zingildəyə-zingildəyə meyitin bərabərinə qədər süründü. Onu imsilədi və birdən dik atılıb geri sıçradı. Həsən ağa dolmuşdu. Başını əlləri arasına alıb, için-için, korun-korun ağladı. Elə bil Alan bunu başa düşdü. Ulamasına ara verib təzədən yerə yatdı. Bu dəfə sürünə-sürünə Həsən ağaya yaxınlaşdı. İtin zingiltisini eşidən kişi əlini onun başına çəkdi. İt özünə həyan tapmış kimi sivişib ona lap yaxınlaşdı. Quyruğunu buladı, Həsən ağanın bədəninə qısıldı. Hər ikisi titrəyirdi. Həsən ağa itin bu hərəkətindən ürəkləndi, özünə həmdərd tapmış kimi oldu. Bədəninin titrəməsi azaldı. Əlini əsim-əsim əsən Alanın başına çəkdi. "İndi nə eləyək, Alan, bu dərdi kimə söyləyək? Özün gördün ki, məndə günah olmadı, bədbəxt oğlunu əcəl çəkib bura gətirdi! Özünün də evini yıxdı, mənim də. İndi mənə kim inanacaq?". Kişinin yanaqlarından yaş yuvarlandı. Elə bil Alan da ağlayırdı, ocağın işığında gözləri parıldayırdı.
I fəsil, 3Şəmiddin ağa meyitə yaxınlaşdı. Diz çöküb ocaq işığında ala-bula görünən sifətinə baxdı. Əlini meyitin üzünə çəkdi. Onun təzə pencəyini, təzə şalvarına, təzə çəkmələrinə təfərrinc etdi. "Zalım balası elə bil toya yox, ölümə hazırlaşırmış", - deyə ürəyindən keçirdi. Düz bir ay qabaq Ələddini özü şəhərə aparmışdı. Gəlinə də, Ələddinə də paltarları özü almışdı. Elçiliyə də özü getmişdi. Ələddin onun gözü qabağında böyümüşdü, onu doğma balası kimi istəyirdi. Düz bir həftədən sonra toyunu edəcəkdilər. Çıraq uşağı da, Alqazaxlılar da məsləhətləşmişdilər ki, mahalın ən mahir zurnaçısı Hümməti gətirsinlər, hətta beh də vermişdilər. Aşıq Qarnet də bığını eşə-eşə sazını kökləyib gözləyirdi. Qohum-əqrəba, kəndin bütün qız-gəlini əllərinə xına yaxıb oynamağa hazırlaşırdılar. Şəmiddin ağa kövrəldi. Ayağa durdu. Atın cilovundan yapışdı. Büzüşən qardaşına baxdı.– Sən burda qal.
I fəsil, 4Güllü xanım Çıraqlılar nəslini çox yaxşı tanıyırdı. Hələ bu evə gəlin gəlməzdən əvvəl, döşü-başı yenicə çıxıb qız həddinə düşən vaxt gördüyü bir əhvalatı yadına salanda indi də başının tükü qarsıyıb yumağa dönür.Naltökən yaylağına getmişdilər. Noylu bulağın üst tərəfində, yaşıl döşdə, məhəllə-məhəllə dəyə tikmişdilər. Gün çıtdayan kimi sığirçılar mal-qaranı haylayıb örüşə aparırdılar. Qız-gəlin ise Noylu bulağın üstünə tökülür, əl-üzlərini yuyub sığallanır, sonra da sənəklərini diş göynədən bumbuz su ilə doldurub dəyələrə qayıdırdılar. Mal-qara örüşdən qayıdana qədər samovar qaynayır, çay dəmlənir, stəkan-nətbəki dəyənin içində açılmış süfrəyə düzülürdü. Səhər tezdən qoyun-quzuya baş çəkməyə gedən atlı kişilər binələrə qayıdanda hər şey hazır olurdu.
Başqa şairlərin şeirləri
Hər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
Bu günBaşına döndüyüm ay Mah xanım,Ol güllü bağlara varmışam bu gün
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,
Bir də baxsan mənəBaxışın qəlbimi incitmişdir;Bu baxışdan, bu duruşdan əl çək.