Səhifə 1 / 2

Kosaoğlu oturmaq istəmədi. Otağın ortasında dayanıb, etinasızcasına divardakı şəkillərə, kitab şkafına, qalaq-qalaq yığılmış qəzetlərə, kilabçalara baxdı. O özünü elə aparırdı ki, guya buraya təsadüfən gəlmiş və bir-iki dəqiqədən sonra çıxıb gedəcəkdir. Nəsib dayı da ona fikir vermir, qəzetləri çevirib nə isə axtarırdı. Onlar zahirən özlərini nə qədər laqeyd aparsalar da, bir-birini gizlin-gizlin süzür, hər kiçik hərəkəti belə gözdən qoymurdular. Kosaoğlu idarədəki qəzet və kitabları nəzərdən keçirdikdən sonra acı-acı gülümsədi. "Bu kişi təzədən alimmi olacaq, bu qədər kitab-dəftəri neyləyir?" - deyə fikirləşdi. Özünü saxlaya bilməyib soruşdu:

– A Nəsib, bu kağız-kuğazla əlləşməkdən doymadınmı? Elə mən gözümü açandan səni belə görmüşəm.

Nəsib dayı Kosaoğlunu yenicə görürmüş kimi dedi:

– Niyə ayaq üstə durursan? Otur, bir az söhbət eləyək.

Nə söhbət eləyəcəyik?

– Tapılar. O qədər iş-güc var ki.

Kosaoğlu könülsüz stul çəkib əyləşdi. Nəsib dayı stolun siyirməsini açıb papiros çıxartdı. Papirosu barmaqları arasında tutub fikirli-fikirli yumşaltmağa başladı. Deyəsən, söhbətə necə başlayacağını bilmirdi. Əlbəttə, o birdən-birə əsl məsələyə keçə bilərdi, ancaq belə etmək istəmirdi. Ümumiyyətlə, Nəsib dayı sözün, təbliğatın gücünə inanırdı. O həmişə ən çətin, mübahisəli məsələləri də sakitliklə həll etməyi lazım bilirdi. Onun əqidəsincə, bəzi adamlar iş başına keçəndə, onlara verilən hüquq və imtiyazları görərkən özlərini itirir, bütün bunların nə üçün verildiyini, xalqa xidmətin, xalq etimadının nə demək olduğunu unudurlar. Onlara elə gəlir ki, hamıdan güclü və ağıllıdırlar. Özlərini yüksək rütbədə görəndə gözləri ayaqlarının altını seçmir, başları hərlənir və gec-tez bu bədgümanlığın qurbanı olurlar. Nəsib dayı düşünürdü ki, vəzifədən havalanmaq, bəzən iş üçün çox faydalı adamları belə məhv edir. Buna görə də özünün dediyi kimi, "yolunu azmış adamları" hövsələ ilə başa salmağa çalışırdı. O, Kosaoğlunu da bu cür yolunu azan adamlardan hesab edirdi.

O bir neçə dəfə Kosaoğlu ilə təklikdə söhbət eləmişdi. Lakin görünür, deyilən sözlər təsirsiz qalmışdı. İndi Nəsib dayı Qurbanla axırıncı dəfə söhbət eləmək istəyirdi. Amma söhbəti İmrandan başlayacağını bilmirdi. Uzun sükut Kosağlunu darıxdırdı.

– Ə, nə fikrə gedibsən?

– Heç, ötən günlər yadıma düşdü.

Nəsib dayı papirosunu çəkib dərindən nəfəs aldı.

– Səndən bir şey soruşmaq istəyirəm.

– De görüm!

– Camaatın hörmətini necə qazanmaq olar?

Gözlənilməz sual Kosaoğluna yersiz və gülməli gəldi.

– Bu nə deməkdir, zarafat eləyirsən?

– Yox, düz sözümdür.

Kosaoğlu diqqətlə müsahibinə baxdı və laqeydliklə sözə başladı:

– Deyəsən, sən dünyadan xəbərsizsən. Nə hörmətbazlıqdir, ə!

Dünyada heç kəs heç kəsə boş-boşuna hörmət eləməz. Kim ki birindən asılıdır, ona işi düşüb, ondan qorxur, hörmət də eləyir. Uşaq nədi, ona da gözünü ağartmasan, sözünə baxmır. El içində hörmətinin olmasını istəyirsənsə, gərək özünü göstərəsən, gərək səni saysınlar. Boş yerə deməyiblər ki, ilan ulduz görməsə ölməz. Yoxsa işmi gedər? İllab da bizim camaatla...

– Sənin sözündən belə çıxır ki, hamını döymək, qorxutmaq lazımdır?

Kosaoğlu Nəsib dayının söhbəti hara gətirəcəyini duyub ehtiyat etdi:

– A kişi, sən mənim sözümü niyə pis yerə yozursan? Mən deyirəm ki, gərək böyük-kiçik olsun. Səni iş başına qoyanda bir az zəhmli olasan. Mənim ölüvay adamdan xoşum gəlmir.

– Evdə də beləsən?

– Necə?

– Uşaqlarını qorxudursan?

– Nə demək istəyirsən?

– Bilmək istəyirəm ki, sənin uşaqların səni sevirmi?

– Uşağın ağzı nədir atasını sevməsin, ə! Mənim yanımda cırıqırlarını çəkmirlər! Bir dəfə gözümü ağardanda siçan deşiyini satın alırlar.

– Sən də buna məhəbbət deyirsən?

Kosaoğlu çiyni atıla-atıla güldü.

– Ay Nəsib, sən də lap gülməli adamsan. Bu sözləri bir evli-eşikli, arvadlı-uşaqlı adam desəydi, dərd yarı idi. Mən də deyərdim başına gəlib. Ə, Həcdən gələn mən, xəbər verən sən?

Nəsib dayı azca tutuldu. Kosaoğlunun nəyə işarə etdiyini anlasa da, üstünü vurmadı və birdən-birə söhbəti dəyişdi:

– Əsgərlikdə olduğun günləri yada salirsanmı?

Kosaoğlu diksindi. Bir-iki dəfə udqundu, gözlərindən ani bir kölgə keçdi.

– Nə olub ki?

– Komandirlərin yadındadırmı?

– Olanı da var, olmayanı da.

– Hansı komandiri çox sevirdiniz?

Kosaoğlu sakitləşdi.

– Komban.

– Niyə?

– Necə niyə? Yaxşı adam idi. Həmişə saldatın dərdinə qalırdı. Onun səsi gələndə aşpazlar tir-tir əsirdilər ki, xörək pis olsa, atamızı yandıracaq. Çox vaxt da elə bizimlə yeyib-içirdi.

– Demək, camaatla öz arasında ayrı-seçkilik qoymurdu, ona görə də hörmət eləyirdiniz?

– Heç, bir sözünü iki eləyən vardı ki!..

Nəsib dayı kələfin ucunu tapıb sevindi:

– Bəs sən neyniyirsən? Heç xəbərin varmı ki, camaatdan ayrı düşübsən?

– Səhərdən mus-mus deyincə, bir yolluq Mustafa de, mən da başa düşüm də.

– Dərd ondadır ki, başa düşmək istəmirsən!

– Mən neyləmişəm ki, ə? - Kosaoğlu əsəbiləşdi. - Kimdən geriyəm? Planı vaxtında doldurmuşam? Hazırlıqları vermişəm? Daha nə istəyirsən? Rayonda hamı mənim kolxozumu tərifləyir, sən də gündə cəfəngiyat açırsan! Mən səndən ötrü uşaq-muşaq deyiləm ki, hər gün üzümü danlayasan. Mən öz işimi çox yaxşı bilirəm.

– Plan... Bir şey olan kimi plandan yapışırsan. Əvvəla, o planı sən ödəməyirsən. İkinci, plan ödəməklə iş qurtarmır. Əsas məsələ plan ödəyən camaatın qeydinə qalmaqdır.

– Ə, elə mən də camaatdan ötəri çalışmırammı?

– Çalışmağına sözüm yoxdur. Amma, axı biz belə danışmamışdıq.

Özün mənə dedin ki, Nəsib, gəl əl-ələ verək, işləyək. Məsləhətsiz iş görməyək. Amma belə getsə, deyəsən, aramız dəyəcək.

– A kişi, ortada nə var ki, dava-dalaşdan söz salırsan? Bir də mən belə şeylərdən qorxan deyiləm. Nə olub?

– O gün Kərim kişini niyə bihörmət edibsən, heç sənə yaraşarmı?

– Günah özündə oldu.

– Yox, Qurban, günah bizdədir. Axı, camaat bizə ümid eləyir. Bizi özünə ağsaqqal seçib. Anbar dolu ola-ola, indiyə qədər taxıl niyə paylanmasın? Niyə Kərim kişi əlində ərizə səndən avans istəsin, sən də ona artıq-əskik söz deyəsən? Axı onun anbarda halalca taxılı var. Heç bilirsənrni sənin bıı hərəkətlərin hara aparıb çıxardır?

– Hara aparıb çıxardır?

– Düşmənçiliyə!.. Sən belə hərəkətlərinlə camaatı partiyamızdan, dövlətimizdən narazı salırsan. Bu saat bütün diqqət kəndə, kolxozlara verilir, Yeni maşınlar, mütəxəssislər göndərilir. Sən isə söz deyəndə sinənə döyürsən, deyilənə qulaq asmırsan.

– Sən də hər şeyi şişirtmə görək, Kərim kişi köhnənin demaqoqudur.

– Yox, Kərim kişi demaqoq deyil. O, sözü adamın gözünün içinə deyir. Sənin də bundan xoşun gəlmir. Tənqidi sevmirsən, çünki yarana toxunur.

– Tənqidi kim sevir ki, mən də sevəm?

– Sevmirlər, ancaq nəticə çıxardırlar. Bəs Zeynəbi niyə manqabaşçılığmdan çıxardıbsan?

– Ay Nəsib, sən də adam sözü danış. O ki allahın dəlisidir.

– Qurban, adam da elə qoçaq qıza dəli deyərmi? Kosaoğlu başını aşağı salıb papirosıınu sümürdü. Nə cavab verəcəyi haqda fikirləşdi. Əvvəlcə qalxıb gəlmək, "sən kimsən ki, mənim işimə qarışırsan, sədr mənəm, özüm bilərəm" – demək istədi. Ancaq fikrindən daşındı. Axır vaxtlar o, yeri gələndə ehtiyatla iş görməyin lazım olduğunu yəqin etmişdi. Buna görə də kimlə, harada nə cür danışmağı Ölçüb-biçirdi. Tez-tez "ovu barəsində vurmaq lazımdır, - deyirdi. - Yoxsa hər şey korlanar. Dünya siyasət dünyasıdır". O indi də siyasət işlətməyi lazım bildi. Çünki partiya təşkilatçısı ilə aranı vurmaq istəmirdi. O, Nəsibin yumşaq xasiyyətli olsa da, yeri gələndə sözündəıı dönmədiyini çoxdan bilirdi. "Nəsib koramal kimi adama dəyməz, dəyəndə da tas-tas edər".

Kosaoğlu fikirləşdi ki, arada söz-söhbət olsa və bunlar rayona gedib çıxsa pis olar. "Sabah mənim namizədliyimi bir yerə versələr, irəli çəksələr, ağzıgoyçəyin biri bunları yada sala bilər. Çibin murdar olmasa da könül bulandırşr". Son vaxtlar, belə məsələlər meydana çıxanda Kosaoğlu deyirdi: "Evimizin sirrini niyə çölə salaq?" O çalışırdı ki, qazandığı ad-san, hörmət yox olmasın. O sakitcə:

– Yaxşı, indi mən neyləyim? - dedi. - Sən də partkomsan. Nəsib dayı, sözlərinin ona necə təsir etdiyini yoxlayırmış kimi diqqətlə Kosaoğluna baxdı. Əlindəki sönmüş papirosu peçin içinə atdı.

– Mən hər şeydən əvvəl, məsləhət görürəm çox oxuyasan. Bir qəzetlərə bax, jurnallara bax, gör dünyada nələr olur.

– Məni də öz gününəmi salmaq istəyirsən? - deyə Kosaoğlu gülüb vəziyyətdən çıxmaq istədi. – Bilsəm ki, oxumaqla kolxozun işi düzələcək, gecəni gündüzə qataram.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

28

Gecədən xeyli keçmiş itlər hürüşdü. Doqqazdan səs gəldi. Axır günlər səksəkəli olan Kosaoğlu yerindən dik qalxdı, döyükmüş halda pəncərədən boylandı, səsə qulaq asdı. Bir azdan Sayalı içəri girdi.– Kimdir?

19544 dəq
29

İmran evə qədəm basan kimi anasının yoxluğunu bütün dəhşəti ilə hiss etdi. Toyuq-cücə həyətə səpələnmişdi. Eyvan süpürülməmişdi. Ocaq yerindəki daşlara, divara söykədilmiş saca əl dəyməmişdi. Səhəng boş idi. Taxtın üstü səliqəyə salınmamışdı. Ev buz kimi idi.İmran sakitcə taxtda oturdu. Hara baxdısa, anası gəlib gözünün qabağında dayandı. Ona elə gəldi ki, anası bu saat qaynamış samovarı içəri gətirəcək, süfrə salacaq, qonşu otaqdan Nərgiz çıxıb gələcək, yenə oturub birlikdə, deyə-gülə çörək yeyəcəklər...

19542 dəq
Namus qaçağı

O dayandı. Nəfəsini dərib şaxtadan qıpqırmızı olmuş əllərini hovxurdu. Ağzından, burnundan çıxan isti nəfəs dağ çəni kimi ətrafa yayıldı. Dönüb aşağı, dərədəki kəndə baxdı. Yastı-yapalaq evlər qarın altında qalmışdı. Bacalardan qalxan şəffaf-maviyə çalan tüstülər havada laylanmışdı. Hər yer ağ örtüyə bürünmüşdü. Yol-iz çoxdan itmişdi. Dağlara bu il yaman qar düşmüşdü.Onun toyu idi. Bu axşam mağar başlamalı idi. Samanlığı süpürüb təmizləmişdilər. Döşəməyə ot sərib üstünə kilim salmışdılar. Pərdilərdən otuzluq lampalar asılmışdı. Bacaları basdırıb peçləri qalamışdılar ki, içəri isti olsun.

198221 dəq
Namərd gülləsi

Dostum Hüseyn Arifə*Niftalı koxa at;n örüşünü dəyişəndə bir istədi yəhəri-yüyəni də alsın, əvvəllərdə olduğu kimi, arxın suyu ilə belinin tərini yusun, amma fikrini dəyişdi. Atı elə yəhərli-yüyənli örüklədi, həm də örüyü bir az da yaxına, arxın alt tərəfinə çəkdi. Bilirdi: hava isti idi, at qan-tər içindəydi, amma əlacı yox idi. O, əvvəllər atını hara gəldi örüklər, örüşünü də tez dəyişərdi, qoymazdı ki, tərləsin. Yəhərini götürərdi ki, at nəfəsini dərsin, istəyəndə otlasın, istəyəndə kişnəyib şahə qalxsın, istəyəndə mıxı qopardıb ilxıya cumsun. Qaynar gözlü kəhərin işıldayan dərisinə, səyriyən sağrısına, qız teli kimi yumşaq yalına baxmaqdan doymayan Niftalı çox vaxt atı yalmanlayıb belinə qalxar, birbaş Kürə sürüb çimizdirər, çox vaxt da yalına yatıb o üzə adlayardı. O vaxt özünün də, atının da qorxusu-hürküsü yoxdu. Həm cavan idi, həm də... Amma indi, illah da koxalığa keçəndən sonra, səksəkəli yaşayırdı...

198711 dəq

Başqa şairlərin şeirləri