7
Səhifə 2 / 2 · 50%
– Zərər çəkməzsən, işə də köməyi olar.
Kosaoğlu bu söhbətdən darıxdı.
– Yaxşı, deyirsən Zeynəb öz yerində qalsın, hə? Axı mənim ondan zəhləm gedir. Elə dəli keçi kimi ortada hərlənir. O gədəni də yoldan çıxardır. Hara gedirəmsə bir yerdə görürəm. Qulağıma artıq-əskik soz dəyir. Deyəsən, İmran da ona uyub. Öz iş-gücünü bir yana buraxıb, dərə-təpə gəzir. Nə bilim bağ belə gəldi, bostan belə getdi, klub yoxdur, anbarı açılmır. Axı ona nə var? Bunların hamısını onun qulağına pıçıldayan Zeynəbdir. Ağzını farağat qoymur. Bilmirəm, sən də onun nəyinə aşiq olmusan?
– Yaxşı işləməyinə. Keçən il ən qabaqcıl manqabaşçısı olub. Sən nahaq yerə ara sözlərinə fikir verirsən. O çox təmiz uşaqdır. Nə əsasla onu işdən çıxardırsan? Onu iclas təsdiq eləyib.
– Briqadirlə yola getmir.
– Kazımlamı?
– Bəli.
– Kazımın özünü yoxlamaq lazımdır.
– O, mənim sağ əlimdir. Ona heç kəs toxuna bilməz.
– Lazım gəlsə toxunarıq.
– Hələ mən ölməmişəm.
Kosaoğlu ayağa durdu, kürkünü çiynində silkələyib düzəltdi. Nəsib dayı onun getmək istədiyini görüb:
– Otur, - dedi, - hələ söhbətimiz qurtarmayıb.
Kosaoğlu lampaya yaxınlaşdı, damağındakı papirosu çıraqdan yandırıb yenə öz yerində oturdu. Bir-iki qullab vıırub ayağını ayağının üstünə aşırdı və arxayın-arxayın soruşdu:
– De görüm, nə istəyirsən?
– Zeynəb öz yerində qalacaq.
– Sonra?
– Kərim kişinin taxılını verəcəksən.
– Sonra?
– Bir də onu camaatın içində təhqir eləməyəcəksən.
– Təhqir yox, canını da alacam.
– Buna ixtiyarın yoxdur.
– Var. O, demaqoqun biridir.
– O, bu kolxozda can qoyub.
– Can qoysaydı, ac qalmazdı.
Nəsib dayı artıq dözə bümədi. Özü də hiss etmədən əlini stola çırpdı.
– Qurban, bəsdir! Kərim kimilərini ac qoyan sənsən!
– Kim, mən?
– Bəli!
Kosaoğlu ayağa durdu. Çiynindən sürüşüb düşən kürkünü geydi. Papirosunu hirsli-hirsli sümürdü. Tüstü burun pərələrindən fısıltı ilə bərabər bayıra çıxdı.
– Mən ona borcluyam? Canı çıxsın işləsin.
– O işləyir, ancaq haqqını yeyirsiniz.
– Belə de, indi məsələ aydındır. - O, papirosu axırıncı dəfə sümürüb yerə atdı. Kötüyü daham ilə tapdalayıb söndürdü. Səsinə və hərəkətlərinə təmkin verdi. - Bura bax, Nəsib, mənim artıq-əskik danışan adamlardan zəhləm gedir! Məsləhət bilirəm ki, ağlını başına yığıb mənimlə düz dolanasan. Mənə Kosaoğlu deyərlər. Bu kolxoz mənimdir, mən nə istəsəm, o da olacaq.
– Yox, daha olmayacaq.
– Necə, yoxsa mənim əleyhimə birləşib intriqa düzəldirsiniz?
Məsləhət bilmirəm, Nəsib, xeyir tapmazsınız.
– Mənə hədə-qorxu gəlmə. Qurban, sənin dediyinlə yox, qanunla iş görəcəyik. İndi ki mənim sözlərim ağlıma batmır, onda məsələni ümumi iclasda müzakirə edərik.
– Nə iclasbazlıqdır, bu köpəkoğlunun kolxozunun sədri mənəm, yoxsa sən.
– Sənsən.
– Bə, onda sən kimsən ki, mənə göstəriş verirsən?
– Bu mənim borcumdur.
Kosaoğlunun dodaqları xeyli titrədi. Kürkünü geymiş olsa da, adəti üzrə çiyinlərini tərpədib onu düzəltmək istədi. Əlini cibinə atıb papiros qutusunu çıxartdı. Sonra nə isə fikirləşib açmadı. Qaytarıb yenidən cibinə qoydu. Gözünü Nəsib kişiyə zillədi. O da baxışlarını yayındırmadı. Döyüşə hazırlaşan buğalar kimi üz-üzə dayandılar. Elə bil ki, hər ikisi buynuzlaşmazdan əvvəl öz gücünü yoxlamaq istəyirdi. Kosaoğlu gördü ki, Nəsib kişinin baxışları aydin və kəskindir. Kirpiklərini qırpmadan baxır. O da özünü şax tutmaq istədi, ancaq bacarmadı. Gözləri bulandı, bəbəklərindən ürkək bir kölgə oynadı. Ancaq bu, uzun sürmədi. Kosaoğlu özünü toxtatdı və büzüşmək üzrə alan qamətini düzəltdi. Yenə əvvəlki kimi amiranə bir görkəm aldı. İçini arıtlayıb bərkdən öskürdü.
– Neylək, aləmi çaxnaşdır, görək kimə nə olacaq, altda qalanın canı çıxsın. Kosaoğlu iri addımlarla qapıya yaxınlaşdı. Cəftədən yapışmazdan əvvəl dönüb bir də Nəsib kişiyə baxdı. Alt dodağını dişi itə sıxıb, səyriməyi güclə saxladı.
İmran idarədə olan söhbətləri unuda bilmirdi. Kərim kişinin eyhamlı danışması, Kazımın qocanın üstünə qışqırması, Kosaoğlunun ərizəni cırıb kişini idarədən qovmasi İmranın yadından çıxmırdı. Bütün bunlar nə demək idi? Doğrudanmı Kosaoğlu pis işləyirdi? Buna inanmaq olardımı? Axı onu nəinki rayonda, hətta respublikada da tanıyırdılar. Rayondan bir nümayəndə gələndə birinci növbədə ona baş çəkər, tarlaları onunla birlikdə dolaşıb düşərgələrə baxardı. Müxbirlər neçə dəfə Kosaoğlunun çıxışını mərkəzi qəzetlərdə vermişdilər.
İmran kəndə gələndən sonra özü də çöllərə getmiş, səliqə ilə tikilən tarla düşərgələrinə, at tövləsinə, hətta fermaya da baş çəkmişdi. Bəs Kərim kişi niyə belə narazılıq edordi? Zeynəb nə üçün tez-tez Kosaoğlu haqqında atmacalı sözlər deyirdi? Nə olar, hərənin bir cür xasiyyəti var. Yaşa dolmuş adamdır, özü demişkən, bir az kəmbövsələ olub. Bir də, bəlkə doğrudan da iş-güc onu yorub? Bəs o artıq yer əkmək söhbəti nə idi? Axı İmran Kərim kişini də yaxşı tanıyırdı. O, deyəndə ki, bizim kolxozun torpağında hər hektardan səksən sentner pambıq götürmək olmaz, demək, bir şey bilirdi. Kərim kişi ona demişdi ki, oğul, Kosaoğlu hökumətin verdiyi plandan artıq o qədər yer əkdirir ki, payız olanda pambığı yığa bilmirik. İdarələri bağlayırlar, hamını işdən-gücdən edib çölə tökürlər, məktəb uşaqlarını da dərs oxumağa qoymurlar. O öz-özünə düşünür, bu cür avralçılığın səbəbini kolxozda kənd təsərrüfat maşınlarından pis istifadə edilməsində görürdü. Hərgah pambıqyığan maşınlardan geniş istifadə edilsəydi, bunlar olardımı?
Kərim kişi isə məsələni başqa cür izah edir: "Gücümüzə görə yer əksək, əkdiyimizi də adam kimi becərsək belə olmaz". Hətta o bir dəfə söhbətinin axırında gözünü qıyıb İmrana baxmış və mənalı-mənalı gülümsünmüşdü. "İndi ciyərli bir oğul istəyirəm ki, döşünü qabağa verib hər şeyi açsın, raykoma desin ki, sənin tərifli Kosaoğlunun kolxozunda iş düz aparılmır. O da inanmasa, Bakıya, lap mərkəzə getsin".
Bu cür söhbətlər İmranı rahat buraxmırdı. Ancaq o qəti qərara da gələ bilmirdi. O, kəndə gələndən sonra bir neçə qonaqlıqda olmuş, kəndin bəzi məclislərində iştirak etmişdi. Orada eşitdiyi söhbətlər də onu çaşdırırdı. O, bir çoxlarının Kosaoğlunun başına and içdiyini görmüşdü. "Dişli adamdır", "müharibədə kəndi saxladı", "rayonda kişinin ad-sanı var", "heç kəs onun qabağına çöp sala bilməz". "Bu cür sözü atan sədrimiz olmasa, işimiz yeriməz" kimi sözləri az eşitməmişdi. Hətta bir dəfə qəribə bir hadisənin şahidi də olmuşdu.
İmran rayon mərkəzinə getmişdi. Bazar günü olduğundan, şəhərdə adam çox idi. Üzünü qırxdırmaq üçün dəllək dükanına girdi. Növbə saxlayıb, özünə oturmaq üçün yer tapdı. Qəzetlərdən birini götürdü.
Birdən içəridəkilər ayağa durdu. Dəlləklər əllərini dayandırıb qapıya tərəf baxdılar, İmran da qəzeti yerə qoyub qeyri-ixtiyari ayağa durdu. Kosaoğlu qapı ağzında dayanıb gülümsünürdü. Ona yer göstərdilər. Kürkünü çiyindən götürdülər. Növbəsiz, üzünü qırxdırmağa icazə verdilər. Kosaoğlu ərklə güzgü qabağında oturdu. Usta onun tüklənməkdə olan başını sabunlayıb ülgücləyincə, beş-altı adam ayağa durub həmin dəlləyə yaxınlaşdı. İmran bir neçə iyirmibeşliyin xalatın cibinə qoyulduğunu gördü.
Kosaoğlu əlini təmiz qırxılmış başına çəkdikdən sonra ayağa durdu. Saat zənciri sallanan məxmər köynəyinin döş cibini açıb bir əllilik çıxartdı. Dəllək gülümsünüb baş əydi:
– Zəhmət çəkməyin, pulunu artıqlaması ilə veriblər.
– Ə, kim? – deyə Kosaoğlu amiranə səslə soruşdu.
– Nə çoxdu dostunuz...
Kosaoğlu gözucu içəridəkiləri süzdü.
– Zərər yoxdur, bunu da al, mən başımın qiymətini bilən adamam.
O, əlliliyi dəlləyə verib bayıra çıxanda kim isə "yaman cahi-cəlallı kişidir" dedi.
İmran bütün bunları xatırlayır vo heç nə başa düşə bilmirdi. Bu nə idi? Doğrudanmı hamı ona hörmət edirdi?
Bir gün İmran çöldən qayıdanda Nəsib dayıya yoldaş oldu. Onlar kolxozun işindən, gələcək planlardan xeyli danışddar. Nəhayət, İmran neçə vaxtdan bəri ürəyini deşən sözü açdı.
– Nəsib dayı, Kosaoğlu necə adamdır?
– Nə olub ki, - deyə kişi təəccüblə soruşdu.
– Heç bir şey olmayıb, elə belə, bilmək istəyirəm.
– Bir az tündməcaz olsa da, qoçaq adamdır. Camaatın ürəyinə girib.
– Doğrudanmı?
– Yoxsa şübhə edirsən. Kosaoğluna inanmırsan?
– Bəs siz inanırsınız?
Nəsib dayı qəti verilmiş suala qətiyyətlə cavab vermədi, sakitcə: -Biz bir-birinizi çoxdan tanıyınq, - dedi.
Kitabxana.az · https://kitabxana.az/works/ismayil-sixli-ayrilan-yollar-7
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gecədən xeyli keçmiş itlər hürüşdü. Doqqazdan səs gəldi. Axır günlər səksəkəli olan Kosaoğlu yerindən dik qalxdı, döyükmüş halda pəncərədən boylandı, səsə qulaq asdı. Bir azdan Sayalı içəri girdi.– Kimdir?
29İmran evə qədəm basan kimi anasının yoxluğunu bütün dəhşəti ilə hiss etdi. Toyuq-cücə həyətə səpələnmişdi. Eyvan süpürülməmişdi. Ocaq yerindəki daşlara, divara söykədilmiş saca əl dəyməmişdi. Səhəng boş idi. Taxtın üstü səliqəyə salınmamışdı. Ev buz kimi idi.İmran sakitcə taxtda oturdu. Hara baxdısa, anası gəlib gözünün qabağında dayandı. Ona elə gəldi ki, anası bu saat qaynamış samovarı içəri gətirəcək, süfrə salacaq, qonşu otaqdan Nərgiz çıxıb gələcək, yenə oturub birlikdə, deyə-gülə çörək yeyəcəklər...
Namus qaçağıO dayandı. Nəfəsini dərib şaxtadan qıpqırmızı olmuş əllərini hovxurdu. Ağzından, burnundan çıxan isti nəfəs dağ çəni kimi ətrafa yayıldı. Dönüb aşağı, dərədəki kəndə baxdı. Yastı-yapalaq evlər qarın altında qalmışdı. Bacalardan qalxan şəffaf-maviyə çalan tüstülər havada laylanmışdı. Hər yer ağ örtüyə bürünmüşdü. Yol-iz çoxdan itmişdi. Dağlara bu il yaman qar düşmüşdü.Onun toyu idi. Bu axşam mağar başlamalı idi. Samanlığı süpürüb təmizləmişdilər. Döşəməyə ot sərib üstünə kilim salmışdılar. Pərdilərdən otuzluq lampalar asılmışdı. Bacaları basdırıb peçləri qalamışdılar ki, içəri isti olsun.
Namərd gülləsiDostum Hüseyn Arifə*Niftalı koxa at;n örüşünü dəyişəndə bir istədi yəhəri-yüyəni də alsın, əvvəllərdə olduğu kimi, arxın suyu ilə belinin tərini yusun, amma fikrini dəyişdi. Atı elə yəhərli-yüyənli örüklədi, həm də örüyü bir az da yaxına, arxın alt tərəfinə çəkdi. Bilirdi: hava isti idi, at qan-tər içindəydi, amma əlacı yox idi. O, əvvəllər atını hara gəldi örüklər, örüşünü də tez dəyişərdi, qoymazdı ki, tərləsin. Yəhərini götürərdi ki, at nəfəsini dərsin, istəyəndə otlasın, istəyəndə kişnəyib şahə qalxsın, istəyəndə mıxı qopardıb ilxıya cumsun. Qaynar gözlü kəhərin işıldayan dərisinə, səyriyən sağrısına, qız teli kimi yumşaq yalına baxmaqdan doymayan Niftalı çox vaxt atı yalmanlayıb belinə qalxar, birbaş Kürə sürüb çimizdirər, çox vaxt da yalına yatıb o üzə adlayardı. O vaxt özünün də, atının da qorxusu-hürküsü yoxdu. Həm cavan idi, həm də... Amma indi, illah da koxalığa keçəndən sonra, səksəkəli yaşayırdı...
Başqa şairlərin şeirləri
Qazılar, sizdə bilin necədir halı Tiflisin,Əkləşüb Sərdar Orbəl cah-cəlalı Tiflisin,
Təcnis: Kəlbin tək qapında payi-bəndəm mənKəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,
DilbərEy yüzü gül, ləbi qönçəSiyah zülfü rəsən dilbər
Çağır gəlsin dən, KoroğluÇünki oldun dəyirmançı,Çağır gəlsin dən, Koroğlu.