Son günlər Zeynəbi tanımaq olmurdu. Onun yanaqları daha da allaşmışdı, qaynar gözləri alışıb-yanırdı. Uşaq kimi atılıb düşür, bir yerdə qərar tuta bilmirdi. Elə bil qızın qəlbinə nə isə könülaçan, adamı fərəhləndirən bir hiss dolmuşdu. Bu hiss coşqun dağ çayı kimi kükrəyib-daşır, öz yatağına sığmırdı. Ona nə olmuşdu? Nə üçün sifəti rəngdən-rəngə düşürdü? Nə üçün bəzən ürəyi tutulmuş quş ürəyi kimi yerindən oynayırdı? Bunu Zeynəb özü də bilmirdi. Bəlkə havaların yaxştıaşması, çöllərdən qarın götürülməsi, ağacların yavaş-yavaş puçurlaması, otların cücərməsi ona təsir etmişdi? Axı yaz gəlirdi. Bu gün-sabah çöllər al-yaşıl geyinəcək, quşlar səs-səsə verəcək, bağlar-bağçalar çiçək içində üzəcəkdi. Zeynəb manqa üzvləri ilə səhər-səhər çöllərə gedəcək, yol uzunu qızlar zarafatlaşıb qaqqıldaşacaq, gecəli-gündüzlü bir yerdə olacaqdılar.

Bəlkə də... Yox, Zeynəb heç nə bilmirdi. O yalnız bunu hiss edirdi ki, evdə darıxır, tək otura bilmir. Hətta manqa üzvləri onun yanına gələndə də sakit ola bilmirdi. O, itiyi itmiş kimi darıxır, qapıdan kölgə keçəndə, yaxud bir şıqqıltı gələndə pəncərədən boylanır, elə bil kimi isə gözləyirdi. O, kimin həsrətini çəkirdi? Zeynəb yalnız onu duyurdu ki, axır vaxtlar tez-tez Tükəzban xalagilə qaçır, oradan ayrıla bilmirdi. Yaxşı, burada təəccüblü nə vardı ki? Zeynəb elə uşaqlıqdan o evə gedib-gəlmirdimi? Məgər o, Tükəzban xalanı doğma anası kimi sevmirdi? Gözünü açandan ana üzü görməyən Zeynəb, Tükəzban xalanın qucağında böyüməmişdimi? Bütün el-oba bilmirdimi ki, ata-anadan yetim qalan Zeynəbi Tükəzban xala uşaq evinə göndərməyə qoymamış, "elə billəm, balamın biri də artıqdır" demişdi. Zeynəb onun laylası ilə yuxuya getmiş, onun nəvazişkar səsi ilə yuxudan oyanmışdı. Qız böyüyəndən sonra Tükəzban xala onun saçını sığallayıb: "Qızım, yenə gözüm üstündə olacaq, amma yurdunuzu boş qoyma" - demişdi. Zeynəb öz evlərində yaşamağa başlamışdı.

Zeynəb əvvəllər ötən günləri yadına salmazdı. İndi özü də bilmədən hər gün, hər dəqiqə o günləri xatırlayır və çalışırdı ki, hər şeyi xəyalında canlandırsın. İndi bu xatirələr ona xoş gəlirdi. Çox qəribə idi: hara gedirdisə, İmran gözünün qabağında dayanırdı. Onun səsi gecə-gündüz qulaqlarından getmirdi. Hətta bir gecə qəribə bir yuxu görmüşdü. Görmüşdü ki, yazdır, əyninə nazik paltar geyib, başına həsir papaq qoyub. Ayağında ağ, yüngül çust var. Bir çəmənlikdədir. Otların arasındakı cığırla qaça-qaça dağa sarı gedir. Birdən göz işlədikcə uzanan taxıl zəmisinə rast gəlir. Zəmi dəniz kimi dalğalanır, ləpələr bir-birini qovur.

Zeynəb birbaş taxılın içinə qaçdı; dayanıb sünbülləri sinəsinə basdı. Birdən onun qulağına tanış bir səs gəldi. Dönüb qaldı. Özündən xeyli aralı taxılın içində dayanan İmranı gördü. Qaçıb yanına getmək istədi. Amma qüruruna sığışdırmadı. "Qoy o mənim yanıma gəlsin, mən qız ola-ola onun ayağına getməyəcəm ha".

Lakin İmran ona ötəri bir nəzər salıb uzaqlaşdı. Zeynəb buna dözə bilmədi. Taxılın arasından çıxıb çaya tərəf qaçdı. Elə bu vaxt zorba bir it onun üstünə atıldı. Zeynəb ancaq bircə dəfə qışqırdı. Səsə özünü yetirən İmran, Zeynəbin boğazından yapışmaq istəyən iti qovdu. Onlar çaya qədər sakitcə getdilər. Sahildə ayaqqabılarını çıxartdılar. Zeynəb donunun ətəyini dəstələyib, İmranın qolundan tutdu. Su elə duru idi ki, çayın dibindəki daşlar, sürü ilə qaçan balıqlar aydın görünürdü. Ortalara getdikcə çay dərinləşirdi. Zeynəbin ayağının altından daşlar qaçır, qum ovulurdu. O yıxılmamaq üçün İmrana daha möhkəm qısılırdı. İmran qolunu onun belinə doladı. Zeynəb üşüdüyündənmi, yoxsa nədənsə titrədi. İmran dönüb onun gözlərinə baxdı. -Zeynəb...

– Nə var?

– Mən səni ölümdən qurtardım, eləmi?

– Elədir.

– Burdan birbaş bizə gedəcəyik.

– Niyə ki?

– Anama deyəcəm ki, bax bu telli qızı gözüm tutub. Elçiliyini elə.

Zeynəb nə isə demək istədi, amma birdən su onun ayağını yerdən üzdü. O özünü İmranın qucağında gördü. Deyəsən, İmran onu sinəsinə sıxıb öpmək istəyirdi. Zeynəb qışqırdı...

O, yuxudan ayılandan sonra bir müddət yerindən tərpənmədi, gözlərini qırpmadı. Nə qədər şirin yuxu idi!..

Səhər tezdən qaça-qaça Nərgiz müəllimənin yanına getdi. İçəri girən kimi hər şeyi ona söyləmək istədi, ancaq özünü toxtatdı. "Deməsəm yaxşıdır. Sonra ağlına gələr ki, yüngüllük eləyirəm". Nərgiz müəllimə onun sözlü adam olduğunu duydu. Zeynybdən əl çəkmədi. Zeynəb əlacsız qalıb utana-utana, yuxuda gördüklərinin hamısını danışdı. Axıra çatanda susdu. Nərgiz müəllimənin üzünə baxdı, ancaq onun qızardığını, həyəcandan tez-tez nəfəs aldığını duymadı, gözlərində aşkar sezilən maraq və narahatlığı görmədi. Üzünü Nərgiz müəllimənin sinəsinə yapışdırdı.

– Mənə nə desə yaxşı idi?

– Nə dedi?

– Eh, utanıram.

– Ay qız, nədən utanırsan? Yuxudur də...

– Dedi ki, səni sevirəm. Bilirsənmi, Nərgiz müəllimə, özümü necə itirdim! Yadıma düşəndə indi də titrəyirəm. Üzümə elə baxırdı ki...

Nərgiz müəllimə fikrə getdi. Onun gözləri hara isə uzaqlara baxırdı. Sifəti rəngdən-rəngə düşürdü. Nəhayət, Zeynəb bunu sezdi. "Görəsən ona nə oldu, qəlbinə toxunan bir söz demədim ki?"

– Nərgiz bacı.

Elə bil Nərgiz yuxudan oyandi. Fikrini toplayıb gülümsündü:

– Ay qız, olmaya...

Sanki Zeynəbin bədənində alov gəzdi. Yanaqları qıpqırmızı oldu.

– Heç elə şey olarmı, ay Nərgiz bacı, nə danışdığındır? - deyib, başını aşağı saldı...

...Amma bu şadlıq uzun sürmədi. Dünən idarədən qayıdanda eşitdiyi sözlər elə bil onu yerə çırpdı.

Zeynəb dükanın qabağından keçəndə bir dəstə qıza rast gəldi. Onlar öz aralarında danışıb-gülürdülər.

– Siz də bu İmranı az tərifləyin.

– Nə olub ki?

– Nə olacaq? - deyə qızlardan biri rişxəndlə dilləndi, - Kosaoğlunun evinə yamanca ayaq açıb. Deyirlər qapının dabanını yağır eləyib. Görərsiniz, bu gün sabah toy-düdük çalınacaq.

– Ay qız, bəsdir, sən allah, gədəni bəzəməyin, yazıq başını aşağı salıb işini görür.

– Elə başıaşağı adamdan qorxmaq lazımdır. Suyun lal axanı, adamın yerə baxanı. Onu elə qaradinməz bilməyin. Yamanca şeydir. Zalım oğlu az qalır gözü ilə adamı yesin.

– Ay qız, ətimizi tökmə görək. Sən elə köhnənin yalançısısan. Hansı oğlanı görsən o saat deyirsən ki, gözü ilə məni yedi. Amma heç üzünə baxan da yoxdur.

– Tapılar, heç darıxmayın. Amma mən düz deyirəm.

– Axı bu xəbərləri sən hardan eşidirsən?

– Hardan eşidəcəyəm, özləri danışırlar.

– Kim?

– Necə yəni kim? Belə Sayalı, Göhər qarı, lap Şahnazın özü.

– Sən də onların sözünə inanırsan?

– Niyə inanmayım? Şahnaz kimi ağca mayadan kim keçər? Zalım qızı elə bil quzu quyruğndur, yırım-yırım yırğalanır. İşi-gücü də özünə sığal verməkdir. Özü də Kosaoğlunun bacısı qızıdır...İmrana da clə bu lazımdır... Yağ içində böyrək kimi bəslənmiş qızı kim ağzından çıxardar?

Zeynəb dözə bilməyib dəstəyə yaxınlaşdı. Qızlar susdular. Zeynəbin sinəsi qalxıb-enirdi.

– Yenə nə çərənləyirsən?

– Heç nə, camaat nə deyirsə, onu...

– İşin-gücün yoxdur? Xalqın dərdi sənə qalıb?

– Bura bax!.. - bayaqdan qızları başına yığıb danışan Sevgili dilləndi. - Sənə nə düşüb? İmranın vəkilisən'? Mən bilərəm, o bilər. Yoxsa onda gözün var? Ay qız, ağlını başına yığ. Alı təhsilli oğlan səni alarmı?

Sənə, olsa-olsa, xır-xır Kazım kimisi müştəri çıxar. Get otur yerində.

Zeynəb dodaqlarını çeynəyə-çeynəyə dəstədən aralandı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

I fəsil, 6

Bütün gecəni yatmadılar. Səssiz-səmirsiz işlədilar. Ocaq qaladılar, su qaynatdılar, meyiti yuyub kəfənlədilər. İşıqlaşanda üstünə qırmızı kəlağayı örtülmüş cənazəni eyvana qoydular. Güllü xanım hər şeyi yerbəyer edəndən sonra qara paltar geyinib qabağa düşdü. Gün xeyli qalxandan sonra cənazəni yerdən qaldırdılar. Alqazaxlıların başıpapaqlıları, elə Şəmistan ağa ilə Həsən ağa da, tüfəng götürmək istədilər. Güllü xanım qoymadı; "Əli yalın gedəcəyik. - dedi, - düşmən üstünə ha yerimirik, qıranda da qıracaqlar". Güllü xanım əlində əsa qabağa düşdü. İki qardaş – Həsən ağa ilə Şəmistan ağa öndə, qalanları arxada cənazəni çiyinlərinə aldılar. Alqazaxlıların say-seçmə başıpapaqlıları, qız- gəlinləri dinməz-söyləməz cənazənin ardınca irəlilədilər. Matəm karvanı doqqazdan çıxıb, kəndarası yolla Çıraqlılar tərəfə üz tutdu. Doqqazdan, eyvanlardan boylananların üz-gözündə təəccüb vardi. Heç kəs heç nə başa düşmürdü. Cənazəni aparanlar kəndin ortasındakı təpənin yanından keçib dikdirə çıxanda axşamdan səksəkəli yatan Şamil vahimələndi. Tez ayağa durub tüfəngi götürdü. Yaşı yüzü haqlasa da, hələ at minəndə üzəngisini basdırmayan, gözünün nurunu itirməyon Ömər koxa oğlunun təlaşını görəndə həyəcanlandı. Əsasını götürdü və ondan qabaq eyvana çıxdı. Əslinə baxsan, o bütün gecəni yatmamış, səhər tezdən bəd xəbər eşidəcəyinə özünü hazırlamışdı.Cənazəni gətirən dəstə doqqazda, darvazanın arxasında dayandı. Şamil eyvandan aşağı endi.

19959 dəq
II fəsil, 1

O, yuxudan ayılan kimi əlini yaslığın altına uzatdı və naqanın dəstəyini ovcunda hiss edib sakitləşdi. Yorğanı üstündən atıb çarpayıda oturdu və ayaqlarını salladı. Paçasının arasına və dizlərinə qara dəri tikilmiş qalife şalvarını soyunmamışdı, corablarını da çıxartmamışdı. Tələsik uzunboğaz xrom çəkmələrini geyindi, naqanı şalvarının cibinə qoyub gərnəşdi. Otağın küncündəki əl-üz yuyulana yaxınlaşdı, lüləyi açıb möhkəm yuyundu. Dəsmalla qurulandıqdan sonra gəlib frenç pencəyini geyindi. Yaxasının düymələrini, iri döş və yan ciblərinin ağzını bağladı, kəmərini qurşadı, çalın-çarpaz qoltuqaltılarını çiynindən aşırdı, patron daraqlarının yerində olub-olmadığını yoxladıqdan sonra naqanı qoburuna qoydu, onaçılanı isə yanından salladı. Adəti üzrə mauzerin taxta qoburuna bərkidilmiş qızıl lövhənin üstündəki yazıları oxudu. Bu onaçılanı ona Zaqataladakı qaçaqlarla döyüşlərdə göstərdiyi şücaətə görə vermişdilər. Onun göy gümüşü və şabalıdı rəngli buxara papaqları olmasına baxmayaraq iri, dəyirmi, boz saçaqlı papaq geyinərdi. İndi də elə elədi. Bu papağı geyinəndə elə bil çiyni bir az da enlənir, qan sağılmış gözləri adamı qılınc kimi kəsir, qarşısındakıları vahimələndirirdi. Çox vaxt saçaqlı papağın altından baxan baxışların nə ifadə etdiyini ayırd etmək olmurdu.Qapı astaca aralandı. Növbətçi milisioner əlində səhər yeməyi içəri daxil oldu. Küncdəki stolun üstünə yeməkləri səliqə ilə düzdü. Növbətçi getdikdən sonra o, söseyə yaxınlaşdı: soyutma yumurtanı, bal ilə qaymağı bir göz qırpımında yeyib üstündən bir stəkan südlü çay içdi. Üst-başını səliqəyə salıb iş otağına keçdi.

199512 dəq
II fəsil, 2

Qəza firqə özəyinin qapısında dayanan keşikçilər Kəsəmənlini görən kimi gülümsünüb ona yol verdilər. Kabı kişi üst-başını düzəltdi, saçaqlı papağını gözünün üstündən azca geri itələdi və şax addımlarla dəhliz boyu getdi. Üstünə qəza firqə özək katibinin adı yazılmış qapını aralayıb içəridəkilərə salam verdi. Firqə özək katibi Abdal kişi qaş-qabaqlı idi. Telefonda kiminləsə acı-acı danışırdı. O, dilucu salamı aldı və Kəsnmənliyə oturmaq üçün yer göstərdi. Kəsəmənli neçə aydan bəri qəzaya təhkim olunmuş Çekanın nümayəndəsilə qabaq-qənşər oturası oldu. O, adəti üzrə ayağını ayağının üstünə aşırmışdı. Biləkləri didilmiş qara tumac gödəkçəsinin ortasını enli qalın kəmərlə boğmalamışdı. Bir yandan naqanı, bir yandan da çantası sallanırdı. Başındakı papaq da nimdaş idi. Bircə ulduzdan başqa. Elə bil ulduzu qəsdən seçmişdi; hər gün tozunu alıb papağının alnına yapışdırırdı.Onların baxışları ani olaraq toqquşdu. Kəsəmənliyə elə gəldi ki, Fətullayevin gözlərində qıvrılıb yatan ilan fısıldayıb ayıldı və qarşısındakı adamın üstünə atılmağa hazırlaşdı. Fətullayev də Kəsəmənlinin gözlərində ildırım kimi şaxıyan amansız baxışları gördü. Lakin özlərini çox sakit apardılar. Kəsəmənli başa düşdü ki, onu buraya boş-boşuna çağırmayıblar.

19954 dəq
II fəsil, 3

Qapının ağzında domuşuqlu oturan uşaq Kəsəmənlini görən kimi ayağa durdu və hörmətlə ona salam verdi. Kabı kişi bu üstü-başı cırıq uşağın mərifətinə heyran qaldı. Ayaq saxlayıb onun tükü tökülmüş papağına, çiyinləri yamaqlı köynəyinə və didik-didik olmuş şalvarına baxdı. Uşağın ayağındakı çarığın burnu deşilmişdi. Çirkli corabı görünürdü. Amma özünü əkə-bükə kişi kimi aparırdı.– Kimi istəyirsən, bala?

19954 dəq

Başqa şairlərin şeirləri